Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə8/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   4   5   6   7   8   9   10   11   ...   101

 
21 
“Şübhəsiz, imamət peyğəmbərlərin məqamı və vəsilərin irsidir. 
İmamət  Allahın  nümayəndəliyi,  Peyğəmbərin  (s)  xilafəti
1
 və 
canişinliyidir... İmam parlaq ay, işıqlı çıraq, şölələnən nur, zülmət və 
qaranlıqda hidayət ulduzu və süqutda xilaskardır... İmam yağış dolu 
bərəkətli  bulud,  ardıcıl  (dirilik)  yağış  və  parlaq  günəşdir...  İmam 
yaranmışlar  arasında  Allahın  əmini,  bəndələri  üzərində  Onun 
höccəti  və  canişinidir...  İmamın  vücudu  ilə  din  nizamlanır, 
müsəlmanlar  izzət  qazanır,  münafiqlər  qeyzdən  yanır  və  kafirlər 
həlakətə yetir.”
2
  
Əmirəl-möminin  Əli  (ə)  qısa  bir  kəlamla  imamət  həqəqətini 
açıqlayaraq  buyurmuĢdur:  “Müsəlmanların  işlərində  imamın 
mövqeyi  təsbeh  dənələrini  bir-birinin  kənarında  nizamla  yığan  ipə 
bənzəyir.  Əgər  ip  qırılsa,  onlar  dağılar  ətrafa  və  (imam  olmasa, 
cəmiyyət bir-birinə dəyər, nizam-intizam pozular) heç vaxt onları bir 
yerə yığıb nizamlamaq olmaz!
3
  
*** 
QURANĠ-KƏRĠMDƏ ÜMUMĠ ĠMAMƏT VƏ VĠLAYƏT 
Ġmamət və vilayətlə əlaqədar yenə iki fərqli bəhs mövcuddur: 
1.
 "Ümumi  imamət və  vilayət";
 yəni  hər bir  əsr  və dövrdə 
insanlar  arasında  Allah  tərəfindən  bir  imam  və  rəhbər  mütləq 
olmalıdır;  istər  peyğəmbərlik,  istərsə  də  yalnız  imamət  məqamına 
malik olsun. 
2.
  "Xüsusi  imamət  və  vilayət";
  bu  ilahi  məqam  Ġslam 
peyğəmbərindən sonra onun caniĢininə aiddir. 
BaĢqa sözlə, nübüvvət və peyğəmbərlik iki qismə – ümumi və 
xüsusi peyğəmbərliyə bölündüyü kimi, imamət də iki qismə bölünür. 
Qurani-kərimdə  ümumi  imamət  və  vilayət  haqqında  bir  sıra 
ayələr mövcuddur. O cümlədən: 
 ءٍكباَ٘ ءٍَ لْاِٛاَل دًِّةُى ٌاَٚ ةٌه نٕةُِ  اَذٔاَأ باَّمَّٔ إ
                                                 
1
 “Xilafət” ərəb dilində başqasının əvəzedicisi olmaq mənasındadır. Xəlifə o 
kəsə  deyilir  ki,  başqasının  ardınca  gəlib  onun  canişini  olsun  və  mövcud  boşluğu 
doldursun. (“Məalimul-mədrəsəteyn”, Əllamə Əskəri, 1-ci cild, səh. 156.) (Müt.) 
2
 “Üsuli-kafi”, 1-ci cild, səh. 200. 
3
 “Nəhcül-bəlağə”, xütbə: 46. 


 
22 
1-"Sən yalnız qorxudansan. Hər tayfanın da bir hidayət edəni 
vardır."
1
  
  آَ١ ل كبمٌَّٖا اَعاَِ لْاِاٛةُٔٛةُواَٚ اَ ّالله لْاِاٛةُممَّرا لْاِاٛةُٕاَِآ  آَ٠ نمٌَّا باَُّٙ٠اَأ باَ٠
2-"Ey iman gətirənlər! Allahdan qorxun (Onun əmrinə qarĢı 
çıxmayın) və doğru danıĢanlarla birgə olun."
2
  
 لْاُِةُىٕ ِ  ولْاِِاَلْا ٟ ٌلْاِٚةُأاَٚ اَيٛةٍُمَّوٌا لْاِاٛةُع١ ٛاَأاَٚ اَ ّالله لْاِاٛةُع١ ٛاَأ لْاِاٛةُٕاَِآ  آَ٠ نمٌَّا باَُّٙ٠اَأ باَ٠
3-"Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və sizlərdən olan 
əmr sahiblərinə tabe olun."
3
  
*** 
"ĠNZAR VƏ HĠDAYƏT" AYƏSĠ 
Birinci ayədə Ġslam peyğəmbərinə (s) xitabən buyurulur: 
 ءٍكباَ٘ ءٍَ لْاِٛاَل دًِّةُى ٌاَٚ ةٌه نٕةُِ  اَذٔاَأ باَّمَّٔ إ
"Sən  yalnız  qorxudansan.  Hər  qövmün  və  millətin  də  bir 
hidayət edəni vardır!" 
Fəxri-Razi bu ayənin təfsirində üç fikir söyləmiĢdir: 
1.  "Münzir"  (qorxudan)  və  "hadi"  (rəhbər  və  hidayət  edən) 
sözlərinin hər ikisi eyni məna daĢıyır və ayənin mənası belədir: "Sən 
yalnız hər tayfanı qorxudan və hidayət edənsən!" 
2. Ġslam peyğəmbəri (s) qorxudan, Allah isə hidayət edəndir. 
3.  Ġslam  peyğəmbəri  (s)  qorxudan,  imam  Əli  (ə)  isə  hidayət 
edəndir. 
Ġbn Abbas deyir: "Peyğəmbər (s) mübarək əlini sinəsinə qoyub 
buyurdu:
 
 (
 ُرِذْنُمْلا انَا
 )
"Mən  qorxudanam!"
 
Sonra  isə  əlini  Əliyə  (ə) 
tərəf uzadaraq buyurdu: 
 ٍّٝاَ  ب٠ ةُٜ كبٙلْاٌِا  اَذلْأِاَا
 !
  للْاِعاَث  لْآِ ِ  اَْةُٚلاَزلْاِٙةُّلْاٌِا ٜ لاَزلْاِٙاَ٠ اَه ث
ٜ
 !
"Ya  Əli!  Sən  (isə)  hidayət  edənsən.  Məndən  sonra  doğru  yolu 
tapanlar sənin vasitənlə hidayət olacaq."
4
  
Bu  üç  baxıĢı  digər  təfsirçilər  də  qeyd  etmiĢlər.  Sünni 
təfsirçilərinin  bəziləri  isə  bu  ayənin  1-ci  və  2-ci  təfsirinin  düzgün 
                                                 
1
 "Rəd” surəsi, ayə: 7. 
2
 "Bəraət” surəsi, ayə: 119. 
3
 "Nisa” surəsi, ayə: 59. 
4
 "Kəbir" təfsiri, Fəxri-Razi, 19-cu cild, səh. 14. 


 
23 
olduğunu  sübut  etməyə  çalıĢmıĢlar.  Çünki  3-cü  təfsir  onların 
təəssübkeĢ təfəkkür tərzinə uyğun deyil. Halbuki birinci təfsir ayənin 
zahiri  ilə  uyğun  gəlmir.  Çünki  hər  iki  vəsf  Ġslam  peyğəmbərinə  (s) 
aid olsaydı, onda Allah-taala belə buyurardı: "Ġnnəma əntə munzirun 
və  hadin  li-kulli  qovmin"  –  "Həqiqətən,  sən  yalnız  hər  millət  və 
tayfanı  qorxudan  və  hidayət  edənsən!"  BaĢqa  sözlə,  ərəb 
qrammatikasına  əsasən,  (“carr  və  məcrur”  olan)  "li-kulli  qovmin" 
(hər tayfanı) ifadəsi "hadi" (hidayət edən) sözündən öncə qeyd edilə 
bilməz.  Əgər  öncə qeyd edilərsə, onda  hər iki  vəsfdən öncə  gəlməli 
və  belə  deyilməlidir:  "Ġnnəma  əntə  li-kulli  qovmin  munzirun  və 
hadin" – "Həqiqətən, sən hər tayfanın yalnız qorxudanı və hidayət 
edənisən!"  Bir  sözlə,  "li-kulli  qovmin"  (hər  tayfanı)  ifadəsinin  iki 
vəsfdən yalnız birindən öncə qeyd edilməsi və digərinə aid edilməsi 
üçün  bir  dəlil  yoxdur;  ya  hər  ikisindən  öncə,  ya  da  hər  ikisindən 
sonra qeyd edilməlidir. 
Ġkinci  təfsirdə  də  uyğunsuzluq  var.  Çünki  Allah-taalanın 
hidayətçi  olmasına  heç  bir  Ģəkk-Ģübhə  olmadığından  onu  qeyd 
etməyə ehtiyac qalmır.  Bir də cümlənin  zahiri mənası hər  bir əsr və 
zamanda xüsusi hidayətçinin olmasını bildirir. Halbuki tək halda "li-
kulli  qovmin  hadin"  (hər  tayfanın  bir  hidayətçisi  vardır)  – 
ifadəsindən baĢa düĢülən cəm hal Allaha münasib deyil. 
Beləliklə,  yuxarıda  qeyd  olunan  ayənin  yeganə  məqbul  təfsiri 
budur  ki,  Peyğəmbəri-əkrəm  (s)  qorxudandır  və  hər  dövrdə  hər 
qövmün hidayətçisi var. 
Görəsən,  bu  hidayətçi  məqamı  hər  dövr  və  tayfanın  alimlərinə 
də Ģamildirmi? – Cavab mənfidir. Çünki hər dövrdə bir yox, çoxsaylı 
alimlər  ola  bilər.  Ġslam  peyğəmbəri  (s)  bir  nəfər  olduğu  kimi, 
müsəlmanların  hidayətçisi  də  hər  dövrdə  bir  nəfər  olmalıdır.  BaĢqa 
sözlə,  Ġslam  peyğəmbəri  (s)  dinin  təsisçisi  olduğundan  camaatı 
qorxudur, imam isə onları hidayət etməklə bu yolu davam etdirir. 
Qeyd  olunanlar  ayədən  baĢa  düĢülən  dəqiq  nöqtələr  idi.  Bu 
zəmində  Ģiə  və  sünnilərdən  nəql  olunan  rəvayətlərə  nəzər  saldıqda 
isə məsələ daha da aydınlaĢır. 
Sünnilərin  ən  məĢhur  təfsir  kitablarından  olan  "Əd-durrul-
mənsur"da  Peyğəmbəri-əkrəmdən  (s)  bu  ayənin  təfsiri  ilə  əlaqədar 
müxtəlif rəvayətlər nəql edilmiĢdir:  
1.  Ġbn  Cərir,  Ġbn  Mərdəveyh,  Əbu  Nəim,  Deyləmi,  Ġbn  Əsakir 
və Ġbn Nəccardan  belə nəql olunur:  "Sən  yalnız  qorxudansan.  Hər 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə