Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə56/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   ...   50   51   52   53   54   55   56   57   58

121 
 
çıxarmaqla  yanaĢı,  onların  əski  dönəmlərdən  həm  fars  folklorunda,  həm  də  türk 
dastan ənənəsində yaĢadığını müxtəlif mənbələr əsasında sübuta yetirmiĢdir. 
Qeyd etmək lazımdır ki, Ġren xanım xalq ədəbiyyatında simvollaĢan saylarla 
bağlı araĢdırmalarını davam etmiĢ, “BəktaĢi-ələviliyin simvollaĢdığı üzərinə: on iki 
heyvanlı  təqvimdən  on  iki  imama”  məqaləsində  problemlə  bağlı  yazır:  “On  iki 
sayının  qutsallaĢdırılmasına  dinlərin  və  mədəniyyətlərin  bir  çoxunda  rastlaĢırıq. 
Qədim çağda yunan-latın panteonunun baĢlıca tanrılarının sayı da on iki idi: on iki 
qeysər.  Xristian  dönəmdə  on  iki  havari  bu  dinin  dastan  ədəbiyyatında  Dəyirmi 
Masada on iki cəngavər bulunurdu. Ġslamda on iki sayı On Ġki Ġmamın yüksəldiliĢi 
ilə Ģiələrdə müəyyənləĢdi” (1, s.78). 
Həmin  məqaləsində  müəllif  qısa  olaraq  yeddi  sayı  ilə  bağlı  düĢüncələrinə 
yer  ayırmıĢ,  bu  rəqəmin  islamın  qəbulundan  öncə  də  türklərdə  müqəddəsliyini 
göstərən  bəzi  detallara  rastladığını  nəzərə  çatdırmaqla  yanaĢı:  “Bu  dərinləĢməyə 
dəyər bir mövzudur”, - yazaraq, onun aydınlığa qovuĢmasını gələcək araĢdırmalara 
saxlamıĢdır.  
Bir  məqama  da  diqqət  yetirməliyik  ki,  Ġstanbulda  Xavər  Aslanın 
redaktorluğu  ilə  nəĢr  edilən  “Xəzər”  dərgisində  Güneylə  bağlı  xeyli  folklor 
materialları dərc edilmiĢdir. “Azərbaycan aĢıq ədəbiyyatı” (2), “Güney Azərbaycan 
ədəbiyyatı  üzərinə  araĢdırmalar”  (3),  “Sözlü  ədəbiyyatımızda  həcv”  (4)  və  baĢqa 
məqalələrində Xavər xanım vətənimizin Cənubunda yaranan folklor örnəklərini də 
təhlil etmiĢdir.  
Qeyd  etmək  lazımdır  ki,  keçən  əsrin  70-ci  illərindən  Güneydən  olan 
insanların  müxtəlif  ölkələrə  axını  baĢlandı.  Professor  V.Sultanlı  “Ömrün  nicat 
sahili”  əsərində  bunun  ictimai-siyasi  səbəblərini  belə  Ģərh  edir:  “...  uzun  müddət 
Quzeydə dəmir pərdənin mövcud olması dünya ilə əlaqə və rabitənin zəifləməsinə 
gətirib  çıxarmıĢdır,  lakin  rejimin  bütün  məhrumiyyətlərinə  və  məhdudiyyətlərinə 
baxmayaraq,  dünyaya  çıxıĢ  imkanlarının  aradan  qaldırılmaması  Güney  əsilli 
mühacirətin  formalaĢmasının  qarĢısını  ala  bilməmiĢdir.  Bu  gün  Güneydən  olan 
soydaĢlarımızın  mühacirətdə  sayca  üstünlük  təĢkil  etməsinin  bir  səbəbi  burdan 
qaynaqlanırsa, digər səbəbi isə bütövlükdə vətənimizin dörddə üç hissəsinin həmin 
ərazini əhatə etməsi ilə bağlıdır” (24, s. 6). 
Mühacirət  folklorĢünaslarının  qarĢıya  qoyduqları  əsas  məqsədlərdən  biri 
Azərbaycan  folklor  materiallarını  toplamaq,  digər  vəzifə  isə  onları  geniĢ  oxucu 
kütləsi  üçün  hazırlayaraq  nəĢr  etdirmək,  bu  yolla  da  xalqımızın  milli  kültürünün 
təbliğini  aparmaq  idi.  Mühacirət  mətbuatına  nəzər  salsaq,  buna  əmin  ola  bilərik, 
bütün  saylarda  xalq  ədəbiyyatı  üçün  xüsusi  guĢə  ayrılmıĢ,  janrların  hamısına  aid 
örnəklər burada öz əksini tapmıĢdır. 
AMEA-nın  müxbir  üzvü,  professor  Azad  Nəbiyev  “Azərbaycan  xalq 
ədəbiyyatı”  dərsliyində  doğru  olaraq  yazır:  “Güney  Azərbaycan  folklorunun 


122 
 
toplanma, yazıya alınma və nəĢri iĢi yeni yüksəliĢ ərəfəsindədir. XXI əsr bu zəngin 
mənəvi  sərvətin  çox  geniĢ  və  müxtəlif  çeĢidli  nümunələrinin  dünya  xalqlarına 
təqdim ediləcəyinə böyük ümidlər bəsləməkdədir” (16, s.94). 
Nəticə 
olaraq 
qeyd 
etməliyik 
ki,  mühacirət  folklorĢünaslığının 
Azərbaycanın Güneyi ilə bağlı araĢdırmalarının da tədqiq edilməsi, nəĢri və təbliği 
qarĢıda vəzifə olaraq qalmaqdadır. 
 
Qaynaqlar 
 
1.  Alptekin  Turan.  Prof.  Ġrene  Melikoffun    ardından    (inceleme-son  yazılar-
mektuplar), Ġstanbul, Demos yayınları, 2009 
2. Aslan Haver. Azerbaycan aĢığ edebiyatı, Hazer, Ġstanbul, 1980, yıl 1, mart, 
sayı 11-12, s. 13-20 
3. Aslan  Haver.  Güney Azerbaycan edebiyatı  üzerine araĢtırmalar, Hazer, 
Ġstanbul, 1980, yıl 2, haziran, sayı 15, s.8-11 
4.  Aslan  Haver.  Sözlü  edebiyatımızda  hiciv,  Hazer,  Ġstanbul,  1980,  yıl  2, 
may, sayı 14, s.3-11 
5. Caferoğlu Ahmet. Bir kaç söz, Azerbaycan Yurt Bilgisi (Ġstanbul), I, 1932 
6.  Caferoğlu  Ahmet.  Azeri  Edebiyatında  Ġstiklal  Mücadelesi  izleri, 
Azerbaycan Yurt Bilgisi (Ġstanbul), 1932, yıl 1, sayı 8-9, s. 291-305 
7. Caferoğlu Ahmet. Azeri türk hayatında batil itikatlar, Ġstanbul, 1939 
8.  Caferoğlu  Ahmet.  Modern  Azerbaycan  edebiyatına  toplu  bir  bakıĢ, 
Azerbaycan yurt bilgisi, Ġstanbul, 1954, sayı 37, s. 40-48 
9. Caferoğlu Ahmet. Azerbaycan edebiyatında   spekulyasyonculuk, Mücahid, 
1961, yıl 6, sayı 37-38, mart-nisan, s. 8-10 
10.  Caferoğlu  Ahmet.  Sovyetler  Birligi  türkolojisi  araĢtırmalarındakı  rus 
kültür üstünlüğü davası, Dergi, Münih, 1971, sayı 66, s. 22-34 
11. Hacıbəyli Ceyhun bəy. SeçilmiĢ əsərləri (Mühacirət dövrü), Bakı, Elm, 
2006 
12. Mehmetzade Mirza Bala. Dede Korkut, Kafkasya (Münih), 1952, № 8, 
s. 10-12 
13.  Mehmetzade  Mirza  Bala.  Milletlerin  uyanmasında  destanlar, 
Azerbaycan (Ankara), 1970, yıl 18, sayı 191-196, s.10-12 
14.  Melikoff  Ġrene.  Destandan  masala:  Türkoloji  Yolculuklarım,  Çeviren: 
Turan Alptekin, Demos yayınları, Ġstanbul, 2008 
15. Mirzade  Mustafa  Fahreddin. Azeri aĢıklarından Sarı AĢık, Azerbaycan 
yurt bilgisi, 1934, yıl 3, sayı 29, s. 176-178 
16. Nəbiyev Azad. Azərbaycan xalq ədəbiyyatı, I cild, Bakı, Turan, 2002 
17. Nevruz - yeni gün, “KutuluĢ” (Berlin), 1936, mart, sayı 17, s. 1 


123 
 
18.  Resulzade  Mehmet  Emin.  ġekilce  de,  mühtevace  de  ruslaĢtırma, 
“Azerbaycan” (Ankara), 1952, yıl 1. sayı 5, s. 2-6 
19. Resulzade Mehmet Emin. Nevruz bayramı, “Azerbaycan” (Ankara), 1954 
mart, yıl 3, sayı 12, s. 5-7 
20. Rəsulzadə Məhəmməd Əmin. Əsrimizin  SiyavuĢu.  ÇağdaĢ  Azərbaycan 
ədəbiyyatı. ÇağdaĢ Azərbaycan tarixi, Bakı, Gənclik, 1991 
21.  Resulzade  Mehmet  Emin.  Ġran  Türkleri,  Ġstanbul,  Türk  Dünyası 
AraĢtırmaları Vakfı, 1993 
22.  Rəsulzadə  Məhəmməd  Əmin.  Əsərləri,  II  cild  (1909-1914),  Bakı, 
ġirvannəĢr, 2001 
23. Sanan Sadık Mehmet. Azerbaycan Saz ġairleri, Azerbaycan Yurt Bilgisi 
(Ġstanbul), 1932, yıl 1, sayı 2, s. 55-59 
24. Sultanlı Vaqif. Ömrün nicat sahili, (Ön söz), Bakı, Turan evi, 2004 
 
Dos.dr.Qalibə Gültəkin 
(Naxçıvan)  
AZƏRBAYCANIN GÜNEYĠNDƏ 
FARSLAġDIRILMIġ QƏDĠM TÜRK 
TOPONĠMLƏRĠ 
 
Bəllidir ki, müxtəlif dillərdən bir-birinə qarĢılıqlı söz alıb vermə nəticəsində 
hər  hansı  bir  dilə  keçən  söz  həmin  dilin  qayda-qanunlarına  uyğun  Ģəkildə  ya 
fonetik  tərkibinə,  ya  ahəng  qanununa  və  ya  digər  cəhətlərinə  görə  keçdiyi  dilə 
uyğunlaĢdırılır. Lakin təəssüflə qeyd etməliyik ki, bəzən elə leksik vahidlər olur ki, 
onlar  baĢqa  dilə  qəbul  olunduğu  zaman  formaca  həmin  dilin  fonetik  sisteminə 
bənzədilərək  öz  əvvəlki  semantik  mənasından  uzaqlaĢdırılıb  yeni  və  əks  mənalı 
sözlərə çevrilir. Bu baxımdan dildə mövcud olan coğrafi adlar xüsusi lay təĢkil edir. 
Bir tərəfdən  hər hansı bir  ərazini zəbt edən iĢğalçı dövlət  həmin ölkələrin tarixini 
təhrif etməklə, xalqın tarixi  yaddaĢını silməyə çalıĢıb,  mənəviyyatına zərbə vurur, 
digər  tərəfdən  isə  həmin  adların  elmi  cəhətdən  öyrənilməsinin  qarĢısını  alır.  Bu 
baxımdan  Ġran  ərazisində  olan  coğrafi  adlara  xüsusi  diqqət  yetirmək  olduqca 
vacibdir.  Belə  ki,  burada  elmi  səviyyənin  aĢağı  olmasından  və  türk  dilinin  rəsmi 
yazılı  dövlət  dili  səviyyəsində  deyil,  yalnız  dialekt  Ģəklində  mövcud  olması,  fars 
dilinin  həm  rəsmi  dövlət  dili,  həm  də  dialekt  formasında  məcburi  Ģəkildə  türk 
dilinə  tətbiqi  və  təsiri,  hakim  dövlətin  həmin  ərazidə  yaĢayan  xalqın  dilini 
sıxıĢdırıb  aradan  qaldırmaqla  öz  dilinin  təsirini  gücləndirməsi  əsas  dil  faktı  kimi 
özünü  göstərir.  Beləliklə  də  fars  dilinə  qəbul  edilən  coğrafi  adlar  süni  Ģəkildə 
həmin dilin fonetik sisteminə bənzədilərək öz kökündən tamamilə uzaqlaĢmıĢdır. 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə