Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə53/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   ...   50   51   52   53   54   55   56   57   58

115 
 
təqiblərə unutdurulmağa məhkumdur. Öylə ya: sovet Azərbaycanında kommunizm 
bayramlarından, Lenin ənənələrindən və Stalin günlərindən baĢqa heç bir ənənə və 
ya heç bir gün sayğıda və sanda buluna bilməz!” (17, s.1). 
Əsrlərlə  xalqın  gen  yaddaĢına  əbədilik  həkk  edilən,  çox  humanist  və 
gözəllik  ənənələrini  yaĢadan  Novruza  qarĢı  sovet  ağaların  göstəriĢi  ilə  aparılan 
yanlıĢ  təbliğat,  bayramın  belə  repressiyaya  uğraması  bu  məqalədə  qəzəblə 
qarĢılanmıĢ,  müəllif  etirazının  səbəblərini  dünya  oxucularına  da  çatdırmağa 
çalıĢmıĢdır: “Milli olan hər Ģeyi yox etməyə çalıĢan bu qanlı istila rejimi durduqca, 
Ģübhə  yoxdur  ki,  çağdaĢ  azərbaycanlılar,  xalq  təbirincə,  qara  bayram  yaĢayacaq, 
Zöhhak dövründəki iranlılar və Ərgənəkondakı türklər kimi həqiqi qurtuluĢ gününü 
dörd gözlə gözləyəcəklər” (17, s.1). 
Məqalədə  doğma  torpağında  kölə  vəziyyətinə  düçar  olmuĢ  millətinin  dərdi 
ilə yanaĢı, dünya ölkələrinə səpələnmiĢ azərbaycanlıların çətin vəziyyəti ürək ağrısı 
ilə  təsvirini  tapmıĢdır.  Məqaləni  oxuduqca  əsir  millətinin  acılarını  öz  çiyinlərində 
daĢıyan  bir  mühacir  göz  önündə  canlanır:  “Ġlin  təhvilində  islamın  təsirilə  təkrar 
olunan  bir  Novruz  duası  vardır  ki,  məzmunu:  “Ey  iĢ  və  gücləri  idarə  edən  Allah! 
Sən bizim iĢ-gücümüzü yaxılaĢdır”, - deməkdən ibarətdir. ġübhə yoxdur ki, içəridə 
əsir, dıĢarıda yesir bulunan bizlərin, bu dua ruhi halətini ən səmimi bir ifadəsidir” 
(17, s.1). 
Bu  məqalənin  daha  çox  siyasi  səbəblərlə,  ideoloji  istiqamətdə  yazılmasına 
baxmayaraq,  ən böyük dəyəri bir də ondadır ki,  müəllif Novruz  ənənələrinin həm 
tarixini, həm də zaman keçdikcə mərasimdəki dəyiĢmələrini təsvir etmiĢdir. Bütün 
bunlardan baĢqa,  müəllif artıq unudulmuĢ Novruz  duasından bəhs etmiĢdir ki,  bu 
da  müasir  folklorĢünaslığımız  üçün  çox  önəmlidir.  Lakin,  təbii  ki,  daha  çox 
Novruzun yasaqlanma səbəblərini aĢkarlamaq cəhətdən müəllifin qeydləri mühüm 
məlumatlar verir. Məqalənin sonunda isə xalqımızı öz milli dəyərlərini itirməməyə, 
bunun üçün istiqlaliyyətini bərpa etməyə çağırıĢlar öz əksini tapır: “Fəqət halımızın 
bugünkü  əsirlikdən  yarınkı  azadlığa  dəyiĢməsi  üçün  duaya  deyil,  iĢə  və  hərəkətə 
baxmalı  və  bunun  üçün  də  əski  Novruz  ənənəsindəki  üsyançı  Gavə  ruhuna 
bağlanmalı,  hürriyyət  və  istiqlal  pərisinin  ancaq  fədakar  qəhrəmanlar  yetiĢdirən 
millətlərə təslim olan məğrur və nazlı gözəl olduğunu qətiyyən unutmamalıyıq. 
Həqiqi  QurtuluĢ  bayramından  ibarət  siyasi  xilasımıza  bir  an  əvvəl 
qovuĢmaq istəyiriksə,  mücadiləyə  daim hazır və  fədakarlığı daim gözə  almalıyıq. 
Sayğılı vətəndaĢlarımıza “QurtuluĢ”un iĢtə Novruz təmənnası” (17, s.1). 
Almaniyada  nəĢr  edilən  bu  mühacirət  mətbuatının  təbriki  də  bütün 
xalqımızın ürəyindəki azadlıq arzuları ilə səsləĢir. 
“Azərbaycan”  (Ankara)  dərgisinin  1954-cü  il  mart  sayında  isə 
M.Ə.Rəsulzadənin  bu  mərasimə  həsr  “Novruz  bayramı”  adlı  məqaləsi  dərc 
edilmiĢdir.  Müəllif  “Burhani-qate”də  verilən  məlumata  əsasən  yazır:  “...CəmĢid 


116 
 
dünyanın  hər  tərəfini  gəzmiĢ,  Azərbaycana  gəlmiĢ,  buranı  bəyənmiĢ,  gündoğana 
baxan  yüksək  bir  təpənin  üstündə  bir  taxt  qurduraraq,  Ģahanə  əlbisələr  geymiĢ 
olduğu  halda  bir  taxta  oturmuĢdur.  BaĢında  daĢ-qaĢlı  və  parlaq  bir  tac  varmıĢ. 
GünəĢ çıxıb iĢığı bu tac və taxta düĢüncə bütün o yerləri nura qərq etmiĢ və hər kəs 
bu  durumu  xeyirə  yozaraq,  olduqca  sevinmiĢ  və  bu  günü  “Yeni  gün”  (“Novruz”) 
deyə elan etmiĢdirlər” (19, s.5). 
Beləliklə,  Məhəmməd  Əmin  bəy  bu  bayramın  Azərbaycanla  bağlılığı 
məsələsini  ortaya  qoymuĢ  olur,  məqalədə  daha  sonralar  onun  Ġrana  yayılma 
səbəbləri Ģərh edilmiĢdir. Müəllif bu bayramın Azərbaycan xalqı üçün çox dəyərli 
olduğunu  nəzərə  alan  Milli  hökumətin  onu  rəsmən  qeyri-iĢ  günü  elan  etdiyini, 
həmin  gün  ordunun  rəsmi  keçidinin  keçirildiyini  xatırlatmaqla  yanaĢı,  Novruzu 
təbiətin  canlanması  –  yeni  günün  baĢlaması  kimi  dəyərləndirmiĢdir:  “Qəməri 
təqvimə tabe Qurban və Novruz bayramları bəzən qıĢa, bəzən bahara, bəzən yaya, 
bəzən  də  payıza  rastlayar.  Halbuki  Novruz  bayramı  sabit  bir  tarixdə  qeyd 
olunmaqdadır. Qaranlıq və soyuq qıĢdan aydınlıq və ilıq bahara çıxıĢı ilə Novruz 
gəlmiĢ  olur.  Ötəkiləri  dini  bəsit  bir  mərasimlə  qeyd  edən  Azərbaycan  bərikini 
sözün tam mənası ilə yeni bir gün, yeni bir həyat baĢlanğıcı kimi qarĢılar” (19, s.6). 
Məhəmməd Əmin bəy Novruzda yerinə yetirilən adətlərin təsvirini vermiĢ, 
onu Türkiyədə  keçirilən Ģəkər bayramı ilə müqayisə etmiĢdir. Bayramın üçün gün 
davam  etdiyini,  evlərin  qapılarının  açıq  saxlandığını,  yeni  paltarlar  geyildiyini, 
yaxınlarına  ziyarətlər  olunduğunu,  dörd  çərĢənbə,  xonça,  “kos-kosa”  oyunu,  ilin 
təhvil olunması zamanı oxunan nəğmələr və s. haqqında məlumat vermiĢdir.  
Bu  xeyirin  Ģərə  qarĢı  qalibiyyəti  kimi  qeyd  edilən  humanist  bir  bayramın 
azərbaycanlıların  tarixi  köklərinə  bağlılığını  qoruduğunu,  xalqımız  üçün  çox 
önəmli olduğunu anlayan sovet  sistemi onun keçirilməsinə  qadağalar qoymuĢdur. 
Müəllif xalqın azadlığa qovuĢacağı günlərdə bu ənənəni bayramın yenidən təntənə 
ilə keçiriləcəyinə inandığını bildirmiĢ, tarix onun doğruluğunu sübuta yetirmiĢdir. 
Əhməd  Cəfəroğlunun  “Azəri-türk  həyatında  batil  etiqadlar”  etüdü  də 
Azərbaycan  mərasim  folklorunun  tanıtdırılması  məqsədilə  qələmə  alınmıĢdır. 
Ayrıca  kitabça  Ģəklində  nəĢr  edilən  bu  araĢdırmanın  əvvəlində  folklorun  bu 
sahəsinə  aid  tədqiqatın  çox  az  olmasını,  lakin  onların  türkdilli  xalqlar  arasında 
təxminən  eyniliyini  və  üzə  çıxarılmasının  vacibliyini  nəzərə  çatdıran  redaktor 
yazır: “Qiymətli türkoloq professor Əhməd Cəfəroğlu bu çox gözəl etüdündə türk 
folklorunun  ən  geniĢ  və  hətta  türk  aləminə  Ģamil  sahələrindən  birinə  girir.  Hər 
cəmiyyətdə  daim  canlılığını  mühafizə  edən  batil  etiqadlar  xalqın  fərdi  və  ailəvi 
həyatında  ümumiyyətlə  çox  müəssər  və  qüvvətli  bir  rol  oynadığı  halda  türkoloji 
baxımından  ən az təmas edilmiĢ  məsələlərdəndir... Möhtərəm Cəfəroğlunun azəri 
türk  sahəsində  təsbit  etdiyi  etiqadların  pək  cüzi  təhalüflərlə  Anadolu  türklüyündə 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə