Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə52/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   ...   48   49   50   51   52   53   54   55   ...   58

113 
 
və Ġstanbulda “Türk yurdu” və “SəbilürrəĢad” dərgisində silsilə məqalələr Ģəklində 
nəĢr  etdirdiyi  “Ġran  türkləri”  adlı  əsərdir.  Belə  ki,  müəllif  bütövlükdə  Azərbaycan 
ədəbiyyatından bəhs etmiĢ, onu iki qismə bölmüĢdür: “Bir qismi sırf milli və təbii 
olan qismidir ki,  “AĢıq Qərib”, “Kərəm ilə Əsli” və “Koroğlu” kimi Anadolu və 
Qafqaz  köylərində  aĢıqlar  (məddahlar)  tərəfindən  məclislərdə  söylənən 
hekayətlərdən və ağızdan-ağıza yayılmıĢ mani (Ģarkı)lərdən ibarətdir. Qismi digəri 
isə yazılı türk ədəbiyyatıdır” (21, s.33). 
Göründüyü kimi, müəllif xalq yaradıcılığının milli və təbii olduğuna diqqəti 
çəkir, bu da göstərir ki, mühacirətdəki tədqiqatçılar Azərbaycan folkloruna millətin 
özəlliklərini  əks  etdirən  söz  sənəti  kimi  yanaĢırdılar,  onun  düzgün  və  qərəzsiz 
araĢdırılmasının qayğısına qalırdılar. 
M.Ə.Rəsulzadə  “Ġran  türkləri”  əsərində  Novruzla  bağlı  mülahizələrini  də 
irəli  sürmüĢ,  Zöhhakla  bağlı  məĢhur  Ġran  əfsanəsini  öz  əsərinə  daxil  etmiĢdir. 
Ümumiyyətlə,  haqsızlığa  qarĢı  üsyana  səsləyən  bu  əfsanə  mühacirətdə  yaĢayan 
ziyalıların  siyasi  düĢüncələri  ilə  səsləĢdiyinə  görə  ona  müxtəlif  məqsədlə  tez-tez 
müraciət edilmiĢdir. 
M.Ə.Rəsulzadə  Dəmirçi  Gavənin  yaratdığı  bayraq  və  haqsızlığa  qarĢı 
qaldırdığı üsyanla bağlı yazır: “ĠĢtə iranlılarca iydi-milli sayılan Novruz günü Gavə 
denilən bir dəmirçinin əvvəlcə böyük və sonra kiçik oğlunu alaraq götürmüĢlər və 
ilanlar namına qurban olaraq kəsmiĢlər. Qeyrətli ataya vurulan bu faciəli zərbə Ġran 
hissiyyat  və  vətənpərvərlərini  təhrik  edər,  sevgili  ciyərparələrinin  itkisi  ilə 
qəzəblənən dəmirçi önlüyünü bir zopa ucuna taxar, dini,  milləti və  namusu  təhqir 
edən  Zöhhak  hökumətinə  qarĢı  elanı  üsyan  edər;  baĢına  can-sipər  bir  ordu  toplar, 
saraya  hücum  edər,  Ġran  taxtının  qəsbkarı  olan  Zöhhakı  qətl  edər,  adil  CəmĢidin 
varisi, Ġran tacının həqiqi sahibi Firidunu öz taxtına oturdar” (21, s.50). 
Beləliklə, ilk yaradıcılıq illərində M.Ə.Rəsulzadə millətin təhqir olunmasına 
dözməyərək  üsyana  qalxdığı  və  qələbə  çaldığı  günün  məhz  Novruza  təsadüf 
etdiyini diqqətə çatdırır, yəni onu CəmĢidin adı ilə bağlayır, lakin 1914-cü ildə nəĢr 
etdirdiyi  “Novruz  münasibətilə”  məqaləsində  bu  bayramın  qeyd  edilməsinə 
Cəlaləddin  Məlik  Ģah  Səlcuqinin  dövründən  baĢlandığını,  bu  mərasimin 
əbədiləĢməsində həm fars, həm türk xalqların böyük əməyindən bəhs etmiĢdir (22, 
s.4-6). 
Sovet  rejiminin  qurulması  ilə  Güney  Azərbaycan  mövzusunun  da 
yasaqlanması, yalnız bu mövzunun ədəbiyyatda rəmzlərlə ifadəsinə gətirib çıxardı, 
bu  torpaqlarda  yaranan  folklor  nümunələri,  demək  olar  ki,  tədqiqatdan  kənarda 
qaldı.  Bu  münasibət  dəhĢətli  30-cu  illərdə  xüsusilə  daha  kəskinləĢmiĢdi.  Vətəndə 
baĢ  verən  siyasi  olayları  həyəcanla  izləyən  didərgin  ziyalılar  Güney  mövzusunu 
gündəmdə  saxlamağa  çalıĢırdılar.  Bu,  xüsusilə  mərasim  folkloruna  həsr  edilən 
tədqiqatlarda  daha  çox  rast  gəlinməkdədir.  Belə  ki,  Berlində  nəĢr  olunan 


114 
 
“QurtuluĢ” dərgisinin 1936-cı il mart sayında Novruz bayramı ilə bağlı çox maraqlı 
bir  məqalə  dərc  edilmiĢdir.  Müəllifi  ayrıca  qeyd  edilmədən,  dərginin  oxuculara 
müraciəti  kimi  səslənən  bu  məqalədə  Novruz  bayramı,  onun  tarixi  haqqında  da 
məlumat almaq mümkündür. Novruzun gənclik və gözəllik bayramı kimi xalqımız 
tərəfindən  sevildiyini  əks  etdirən  dərgidə  həm  Ġran,  həm  də  Turanın  onu  xüsusi 
ənənələrlə qarĢıladığı qeyd edilmiĢdir: “Yeni gün” demək olan bu bayram sadəcə 
Ġranın  deyil,  Turanın  da  tanıdığı  bir  ənənədir....  Ġran  mənbələri  Novruzu  ənənəvi 
Firidunun  CəmĢid  taxtını  qapan  yabançı  qəsbə  qarĢı  çaldığı  qələbə  ilə  bağlayır. 
Turan  mənbələrində  isə  “Yeni  gün”  əski  türklərin  “Ərgənəkon  hisarı”ndan  geniĢ 
dünyaya yayılmaları ilə ilgilidir” (17, s.1). 
Göründüyü kimi, müəllif ilk növbədə bu bayramın yaranma tarixi ilə bağlı 
məlum  olan  müxtəlif  fərziyyələr  haqqında  məlumat  verir,  onun  çox  böyük 
təmtəraqla Azərbaycanda əsrlərdən bəri keçirildiyini xüsusi olaraq diqqətə çatdırır, 
həmin  günlərdə  qapıların  açıq  qoyulması,  bir-birini  ziyarət  edilməsi,  uĢaqların 
sevinməsi  üçün  müəyyən  hədiyyələrin alınması  və s.  kimi  adətləri təsvir etdikdən 
sonra bayramın məzmununda olan dəyiĢmələr haqqında oxucusuna məlumat verir: 
“Təbiətə tapınıldığı çağlardan bəri davam edən bu adət, dəyiĢən dinlər, kültürlər və 
siyasi idarələrin təsirilə, təbiətilə dəyiĢərək, maddətən olduğu kimi, mənən də yeni 
Ģəkillər  və  mənalar  almıĢdır.  BaĢda  dünyada  göründüyü  kimi,  bir  təbiət  bayramı 
olan bu gün sonra Hörmüzün Əhrimənə qələbəsini andıran bir günün rəmzi Ģəklini 
almıĢ,  daha  sonra  islami  bir  düĢüncə  ilə  Həzrət  Əli  adına  bağlanmıĢ,  nəhayət, 
türkçülük  ona  “Ərgənəkon”  əfsanəsinə  götürərək,  həm  də  “QurtuluĢ  bayramı” 
demiĢlər” (17, s.1). 
Beləliklə,  məqalə  müəllifi  bu  bayramın  tarixin  ən  qədim  dövrlərindən 
baĢlayaraq  xalqımız  tərəfindən  sevilərək  keçirildiyini,  özündə  hər  zaman  xeyirin 
qələbəsi  kimi  böyük  ümidlər  daĢıdığını  təsvir  etməklə  yanaĢı,  əsrlər  keçdikcə  bu 
mərasimin  məzmununda  olan  dəyiĢmələri  göstərməyə  çalıĢmıĢdır.  Milli  adət-
ənənələrin mühafizə edildiyi bu bayramın 1919-cu ildə çox möhtəĢəm keçirildiyini 
xatırladan müəllif yazır: “Milli Azərbaycan QurtuluĢ hərəkatı isə xalqımızın siyasi 
hafizəsinə,  onu  Milli  Ordumuzun  1919-cu  il  Novruzundakı  tarixi  dəfiləsi  ilə 
yerləĢdirmiĢdir.  Çünki  bu  gün  milli  hökumətin  rəsmiləĢdirdiyi  əziz  gündü”  (17, 
s.1). 
Bu  cümlələrdə  həmin  günün    gətirdiyi  böyük  iftixar  hissini  duymamaq 
mümkün deyil və ümumiyyətlə tarixin bəzi dönəmlərində Novruza olan münasibəti 
öyrənmək  baxımından  bu  yazının  çox  böyük  əhəmiyyəti  vardır.  Məqalənin  dərc 
edildiyi  1936-cı  il  Sovet  hakimiyyətinin  müstəmləkə  xalqlara  qarĢı  kəskin  təzyiqi 
dövrünə  təsadüf  edir  və  təbii  olaraq,  müəllif  bu  siyasi  Ģəraiti  diqqətdən  kənarda 
qoymur:  “Ötəki  milli  ənənələrimiz  keçmiĢ  tarixlə  bağlı  bütün  adətlərimiz  kimi, 
Ģübhəsiz,  Novruz  ənənəsi  də  qızıl  rus  istilahı  altında  əsir  bulunan  yurdumuzda 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə