Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə54/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   ...   50   51   52   53   54   55   56   57   58

117 
 
də  eynilə  mövcud  oluĢu  bunların  bütün  türk  qollarında  müĢtərək  Ģeylər  olduğuna 
ən yaxın dəlil deməkdir” (7, s.3.). 
Hələ  keçən  əsrin  30-cu  illərində  bu  sahədə  tədqiqat  aparan  Ə.Cəfəroğlu 
həmin  mövzuya  müraciət  etməsinin  səbəblərini  aydınlaĢdırarkən  Azərbaycanda 
mərasimlərlə  bağlı  tədqiqatların  aparılmadığını,  bu  zəngin  irsin  toplanılmadığını, 
diqqətdən  kənarda  qaldığını,  lakin  xalqın  mənəvi  zənginliyinin,  milli  xarakterinin 
göstəricisi  olan  bu  ənənələrin  yaĢadılmasının  vacibliyini  qeyd  etmiĢdir:  “Azəri 
türkünün  həyatında  mühüm  rollar  oynayan  və  oynamıĢ  olan  batil  etiqadlar 
haqqında  kiçicik  bir  məqaləyə  belə  rastlamaq  imkanı  yoxdur,  desəm,  mübaliğə 
etmiĢ  olmaram.  Ġllərdən  bəri  əlaqədar  olduğum  azəri  türk  batil  etiqadlarına  dair 
ağızdan-ağıza dolaĢan rəvayətlərlə ötədə bəridə bir gün belə hələ də tətbiq edilən 
bir yığın  mərasim, Ģübhəsiz, azəri türk həyatını təsvir etdiyi qədər, onun düĢüncə 
və  xarakterini  də  aydınladacaq  dəyərdə  xüsusi  qiymətə  layiqdir.  Xüsusən  azəri 
klassik  ədəbiyyatının  da  etiqadlardan  mütəəssir  olması  və  hətta  bəzi  etiqadların 
səmimi  bir  ədəbiyyat  mövzusu  olması  bu  unudulmuĢ  sahənin  qiymətini  bir  daha 
artırmaqdadır” (7, s.3). 
Ə.Cəfəroğlu bu mövzu ilə bağlı bir mənbə, tədqiqat əsəri əldə edə bilmədiyi 
üçün  yalnız  öz  xatirində  qalan  və  ailəsində  icra  edilən  mərasimləri araĢdırmasına 
əlavə  etdiyini  oxucusunun  diqqətinə  çatdırmıĢdır.  Alimin  bu  əsəri  folklorun 
tədqiqatdan  kənarda  qalmıĢ  mühüm  bir  janrının  öyrənilməsi  sahəsində  ilk  addım 
olmaqla  yanaĢı,  burada  vətənin  həm  Quzey,  həm  də  Güney  parçasının,  daha 
doğrusu, Bütöv Azərbaycan xalq ədəbiyyatının araĢdırılması baxımından da böyük 
əhəmiyyətə malikdir. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi, bu tədqiqatın yazıldığı 
illərdə  sovet  senzura  sisteminin  ciddi  nəzarəti  altında  Azərbaycanın  özündə  bu 
metodologiyada  bir  əsərin  meydana  çıxması  mümkün  deyildi.  Əlbəttə,  həmin 
sistemə  qarĢı  digər  mühacir  həmvətənləri  kimi  daim  mübarizədə  olan  Əhməd 
Cəfəroğlu  bu  gerçəyi  dərk  edirdi  və  belə  bir  araĢdırma  aparmaqla  xalqımızın 
mənəvi  sərvətlərinin  qorunması,  təbliği  sahəsində  onun  mühüm  bir  addım 
olacağına inanırdı: “Digər türk qövmlərinin eyni etiqadları ilə geniĢ bir müqayisəyə 
lüzum olmaqla bərabər daha çox azəri həyatının batil etiqad vəziyyətinin tanıtmaq 
qayəsində  bulunduğundan  hər  hansı  bir  müqayisəli  araĢdırma  tərzində  çəkinməyi 
tərcih  etdim.  Sahəni  yalnız  Qafqaz  Azərbaycanı  ilə  məhdudlaĢdırmadım.  Eyni 
zamanda  Cənub  Azərbaycanı  da  (yəni  bügünkü  Ġran  Azərbaycanı  da)  nəzəri-
diqqətə  aldım.  Bu  surətlə  o  geniĢ  Azərbaycan  türk  sahəsini  əhatəyə  çalıĢdım”  (7, 
s.3-4). 
Beləliklə,  folklorĢünaslığımızda  Bütöv  Azərbaycanın  xalq  ədəbiyyatının 
araĢdırılması  kimi  çox  böyük  bir  addımın  atılması  bu  tədqiqat  əsərinin  dəyərini 
daha  da  artırır.  Məlum  səbəblərdən  yalnız  Azərbaycanda  sovet  sistemi  dağılıb 
müstəqil dövlət qurulduqdan sonra Güney Azərbaycan folkloru da müəyyən qədər 


118 
 
araĢdırılmağa baĢlanmıĢ və çox zaman vətənin hər iki parçası ayrı-ayrılıqda tədqiq 
edilmiĢdir. Halbuki hər hansı janrın tədqiqində vətənin bütövlükdə nəzərə alınması 
daha  çox  əhəmiyyət  daĢıyardı,  necə  ki  yetmiĢ  il  öncədən  Ə.Cəfəroğlu  kimi 
təcrübəli  folklorĢünasın  yaradıcılığında  bunun  Ģahidi  oluruq.  Bu  bir  daha  göstərir 
ki,  mühacirət  folklorĢünasları  mümkün  olduğu  qədər  xalq  ədəbiyyatını  Güney  və 
Quzey olaraq ayrılmıĢ vətənin deyil,  Bütöv Azərbaycanın timsalında  araĢdırmağa 
çalıĢmıĢ, gələcək tədqiqatçılara da bunu tövsiyə etmiĢlər. 
Azərbaycan  ziyalıları  xalq  ədəbiyyatının  əfsanə,  rəvayət,  dastan  və  baĢqa 
janrlarda da Güneydə yaranan əsərləri diqqətdə saxlamağa çalıĢmıĢlar. 
Məıumdur ki, min il bundan əvvəl Ə.Firdovsi “ġahnamə”ni qələmə alarkən 
qədim  əfsanə,  rəvayətlərdən  ustalıqla  istifadə  etmiĢdi.  Həmin  əsərin  yadda  qalan 
əsas  qəhrəmanı  SəyavuĢ  və  onunla  bağlı  əfsanə  də  Azərbaycan  Xalq 
Cümhuriyyətinin  süquta  uğradığı  ilk  illərdə  M.Ə.Rəsulzadənin  dövrünün  siyasi 
hadisələrini  Ģərh  etməsi  üçün  əsas  vasitəyə  çevrilmiĢdi.  Lakin  müəllif  təkcə 
SəyavuĢla  kifayətlənməmiĢ,  təhlillərini  daha  da  əyaniləĢdirmək  məqsədilə 
“ġahnamə”də  verilən  Zöhhakla  bağlı  əfsanəni  də  “Əsrimizin  SəyavuĢu”na  daxil 
etmiĢdir:  “Azərbaycanda  Ġran  təsiri  vardır:  Ġran  Zöhhak  bəlasına  uğramıĢdı.  Öz 
hakimiyyət  və  istiqlaliyyətinin  qədrini  bilməyən  xalq  cənabi-haqqın  qəzəbinə 
gəlmiĢdi.  Zöhhak  adında  bir  hökmdar  Ġranı  cana  doydurmuĢdu.  Bu  hökmdar 
ilanlara  tapınırdı.  Gündə  iki  uĢaq  beynini  o  pis  heyvanlara  yedirirdi.  Zöhhakın 
zülmündən  bezən  xalqın  fəryadı  göylərə  çıxmıĢdı.  Xalqın  Ģərəfi,  namusu,  dini, 
milliyyəti  tamamilə  alçaldılırdı.  ġəhərlinin  varı,  kəndlinin  mal-davarı  əlindən 
alınırdı. Burada CəmĢidin dinindən olan nə qədər iranlı varsa, qanundan kənar elan 
edilmiĢdi.  Yaxalananların  özləri  ya  həbs  olunur,  mallarına  əl  uzanır  və  uĢaqları 
ilanlara  yedirilirdi.  Xalq  qorxudan  Zöhhak  dinini  görünüĢdə  qəbul  etmiĢdisə  də, 
təriqətlərinə  mənsub  olan  adamlarla  gizlicə  toplanıb  ibadətlərini  yapırdılar”  (20, 
s.54). 
Gətirilən  sitatdan  da  görünür  ki,  qədim  bir  əfsanənin  fonunda  əslində 
kommunist  rejimi  ifĢa  olunmaqdadır.  Həmin  dövr  Azərbaycanı  da  Zöhhak  qədər 
əzazil  bir  müstəmləkəçilərin  əlində  idi,  malı,  dövləti  talan  olunur,  zülmə  tabe 
olmaqdan  boyun  qaçıranlar  həbsə  atılır.  Ailələri  ilə  birlikdə  iĢgəncələrə  məruz 
qalırdılar, lakin hürriyyət arzusu yenə də insanları geri çəkilməyə qoymurdu. 
Bu  vəziyyətə  azərbaycanlıların  tab  gətirməyib  ayağa  qalxacağına,  qorxunc 
sosializm bəlasının bir gün mütləq tarixin arxivinə göndəriləcəyinə bütün varlığı ilə 
inanan müəllif yazır: “Fəqət bütün bu zülm və təhlükələr qarĢısında iranlıların tək 
bir ümidi vardı. O ümidlə yaĢayır, imanlarını gələcəkdə doğacaq o parlaq günəĢin 
hərarəti  ilə  isidirdilər.  Bu  ümid  Firidun  idi.  CəmĢidin  anasız  oğlu  dağlara 
çəkilmiĢdi.  Zöhhakın  sui-qəsdindən  qorunurdu...  Vaxt  gəldi,  dəmirçi  Gavənin 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə