H. F. Bağirova, Ş. H. QƏDİmova böYRƏk xəSTƏLİKLƏRİ VƏ hamiLƏLİK



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə15/24
tarix18.05.2018
ölçüsü0,6 Mb.
#44665
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   24

44 

 

məqsədilə  venadaxilinə  damcı  üsulu  ilə  5  V  oksitosin  məhlulun    500  ml  natrium 



xloridin  izotonik  məhlulunda  yeridilməsinə  göstəriş  vardır.    Operativ  doğuşlar 

(mamalıq  maşaları,  vakuum-ekstraktor)  yalnız  mamalıq  göstərişlərinə  əsasən  həyata 

keçirilir:  dölün  bətndaxili  hipoksiyası,  doğuş  sancılarının    ikincili  zəifləməsi  və  s.  

Doğuşların sürətləndirilməsi məqsədilə  epizio- və ya perineotomiya tövsiyə olunur. 

 Qanın ümumi müayinəsinin məlumatlarının qiymətləndirilməsi zamanı böyrək 

xəstəlikləri  üçün  səciyyəvi  olan  hər  hansı    dəyişikliklər  aşkar  etmək  mümkün 

deyildir.  Böyrəklər  eritropoezdə  iştirak  etdiyi  üçün  böyrək  xəstəlikləri  anemiya  ilə 

müşayiət edilə bilər. Azotemiya zamanı (böyrəklərin hansı xəstəliyi tərəfindən onun 

törədilməsinə  baxmayaraq)  pielonefrit  və  ya  qlomerulonefritin  kəskinləşməsi, 

nefrotik sindrom zamanı bəzən kəskin nəzərə çarpan və anemiyaəleyhinə  müalicəyə 

çətin  tabe  olan  hipoxrom  anemiya  inkişaf  edə  bilər.  Yadda  saxlamaq  lazımdır  ki, 

fizioloji  hamiləlik  zamanı    hidremiya  sayəsində  nisbi    anemiya    əmələ  gəlir. 

Hemoqlobinin  miqdarı    110  q/l-ə  qədər  azalır.  Ona  görə  də,  eritrositlərin, 

hemoqlobinin  miqdarı  və  rəng  göstəricisi  azaldıqda  hematokrit  göstəricisini,  daha 

yaxşısı isə – dövr edən eritrositlərin həcmini təyin etmək lazımdır. 

 Onu  da  bilmək  vacibdir  ki,    kəskin  pielonefrit  və  böyrəklərdə  gedən  xronik 

iltihabi prosesin  kəskinləşməsi, böyrək çatışmazlığı zamanı leykositar formulun sola 

doğru  dəyişməsi  ilə  bərabər    leykositoz  müşahidə  olunur.    Bu  hallarda  da  qanın 

fizioloji  dəyişikliklərinin  patoloji  hal  kimi  qiymətləndirməsi  təhlükəsi  yaranır.  

Normal keçən hamiləlik  bəzən leykemoid reaksiyası ilə müşayiət olunur.  Leykositar 

formulun sola doğru yerdəyişməsi  promielositlərə çata bilər. 

  Qlomerulonefritdən  əziyyət  çəkən  qadınlarda  doğuşların  aparılması  zamanı  

ağırlaşmaların  inkişaf  etməsi  ehtimalını  yadda  saxlamaq  lazımdır.  Belə  xəstələrdə 

(xüsusilə  preeklampsiya  qoşulduqda)    normal  yerləşmiş  ciftin  vaxtındanəvvəl 

ayrılması  mümkündür.  Belə  hamilə  qadınlar  bütün  doğuş  aktı  müddətində  ciddi 

müşahidə  altında  (uşaqlığın  tonusu,  dölün  ürək  döyüntüləri,  uşaqlıq  yolundan  axan 

ifrazatların  xarakteri)    saxlanmalıdır.  Onlarda  qanın  laxtalanma  sisteminin  tədqiq 

edilməsi məqsədəuyğundur. 

 Arterial təzyiqi yüksək olan xəstələrdə doğuşların aparılmasına dair  verilmiş 



45 

 

rəyləri  tərtib  etdikdə  hipotenziv  vasitələri,  o  cümlədən  doğuş  vaxtı  idarə  olunan 



hipotoniyanı  nəzərdə  tutmaq,  həmçinin  doğuşların  tam  ağrısızlışdırılmasını  həyata 

keçirmək  lazımdır.  Əgər  böyrək  xəstəlikləri  arterial  hipertoniyasız    keçirsə,  onda 

qadın  doğuşdan  əvvəl  və  doğuş  zamanı  müalicəyə  ehtiyac  duymur,  doğuşlar  isə 

konservativ  şəkildə  aparılır.  Belə  xəstənin  doğuş  fəaliyyətinin  başlanmasına  qədər 

stasionara hospitalizasiya edilməsi lazım deyildir . 

  Rentgenradioloji  müayinələr  böyrəklərin  xəstəliklərinin  müasir  dəyərli 

diaqnostika və onların funksional vəziyyətinin qiymətləndirilməsi metodlarından biri 

sayılır.  Bəzən məhz onlar zədələnmə dərəcəsi və prosesin dinamikası haqqında daha 

tam  məlumatlar    verir.  Lakin  bu  müayinə  metodlarının  tətbiq  edilməsi    qadının 

orqanizminə əlavə təsirin mümkün olması, ən əsası isə - dölə zərərli təsir göstərməsi 

səbəbindən  təhlükəlidir.  Ona  görə  də,  hamilə  qadınların  rentgenradioloji  müayinəsi 

çox nadir hallarda həyata keçirilir.  Digər metodlar arasında radioizotop nefroqrafiya  

daha  az  təhlükəlidir.    Əcnəbi  müəlliflərin  tədqiqat  işləri  onu  göstərir  ki,    bu  metod 

hamilə qadın və döl üçün təhlükəsizdir. Metod texniki cəhətdən  mürəkkəb deyildir, 

lakin  onun  istifadəsi  xüsusi  avadanlıq  və  şərait  tələb  edir.    Hamiləlik  zamanı  sidik 

yollarının rentgenoloji müayinəsi  yalnız aparılıcaq əməliyyatdan bilavasitə əvvəl və 

ya bədxassəli şiş ehtimalı olduqda yolveriləndir. 

 Mamalıq patologiyası  və böyrək xəstəlikləri bir yerdə rast gəldikdə mamalıq 

maşaları  qoymaqla  və  ya  abdominal  Qeysəriyyə  kəsiyi  yolu  ilə  operativ  doğuş 

aparılması  zərurəti yarana bilər. 

  Əgər qlomerulonefrit ağır keçirsə, doğuşların Qeysəriyyə kəsiyi əməliyyatı ilə 

vaxtındanəvvəl  aparılmasına  göstəriş  vardır.  Göstəriş  olduqda  eyni  vaxtda 

sterilizasiya aparılır. Qeyd etmək lazımdır ki, pielonefritdən əziyyət çəkən qadınlarda  

Qeysəriyyə  kəsiyi  yolu  ilə  həyata  keçirilən  doğuş    hamilə  qadının  orqanizmində 

iltihab  ocağının  olması  üzündən  əks-göstərişdir  –  o,  əməliyyatdansonrakı  dövrdə 

kəskin  ağırlaşmaların  (peritonit,  sepsis)  inkişafının  mənbəyi  ola  bilər.  Ona  görə  də, 

pielonefritlə xəstələrdə Qeysəriyyə kəsiyi  yalnız mamalıq göstərişlərinə görə, əsasən 

də ekstraperitoneal yolla aparılır . 




46 

 

 Qeysəriyyə  kəsiyi  əməliyyatı  keçirən  və  böyrəkləri  xəstə  olan  zahı  qadınlara 



doğuşdansonrakı  dövrdə  antibakterial  müalicənin  təyin  edilməsi  vacibdir: 

əzələdaxilinə ampisid 1,5 gündə 2 dəfə və  yaxud  digər qruplardan olan preparatlar 

(kanefron 1 həb x 3 dəfə, 5-NOK 2 həb olmaqla gündə 4 dəfə 4-6 gün ərzində  və ya 

neviqramon 2 kapsuladan gündə 4 dəfə 4-6 gün ərzində) qəbul edilir. 

  Böyrəkləri  xəstə  olan  zahı  qadın  haqqında  doğum  evinin  həkimi  qadın 

məsləhətxanasına  məlumat  verməlidir.    Qadın  məsləhətxanasının  terapevti  qadını 

dispanser  qeydiyyatdan  çıxardıqda  bu  haqda    sahə  terapevtinə  və  ya  rayon 

poliklinikasının uroloquna xəbər verir. Beləliklə,  xəstə üzərində müşahidə aşağıdakı 

ardıcıllıqla həyata keçirilir: rayon poliklinikası- qadın məsləhətxanası- doğum evi – 

qadın məsləhətxanası- rayon poliklinikası . 

Xəstələrin  risk  dərəcəsinə  görə  diferensiasiyası,  ciddi  müşahidə,  hamiləliyin 

düzgün  aparılması,    lazımi  müalicənin  təyin  olunması    xəstə  qadınlara  sağlam 

uşaqları doğmağa və öz sağlamlıqlarını qoruyub saxlamağa imkan verir. 

  Böyrəklərin  və  sidik  yollarının  xəstəlikləri  zamanı  hamiləliyin  saxlanması 

məsələsi həll edildikdə əsas diqqəti anaya yönəltmək lazımdır. Bu zaman  hamiləliyin 

fizioloji  gedişini  təmin  etmək  və  ananın  sağlamlığını  qoruyub  saxlamaq  (uşağını 

tərbiyə etmək üçün) vacibdir. Belə söyləmək olar ki, müxtəlif uroloji xəstəlikləri olan 

qadında, həmçinin  yeganə böyrəyi olan qadında hamiləlik və doğuş prinsip etibarilə 

mümkündür.  Lakin  bu  məsələni  böyrəklərin  fəaliyyətini  (onu  hamilə  qadınların 

orqanizmi  üçün  müasir  yüksəkhəssas  və  az  zəhmət  tələb  edən,  döl  üçün  təhlükəsiz 

olan metodlarla təyin edilir) nəzərə alaraq konkret həll etmək lazımdır. Bu metodlar 

uroloji  xəstəlikləri  planlaşdırılan  hamiləlikdən  əvvəl  aşkar  edir.    Hamiləlik  vaxtı  

aparılan  müayinələrin  həcmi  məhdudlaşır.    Əsasən    qanın  və  sidiyin  biokimyəvi 

müayinə  metodlarından  istifadə  edilir.  Göstəriş  olduqda  rentgenradioizotop 

müayinələr həyata keçirilir ki, onlar hər böyrəyin funksiyasını daha dəqiq təyin edir.  

Rentgen  müayinə  üsulları  arasında  əsasən  sidik  sisteminin geniş  retgenoqrafiyası  və 

ekskretor uroqrafiyadan istifadə edilir . 

  Hamiləlik  vaxtı  uroqrammanın  interpretasiyası  çətinlik  törətdiyi  üçün  daha 

yaxşısı zonoqrafiyadan istifadə edilməsidir – bu, tomoqrafiyanın variantlarından biri 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə