H. F. Bağirova, Ş. H. QƏDİmova böYRƏk xəSTƏLİKLƏRİ VƏ hamiLƏLİK



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə3/24
tarix18.05.2018
ölçüsü0,6 Mb.
#44665
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   24

 

da hospitalizasiya mərhələsində xəstəliyin diaqnostikasına və müalicəsinə yönəldilən 



vasitələrin həddən çox xərclənməsinə gətirib çıxarır. 

  Bu problem  son dərəcə  böyük klinik əhəmiyyət daşıyır, çünki hamilə qadının 

və  uşağın  taleyi  böyrəklərin  fəaliyyətindən  çox  asılıdır.  Böyrəklər  arterial  təzyiqi, 

eritropoezi, su-elektrolit mübadiləsini və turşu-qələvi nisbətini tənzimləyir. Hamiləlik 

qadının orqanizmində bir sıra mürəkkəb anatomik və funksional dəyişikliklər (bəzən 

patologiya ilə eyniləşən və ya ona keçən) törədir.  

   

BÖYRƏKLƏRIN MÜXTƏLIF XƏSTƏLIKLƏRI ZAMANI HAMILƏLIK VƏ DOĞUŞLAR 



 

Hamiləlik  urodinamikanın  pozulması    ilə  əlaqədar  böyrəklərin  xəstələnməsinə 

əlverişli  şərait  yaradır  ki,  bu  da  uşaqlığın  ölçülərinin  böyüməsi,  sidik-ifrazat 

sisteminin reseptorlarına progesteronun təsir göstərməsi nəticəsində  onun topoqrafik-

anatomik  nisbətlərin  dəyişilməsi  ilə  şərtlənmişdir.  Bu  zaman  hipotoniya  və  kasa-

ləyən  sisteminin,  sidik  axarlarının  genişlənməsi  müşahidə  olunur  (  böyrək 

ləyənlərinin  həcmi  sidik  axarları  ilə  birlikdə  hamiləlikdən  əvvəl  3-4  ml  əvəzinə 

hamiləliyin  ikinci  yarısında  20-40,  bəzən  isə  70  ml-ə  çatır).  Bundan  başqa,  

hamililiyin  ikinci  yarısında  uşaqlıq  sağa  doğru  əyilir  (sağ  tərəfə    rotasiya  edir)  və 

bununla    sağ  böyrək  nahiyəsinə  böyük  təzyiq  göstərir  ki,  sidik-ifrazat  sisteminin 

sağtərəfli  zədələnmələrinin  tezliyinin  yüksək  olmasını    bununula  izah  etmək  olar. 

Sidik  axarlarının  tonusunun  və  yığılma  amplitudalarının  azalması    hamiləliyin  III 

ayından  sonra  başlayır,  VIII  ayda  maksimuma  çatır.  Tonusun  bərpa  olunması 

hamiləliyin son ayından başlayır və doğuşdansonrakı dövrdə 3 ay ərzində davam edir.  

Yuxarı sidik yollarının tonusunun zəifləməsi və onlarda sidiyin durğunluğu hamiləlik 

zamanı  ona  gətirib  çıxarır  ki,    böyrək  ləyənində  təzyiq  artır  –  bu,  pielonefritin 

inkişafında  böyük  əhəmiyyət  daşıyır.  Hamiləlik  zamanı  böyrək  patologiyasının 

inkişafında aşağıdakılar da az rol oynamır:  

 

 böyrəklərin  bağ  aparatının  zəifləməsi  -  bu,  böyrəklərin  patoloji  yerdəyişməsinə 



səbəb olur; 

 



  sidik kisəsi- axarları reflyuksunun tezliyinin artması; 


 



 

 estrogenlərin  və  progesteronun,  qlükokortikoidlərin,  ciftin    hormonlarının 

(xorioqonik qonadotropin və xorionik somatomammotropin) hasilinin artması. 

 

PİELONEFRİT 



Şübhəsiz,    urogenital  infeksiya  qadınlarda  böyrək  patologiyasının  inkişafında 

mühüm  əhəmiyyət  daşıyır  ki,  reproduktiv  yaşda  onun  rastgəlmə  tezliyi  yaxşı 

məlumdur.  Məhz  həmin  infeksiya  böyrəklərin  kanal  aparatının    kəskin  və  xronik 

zədələnmələrini  törədir.    Eyni  zamanda  xronik  pielonefrit  heç  də  həmişə  

persistensiya  edən  infeksiyanın  nəticəsi  deyildir,  bir  çox  hallarda  o,  obstruktiv 

səbəblərin  nəticəsi  (sidik  daşı  xəstəliyi,  striktura,  sidik  kisəsi-    böyrək  ləyəni 

reflyuksu)  kimi inkişaf edir. Xronik pielonefriti olan 50%-dən az qadın anamnezində 

xəstəliyin  səbəbkarı  kimi  bu  infeksiyanın  rol  oynamasını  göstərir  .  İnfeksiya    sidik 

yollarına  qalxan  yolla  (sidik  kisəsindən),  enən  yolla  –  limfogen  (bağırsaqdan, 

xüsusilə  qəbizlik  zamanı),  hematogen  yolla  (müxtəlif  yoluxucu  xəstəliklər  zamanı) 

daxil olur.  Törədicilər – bağırsaq çöpü, qram-mənfi enterobakteriyalar, göy-yaşıl irin 

çöpləri, protey, enterokok, qızılı stafilokok, streptokok, Candida cinsli göbələkləridir.  

Tez-tez  rast  gələn    klinik  formaları  -  pielonefrit,  hidronefroz,  simptomsuz 

bakteriouriyanı xüsusi qeyd etmək lazımdır. Nadir hallarda   - qlomerulonefrit, sidik 

daşı xəstəliyi, sidik-ifrazat yollarının anomaliyaları rast gəlir. 

   Ekstragenital  patologiya  arasında  sidik-ifrazat  sisteminin  xəstəlikləri  böyük 

əhəmiyyət daşıyır - onlara hamilə qadınlar arasında anemiyadan sonra ikinci yer tutan 

xronik  pielonefrit  (XPN)  aiddir.  Pielonefrit  probleminin  aktuallığı  təkcə  onun  geniş 

yayılması  ilə  deyil,  həm  də  son  20  il  ərzində  onun  klinik  mənzərəsinin  xeyli 

dəyişilməsi  ilə  şərtlənmişdir.  Ədəbiyyat  məlumatlarına  əsasən    ekstragenital 

xəstəliklərin  (EGX)  strukturunda  böyrək  xəstəliklərindən  ana  ölümü    8-10%  təşkil 

edir.  Hamiləlik  dövründə  və  doğuş  zamanı  mexanik,  neyrohumoral  və  endokrin 

amillərin  təsiri  altında  sidik-ifrazat  orqanlarında  mürəkkəb  anatomik-funksional 

dəyişikliklər  baş  verir  ki,  onlar  normal  hestasiya  prosesinin  təmin  edilməsinə 

yönəldilmişdir.Buna baxmayaraq, hamilə qadınlarda pielonefritin manifestləşməsinin 

tezliyi 12,2-dən 33,8% arasında dəyişir və dəqiq artma meylinə malikdir . 




10 

 

  Əcnəbi  tədqiqatçıların  nəşrlərində  sidik-ifrazat  yollarının  infeksion-iltihabi 



xəstəliklərinin,  o  cümlədən  pielonefritin  sayının  getdikcə  artması  yekdilliklə  qeyd 

edilmişdir  –  o,  gənc  yaşlarda  15%  şəxslərdə  aşkar  edilir.  Bu  problemlər  müasir 

mamalıq  və  perinatologiya  baxımından  xüsusilə  aktualdır,  çünki    çox  vaxt  xəstəlik 

hamiləlik  zamanı  özünü  biruzə  verir  və  anada  bu  patologiya  olduqda 

yenidoğulmuşların xəstələnmə səviyyəsinin yüksəlməsinə gətirib çıxarır.  

Qeyd  etmək  lazımdır  ki,    pielonefrit  təkcə  hamiləliyin  gedişini  ağırlaşdırmır, 

həmçinin  hamiləlik  özü  böyrəklərdə  iltihab  prosesinin  gedişinə  mənfi  təsir  göstərir.  

Bu  zaman  təqribən 1/3  hallarda onun kəskinləşməsi  müşahidə  olunur.  Pielonefrit  və 

hamiləliyin  birgə  rast  gəlməsi  doğuşdan  sonra  baş  verən  iltihabi  ağırlaşmaların 

yaranması  riskini  də  artırır,  belə  ki,  onlar  22-33%  zahı  qadınlarda  nəzərə  çarpır.   

Pielonefritə  həsr  olunmuş  çoxlu  sayda  tədqiqat  işlərinə  baxmayaraq,    hamilə 

qadınlarda  bu  xəstəliyin  etiologiyası  və  patogenezi  hələ  də  tədqiqat  obyekti  olaraq 

qalır.  Belə  ki,    qalxan  yolla  yoluxma  zamanı  pielonefritin  inkişafına  şərait  yaradan 

amillərin  əhəmiyyəti  axıradək  öyrənilməmişdir.    Məlumdur  ki,  onun  əsas  inkişaf 

mexanizmləri  aşağıdakılardır:  qadın  sidik-ifrazat  sisteminin  (SİS)  anatomik-

funksional  xüsusiyyətləri;  yuxarı  SİS-nin  urodinamikasının  pozulması,  hamilə 

qadında  simptomsuz  bakteriuriyanın  və  ərində  simptomsuz  bakteriospermiyanın 

olması; hamiləlik zamanı və anamnezdə yoluxucu xəstəliklərin olması. 

 Hamiləlik  üçün  səciyyəvi  olan  hormonal  diskorrelyasiyalar  da  həmçinin  sidik 

kisəsinin  fəaliyyətinin  dəyişilməsinə  –  tonusun  zəifləməsinə,  onun  həcminin 

artmasına,  sidik  ifrazının  pozulmasına  səbəb  olur  ki,  bu  da  yuxarı  sidik  ifrazat 

yollarından sidiyin evakuasiyasını çətinləşdirir. Pielonefrit ilə xəstə hamilə qadınların 

qanında  hormonların  miqdarı    sağlam  hamilə  qadınlarda  nəzərə  çarpan  analoji 

göstəricilərdən  xeyli  yüksəkdir.  Hamiləliyin  sonuna  qədər  uşaqlığın    50-60  dəfə 

böyüməsi  ilə  əlaqədar  olaraq    hamilə  qadının  sidik-ifrazat  yollarının  uşaqlıq 

tərəfindən  sıxılması  kimi  əlavə  amil  meydana  çıxır  ki,  o  da      xronik  pielonefritin 

yaranmasına  və  ya  artıq  mövcud  olan  XP-in  kəskinləşməsinə  təkan  verir.  Sidik 

kisəsinin  həcminin  artması  və  sidik  axarlarının  tonusu  ilə  bərabər  onun  tonusunun 

zəifləməsi  sidiyin  durğunluğuna,  sidik  axarı-kisəsi  reflyuksunun  və  hidronefrozun 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə