Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə51/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   ...   47   48   49   50   51   52   53   54   ...   58

111 
 
zəngin  yaradıcılığı  nümunələrindən  həm  öz  böyük  amallarının  təbliği  məqsədilə 
istifadə  etmiĢ,  həm  də  el  ədəbiyyatının  qorunması,  gələcək  nəsillərə  təhrif 
olunmadan,  düzgün  çatdırılması,  eyni  zamanda  dünyada  tanınması  üçün  onların 
toplanması,  nəĢri  ilə  bağlı  böyük  iĢlər  görmüĢlər.  Mühacirətdə  vətən  həsrəti  ilə 
məĢəqqətlərə  məruz  qalsalar  da,  sovet  senzurasından  uzaqlarda,  kommunizm 
basqısı  olmadan  təhlükəsiz  bir  Ģəraitdə  aparılan  bu  tədqiqatlar  öz  obyektivliyi  ilə 
diqqəti cəlb edir.  
Ġlk  növbədə  mühacirət  mətbuatı  sovet  Azərbaycanında  baĢ  verən  ədəbi 
hadisələrə  ciddi  Ģəkildə  münasibət  bildirməyə  baĢladı.  Ġyirminci  illərdən  “Yeni 
Qafqazya”  (1923,  Ġstanbul),  “Azəri  türk”  (1928,  Ġstanbul),  “Odlu  yurd”  (1929, 
Ġstanbul),  “BildiriĢ”  (1930,  Ġstanbul),  “Azərbaycan  yurd  bilgisi”  (1932-1934, 
Ġstanbul),  “Ġstiqlal”  (1934,  Berlin),  “QurtuluĢ”  (1934,  Berlin),  daha  sonralar  isə 
“Ana  dili”,  “BayquĢ”, “Azər”, “Savalan”, “Yol”  (Almaniya), “Səhənd”, “Durna”, 
“Tribun”,  “Araz”  (Ġsveç),  “Odlar  ölkəsi”,  “Aydınlıq”  (Böyük  Britaniya), 
“Xudafərin”  (PolĢa),  “Dədə  Qorqud”  (Ġspaniya)  və  baĢqaları  xalqımızın  milli 
mənəvi sərvətlərinin təbliği ilə bağlı mühüm iĢlər görmüĢlər.  
Mühacirət mətbuatı içərisində Əhməd Cəfəroğlunun redaktorluğu ilə 1932-
1934-cü illərdə 36, 1954-cü ildə isə bir sayı nəĢr edilən “Azərbaycan yurd bilgisi” 
dərgisinin  fəaliyyəti,  xüsusilə  təqdirəlayiqdir.  Redaktor  dərginin  hansı  zərurətdən 
doğduğunu  Ģərh  edərkən,  onun  məhz  Azərbaycanı  bütün  yönləri  ilə  tanıtmaq, 
xalqımızın elmi və mədəni irsini təbliğ etmək məqsədindən yarandığını elə birinci 
sayında ciddi arqumentlərlə dilə gətirmiĢdir: “Elmi münasibətin millətlər arasında 
gündən-günə  sıxlaĢması  və  yek-digərini  bu  vəsilə  ilə  daha  fazla  tanıya  bilməsi 
əvvəlcə  böyük  millətlərin  mövzusu  daxilində  qalan  yurdumuzun  artıq  müstəqilən 
tədqiqini  bir  zərurət  olaraq  tələb  etməkdədir.  Kəndi  kəndisini  bizzat  tədqiq 
etməyən  millətlər  baĢqa  millətlərin  etnoqrafi  tədqiqi  mövzusundan  bir  Ģey 
olmamıĢdır.  Halbuki  Azərbaycan  bu  ibtidai  dövrəsini  artıq  üzərindən  atmıĢ  və 
qapısını da elmi kapitülasionlara qapamıĢdır” (5, s.3). 
Xalqı  azadlığa,  hürriyətə  səsləyən,  rus  müstəmləkəçiliyinə  qarĢı  yönələn 
əsərlərin diqqətdən kənarda  qalmasına, toplanıb nəĢr edilməsinə, tədqiqinə  imkan 
verilməməsinə  təəssüf  edən  Ə.Cəfəroğlu  “Azəri  ədəbiyyatında  istiqlal  mücadiləsi 
izləri”  adlı  irihəcmli  məqaləsində  yazır:  “Milli  Azərbaycan  ədəbiyyatında,  adəta 
baĢlı-baĢına, müstəqil bir cərəyan təĢkil edən istiqlal mücadiləsi ədəbiyyatı, təəssüf 
ki,  uzun  bir  zaman  qeyri-müntəĢir  qaldığından  (çap  olunmadığından),  kiçik  bir 
tədqiqə  belə  məzhər  olmamıĢdır.  Rus  istilası  ilə  bərabər  doğan  bu  ədəbiyyat  rus 
məmurlarının  hədsiz  təzyiqedici  davranıĢları  üzündən  əvvəlləri  yalnız  Ģifahi 
ədəbiyyat  mahiyyətində  kəndisini  mühafizə  edə  bilmiĢ  və  dolayısı  ilə  bütün 
bəkarətini tutamamıĢdır” (6, s.6) 


112 
 
Alim,  göründüyü  kimi,  bütün  cidd-cəhdlərə  rəğmən,  aparılan  sovet 
təbliğatına,  onun  müxtəlif  üsullarla  insanları  susmağa  məcbur  etdirilməsinə 
baxmayaraq,  çar  dönəmlərində  olduğu  kimi,  yenə  də  xalqın  azadlıq  sevgisinin, 
istiqlal  arzusunun  əbədi  yaĢadığını,  bunun  sübutunun  isə  məhz  yaratdığı  əsərlər 
olduğunu  və  təzyiqlər  ucbatından  çox  vaxt  Ģifahi  Ģəkildə  yaĢadığını  diqqətə 
çatdırmıĢdır. Müəllif eyni zamanda məqaləsinin yazılma səbəblərindən danıĢarkən, 
rus  müstəmləkəçiliyi  əleyhinə  çoxlu  materiallar  əldə  etdiyini  və  əsas  məqsədinin 
onları dəyərləndirmək olduğunu bildirmiĢdir. 
Qeyd  etdiyimiz  kimi,  mühacirət  folklorĢünaslığı  xalqın  milli  mənəvi 
sərvətinin  tədqiqinə  çox  vaxt  daha  obyektiv  yanaĢırdı,  çünki  Azərbaycanda  sovet 
senzurasının ciddi nəzarətində olan bəzi mövzular, xüsusilə xalqın azadlıq, istiqlal 
arzularını  tərənnüm  edən,  rus  əsarətinə  qarĢı  mübarizəyə  səsləyən  folklor 
nümunələrinin  tədqiqi  və  nəĢri  yasaq  idi.  Azərbaycandakı  ədəbi  prosesi  dərindən 
izləyən 
mühacirət  elmi-nəzəri  fikri  əvəzsiz  söz  incilərinin  düzgün 
qiymətləndirilməsini  tələb  etmiĢ,  sovet  siyasi-ideoloji  təzyiqinə  qarĢı  dəfələrlə 
etiraz  səsini  ucaltmıĢdır.  Xüsusən  rus  Ģovinizminin  basqısı  altında  türk  milli 
mədəniyyətinin  zorla  assimilliyasiya  edilməsi  istiqamətində  aparılan  təbliğat 
mühacirətdə  böyük  narahatlıq  doğurmuĢdur.  M.Ə.Rəsulzadənin  “ġəkilcə  də, 
möhtəvaca  da  ruslaĢdırma”  (18),  Ə.Cəfəroğlunun    “Azəri  ədəbiyyatında 
spekulyasyonçuluq”  (9),  “Sovetlər  Birliyi  türkoloji  araĢdırmalarındakı  rus  kültür 
üstünlüyü  davası”  (10),  M.B.Məmmədzadənin  “Dədə  Qorqud”  (12), 
C.Hacıbəylinin  “SSRĠ-də  ziyalılar”  (11),  H.Baykaranın,  N.Keykurunun, 
Ə.Yurdsevərin  və  baĢqalarının  bir  çox  məqalələri  sosializm  təbliğat  maĢınının 
ifasına həsr olunmuĢdur və bu kəskin tənqid hər zaman Azərbaycanda böyük əks-
səda doğurmuĢdur. 
Folklorun  xalqın  əsarətə  qarĢı  mübarizəyə  qaldıraraq  qəhrəmanlıq  tarixini 
yaĢatmaqla yanaĢı, xalqın milli kimliyini qoruyan ən güclü vasitə olması mühacirət 
ziyalılarının  siyasi-ideoloji  məqsədləri  ilə  səsləĢirdi  və  ona  daha  çox  müraciət 
edilməsinə  gətirib  çıxarırdı.  Xalq  yaradıcılığının  önəmini    M.B.Məmmədzadənin: 
“Demək olar ki, “Kale-vala” olmasaydı, fin milləti bu gün bir millət olaraq bəlkə 
də olmayacaqdı” (13, s.11) sözləri aydın ifadə etməkdədir. 
Mühacirət  folklorĢünaslığı  bir  çox  hallarda  xalq  ədəbiyyatı  nümunələrinin 
araĢdırılmasına özlərinin azadlıq ideallarının həyata keçməsinin tərkib hissəsi kimi 
xüsusi həssaslıqla yanaĢmıĢ, folklor materiallarının toplanması, nəĢri və təbliğinin, 
daha doğrusu, milli-mənəvi sərvətin öyrənilməsinin vacibliyinə diqqət yetirmiĢlər. 
Bir cəhəti xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycan ziyalıları Vətənin yalnız 
Quzeyində  deyil,  həm  də  Güneyində  yaranan  folklor  materiallarını  tədqiqata  cəlb 
etmiĢlər, bunun ən gözəl nümunələrindən biri Məhəmməd Əmin Rəsulzadənin hələ 
ilk mühacirəti dövründə, yəni 1911-ci ildə Ġrana mühacirəti zamanı qələmə aldığı 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə