Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə50/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   ...   46   47   48   49   50   51   52   53   ...   58

109 
 
AĢıq  Abbas  Tufarqanlı  milli  düĢüncədə  bir  çevriliĢ  yaratdığı  kimi, 
Azərbaycan  danıĢıq  dilinin  inkiĢafında,  bu  dilin  geniĢ  poetik  imkanlarının  üzə 
çıxarılmasında  mühüm  rol    oynadı.  Həmin  ənənələr  üzərində  inkiĢaf  edən  XVIII 
əsr aĢıq poeziyası sonralar aĢıq yaradıcılığındakı  ənənəvi ölçü və qəlibləri davam 
etdirməklə onu yeni Ģəkli gözəlliklərlə zənginləĢdirdi. 
XVIII əsrdə Təbriz aĢıq məktəbinin baĢqa görkəmli davamçılarından biri isə 
Xəstə Qasım (1720-1779) oldu. O, Təbriz aĢıq Ģeirini sənətkarlıq baxımından yeni 
mərhələyə  yüksəltdi.  Azərbaycan  dilinin  yeni  poetik  imkanlarını  üzə  çıxardı,  aĢıq 
Ģeirinə  təcnisin  yeni  tiplərini  gətirdi.  Poetik  ifanı  qüdrətli  aforistik  ifadələr, 
bənzətmələr,  məcazalarla  zənginləĢdirdi,  qıfılbənd  və  bağlama  Ģəkillərini  iĢlək 
formalara  çevirdi,  onlara  dərin  fəlsəfi-didaktik  məzmun  bəxĢ  elədi.  Xəstə  Qasım 
qoĢma Ģəklinin yeni formalarını yaratdı. 
Xəstə  Qasımdan  sonra  Təbriz  aĢıq  məktəbi  yaradıcılıq  ənənələrinin  aĢıq 
mühitlərində  yayılma  sürəti  səngimədi.  Onun  yaradıcılıq  ənənələri  aĢıq 
mühitlərində sürətlə yayıldı, bütövlükdə sənətin geniĢlənməsinə səbəb oldu. Ayrı-
ayrı aĢıq mühitlərində AĢıq Nemət (XVIII əsrin sonu), AĢıq Məhəmməd (XIX əsr), 
AĢıq Cəfər (XIX  əsr), AĢıq  Nəcəf Binisli (XIX-XX  əsr), AĢıq QəĢəm (XX) kimi 
görkəmli sənətkarlar yetiĢdi. AraĢdırmalar göstərir ki, təkcə “Təbriz-Qarabağ aĢıq 
məktəblərində”  beĢ  yüz  əllidən  çox  aĢıq  saz  çalıb  söz  qoĢur.  Həmin  ənənələri 
davam etdirən qırxa yaxın aĢıq Tehranda fəaliyyət göstərir (M.Qasımlı. Göstərilən 
əsəri,  s.228).  Yaxud Urmiya  aĢıq  mühitinin Xoy, Maku, Salmas,  Sulduz  ocaqları 
həmin ənənələri davam etdirməkdədir.  
Urmiya  aĢıq  mühiti  də  tarixi  ənənələrə  malik  olub  hələ  XVIII  əsrdən 
formalaĢma  mərhələsi  keçmiĢdir.  Dollu  Mustafanın  Ģəxsində  formalaĢan  aĢıq 
mühiti  sonrakı  yüzilliklərdə  Dollu  Məhəmməd  (XVIII),  AĢıq  Cavad  (XIX),  AĢıq 
Fərhad (XIX), AĢıq Dehqan kimi sənətkarlar yetirmiĢdir ki, bu gün həmin mühitin 
ayrıca  tədqiq  olunmasına  ehtiyac  duyulur.  Bu  sahədə  aparılan  ilkin  araĢdırmalar 
artıq  Təbriz  aĢıq  məktəbi  ətrafında  yaranan  aĢıq  mühitləri,  onların  aĢıq  sənətinin 
yayılmasındakı  rolu  barədə  kifayət  qədər  ilkin  materialları  açıqlamağa  imkan 
vermiĢdir. 
Zəncan və onun ətraf bölgələrində yaranan aĢıq ocaqları bu mühitə bir sıra 
gözə  çarpan  özəlliklər  gətirmiĢdir.  Eyni  sözləri  Xorasan,  QaĢqay,  Savə  və  baĢqa 
aĢıq  mühitləri  barədə  də  demək  olar.  Onların  hər  birində  XVIII-XX  yüzilliklər 
ərzində  onlarla  sənətkar  yetiĢmiĢ  və  aĢıq  sənətini  özlərinə  məxsus  özəlliklərlə 
zənginləĢdirə bilmiĢlər. Onlar istər peĢəkar ifaçılıq, istər improvizatorçuluq, istərsə 
də  dastan  yaradıcılığı  baxımından  Təbriz  aĢıq  məktəbinə  silsilə  yeniliklər 
gətirmiĢlər.  Bu  gün  Təbriz  məktəbinin  aĢıq  mühitləri  özlərinin  yüksəliĢ  dövrünü 
yaĢayır.  Bu  proses  bir  çox  yeni  keyfiyyətlərlə  əlamətdardır.  Bir  sıra  aĢıq 
mühitlərində  klassik  ənənələr  özünün  bütöv  göstəricilərini  qoruyub  saxlamaqla 


110 
 
yanaĢı,  müəyyən  aĢıq  ocaqlarında,  xüsusilə  Tehran  və  Tehranətrafı  ərazidə  aĢıq 
sənəti  bütün  modern  göstəricilərdə  -  peĢəkar  ifaçılıqdan  tutmuĢ  saz  havalarının 
ifasına qədər güclü deformasiyaya uğramaqdadır. Həmin meyl muğamın təsiri ilə 
aĢıq  sənətini  bütövlükdə  assimilliyasiyaya  məruz  qoymaq,  yaxud  onun  baĢlıca 
xususiyyətlərini  sıradan  çıxarmaq  istiqamətinə  yönəlmiĢdir.  Bu  isə  kiçik  bir 
çevrəni əhatə edir və ümumilikdə Azərbaycan aĢıq sənəti üçün elə bir ciddi təhlükə 
törətmir.  Çünki  Təbriz  məktəbi,  onun  ayrı-ayrı  mühitləri  yeni  özünəqayıdıĢ  – 
klassik aĢıq sənəti ənənələrinin bərpa durumunu yaĢayır. Belə bir Ģəraitdə isə aĢıq 
sənətini ümummilli düĢüncədən kənarlaĢdırmaq mümkün olmayan bir xülyadır.  
Təbriz  aĢıq  məktəbi  və  onun  ayrı-ayrı  mühitləri  tarixi  ənənələrə  malikdir, 
onları  bu  gün  Güney  Azərbaycanda  fəaliyyət  göstərən  beĢ  mindən  artıq  sənətkar 
davam  etdirib  yaĢatmaqdadır.  Ona  görə  bu  mühitlərin  hər  biri  toplanılıb 
öyrənilməyə möhtac olduğu kimi, Təbriz məktəbi, onun ayrı-ayrı aĢıq mühitlərinin 
də geniĢ tədqiqatlara cəlb olunması zəruridir. 
 
Almaz Həsənqızı 
filologiya elmləri namizədi 
 
GÜNEY AZƏRBAYCAN FOLKLORUNUN MÜHACĠRƏTDƏ 
TƏDQĠQĠ 
 
Azərbaycan  xalq  cümhuriyyətinin  süqutu  və  sovet-rus  qoĢunlarının 
torpaqlarımızda  ağalıq  etməyə  baĢlaması  yalnız  yeraltı  və  yerüstü  sərvətlərin 
talanmasına  imkan  yaratmadı,  eyni  zamanda  milli  mədəni  abidələrin,  tarixi  əski 
zamanlara söykənən qədim əlyazmaların, maddi sübutların məhvi ilə yanaĢı, xalqın 
əsrlər  boyu  yaratdığı  söz  sənətinin  də  inkiĢafının  qarĢısını  aldı,  həmçinin  onların 
yaddaĢlardan  silinməsi,  kültürünün  yabançılaĢdırılması  üçün  ağlagəlməz 
fəaliyyətlər  meydana  çıxdı.  Bu  qeyri-insani  siyasətə  sosialist  ölkəsində  yaĢayan 
ziyalılar  etiraz  etdikdə  müxtəlif  yollarla  susdurulmağa  baĢlandı;  kimi  güllələrlə, 
kimi  uzaq  Sibirin  “buzlu  cəhənnəm”ində...  Bu  vəziyyətə  dözməyən  ziyalıların  bir 
çoxu isə doğma vətənindən ayrı yaĢamaq məcburiyyətində qaldı. 
Sovet  sosialist  sisteminin  xalqlara  qarĢı  müstəmləkəçi  münasibətini  ilk 
günlərdən  dərk  edən,  dərindən  anlayan,  siyasi  səbəblər  üzündən  vətənindən 
didərgin düĢərək ömrünü qürbət ellərdə sürməyə məhkum Azərbaycan ziyalıları – 
Əli bəy Hüseynzadə (1864-1940), Əhməd bəy Ağaoğlu (1869-1939), Məhəmməd 
Əmin  Rəsulzadə  (1884-1955),  Ceyhun  Hacıbəyli  (1891-1962),  Mirzə  Bala 
Məmmədzadə (1898-1959), Əhməd Cəfəroğlu (1899-1975), Məmməd Sadıq Aran 
(Sənan)  (1895-1971),  Nağı  ġeyxzamanlı,  Əbdülvahab  Yurdsevər  (1898-1976), 
Hüseyn  Baykara  (1904-1984),  Əli  Volkan  (1897-1981)  və  baĢqaları  xalqının 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə