H. F. Bağirova, Ş. H. QƏDİmova böYRƏk xəSTƏLİKLƏRİ VƏ hamiLƏLİK



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə22/24
tarix18.05.2018
ölçüsü0,6 Mb.
#44665
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   24

65 

 

 



Foto  1.  Böyrək  patologiyası  olan  hamilə  qadına  aid  cift  toxumasında  amnion 

qişanı örtən epiteldə fokal hiperplaziya (boyaq: hematoksilin-eozin; böyütmə: ×100)

 

 

Spontan  olaraq  amnion  epitelində  eroziv-xoralı  dəyişikliklər  -  mikroskopik 



olaraq epitelin olmaması, onun yerində isə qan laxtaları və fibrin liflərinin çöküntüsü; 

amnion  qişanın  altında  bu  zaman  periferik  qan  elementləri,  hemolizə  uğramış 

eritrositlər  və  hemosiderin  toplantıları  aşkar  edilmişdir.  Bu  hadisələrdə  epitelin 

sitoplaz-masında 

hematoksilin-eozinlə  boyanmayan  qranullar  görünmüşdür. 

Nümunələrin hamısında amnion qişanın bazal membranının altında sıra ilə kompakt, 

fibroblastik  və  süngərəbənzər  təbəqələr  aydın  seçilir.  Bu  təbəqələr  fibroblastlardan 

ibarətdir  və  hər  bir  təbəqədə  hüceyrələrin  sıxlığı  fərqlidir.  Nümunələrin 

əksəriyyətində  süngərəbənzər  təbəqədə  fibroblastlarla  yanaşı  makrofaqlara  da  rast 

gəlmək  mümkündür.  Heç  bir  nümunədə  kompakt  və  fibroblastik  təbəqələrdə 

dəyişiklik  müşahidə  edilməmişdir.  Amnion  epite-lindən  başlayaraq  bazal  membran, 

kompakt və fibroblastik təbəqələr, həmçinin sün-gərəbənzər təbəqə daxil olmaqla bu 

hissənin  qalınlığı  nümunələrdə  0.24-8.3  mm  (orta  hesabla  0.37  mm)  arasında 



66 

 

tərəddüd  edirdi.Nümunələrin  hamısında  xorion  qişa  komponentləri  aydın  şəkildə 



təyin edili (Foto2) 

 

Foto  2.  Böyrək  patologiyası  olmayan  hamilə  qadına  aid  cift  toxumasında 



normal trofoblastik X hüceyrələr (boyaq: hematoksilin-eozin; böyütmə: ×100)

 

Bütün nümunələrdə xorionun xovlu hissəsi (chorion frondosum) və xorionun xovsuz 



hissəsi  (chorion  leave)  mövcuddur.  Ümumi  baxış  zamanı  xovsuz  hissədə  kompakt 

yerləşmiş  bir  neçə  təbəqə  seçilir.  Xovlu  hissə  isə  çoxsaylı  damarlar  və  funksional 

xovlar görünür. Xovsuz hissəyə baxış zamanı ilk olaraq xorionun səthi təbəqəsi olan 

tamamlanmamış hüceyrələr zonası müəyyən edilir. Nümunələrdə bu hissə əsasən lifli 

strukturlardan  ibarətdir.  Bəzi  nümunələrdə  az  miqdarda  yetişməmiş,  primitiv 

quruluşlu,  böyük  nüvələri  olan  və  lifli  strukturlardan  fərqlənən  hüceyrələr  qeydə 

alınır. Bu təbəqədən xaricdə nisbətən qalın, retikular təbəqə müəyyən edilir. Retikular 

təbəqə  çox  sayda  sıx  yerləşmiş  fibroblastlardan  və  makrofaqlardan  ibarətdir.  Ayrı-

ayrı  nümunələrdə  makrofaqların  miqdarı  fərqlidir.  Bu  təbəqədən  xaricdə  yalançı 

bazal  membran görünür  və bu  hissə  kompakt  yerləşmiş  lifli strukturlardan  ibarətdir. 

Habelə  nümunələrin  hamısında  bu  hissənin  sərhəddində  trofoblastik  x  hüceyrələr 

(aralıq  trofoblastlar)  təbəqəsi  görünür.  Trofoblastik  x  hüceyrələrin  sitoplazması 

eozinofilik  və  danəlidir.  Nüvələri  nisbətən  solğundur.  Hüceyrə  membranları  və 

ümumilikdə hüceyrələrin sərhədi çətin ayırd edilir. (Foto 3).  




67 

 

 



Foto  3.  Böyrək  patologiyası  olmayan  hamilə  qadına  aid  cift  toxumasında 

trofoblastik      X      hüceyrələr  zonasında  kiçik  kistoz  boşluq  (boyaq:  hematoksilin-

eozin; böyütmə: ×100)

 

 



Nümunələrdə  xorionun  xovlu  hissəsində  xovların  təşkil  olunduğu  qan 

damarları,  onları  əhatə  edən  fibroblastlar,  onun  səthini  örtən  sitotorfoblastlar  və 

sinsitotrofoblastlar  aydın  şəkildə  seçilir  (Foto  4).  Əsas  (lövbər)  xovlar  kiçik 

xovlardan daha qalın və geniş olmaları ilə fərqlənirlər. Əsas xovlardan ayrılan kiçik 

(ikincili)  xovlarların  miqdarı  ayrı-ayrı  nümunələrdə  dəyişkəndir.  Kiçik  xovların 

özəyində  kövşək  lifli  birləşdirici  toxuma  və  qan  damarları  müəyyən  edilir.  Bəzi 

nümunələrdə kövşəklifli birləşdirici toxuma lifləri arasında az sayda saya əzələ lifləri 

və faqosit qabiliyyətinə malik böyük girdə nüvəli, iri ölçülü Hofbauer hüceyrələrinə 

də rast gəlinir. Buradakı qan damarları çox incə divara malikdir və incə endotel qatı 

ilə  örtülüdür.  Nümunələrdə  həmin  damarların  mənfəzində  az  sayda  dölə  aid  nüvəli 

eritrositlər tapmaq mümkündür. Kiçik xovlar xaricdən təkqatlı, eyni quruluşa malik, 

hiperxrom  nüvəli,  sıx  yerləşmiş  hüceyrələrdən  ibarət  sinsitotrofoblast  təbəqəsi  ilə 

örtülüdür.  Sinsitotrofoblastik  hüceyrələr  bəzi  nümunələrdə  bir  yerə  toplanıb  kiçik 

düyünlər əmələ gətirir. Eyni zamanda bu tip düyünlərə xovlararası sahələrdə sərbəst 

şəkildə də rast gəlinir. 



68 

 

 



Foto 4. Böyrək patologiyası olmayan hamilə qadına aid cift toxumasında normal cift 

xovları (boyaq: hematoksilin-eozin; böyütmə: ×100)

 

 

Az  sayda  kiçik  xovda  sinsitotrofoblast  təbəqəsinin  altında  sitotrofoblast 



(Lanqans) təbəqəsi də  müəyyən  edilir. Həmin  təbəqə  aydın  görünən bazal  membran 

üzərində  yerləşmiş  iri  nüvəli,  zəif  boyanan  hüceyrələrdən  ibarətdir.  Hüceyrələrin 

sitoplazmasında  çoxsaylı  vakuollar  və  əlavələr  qeyd  edilir.  Qeyd  edilən  dəyişiklik 

yalnız spontan olaraq tək-tək xovlarda görünür və hadisələrin heç birində generalizə 

olunmuş formada rast gəlinmir.Tədqiqata cəlb edilən cift nümunələrində qeydə alınan 

struktur  variasiyaları  ilə  yanaşı  bir  sıra  patoloji  dəyişikliklər  də  qeydə  alınmışdır. 

Patoloji dəyişikliklərin ümumi profilini müəyyən etmək  məqsədi ilə nümunələr bəzi 

parametrlərə görə nəzərdən keçirilmişdir. 

CIFT TOXUMASINDA ILTIHAB 

İltihab parametrində xronik iltihabları xarakterizə edən morfoloji əlamət olaraq 

limfosit və plazma hüceyrə infiltrasiyası nəzərdən keçirilmişdir. Mikroskopik olaraq 

hematoksilin və eozin ilə boyanmış kəsiklərdə limfositlər hamar sərhədləri olan, girdə 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə