Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə57/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   ...   50   51   52   53   54   55   56   57   58

124 
 
Qədim  türk  toponimiyasının  qədim  dövrdən  müasir  dövrümüzə  qədər  olan 
tarixi keçid mərhələlərinə nəzər salsaq, istər Rusiya, istər Avropa, istərsə də ġərq 
ölkələrinin  bir  çox  bölgələrində  təhrif  edilib  dəyiĢdirilən  qədim  türk  mənĢəli 
toponimlərin  üstünlük  təĢkil  etdiyinin  Ģahidi  oluruq.  Bu  ölkələr  sırasında  müasir 
Ġran ərazisində dəyiĢdirilib təhrif edilən qədim türk mənĢəli coğrafi adlar daha çox 
üstünlüyə malikdir. Müxtəlif dövrlərə aid bir çox qədim və müasir qaynaqlar rəsmi 
sənəd  kimi  fikrimizi  təsdiq  edir.  Hələ  Pəhləvi  sülaləsinin  hakimiyyəti  dövründən 
bu  günədək  bir  çox  türk  mənĢəli  tarixi  coğrafi  adların  dəyiĢdirilməsinə  xüsusi 
diqqət  yetirən  Ġran  dövləti  müəyyən  mənada  öz  istəyinə  nail  olsa  da  tarixi 
gerçəklikləri tam Ģəkildə inkar edə bilməyib. Belə ki, elmi araĢdırmalar nəticəsində 
aĢkar  edilmiĢ  dil  faktlarından  aydın  olur  ki,  bu  günədək  dəyiĢdirilmiĢ  coğrafi 
adların əksəriyyətini tamamilə türk mənĢəli adlar təĢkil edir. 
XIX  əsrin  əvvəllərində  Azərbaycan  ikiyə  bölündükdən  sonra  onun  Ģimal 
hissəsinin  Rusiyaya, cənub  hissəsinin isə Ġranın tərkibinə qatılması tədqiqatçıların 
bəzilərini  çaĢdırdığından  onlar  Azərbaycan  xalqının  etnogenezisi  haqında  saxta 
konsepsiyalardan  çıxıĢ  edərək  Quzey  Azərbaycanda  yaĢayan  əcdadlarımızı 
qafqazdilli, Cənubda yaĢayanları isə heç bir əsas olmadan irandilli hesab etmiĢlər. 
Bununla  da  indiki  Azərbaycan  türklərinin  təĢəkkülü,  məskunlaĢdığı  ərazi,  dili, 
mədəniyyəti  haqqında  qərəzli  fikirlər  yürüdülmüĢ,  tarixi  həqiqətlər  gizlədilmiĢ, 
xalqımızın  ilkin  məskunlaĢdığı  ərazi,  etnik  mənsubiyyəti,  qədim  mədəniyyəti 
həqiqi elmi tədqiqatlardan kənarda qalmıĢdır. 
Qaynaqlarda  dilimizi  və  tariximizi  təhrif  etməyə  yönəldilmiĢ  fikirlər 
Azərbaycanın  ərazi baxımından da parçalanmasına, tarixi  sənəd olan  milli coğrafi 
adlarımızın dəyiĢilməsinə gətirib çıxarmıĢdır. Ġlk öncə Ģimala və cənuba bölünmüĢ 
Azərbaycan ərazisi istər Ģimalda, istərsə də cənubda bu günə qədər parçalanmaqda 
və qədim yer-yurd adları dəyiĢilməkdə davam etdirilməkdədir. 
XX  əsrdən,  Pəhləvi  sülaləsinin  hakimiyyəti  dövründən  baĢlayaraq  “milli 
birlik” adlı fars Ģovinist siyasəti nəticəsində Ġranda yaĢayan bütün qeyri-fars xalqlar 
və  millətlər  bütün  milli  hüquqlardan  məhrum  edilərək  farslaĢdırılmağa 
yönəldilmiĢdir.  Pəhləvi  rejimi  dövründə  bir  çox  məsələlərlə  yanaĢı,  milli  coğrafi 
adların  da  dəyiĢdirilməsi  ciddi  bir  məsələ  kimi  dövlətin  qarĢısında  dayanırdı.  Bu 
barədə T.Ə.Ġbrahimov geniĢ məlumat verərək yazır: “Milli birlik” Ģüarı və siyasəti 
ilk  vaxtlardan  ölkədə  feodal  pərakəndəliyin  aradan  qaldırılması  və  siyasi 
hakimiyyətin  mərkəzləĢdirilməsi  kimi  göründükdə  zahirən  zəruri  bir  tədbir 
sayılırdı. Lakin tezliklə bu siyasət Ġran xalqlarının milli hüquqlarını inkar edib, onu 
tam  kobud  və  qəddar  Ģəkildə  həyata  keçirməyə  baĢladıqda,  özünün  ən  çirkin 
mahiyyətini açıq və aydın büruzə vermiĢ oldu. Əlli ildən artıq Pəhləvi hökumətinin 
siyasi  istiqamətini,  Ģovinist  dairələrin  əsas  hədəf  və  məqsədini  təĢkil  edən  “milli 
birlik”  siyasətinin  əsl  mahiyyətini  göstərmək  üçün  burada  o  dövrün  mürtəce 


125 
 
mətbuatından  təkcə  bir  jurnalın  ilk  nömrəsində  baĢ  məqalənin  qısa  məzmununu 
nümunə  kimi  veririk.  “Bizim  tələbimiz  və  ictimai  istəyimiz  Ġranın  milli  birliyini 
təkmilləĢdirmək  və  onu  qorumaqdan  ibarətdir.  Milli  birliyi  təkmilləĢdirmək  üçün 
bütün  ölkədə  fars  dili  ümumi  dil  olmalı,  libas,  əxlaq  və  s.  cəhətdən  yerli  fərqlər 
aradan qaldırılmalıdır. Kürd, lor, qaĢqay, ərəb, türk (azərbaycanlı) və türkmən bir-
birindən  fərqlənməməlidir.  Müxtəlif  milli  libas  geyməyə,  müxtəlif  dillərdə 
danıĢmağa son qoyulmalıdır. Ġranda dil, adət-ənənə, libas və s. cəhətdən milli birlik 
yaranmayınca  Ġranın  müstəqilliyi,  onun  ərazi  bütövlüyü  təhlükə  qarĢısında 
qalacaqdır.  Əgər  Ġranda  sakin  olan  müxtəlif  tayfaları  vahid  Ģəklə  salmasaq,  yəni 
bütün  əhalini  tam  mənada  iranlaĢdırmasaq  (farslaĢdırmasaq),  qarĢımızda  qaranlıq 
gələcək dayanır. Çingiz, Teymur dövrlərinin yadigarı olan coğrafi adlar fars dilinə 
çevrilməli,  ölkədə  bu  məqsədə  xidmət  edən  yeni  inzibati  ərazi  bölgüsü 
aparılmalıdır. Hökumət idarəliyində, qoĢun daxilində və məhkəmə dairələrində yad 
dillərin  və  yad  sözlərin  iĢlədilməsi  dövlət  tərəfindən  qadağan  olunmalıdır” 
(T.Ə.İbrahimov. Qaşqaylar. Bakı, 1988, s. 96-97). 
Toponimik  tədqiqatlar  nəticəsində  əldə  edilmiĢ  faktlardan  aydın  olur  ki, 
Pəhləvi  sülaləsinin  həyata  keçirdiyi  bu  Ģovinist  siyasət  dil,  tarix,  mədəniyyət  və 
baĢqa sahələrdə olduğu kimi Güney Azərbaycanda yaĢayan Azərbaycan türklərinin 
dilində, eləcə də toponimiyasında da öz böyük təsirini göstərmiĢ və göstərməkdədir.  
Toponimik  tədqiqatlardan  aydın  olur  ki,  ġərqi  Azərbaycan  ümumiyyətlə, 
Güney  Azərbaycan  ərazisindəki  qədim  tarixə  malik  mövcud  toponimlərin 
əksəriyyəti mənĢə etibarilə əsasən türk (Azərbaycan) dili ilə bağlıdır. Lakin hazırda 
Cənubi Azərbaycanda türklərin yaĢadığı qədim yaĢayıĢ məntəqə, eləcə də müxtəlif 
obyektlərin  adını  bildirən  toponimlərin  çoxu  tarixi  proseslərin  nəticəsi  kimi 
dəyiĢikliyə uğramıĢ, müəyyən fonetik əvəzlənmə ilə semantik mənası təhrif edilmiĢ, 
tərcümə  edilərək  farslaĢdırılmıĢ  və  ya  dil  mənsubiyyətinə  görə  mənası  tam  aydın 
olmayan  toponimlərə  çevrilmiĢdir.  Zaman  keçdikcə  bu  coğrafi  adların  bəzisi 
kütləvi  dildən  çıxaraq  unudulmuĢsa  da  bir  qismi  xalqın  yaddaĢında  qorunub 
saxlanmıĢdır.  Bu  toponimlərin  araĢdırılması,  tərkib  komponentlərinin  ayrı-
ayrılıqda  təhlili  mənĢəcə  onların  hansı  dilə  məxsus  olduğunu  aĢkara  çıxarmaqla, 
tarixi inkiĢaf prosesində uğradığı fonetik variantların da bərpasına imkan yaradır. 
Bu  baxımdan  Güney  Azərbaycanda  dəyiĢdirilmiĢ  coğrafi  adları  3  qrupda 
təsnif  etmək  olar:  1)  fonetik  dəyiĢmə  ilə  təhrif  edilmiĢ  toponimlər;  2)  qədim 
toponimin yenisi ilə əvəz olunması; 3) tərcümə edilərək dəyiĢdirilmiĢ toponimlər. 
Fonetik  dəyiĢikliyə  uğramıĢ  toponimlərdə  səsin  əvəzlənməsi  nəticəsində 
semantik mənası da dəyiĢilir. Güney Azərbaycanda qeydə alınmıĢ Günbərf, Girinc 
//  Cirinc,  Bostanabad,  CamıĢabad,  Əhmədabad,  DəməĢqiyyə,  Sariqiyyə, 
Əxməqiyyə,  Kuhdel,  Səbalan,  Piyam,  KəlankeĢ,  Dahxarqan  və  baĢqa  bu  kimi 
coğrafi  adlar  türk  mənĢəli  Günbəri,  GiriĢ,  Bostanava,  CamıĢava,  Əkinava, 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə