H. F. Bağirova, Ş. H. QƏDİmova böYRƏk xəSTƏLİKLƏRİ VƏ hamiLƏLİK



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə23/24
tarix18.05.2018
ölçüsü0,6 Mb.
#44665
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   24

69 

 

və  ya  oval  formalı  hiperxrom  boyanmış  nüvələrə  malik,  dar  eozinofil  sitoplazmalı 



hüceyrələr  şəklində  görünür.  Plazma  hüceyrələrində  isə  nüvənin  quruluşu  eyni  olub 

limfostirlərdən  fərqli  olaraq  ekssentrik  yerləşmişdir  və  bu  səbəbdən  hüceyrənin  bir 

tərəfində  sitoplazma  aydın  seçilir.  Hər  iki  hüceyrənin  nüvəsində  xromatin  bərabər 

paylanmış  və  sıx  yerləşmiş  olur.  Tədqiqata  alınan  nümunələrdə  cift  stromasında 

limfosit  və  plazma  hüceyrə  infitrasiyasının  tamamilə  olmaması  və  ya  qrup  təşkil 

etməyən,  tək-tək  limfosit  və  plazma  hüceyrələrinin  olması  0;  cift  stromasında  az 

sayda  qrup  əmələ  gətirən,  lakin  seyrək  yerləşmiş  limfosit  və  plazma  hüceyrələrinin 

olması 1; stromada bol miqdarda qrup əmələ gətirən, sıx yerləşmiş limfosit və plazma 

hüceyrələrinin olması 2, stromada limfosit və plazma hüceyrələrindən təşkil olunmuş 

aqreqatların olması isə 3 bal şəklində qiymətləndirilmişdir. 

Neytrofil infiltrasiyası limfosit və plazma hüceyrələrindən fəqrli olaraq əsasən 

kəskin  iltihablar  üçün  xarakterik  hesab  olunur  və  toxuma  zədələnməsindən  sonrakı 

ilk  günlərdə  toxumada  iltihab  hüceyrələri  arasında  üstünlük  təşkil  edir.  Neytrofillər 

hematoksilin və eozin ilə boyalı kəsiklərdə geniş, eozinofil boyanan, danəli sitoplaz-

maya  malik,  bir  neçə  seqmentə  ayrılmış  hiperxrom  bazofil  nüvəsi  olan  hüceyrələr 

şəklində görünürlər. Bəzən yetişməmiş neytrofillərdə seqmentlərə bölünməyən, çöp-

şəkilli  nüvələr  də  görmək  mümkündür.  Nümunələrimizdə  neytrofil  infiltrasiyası 

müşahidə edilməyən hadisələr 0; cift stromasında tək-tək neytrofil infiltrasiyası olan 

hadisələr  1;  cift  stromasında  bir  çox  sahədə  neytrofillərin  infiltrasiyası  qeydə  alınan 

hadisələr  2;  neytrofillərin  nekroz  fonunda  aqreqat  təşkil  edərək  abses  və  ya 

mikroabses əmələ gətirdiyi hadisələr isə 3 bal ilə qiymətləndirilmişdir. İltihab zamanı 

toxumada  neytrofil,  limfosit  və  plazma  hüceyrələri  ilə  müqayisədə  daha  az  rast 

gəlinən  eozinofil  infiltrasiyası  əsasən  allergik  zədələnmələr  üçün  xarakterik  hesab 

edilən  morfoloji  əlamətdir.  Bu  hüceyrələrin  rast  gəlindiyi  hallarda  digər  iltihab 

hüceyrələri  ilə  birlikdə  qarışıq  populasiya  təşkil  edirlər.  Mikroskopik  olaraq  hema-

toksilin  və  eozin  ilə  boyanmış  kəsiklərdə  neytrofillər  kimi  geniş  və  danəli  sitoplaz-

maya malik olub daha intensiv eozinofil boyanırlar. Nüvələr əksər hallarda seqmentli 

və bazofildir. Nümunələr nəzərdən keçirilən zaman cift stromasında heç bir eozinofil 




70 

 

infiltrasiyası  olmayan  hadisələr  0;  cift  stromasında  10  iltihab  hüceyrəsindən  ən  biri 



eozinofil  olan  nümunələr  1;  cift  stromasında  10  iltihab  hüceyrəsi  arasında  2-4  ədəd 

eozinofil  olan  nümunələr  2;  cift  stromada  10  iltihab  hüceyrəsindən  5  və  daha  çoxu 

eozinofil olan nümunələr isə 3 bal ilə qiymətləndirilmişdir. 

CIFTDƏ NEKROTIK DƏYIŞIKLIKLƏR 

Kəskin  toxuma  zədələnməsinin  xarakterik  əlamətlərindən  biri  də  hüceyrə 

ölümünü xarakterizə edən nekrozdur. (Foto 5)  

 

Foto  5.  Böyrək  patologiyası  olan  hamilə  qadına  aid  cift  toxumasında 



mikroskopik  olaraq  təyin  edilən  fokal  nekroz  sahəsi;  qan  dövranı  pozulmasını 

xarakterizə  edən  venoz  hiperemiya  və  yayılmış  qansızmalar  (boyaq:  hematoksilin-

eozin; böyütmə: ×40) 

 

Bu  parametr  zədələyici  amilin  gücündən,  eləcə  də  təsir  müddətindən  asılı 



olaraq ayrı-ayrı nümunələrdə müxtəlif intensvilikdə ola bilir. Geniş həcmli nekrotik 

dəyişikliklər  cift  nümunələrinin  makroskopik  müayinəsi  zamanı  ağımtıl-qəhvəyi 

rəngli,  dəqiq  sərhədlərə  malik  sahələr  şəklində  görünür  və  asanlıqla  təyin  edilir. 

Mikroskopik  olaraq  isə  hematoksilin  və  eozin  ilə  boyanmış  kəsiklərdə  nekrotik 

sahələr  homogen,  açıq  çəhrayı  rəngli  sahələr  şəklində  görünür.  Bəzi  nümunələrdə 

nekroz sahələrinin içində qan dövranı pozulmaları ilə əlaqədar yayılmış qansızmalar, 

hemosiderin  toplantıları  və  makrofaqlar    da  müəyyən  edilir.  Eyni  zamanda  nekroz 

sahəsi əksər vaxtlar iltihab hüceyrələri, xüsusən də neytrofillər ilə infiltrasiya olunur. 




71 

 

Tədqiqatımızda  cift  nümunələrində  müşahidə  edilən  nekroz  intensivliyinə  görə 



aşağıdakı kimi qiymətləndirilmişdir: ciftdə heç nekroz sahəsi rast gəlinməyən hallar 0 

bal;  ciftin  15%`dən  az  hissəsində  nekroz  sahəsinin  təyin  edilməsi,  eyni  zamanda 

yalnız mikroskop ilə təyin edilə bilən fokal nekroz ocaqları 1 bal; ciftin 15-30%`ni 

əhatə  edən  nekroz  prosesi  2  bal;  ciftin  30%`dən  çox  hissəsini  təşkil  edən  nekroz 

prosesi isə 3 bal

 

CIFTDƏ FIBROZ TOXUMASININ INKIŞAFI 



Xronik toxuma zədələnmələri, habelə xronik iltihablar zamanı müşahidə edilən 

və  toxuma  proliferasiyasını  təmsil  edən  parametrlərdən  biri  fibroz  toxumanın 

yaranması və kollagen liflərin proliferasiyasıdır. Cift nümunələrində bu əsasən özünü 

stromanın  genişlənməsi  və  sklerozlaşması  şəklində  göstərir.  Bu  tip  dəyişikliklər 

bəzən  qan  dövranı  pozğunluqları,  limfosit  və  plazma  hüceyrə  infiltrasiyası,  xorion 

xovlarında atrofik dəyişikliklər ilə birlikdə müşahidə edilir. (Foto 6). 

Fibroz 

toxumanın 



yaranması 

və 


kolagen 

liflərin 

proliferasiyası 

qiymətləndirilən  zaman  bu  parametrlərin  olmadığı  nümunələr  0;  cift  stromasının 

10%-ə qədər hissəsinin kollagen liflərdən ibarət olduğu nümunələr 1; cift stromasının 

10-50%-nin  kollagen  liflərdən  ibarət  olduğu  nümunələr  2  cift  stromasının  50%-dən 

çox  hissəsinin  kollagen  liflərdən  ibarət  olduğu  nümunələr  isə  3  bal  şəklində 

hesablanmışdır.

 

 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə