H. F. Bağirova, Ş. H. QƏDİmova böYRƏk xəSTƏLİKLƏRİ VƏ hamiLƏLİK



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə14/24
tarix18.05.2018
ölçüsü0,6 Mb.
#44665
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   24

41 

 

5)



 

 müalicəyə  tabe olmayan simptomsuz bakteriuriya və ya leykosituriya. 

  

Bütün  halarda  qadın  hamiləliyin  müddətindən  asılı  olmayaraq  hospitalizasiya 



edilir.    Bəzən  bunu  bir  neçə  dəfə  həyata  keçirmək  lazım  gəlir.  Hipertoniya  ilə 

müşayiət  olunan  böyrək  xəstəliklərində  qadınları    mütləq  doğuşdan  2-3  həftə  əvvəl 

stasionara  yerləşdirirlər.    Əgər  böyrəklərin  xəstəlikləri  hipertoniya  ilə  müşayiət 

olunmursa, doğuşdan əvvəl onların erkən hospitalizasiyasına ehtiyac yoxdur . 

 

Hamiləliyin erkən vaxtlarında hospitalizasiya doğum evində deyil,  terapevtik, 



uroloji  və  ya  nefroloji  stasionarda  aparılmalıdır,  çünki    bu  klinikalarda  müayinə 

aparmaq  üçün  imkanlar  daha  genişdir.  Bu  müəssisələrdə  hamiləliyin  dayandırılması 

və  ya  başa  çatdırılması  məsələsi    mamaların  fəal  iştirakı  ilə  həll  edilir.  Optimal 

variant  -  böyrəkləri  xəstə  olanlar  üçün  ixtisaslaşdırılmış  doğum  evləri  və  ya 

çoxprofilli xəstəxanaların doğum evləri sayılır, çünki orada terapevtlərin, uroloqların, 

nefroloqların,  okulistlərin,  nevropatoloqların  konsultativ  yardımı,  həmçinin  bioki-

myəvi, immunoloji və digər lazımi müayinələrin aparılması mümkündür .  

  Hamiləliyin ikinci üçaylığından xəstələr yalnız doğum evlərinə hospitalizasiya 

edilir, belə ki, bu dövrdən etibarən onlar mamanın sistematik müşahidəsinə daha çox 

ehtiyac  duyulur.  Onlara  özbaşına  düşüklər  və  ya  vaxtındanəvvəl  doğuşlar  zamanı 

yardım  edilməsi  lazım  gəlir  ki,  o  da  doğum  evi  şəraitində  həyata  keçirilməlidir.  

Qlomerulonefrit,  pielonefrit  (kəskinləşməyən),  sidik  daşı  xəstəliyi,  hidronefroz qeyd 

edilən,  yeganə  böyrəyi  olan  xəstələri    -  hamilə  qadınların  patologiyası  şöbəsinə, 

kəskin  pielonefriti  olanlar  isə    -  ikinci  mamalıq  şöbəsinə  hospitalizasiya  edilir. 

Hamilə    qadınların  patologiyası  şöbəsində  yerləşdirilən  və  uroloji  xəstəlikləri  olan 

qadınlar pielonefritin kəskinləşməsi aşkar edildikdə ikinci mamalıq şöbəsinə keçirilir. 

  İxtisaslaşdırılmış doğum evlərinin və ya  böyrək patologiyası üzrə profilləşmiş 

şöbələrin  təşkil  edilməsi  məqsədəuyğundur.  Belə  şöbələrin  ştatları  (mamalar, 

terapevtlər) dəyişdirilmir, lakin müəyyən nozoloji formalar aşkar edilən xəstələrin bir 

yerdə  «toplanması»  həkimlərin  təcrübə  qazanmasına  və  peşəkarlıqlarının 

artırılmasına şərait yaradır . 

 Ştatda  olan  mamalar  və  terapevtlərdən  başqa,  profil  şöbələr  üçün  aşağıdakı 

məsləhətçilərin olması da vacibdir: uroloq, okulist, bəzən- nefroloq. 



42 

 

  Böyrəklərin  vərəmi  aşkar  edilən  qadınlar  ftiziouroloqda  qeydiyyata  götürülür, 



onlar  vərəmli  xəstələr  üçün  nəzərdə  tutulan  ixtisaslaşdırılmış  doğum  evlərinə 

hospitalizasiya  edilir.  Xəstənin  müayinəsi    qəbul  şöbəsində  xəstəni  bilavasitə 

baxışdan  keçirdikdən    sonra  sadə  müayinələrdən  başlanılır.    Müayinənin  ikinci 

mərhələsində  xəstəliyin  diaqnostikasına  və  diferensiasiyasına  imkan  verən  

metodlardan  istifadə  edilir.  Müayinənin  üçüncü  mərhələsi  -    orqanizmin  zədələnmiş 

orqan və sistemlərinin funksional vəziyyətinin öyrənilməsidir . 

  Hamiləliyin  davam  etdirilməsi  məsələsi  stasionarda  diaqnoz  dəqiqləşdi-

rildikdən sonra  qadın və döl üçün proqnozu əks etdirən risk dərəcəsinin əsasında həll 

edilir.    Hamiləliyin  davam  etdirilməsi  və  ya  dayandırılması  haqqında  qərar,  artıq 

deyildiyi  kimi,  stasionardan  verilən  və  qadın  məsləhətxanasında  həkimə  təqdim 

olunan çıxarışda göstərilir . 

  Böyrək xəstəlikləri ilə əlaqədar hamiləliyin dayandırılması zərurəti yarandıqda 

birinci  üçaylıqda  döl  yumurtası  küret  və  ya  vakuum-aspirator  vasitəsilə  (maksimal 

ağrısızlaşdırma  yolu  ilə)  kənar  edilir,  xüsusilə  əgər  xəstəlik  hipertoniya  ilə 

ağırlaşarsa.  İkinci  üçaylıqda  hamiləliyin  dayandırılması    mütləq  3  nəfərdən  az 

olmayan şəxslərdən təşkil edilmiş həkim komissiyasının aktı ilə sənədləşdirilir. Aktda 

hamiləliyin  dayandırılmasına  olan  göstərişlər  dəqiq  əsaslandırılmalıdır.  Hamiləliyin 

dayandırılması F

2a

 prostaqlandinin (50 mq)  və ya onun analoqlarının transabdominal  



intraamnial  yeridilməsi  yolu  ilə  həyata  keçirilməsi  daha  yaxşıdır.    Əvvəlcə  ciftin 

lokalizasiyası  ultrasəs  müayinəsi  vasitəsilə  təyin  edilir.  Dərinin  müvafiq 

zərərsizləşdirilməsindən sonra qarın ön divarının  0,25%-li novokain məhlulu ilə yerli 

anesteziyası aparılır. Onurğa beyninin punksiyası üçün işlədilən mandrenli uzun iynə 

vasitəsilə  qarın  ön  divarını  və  uşaqlığın  ön  divarını  deşir,  sonra  mandren  oradan 

çıxardılır.  İynədən  dölyanı  maye  xaric  olduqda    sonuncu  20  ml  miqdarda  şprisə 

yığılır  (onun  içərisində  artıq  50  mq  prostoqlandin  vardır)  və  tədricən  (4-5  dəqiqə 

ərzində)  qarışıq  intraamnial  yolla  yeridilir.    Proseduradan  sonra  əlavə  reaksiyaların 

inkişaf etməsi mümkündür: səpgi, ürəkbulanma, qusma. Xəstələr anamnezdə allergik 

reaksiyaların  olmasını  göstərdikdə  prostoqlandini  yeritməzdən  əvvəl  istənilən 

histaminəleyhinə  preparatın  (1  ml  1%-li  dimedrol  məhlulu,  1  ml  2%-li  suprastin 



43 

 

məhlulu  və  ya  1  ml  2,5%-li  pipolfen  məhlulu)  inyeksiyasının  edilməsi  məsləhət 



görülür.  Əgər  prostoqlandin  yoxdursa,  50%-li  qlükoza  məhlulu  transabdominal 

intraamnial  yolla  yeridilir,  çünki  böyrək  xəstəlikləri  zamanı    xörək  duzunun 

hipertonik məhlulunun (20%-li) inyeksiyası məsləhət görülmür. Böyrək çatışmazlığı 

və hipertoniya olmadıqda kəskin pielonefrit istisnalıq təşkil edir . 

   

Qlükozanın hipertonik məhlulunun yeridilməsindən əvvəl  dölyanı suları  xaric 



etmək lazımdır, bu zaman onların miqdarı hamiləliyin müddətindən asılıdır. Belə ki, 

hamiləliyin  20-ci həftəsində  dölyanı sular 150 ml, 21-24-cü həftədə - 200 ml, 25-26-

cı həftədə  - 250 ml xaric edilir. Yeridilən qlükoza məhlulunun və ya xörək duzunun 

miqdarı  xaric edilən dölyanı suların miqdarından 30-50 ml az olmalıdır. 

      İkinci üçaylıqda hamiləliyin  dayandırılması kiçik Qeysəriyyə  kəsiyi əməliyyatı 

vasitəsilə  həyata  keçirilir.  Vaxtındanəvvəl  doğuş  aparılmasına  ehtiyac  yarandıqda 

hamiləliyin  üçüncü  üçaylığında  prostaqlondinlərlə  induksiya  olunur.  Uşaqlıq 

boynunun  yetişkənlik  dərəcəsi  təyin  edilir,  sonra  doğuşun  oyandırılması  venadaxili 

damcı üsulu ilə  2,5 mq F

2a

 prostaqlandin və 5 Vah oksitosin 500 ml natrium xloridin  



izotonik  məhlulunda  yeridilir.  Məhlulun  əvvəldə  yeridilməsi  sürəti  dəqiqədə  12 

damcı, sonra isə dəqiqədə 20-24 damcı təşkil edir. Doğuşun oyandırılması həmçinin 

vena daxilinə F

2a

  prostaqlandinsiz  5 Vah oksitosin yeridilməsi ilə  həyata keçirilir . 



 Hamiləliyin  son  həftələri  doğuşdan  əvvəl  doğuş  metodu  və  həm  doğuşdan 

əvvəl, həm də doğuş vaxtı aparılan terapevtik tədbirlərin xarakteri  seçilir. Bir qayda 

olaraq,  böyrək  xəstəlikləri  olan  qadınlar    təbii  doğuş  yolları  vasitəsilə  doğa  bilər. 

Doğuş  zamanı  spazmolitik  vasitələrin  tətbiq  edilməsi  və  maksimal  ağrısızlaşdırma 

tövsiyə olunur . 

  Böyrək 

xəstəlikləri 

olan 


qadınlarda  doğuşların  aparlmasının  bəzi 

xüsusiyyətlərini  qeyd  etmək  lazımdır.  Pielonefritin  müxtəlif  formaları  və  sidik  daşı 

xəstəliyindən  əziyyət  çəkən  qadınlarda  bəzən  doğuş  zamanı  yuxarı  sidik-ifrazat 

yollarından  sidiyin  axmasının  kəskin  pozulması  müşahidə  olunur.  Bu,  onların 

okklüziyası və ya spazmı ilə şərtlənə bilər. Belə vəziyyətdə  sidik axarlarının ikitərəfli 

kateterizasiyasını  təcili  həyata  keçirmək  lazımdır.  Bu  zaman  doğuşlar  təbii  doğuş 

yollarından aparılır.  Doğuşu sürətləndirmək üçün doğuş fəaliyyətinin stimulyasiyası 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə