Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə58/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   ...   50   51   52   53   54   55   56   57   58

126 
 
GümüĢqaya, Sarıqaya, Axmaqaya, Göydil, Yam, Savalan, Tufarqan toponimlərinin 
təhrif olunmuĢ formalarıdır. 
Hazırda  fars  dilində  Günbərf  Ģəklində  iĢlənən,  əslində  isə  səsdüĢümü 
nəticəsində  bizə  gəlib  çatan  Günbəri  toponimi  ehtimal  ki,  vaxtı  ilə  Günbərq 
Günbərə  və  ya  Günbəri  formalarından  birində  olmuĢdur.  Bu  toponimin  coğrafi 
mövqeyi və semantik mənası belə bir fikri söyləməyə imkan verir. Gün və müxtəlif 
anlamlar ifadə edən  bərq // bəri // bərə komponentlərindən biri əsasında yaranmıĢ 
Günbərq  //  Günbəri  //  Günbərə  toponiminin  semantik  mənası  hər  üç  formada 
dilimizdə  bir  mənada  –  gün  tutan,  güneydə  olan,  günəĢli,  günəĢə  doğru  olan  yer, 
ümumiyyətlə  güney  Ģəklində  açıqlanır.  Lakin  sözün  sonunda  səsdüĢümü 
nəticəsində  bu  toponimin  ikinci  komponenti  farslaĢdırılmıĢ  Günbərf  (bərf  fars 
dilində  qar  deməkdir)  Ģəklinə  salınmıĢdır.  Ġstər  coğrafi  mövqeyinə,  istərsə  də 
semantik mənasına görə Günbərf toponiminin komponentləri arasında uyğunsuzluq 
özünü göstərir. Bu isə  həmin toponimin ilkin variantının bərpasına imkan yaradır 
və  təsdiq  edir  ki,  bu  toponim  Günbərf  yox,  Günbərə  ///  Günbərq  //  Günbəri 
Ģəklində  olmuĢdur.  Hazırda  bu  toponimin  xalq  arasında  Günəvər  Ģəklində 
iĢlənməsi faktı onun qədim türkcə olduğunu əsaslandırır.  
Üskü  Ģəhərinə  yaxın  mineral  bulağın  baĢlanğıcında  yerləĢən  coğrafi 
mövqeyinə  görə  GiriĢ  adlanan  kəndin  adı  dəyiĢdirilib  Girinc  //  Cirinc  formasına 
düĢüb.  Təbrizin  BağmeĢə  məhəlləsində  GümüĢqaya  bulağının  adı  dəyiĢdirilib 
DəməĢqiyyə olub. 
Bostanava,  CamıĢava  toponimlərinin  müasir  dilimizdə  türkcə  yer,  məkan 
bildirən ikinci  komponenti  “ava” sözü  farsca  “abad” topoformantı ilə əvəzlənərək 
Bostanabad,  CamıĢabad  Ģəklində  dəyiĢikliyə  uğramıĢdır.  Bunlarla  yanaĢı,  “ava” 
tərkibli  daha  bir  toponim  –  Əkinava  coğrafi  adı  Əhmədabadla  əvəz  olunmuĢdur. 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  Əkinava  coğrafi  adının  paraleli  Ekinova 
formasında  Türkiyədə  də  mövcuddur.  Ə.Ġnanın  tədqiqatlarında  “ava”  sözünün 
qədim oğuz tayfa baĢçılarından birinin adını bildirdiyi qeyd olunur: “Altıncı çadıra 
“Ava” oturdu, ona sol traf kürek kegimini verdilər...” (Abdülkadir İnan. “Orun” ve 
“Ülüş” meselesi. Makaleler ve incelemeler. Ankara 1987, s.242). Türk dilində e-ə 
fonetik  əvəzlənməsini  nəzərə  alsaq  görərik  ki,  Ekinova  Əkinava  toponiminin 
fonetik  variantıdır.  Əkinava  türkcə  (əkin  və  ava)  sözlərindən  ibarət  əkin  yeri  və 
əkinçiliklə  məĢğul  olan  tayfa  anlamında  açıqlanır.  Bu  semantik  məna  eyni  ilə 
CamıĢava və Bostanava toponimlərinə də aiddir. Bu toponimlər isə həmin yerlərdə 
əkinçilik  və  heyvandarlığın  inkiĢafını  göstərməklə  yanaĢı,  həmin  yerlərin  qədim 
türk  tayfalarına  məxsus  olduğunu  müəyyən  edir.  Bunlarla  yanaĢı,  Güney 
Azərbaycanın qərbində Ava və Qızınava coğrafi adları qeydə alınmıĢdır. 
Güney Azərbaycanda farslaĢdırılmıĢ elə coğrafi adlar vardır ki, formaca fars 
dilində  iĢlənən  söz  təsiri  bağıĢlasa  da,  həmin  toponimlərin  semantik  mənası 


127 
 
müəyyənləĢdikdə  məlum  olur  ki,  bunlar  fonetik  əvəzlənmə  nəticəsində  məna 
dəyiĢikliyinə  uğramıĢ  türk  mənĢəli  sözlər  əsasında  yaranmıĢ  coğrafi  adlardır. 
Fonetik  əvəzlənmə ilə semantik  mənası dəyiĢdirilib təhrif edilmiĢ belə  toponimlər 
sırasında  Axmaqaya  (Əxməqiyyə)  və  Sarıqaya  (Səriğiyyə)  toponimlərini  xüsusi 
qeyd etmək lazımdır. 
Axmaqaya  toponiminin  “axma”  komponenti  “ax”  feli  və  “-ma” 
Ģəkilçisindən ibarət atributiv feli addır ki, (axma) mənası “yuxarıdan aĢağıya doğru 
istiqaməti  olan”  yəni  “axıcı”  deməkdir.  Bu  sözün  ikinci  komponenti  “qaya”  sözü 
də  eyni  ilə  türk  mənĢəli  söz  olub  iri,  böyük  daĢ  anlamındadır.  Göründüyü  kimi, 
Axmaqaya  “aĢağıya  doğru  istiqamətlənən  qaya”  mənasını  bildirir  və  bu  semantik 
məna həmin toponimin coğrafi vəziyyətinə də uyğun gəlir. 
Bəllidir  ki,  rəng  bildirən  sözlər  toponimlərdə  ayrı-ayrı  məna  çalarlarına 
malikdir. Müasir  dilimizdə  rəng bildirən  “sarı”  sözü də  coğrafi adların tərkibində 
müxtəlif  mənalarda  iĢlənir.  Güney  Azərbaycanda  qeydə  aldığımız  Sarıqaya 
toponiminin  tərkibindəki  “sarı”  sözü  “böyük,  geniĢ,  uca”  anlamında  açıqlanır. 
Göründüyü  kimi,  Axmaqaya  və  Sarıqaya  toponimlərinin  hər  ikisi  türk  mənĢəli 
sözlər  əsasında  yaranmıĢ,  coğrafi  mövqeyinə  uyğun  semantik  məna  ifadə  edən 
coğrafi adlardır. Lakin təəssüflə qeyd etmək lazımdır ki, zahiri oxĢarlığına görə hər 
iki  toponim    təhrif  edilərək  Əxməqiyyə  (əxməq  //  axmaq  –  səfeh,  ağılsız  sözü 
əsasında  yaranmıĢ  axmaqxana  mənasını  verir)  və  Səriğiyyə  (Səriğ  –  farsca  oğru 
sözündən  olub  oğruxana  deməkdir)  formasına  salınaraq  tamamilə  yeni  semantik 
məna  kəsb  etmiĢdir  (Müxtəsər  farsca-rusca-azərbaycanca  lüğət.  Azərb.SSR  EA 
nəşriyyatı,  Bakı,  1945,  s.  183).  Bu  Ģəkildə  təhrif  edilmiĢ  toponimlər  sırasına 
Gələnkeç, Gücüvar // Kücüvar, Köydil və Boranlı toponimlərini də aid etmək olar. 
Gələnkeç  toponimi  təhrif  edilərək  KəlankeĢ  (Kəlan-gələn  feli  sifət,  keĢ  isə  keç 
(keçmək)  felinin  dialekt  variantı  və  ç-Ģ  səs  əvəzlənməsi  ilə  gəlib  gedənin  keçdiyi 
yeri göstərir), Gücüvar (Güney Azərbaycan dialektlərində küc sözü toxunmuĢ kiçik 
kilim anlamında iĢlənir) Kocaabad  (koca – hara, abad-yer-məkan), Köydil Kuhdel 
(farsca  kuh  –  dağ,  del  –  ürək  deməkdir),  Boranlı  isə  dəyiĢdirilib  Baranlu  (fars 
dilində baran yağmur deməkdir) Ģəklinə salınmıĢdır. 
Hazırda Cənubi Azərbaycanda mövcud toponimlərin tərkibində Azərbaycan 
dilinin qədim sözlərinə təsadüf olunur ki, bunların bir qismi dilimizdə iĢlənmir, bir 
qismi  isə  öz  mənasını  dəyiĢmiĢ  Ģəkildə  iĢlənir.  Belə  sözlərdən  biri  “düĢərgə”, 
“Ģəhər” anlamı ifadə edən  türk mənĢəli qan // kan sözüdür. T.Hacıyev  də “qan” 
sözünün  fonetik  variantı  “ken”in  qədim  türk  dillərində  kənd,  yer,  məkan 
anlamlarında 
iĢləndiyini 
göstərmiĢdir 
(T.Hacıyev. 
Azərbaycan 
dilinin 
yazıyaqədərki  izləri  haqqında,  AFM,  Bakı,  1984,  s.  30).  Tərkibində  qan  sözü 
iĢlənən  toponimlərdən  biri  də  Tufarqan  coğrafi  adıdır.  Bu  toponim  əvvəlcə 
AzərĢəhr,  sonralar  isə  Dehxarqan  (farsca  deh  –  kənd,  xar  //  xardən  yemək 


128 
 
mənasında  açıqlanır)  ilə  əvəz  olunub.  Tufarqan  tufar  (divar  sözünün  dialekt 
formasıdır // divar və qan tərkiblərindən ibarət (divarlı Ģəhər) qədim türk mənĢəli 
toponimdir.  Qan  topoformant  kimi  müasir  dövrdə  də  bir  çox  qədim  türk  mənĢəli 
toponimlərin tərkibində daĢlaĢıb qalaraq eyni semantik mənanı bildirir. Qan // kan 
tərkibli  coğrafi  adlara  Əfqanıstanda  (Səmənqan),  Ermənistanda  (Ağ  Manqan  dağ 
silsiləsi),  Uyğurstanda  (Qansu),  ġimali 
Azərbaycanda  (Beyləqan),  Çin 
qaynaqlarında    qədim  türk  ölkəsi  Kanquy  adına  rast  gəlinsə  də,  bu  sözlə  bağlı 
yaranmıĢ  toponimlər  daha  çox  Güney  Azərbaycanda  (Kulqan,  Belukan,  Əzqan, 
Arikan,  Əbrğan,  Qulpayqan  –  ġərqi  Azərbaycanda,  Supurqan,  Surkan,  Girkan  // 
Kurqan, Qızılkan, Səqərkan, Kanissut – Qərbi Azərbaycanda, Kanizquzğun dağları 
– Urmiyada – Tusərkan və s.) qeydə alınmıĢdır. Yer, məkan bildirən qan sözünün 
dialekt və Ģivələrimizdə eyni anlamda qorunub saxlanması faktı maraqlı cəhət kimi 
özünü  göstərir.  Məsələn,  xəfəqan-xəfə  -  havasız,  qaranlıq  qan  isə  yer  anlamında 
açıqlanır. 
Bunlarla  yanaĢı,  Savalan  (suv  –  su  və  alan  komponentlərindən  yaranıb). 
Yam (poçt, çapar, mərkəzi), Ağtövlə və Bəyqala kimi türk mənĢəli coğrafi adlar da 
təhrif  edilərək  dil  mənsubiyyətinə  görə  mənası  aydın  olmayan  Səbalan,  Piyam, 
Ağtəvilə, Piyqəle formasına düĢmüĢdür.  
Cənubi  Azərbaycanda  qədim  türk  etnoslarının  adını  əks  etdirən  bəzi 
etnotoponimlər  də  dəyiĢdirilərək  tamamilə  yeniləri  ilə  əvəz  olunmuĢdur.  Belə 
etnotoponimlərdən  olan  Moğan  toponimi  Parsabadla,  e.ə.  dövrlərdə  qədim  türk 
tayfalarının  adından  ad  almıĢ  Tavr  dağı  əvvəllər  Eynalı  //  Aynalı,  sonralar  isə 
Surxabla,  Sulduz  Nəğədeylə,  ÇarbaĢ  ÇəharbəxĢlə,  Cığatı  çayının  adı  Zərrinrudla 
əvəz olunmuĢdur. 
Hazırda  Cənubi  Azərbaycanda  mövcud farsdilli coğrafi adların  əksəriyyəti 
türk (Azərbaycan) dilindən fars dilinə tərcümə edilərək dəyiĢdirilmiĢ toponimlərdir. 
Güney Azərbaycanda qeydə alınmıĢ belə toponimlər çoxluq təĢkil edir. Ġ.Mərdanov 
və  O.Mirzəyevin  yazdığı  kimi    tərcüməçiliyə  aludəlik  bəzən  elə  bir  vəziyyətə 
gətirib  çıxarır  ki,  baĢqa  coğrafi  obyektin  adı  ittifaq  və  dünya  xəritələrinə  düĢür, 
sonralar bu adın həqiqi adının bərpa edilməsi çətinləĢir və ya qeyri-mümkün olur 
(İ.Mərdanov.  O.Mirzəyev.  Coğrafiya  xəritələrində  toponimlərin  təhrif  və  tərcümə 
olunması  haqqında.  AOP-a  həsr  olunmuş  II  elmi  nəzəri  konfransın  materialları. 
Bakı, 1988, s.189). 
Təbrizdə  Quruçay  üzərində  salınmıĢ  qədim  tarixə  malik  DaĢ  körpü 
farslaĢdırılıb Polesəng, daha sonralar isə Pürsəng olub. DaĢ körpü isə artıq kütləvi 
dildən  çıxaraq  unudulub.  Qəzvin-RəĢt  yolu  üzərində  yerləĢən  ġirinsu-AbĢirin-
Soyuqbulaq, Mahabad, Acıçay-Təlxrud, Qızılüzən çayı-Sefidrud, Əhərdə yerləĢən 
Göydağ-Kuhsəbz, Təbrizin Dəvəçi  məhəlləsi ġotarban, Urmiyada Qoyun körpüsü 
Pole  Qusfənd,  Üçgözlü  körpü-Pole  Sedəhənə,  Urmiyada  Gölüstü  məhəlləsi 


129 
 
Səristəxr, 
UĢnəviyyədə 
Ġkiçay-Dorud, 
Urmiyada 
Acısu-Təlxab, 
ġərqi 
Azərbaycanda Ağsu-Sefidrud, Urmiyanın QuĢçu  Ənzəli rayonunda Ġstisu-Abgərim, 
toponimləri bu kimi tərcümələrlə farslaĢdırılıb.  
Miyana  yol  üstündə  yerləĢən  Kosalar  kəndinin  adı  dəyiĢdirilib  Kusəsalar 
formasına  düĢüb.  HəĢtəridə  qədimdən  Dəmirdöyən  kəndinin  adı  sonradan 
dəyiĢdirilib Teymurdun formasına salınıb. Dun ərəbcə alçaq, ləyaqətsiz, yəni təhqir 
anlamında iĢlənir ki, bu da vaxtı ilə böyük türk xaqanı olan Əmir Teymura farsların 
münasibəti  kimi  alçaq  Teymur  mənasını  ifadə  edir.  Türklərə  qarĢı  mənfi 
münasibətlərini ifadə etmək vasitələrindən birinə çevrilmiĢ coğrafi adlar  sırasında 
qədim  türk  tayfalarından  biri  üzların  adını  qoruyub  saxlayan  tarixi  minilliklərlə 
ölçülən Arus kəndinin adı farsca üfunətli, murdar yer anlamı ifadə edən Abriz sözü 
ilə əvəz edilib.  
Bir sıra  coğrafi adların tərkibində  olan qədim sözlər bəzən həmin  ərazinin 
sakinləri üçün anlaĢılmaz olur. Buna görə də həmin toponim ya bütövlükdə, ya da 
komponentlərindən  biri  müasir  dilə  uyğunlaĢdırılır  və  və  fonetik  forması 
dəyiĢdirilir.  Belə  fonetik  dəyiĢikliyə  uğramıĢ  toponimin  komponentləri  ayrı-
ayrılıqda müstəqil mənalı sözlər olsa da, ümumi tərkibdə onların mənası bir-birinə 
uyğun  gəlmir,  yəni  bu  sözlər  birlikdə  coğrafi  adın  məzmununu  əks  etdirmir. 
Məsələn,  Mərəndin  yaxınlığında  yerləĢən  Külli  //  Küllü  kəndinin  adı  dəyiĢdirilib 
sonradan  Kondləc  olub.    Fars  dilində  kond  –  ağır,  yavaĢ,  ləc  isə  küsmək,  acıq 
etmək  anlamlarını  verir.  Bu  coğrafi  adların  semantik  əsası  və  faktların  təhlili 
göstərir  ki,  həmin  adları  alınma  və  qeyri-türk  mənĢəli  hesab  etmək  olmaz. 
B.Budaqovun  qeyd  etdiyi  kimi,  coğrafi  adların  dəyiĢilməsi  xalqın  öz  tarixi 
köklərinin ayrı-ayrı Ģaxələrini doğramaq, onu yaĢadığı torpaqdan tədricən ayırmaq 
deməkdir  (B.Ə.Budaqov.  Azərbaycan  toponimləri  tədqiqinin  problemləri.  AOP-a 
həsr olunmuş konfrans materialları. Bakı, 1986, s.101-105). 
Bu  qəbil  coğrafi  adların  yaranması  Ġran  dövlətinin  farslaĢdırma  siyasəti 
aparması  ilə  bağlıdır.  Köçürmə  siyasəti  nəticəsində  baĢqa  millətlərin,  qeyri-
türklərin Azərbaycana yerləĢdirilməsi də bir çox toponimlərimizin dəyiĢdirilməsinə 
öz  təsirini  göstərmiĢdir.  Bu  təsir  Azərbaycanın  Ģərq  hissəsinə  nisbətən,  daha  çox 
Azərbaycanın  cənub-qərbində,  xüsusilə  Urmiya  tərəfdə  öz  əksini  göstərir.  ġərqi 
Azərbaycanda olduğu kimi, buradakı bir çox coğrafi adlar çox müxtəlif formalarda 
dəyiĢdirilərək  fars  dili  ilə  yanaĢı,  baĢqa  az  saylı  kiçik  etnik  qrupların  da  dillərinə 
uyğunlaĢdırılmağa  cəhd  edilmiĢdir.  Lakin  buna  baxmayaraq  bu  etnik  qrupların 
dilinin  lüğət  tərkibinin  Azərbaycan  türkcəsi  qədər  zəngin  olmaması  bu 
toponimlərin yalnız qrammatik quruluĢunda kiçik dəyiĢikliklə nəticələnmiĢ, sözün 
ilkin  semantik  mənası  isə  qorunub  saxlanmıĢdır.  Qədim  sul  //  çul  tayfalarının 
adlarını  əks  etdirən  ƏĢik  (Tərgivərdə),  Xanik  (Bardostda),  Qəsrik  (Rozaçayında) 
və baĢqa bu kimi  sözlər arasında  yaranmıĢ qədim türk  mənĢəli toponimlər kürdcə 


130 
 
uyğunlaĢdırılaraq  sonuna  –ik  Ģəkilçisi  artırılmaqla  dəyiĢdirilsə  də,  qədim  türk 
mənĢəli söz kimi ilkin semantik mənasını qoruyub saxlamıĢdır. 
Göründüyü  kimi,  Güney  Azərbaycandakı  coğrafi  adların  çoxu  müəyyən 
səbəblərdən və bəzi dil faktorlarından asılı olaraq dəyiĢmiĢ, neotoponimlərlə əvəz 
olunmuĢdur.  Bu  toponimlərin  leksik-semantik  cəhətdən  araĢdırılması  dilimizin 
tarixi durumunu ortaya çıxarmaqla yanaĢı, eyni zamanda xalqımızın mifik, ictimai-
fəlsəfi  görüĢlərinin  aydınlaĢdırılması  dialekt  və  Ģivələrimizin  öyrənilməsi  və  bir 
çox  digər  problemlərin  həlli  üçün  böyük  imkanlar  yaradır  və  belə  bir  faktı 
əsaslandırmağa  imkan  verir  ki,  türklər  bu  ərazinin  ilkin  məskunlaĢan  sakinləri 
olaraq  öz  tarixini  coğrafi  adlarda  müəyyən  edərək  gəlmə  tayfaları  da 
assimilliyasiyaya uğratmıĢlar. 


131 
 
KĠTABIN SƏHĠFƏLƏRĠNDƏ 
 
Redaktordan 
  
SĠYASƏT 
 
Seyidağa Onullahi 
Ġranda milli məsələnin qoyuluĢu 
YaĢar Kalafat. Arif Kəskin 
Ġranlılıq paradiqmasının çöküĢ prosesi və Güney Azərbaycan milli hərəkatının yüksəliĢi 
Qulamrza Səbri Təbrizi 
Azərbaycan milli hərəkatında ana dili faktoru 
Vaqif Sultanlı 
Güney Azərbaycan mühacir dövlətinin yaradılması zərurəti 
Ənvər Uzun 
Güney Azərbaycanın çağdaĢ siyasi durumu 
Gülara Yenisey 
Ġranda mərkəzi rejimin etnik qruplara baxıĢı və bu qrupların mərkəzdən bəkləntiləri 
Böyük Rəsuloğlu 
Güney Azərbaycanı kürdləĢdirmə siyasəti 
Güntay Gəncalp  
Güney Azərbaycan milli hərəkatı üzərinə fenomenoloji yanaĢma 
Əlirza Amanbəyli 
Ġran adlanan ölkədə iĢgəncə və cəza üsulları 
Sübhan Talıblı 
Dağlıq Qarabağ münaqiĢəsi Ġran mətbuatı və elmi ədəbiyyatında 
 
TARĠX 
 
Əkrəm Rəhimli (Bije) 
Mübarizə burulğanında keçən ömür 
Səbahəddin ġimĢir 
Ġkinci dünya savaĢından sonra Rusiyanın təsirilə Ġrandakı gəliĢmələr 
Cəfər Qiyasi 
Xudafərin – Həsrət körpüsü 
 
ƏDƏBĠYYAT VƏ MƏDƏNĠYYƏT 
 
Azad Nəbiyev  
Təbriz aĢıq məktəbi 
Almaz Həsənqızı 
Güney Azərbaycan folklorunun mühacirətdə tədqiqi 
Qalibə Güntəkin  
Azərbaycanın Güneyində farslaĢdırılmıĢ qədim türk toponimləri 


132 
 
 
Güney Azərbaycan: 
tarixi, siyasi və kulturoloji müstəvidə 
(məqalələr toplusu) 
Bakı – AzərnəĢr – 2010 
 
 
Güney Azərbaycanın səsi kitabxanası: №5 
 
 
 
 
NəĢriyyat redaktoru: 
Könül Heydərova 
 
Rəssamı: 
Günay Sultanlı 
 
Dizayn: 
Cəsarət Ərkivan 
 
 
Yığılmağa verilmiĢ 16.03.2010 
Çapa imzalanmıĢ 05.04.2010 
Formatı 60x90 
ġərti çap vərəqi 15,5 
Sayı 650 
SifariĢ № 71 
 
 
 
CBS
 
POLYGRAPHĠC 
                  PRODUCTĠON 
Tel: 447-75-05: Faks: 447-75-04 
mətbəəsində çap olunub.
 

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə