H. F. Bağirova, Ş. H. QƏDİmova böYRƏk xəSTƏLİKLƏRİ VƏ hamiLƏLİK



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə21/24
tarix18.05.2018
ölçüsü0,6 Mb.
#44665
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   24

62 

 

 



Şək.1.  Bakı  şəhərində  hamilə  qadınlarda  böyrək    patologiyasıilə  birincili 

xəstələnmə göstəriciləri (2009-2011-ci illər). 

 

Şərti işarələr: 1- cəmi müayinə olunmuşdur; 2-onlardan böyrək patologiyası ilə, 



müt.; 3- %-lə 

2009-2011-ci illər ərzində Bakı şəhərində hamilə qadınlarda sidik-cinsiyyət sis-

temi  orqanlarının  qeydə  alınan  patologiyalarının  strukturunun  və  dinamikasının 

öyrənilməsi  böyrəklərin  hidronefrozu  (14,8%)    ilə  müqayisədə    xronik  pielonefritin  

üstünlük  (22,7%)  təşkil  etdiyini  göstərmişdir.    Sistitin  xüsusi  çəkisi  4,8-dən  yüksək 

deyildir; sidik daşı xəstəlikləri 3,2%, böyrək sancıları  – 2,4%  və böyrəklərin anoma-

liyaları cəmi  0,8% təşkil etmişdir.  

Təhlil  olunan  dövr  ərzində  18  yaşdan  39  yaşa  qədər  olan  hamilə  qadınlar 

arasında  qeydə  alınan  böyrəklərin  xronik  xəstəliklərinin  strukturunda  xronik 

pielonefritin xüsusi çəkisinin artması müşahidə edilir - 27,2±0,8% (Şək.2).  

Böyrəklərin 

xronik 


xəstəliklərinin 

ümumi 


strukturunda 

böyrəklərin 

hidronefrozu    14,8±0,6% təşkil  etmişdir.    Sidik  daşı  xəstəliyinin  xüsusi  çəkisi  3,2% 

təşkil  etmişdir,  sistit    4,8%,  xronik  qlomerulonefrit  -  9,6%  rast  gəlmişdir  (p<0,05).  

Simptomsuz  bakteuriya  və  tubulointerstisial  nefrit  ilə  xəstələnmənin  təhlili  zamanı  

statistik əhəmiyyətli fərqlər (6,4% və 5,2%) nəzərə çarpmışdır. 

0

2000


4000

6000


8000

10000


12000

3374


3208

3546


10128

337


385

390


1112

10

12



11

11

2009



2010

2011

Cəmi        

1

2



3


63 

 

Xəstələnənlərin yaş strukturunda sidik-cinsiyyət sisteminin orqanlarının xronik 



patologiyaları  ilə  ən  yüksək  xəstələnmə  səviyyəsi    20  yaşdan  29  yaşa  qədər  olan 

hamilə qadınlarda (64,0±3,9%)  və 30 yaşdan yuxarı hamilə qadınlarda (30,0±3,7%) 

müəyyən  olunmuşdur.  Böyrək  patologiyası    ilə  xəstələnmənin  ən  az  xüsusi  çəkisi  

≤18 yaşda olan hamilə qadınlar (6,0±1,9%) arasında nəzərə çarpır. 

 

 

Şək.  2.  Bakı  şəhərində    2009-cu  ildən  2011-ci  ilə  qədər  keçən  dövr  ərzində 



müayinə olunan hamilə qadınlarda böyrək patologiyası ilə xəstələnmənin strukturu.  

Şərti işarələr: 

1- 

kəskin  pielonefrit;  2-  hestasion  pielonefrit;  3-  eklampsiya;  4-sistit;  5- 



sidik  daşı  xəstəliyi;  6-    böyrək  sancıları;  7-  böyrəklərin    anomaliyaları;  8-  xronik 

pielonefrit; 9- böyrəklərin hidronefrozu; 10- xronik qlomerulonefrit; 11- simptomsuz 

bakteuriya; 12- tubulointerstisial nefrit. 

İlk  baxışda  sadə  görünən  böyrəklərin  patologiyasının  epidemiologiyası  əslində,  

bizim  tədqiqatlara  uyğun  olaraq,  olduqca  çoxcəhətli,  çoxamillidir  və  spesifik 

qanunauyğunluqlara tabedir. Bundan başqa, onların epidemiologiyası üçün həmçinin 

mövsümilik  də  səciyyəvidir.  Epidemioloji  baxımdan  infeksion  xəstələnmənin 

mövsümiliyinin  aşkar  edilməsi  də  mühüm  əhəmiyyət  kəsb  edir,  belə  ki,    o, 

6,4

7,2


12

4,8


3,2

2,4


0,8

27,2


14,8

9,6


6,4

5,2


1

2

3



4

5

6



7

8

9



10

11

12




64 

 

məqsədyönlü  profilaktik  tədbirləri  həyata  keçirməyə  imkan  verir.  Ədəbiyyat 



məlumalarında  göstərilmişdir  ki,  qış  fəslində  immunoloji  statusun  səviyyəsinin 

azalması baş verir, orqanizm soyuqdəymə və iltihabi xəstəliklərə, o cümlədən  BP-yə 

daha çox məruz qalır.  Bakı şəhərində hamilə qadınlar arasında BP ilə xəstələnməyə 

dair  əldə  edilmiş  məlumatların  sayəsində    2009-cu  ildən  2011-ci  ilə  qədər  olan 

dövrdə  hər  ay  üçün  il  ərzində  hamilə  qadınlarda  BP  ilə  xəstələnmə  göstəricilərinin 

paylanması  öyrənilmişdir  (mövsümi  dəyişikliklərin  əmsallarının  hesablanmasının 

əsasında).  

Beləliklə,  həyata  keçirilən    müayinələrin  nəticələri  Bakı  şəhərində  2009-cu 

ildən  2011-ci  ilə  qədər  dövrdə  hamilə    qadınlarda  BP-nin  epidemioloji 

xarakteristikasını  (xəstələnmə  səviyyəsini,  strukturunu,  dinamikasını)    təhlil  etməyə 

imkan vermişdir. 

 

BÖYRƏK PATOLOGIYASI OLAN HAMILƏLƏRƏ AID CIFT 



NÜMUNƏLƏRININ HISTOPATOLOJI XÜSUSIYYƏTLƏRI 

 

      Tədqiqata  cəld  edilən  hamilə  qadınlara  aid  ciftlərin  disk  hissəsi  histopatoloji 



müayinəyə  cəlb  edilmişdir.  Bütün  nümunələr  eyni  parametrlər  üzrə  qiymətlən-

dirilmişdir.  Nəzərdən  keçirilən  parametrlərinin  xarakteristikası  aşağıda  təqdim 

edilmişdir. Tədqiqata alınan nümunələrin hamısında amnion qişası aydın seçilir. Bu 

qişa  bazal  membran  və  onun  üzərində  yerləşən  təkqatlı  epitel  hüceyrələrindən 

ibarətdir.    Bazal  membranın  altında  birləşdirici  toxumadan  təşkil  olunmuş  qalın 

təbəqə  müəyyən  edilir.  Amnion  qişanın  epitel  qatı  isə  təkqatlı  uniform  epitel 

hüceyrələrindən  təşkil  olunmuşdur.  Ayrı-ayrı  nümunələrdə  kubabənzər,  yastı, 

sekretor  aktivliyə  malik  epitel  tiplərinə  rast  gəlinmişdir.  Amnion  epitelində  çox  az 

sayda mitozlar görünmüşdür. Bu zaman amnion epitelinin çoxqatlı, hüceyrələrin oval 

və girdə formada olması, nüvələrdə cüzi böyümə qeydə alınmışdır (Foto 1).  




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə