Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə55/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   ...   50   51   52   53   54   55   56   57   58

119 
 
bayrağını bir ağac baĢına taxması kifayət idi ki, bütün xalq onun arxasınca getsin. 
Firidunu dağlarda arayıb tapsın və götürüb öz taxtına oturtsun!” (20, s.54). 
BaĢdan-baĢa rəmzlərdən yaranan əsərində müəllifin bu sözlərlə nəyi demək 
istədiyi  aydındır:  Azərbaycan  (həm  Güney,  həm  Quzey)  tez  və  ya  gec    öz 
hürriyətinə  qovuĢacaqdır.  Burada  həmin  müqəddəs  fikirlərini  yenə  də 
M.Ə.Rəsulzadə əfsanənin köməyi ilə ifadə etmiĢdir. 
Dəmirçi Gavə bütün azadlıqsevər, zülmə qarĢı mücadiləyə qalxan insanların 
simvolu idi. Məhz buna görə Zöhhakla bağlı əfsanə ruhu etibarı ilə mühacirətdəki 
ziyalıların  arzularını  daha  çox  ifadə  edirdi.  Bu  da  onların  həmin  əfsanəyə  tez-tez 
müraciət  etmələrinə  səbəb  olurdu.  Onlardan  biri  də  M.B.Məmmədzadə  idi. 
“Millətlərin  oyanmasında  dastanlar”  məqaləsində  Mirzə  Bala  həmin  əfsanənin 
böyük  təsir  gücünü:  “Qədim  Ġranı  Zöhhakın  zülmündən  qurtaran  Dəmirçi  Gavə 
Firidunun  Ģəxsində  Ġranın  Zöhhakdan  əvvəlki  milli  həyatını,  milli  keçmiĢini  və 
ənənəsini ehya edirdi” (13, s.10), Ģəklində diqqətə çatdırmıĢdır. 
Müəllif  həmin  məqaləsində  Zöhhak  əfsanəsinin  də  daxil  olduğu 
“ġahnamə”nin  Ģöhrətinin  əsasını  əsərin  milli  mənafeyə  söykənməsi  ilə  Ģərh 
etmiĢdir:  “ġahnamə”  farslığın  təzahürünü,  uzaq  və  Ģanlı  keçmiĢini  canlandıran, 
xatırladan  və  milli  vicdanı  oyandırıcı,  təhrikedici  təsir  yapan  vasitədən  baĢqa  bir 
Ģey  deyildir.  Milli  ilham  mənbəyini  təĢkil  edən  “ġahnamə”  və  onun  Ģöhrəti 
əfsanəvi  xəyali  qəhrəmanları  deyil,  o  əfsanəvi  və  xəyali  qəhrəmanların 
Ģəxsiyyətində  canlandırılmıĢ  milli  həyat,  milli  hürriyyət,  milli  əzəmət  və  milli 
kültürdür” (13, s.10). 
“Zöhhak  zülmü”  qədər  əzablı  rus  müstəmləkəçiliyində  yaĢamaq  zorunda 
qalan  vətəni  Azərbaycanın  da  bir  gün  “Dəmirçi  Gavə”  kimi  qəhrəmanları 
sayəsində  öz  azadlığına  qovuĢacağına  mühacirətdəki  bütün  ziyalılar  kimi  Mirzə 
Bala da hər zaman inanırdı. O, Firdovsinin fars millətinin iftixarı olan əsərinin bu 
qədər  Ģöhrət  qazanmasının  səbəbini  onun 
məhz  xalq  ədəbiyyatından 
bəhrələnməsindən  irəli  gəldiyini  qeyd  edir:    “ġahnamə”  milli  fars  masallarından 
alınıb və təmiz fars dilində yazıldığından farslığın milli-ədəbi intibahında da böyük 
xidmətləri olmuĢdur” (13, s.10). 
Qeyd  edək  ki,  mühacirətdə  Güney  folkloru  ilə  bağlı  tədqiqat  aparanlardan 
biri  də  Ġren  xanım  Melikoffdur  (Ġrene  Melikoff).  Xüsusən  tədqiqatçı  dini 
mövzularla bağlı araĢdırmalarında Ġran adlanan ərazidə yaranan folklora daha çox 
diqqət yetirmiĢdir. Beləliklə, “Dastandan masala, türkoloji yolçuluqlarım” kitabına 
daxil edilən “Türk dastan ədəbiyyatında Kərbəla olayı”, “Halva qutsallüğı və halva 
dağıtma  ənənəsi:  ortaçağ  Türkiyəsində  məslək  loncalarında  bir  uyğulama  üzərinə 
araĢdırma”,  “Anadolu  türklərinin  dinsəl-qəhrəmanlıq  mətnlərində  simvollaĢan 
saylar” Azərbaycan folklorĢünaslığı üçün yeni olan bir problemə - dini mövzulara 
həsr  edilmiĢdir.  Uzun  illər  ərzində  ateizmi  təbliğ  edən  sovet  ideologiyası  bu 


120 
 
mövzulara ciddi yasaq qoymuĢdu, buna görə də yalnız son illərdə folklorĢünasların 
araĢdırmalarında  (A.Nəbiyevin  “Azərbaycan  xalq  ədəbiyyatı”  dərsliyində)  xalqın 
dinlə  bağlı  yaratdığı  bədii  nümunələr  tədqiqata  cəlb  edilməyə  baĢlamıĢdır.  Lakin 
mühacirətdə  bu  mövzu  ilə  bağlı  tədqiqatlar  keçən  əsrin  30-cu  illərindən 
aparılmıĢdır.  Belə  ki,  “Azərbaycan  yurd  bilgisi”  dərgisində  1932-ci  ildə 
M.S.Sənanın  “Azərbaycan  saz  Ģairləri”  (23),  1934-cü  ildə  isə  Mirzadə  Mustafa 
Fəxrəddinin  “Azəri  aĢıqlarından  Sarı  AĢıq”  (15)  məqalələri  nəĢr  edilmiĢdir  ki, 
onlarda dini məqamlar da nəzərdən keçirilmiĢdir. 
Ġren  xanımın  “Türk  dastan  ədəbiyyatında  Kərbəla  olayı”  məqaləsi  1966-cı 
ildə  Parisdə  ġərqĢünaslar  Cəmiyyətində  (Sosiete  Asiatique)  təqdim  olunmuĢ  və 
1967-ci  ildə  “Revue  des  Etudes  Ġslamique”də  (s.133-148)  nəĢr  edilmiĢdi,  lakin 
onun axtarıĢları, özünün qeyd etdiyi kimi, hələ 1957-ci ildə yazdığı “Əbu Müslim, 
əxilərin piri” (“Abu Muslim, patron des Akhis”) məqaləsindən baĢlamıĢ və burada 
müəllif Əbu Müslimi Kərbəla hadisələrinin, özəlliklə Ġmam Hüseynin qisasını alan 
həqiqi  bir  qəhrəman  kimi  səciyyələndirmiĢdi.    Beləliklə,  “Türk  dastan 
ədəbiyyatında Kərbəla olayı” məqaləsini həmin araĢdırmanın davamı hesab etmək 
olar  və  Ġren  xanım  bu  tarixi  faciənin,  həmçinin  onun  əsasında  yaranan  dastanın 
haqqında  yazır:  “...Əbu  Müslim  Rəsulun  Əhli-Beytinin  öcünü  alan,  “gücsüzləri 
qoruyan”  və  “əzilən  xalqın  qəhrəmanı”  kiĢiliyi  ilə,  hər  Ģeydən  öncə,  igidlik  və 
cəngavərlik  ülküsünün  örnək  bir  canlanıĢı  idi...  Əbu  Müslimin  yer  aldığı  olaylar, 
Hüseynin  Ģəhid  ediliĢi  və  “Kərbəlanın  öcü”  üzərinə  xalqın  asanlıqla  anlayacağı 
ifadələrlə  Türkiyədə  günümüzədək  varlığını  sürdürən,  xalqa  aid  bir  ədəbiyyatı 
yaratdı.  Əbu  Müslimin  dastanlaĢan  əhvalatı  həqiqətdə  Kərbəla  faciəsinin  ikinci 
bölümü və onun tamamlanıĢıdır” (14, s.59). 
Ġren  xanım  bu  məqaləsində  mənbələrə  əsaslanaraq,  öncə  həmin  dövrdəki 
tarixi  hadisələr  haqqında  məlumat  vermiĢ,  bu  on  məclisdən  ibarət  əsərin  hər  bir 
məclisini ətraflı təhlilə cəlb etmiĢ, onun daha çox məhərrəm ayının ilk on günündə 
camaat arasında oxunduğunu müəyyənləĢdirmiĢdir.  
“Anadolu  türklərinin  dinsəl-qəhrəmanlıq  mətnlərində  simvollaĢan  saylar” 
məqaləsini  Ġren  xanım  dastanlardakı  sayların  iĢlənmə  məqamları,  ifadə  etdikləri 
sətiraltı  mənaların  izahına  həsr  etmiĢdir.  “Dastan  ədəbiyyatı,  cəngavərlik  əməlini, 
dastan  qəhrəmanını  bu  əməlin  bir  bədənləĢməsi  olaraq  görən,  oxumamıĢ  xalq 
sinifləri arasında bir yayılma vasitəsinə çevrilirdi. Mənbələrdə ...1,3,5,7, 40 və 300 
saylarına sıx-sıx rastlanırdı” (14, s.121), - yazan müəllif, eyni zamanda 17 və 72-
nin  də  çox  iĢləndiyini,  bu  rəqəmlərin  əslində  9  ilə  8-in  toplanması  və 
vurulmasından  yarandığını  müəyyənləĢdirmiĢdir.  DaniĢmənd,  Sarı  Saltuk,  Əbu 
Müslim, Seyid Battal və baĢqa dastan qəhrəmanlarının adlarını ərəb hərflərinin say 
qarĢılığı  əsasında  incələməklə  Ġren  xanım  bu  iki  rəqəmin  qutsallığını  üzə 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə