Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə10/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   6   7   8   9   10   11   12   13   ...   101

 
26 
məqsəd isə budur: "Hər qövmün bir peyğəmbəri var ki, onları Allaha 
doğru dəvət edir!" Bu təfsir olduqca əsassızdır. 
Səid ibn Cübeyrdən isə belə nəql olunmuĢdur: "Məhəmməd (s) 
qorxudan,  Allah  isə  hidayət  edəndir."  Halbuki  ayənin  zahirinə  görə, 
hər  tayfanın  öz  hidayət  edəni  var.  Bir  də  ki,  Allah-taala  bütün 
tayfaların hidayətçisidir. 
Görəsən,  Ģiələrə  qarĢı  çıxmaq  məqsədilə  Allahın  Rəsulundan 
"mütəzafir"
1
  Ģəkildə  nəql  olunan  mötəbər  rəvayətlərə  göz  yumub, 
uyğunsuz təfsirlərə istinad etmək rəvadırmı? 
"SADĠQĠN" (DOĞRUÇULAR) AYƏSĠ 
 ُّٞاَأ باَ٠
 اَّالله لْاِاٛةُممَّرا لْاِاٛةُٕاَِآ  آَ٠ نمٌَّا باَ٘
 
  آَ١ ل كبمٌَّٖا اَعاَِ لْاِاٛةُٔٛةُواَٚ
Bu  ayədə  möminlər  təqvaya,  Allahın  əmrindən  çıxmamağa 
çağırılır  və  onlara  göstəriĢ  verilir  ki,  (azğınlığa  düĢməsinlər  deyə,) 
sadiqlər və doğru danıĢanlarla birgə olsunlar. 
Ayədə  qeyd  olunan  "sadiqin"  sözünün  kimlərə  iĢarə  olması 
barədə müxtəlif təfsirlər mövcuddur: 
Bəzi  ehtimallara  görə,  məqsəd  Peyğəmbəri-əkrəmdir  (s)  və  bu 
ayə  həzrətin  öz  dövrünə  aiddir.  Halbuki  Qurani-kərimin  digər 
xitabları  kimi  bu  ayənin  də  ümumiliyi,  hər  bir  dövrə  və  hər  bir 
məntəqədə yaĢayan möminlərə aid olması aydındır. 
Bəziləri isə belə deyir: Ayədə qeyd olunan "məə" 
)
birgə) "min" 
(dan,  dən)  mənasındadır.  Yəni  siz  sadiqlərdən  və  doğru  danıĢlardan 
olun!  Halbuki  belə  yozumlara  heç  bir  zərurət  yoxdur  və  ərəb 
ədəbiyyatında,  ədiblərin  kəlamlarında  "məə"nin  "min"  mənasında 
iĢlənməsi görünməmiĢdir. 
Ayənin zahiri mənasına əsasən, bütün müsəlmanlar hər bir dövr 
və  əsrdə  sadiqlərin  sırasında  və  onlarla  birlikdə  olmağa  çağırılırlar. 
Məlum olur ki, hər dövrdə sadiq, yaxud sadiqlər var və camaat təqva 
və  pərhizkarlıq  yolunu  tutmaq  üçün  mütləq  onlarla  birlikdə 
olmalıdırlar. 
                                                 
1
  Müxtəlif  sənədlərlə  nəql  olunan,  lakin  “təvatür”  həddinə  çatmayan 
rəvayətə deyilir. 


 
27 
YaxĢı  olar  ki,  "sadiqin"  sözünün  mənasını  və  onların  hansı 
xislətlərə  malik  olduğunu  bilmək  üçün  Qurani-kərimin  özünə 
müraciət edək. Qurani-kərimin "Hücurat" surəsində buyurulur: 
  َ لْاِمةُّلْاٌِا باَّمَّٔ إ
 لْاُِ ٙ ٌااَٛلْاِِاَت ث اٚةُلاَ٘باَعاَٚ اٛةُثباَرلْاِواَ٠ لْاُِاٌَ مَُّةُص  ٗ ٌٛةٍُاَهاَٚ   مَّللَّب ث اٛةُٕاَِآ  آَ٠ نمٌَّا  اَْٛةُٔ
  اَْٛةُل كبمٌَّٖا ةُُةُ٘ اَه ئاٌَلْاِٚةُأ   مَّالله  ً١ جاٍَ ٟ ـ لْاُِ ٙ َةُفٔاَأاَٚ
"Möminlər  yalnız  Allaha  və  Onun  peyğəmbərinə  iman 
gətirən,  sonra  isə  heç  bir  Ģəkk-Ģübhəyə  düĢməyən,  Allah  yolunda 
malları  və  canları  ilə  cihad  edənlərdir.  Məhz  belələri  sadiq 
olanlardır!"
1
  
Bu ayədə "sidq" sözü hər növ Ģəkk-Ģübhə və tərəddüddən uzaq 
iman və əməldən ibarətdir. 
"Bəqərə"  surəsinin  117-ci  ayəsində  yaxĢılıq  və  xeyirxahlığın 
Allaha, 
qiyamət 
gününə, 
mələklərə, 
səmavi 
kitablara 
və 
peyğəmbərlərə  imandan,  mal-dövləti  Allah  yolunda  yoxsullar  və 
kölələrə  xərcləməkdən,  habelə  namaz  qılmaq,  zəkat  vermək,  əhdə 
vəfa  etmək,  çətinliklər  və  cihad  zamanı  dözümlü,  səbirli  olmaqdan 
ibarət  olduğu  açıqlandıqdan  sonra  buyurulur:  "Belələri  sadiq 
olanlardır!"  Beləliklə,  sadiqlərin  əsas  niĢanə  və  əlaməti  bütün 
müqəddəs Ģeylərə kamil iman gətirmək, hər bir halda Allahın əmrinə 
tabe  olmaq,  xüsusilə  namaz  qılmaq,  zəkat  vermək,  infaq  etmək  və 
çətinliklərdə  səbir  edib  dözməkdir.  Bu  məna  "HəĢr"  surəsinin  8-ci 
ayəsində də gözə dəyir. 
Bu  ayələrdən,  eləcə  də,  bəhs  etdiyimiz  ayənin  ümumi 
mənasından  –  sadiqlərlə  birgə  olmağın  qeyd-Ģərtsiz  zəruri 
sayılmasından nəticə çıxarırıq ki, müsəlmanlar iman və təqva, elm və 
əməl, səbir və dözüm baxımından ən yüksək dərəcəli kəslərlə birgə 
olmağa  məsuldurlar.  (Diqqət  yetirmək  lazımdır  ki,  ayədə  "sadiqlər 
zümrəsindən olun" yox “onlarla birgə olun” deyilir. Bu da insanların 
nail ola biləcəyi ən yüksək mərhələni göstərir. (Məsumlar isə onlara 
nümunə və örnəkdirlər.) 
Digər tərəfdən,  sadiqlərlə  birgə  olmaq  əmrinin  ümumi,  mütləq 
və qeyd-Ģərtsiz sayılması onların (sadiqlərin) məsumlığına baĢqa bir 
dəlildir.  Çünki  məsum  olmayanlara  qeyd-Ģərtsiz  tabe  olmaq  əmri 
düzgün deyil. 
                                                 
1
 "Hücurat” surəsi, ayə: 15. 


 
28 
Diqqəti  cəlb  edən  məsələ  budur  ki,  Fəxri-Razi  burada  bir 
müqəddimədən  sonra  ayənin  məqsədini  belə  açıqlayır:  "Səhv  və 
xətaya  yol  verən  kəsin  məsum  Ģəxsə  itaət  etməsi  vacibdir.  Allah-
taala  da  sadiqləri  məsum  hesab  etmiĢdir.  Buna  əsasən,  səhv  və 
xətaya  yol  verən  kəslərin  məsumlarla  birgə  olması  vacibdir  və 
məsumlar onların xəta və səhvlərinin qarĢısını alırlar. Bu əmr hər bir 
zamana  aiddir  və  danılmazdır.  Deməli,  hər  dövrdə  məsum  insanın 
varlığı zəruridir." 
Sonra  əlavə  edir:  "Biz  hər  dövrdə  məsum  və  günahsız  Ģəxsin 
olmasını  qəbul  edirik.  Lakin  biz  məsum  dedikdə  bütün  ümməti 
nəzərdə tuturuq. Halbuki siz (Ģiələr) deyirsiniz ki, məsum yalnız bir 
nəfər olmalıdır."
1
  
Fəxri-Razi ayənin məzmunca çox aydın olmasına baxmayaraq, 
Əhli-beyt  (ə)  məktəbi  ardıcıllarının  əqidəsini  danmaqla  bütün 
ümmətin  məsum  olmasından,  yaxud  "ümmət  icması"ndan  söz 
açmıĢdır.  Halbuki  bütün  ümmət  az  məsələdə  yekdildir.  Sadiqlərlə 
birgə olmaq  məsələsi  isə  ümumi  bir  vəzifəni  göstərir.  Hətta  bu  ayə 
nazil  olan  zaman  heç  bir  ərəbdilli  Ģəxs  "sadiqin"  dedikdə  bütün 
ümməti  nəzərdə  tutmurdu.  Belə  isə  onu  bu  mənaya  yozmaq 
mümkündürmü?  Etiraf  etməliyik  ki,  hər  bir  dövrdə  sözlərində  əsla 
xilaf  olmayan,  səhv  və  xətaya  yol  verməyən  sadiq  Ģəxsin  olması 
zəruridir və insanlar ona itaət etməlidirlər. 
Sual:
  Burada  belə  bir  sual  yaranır  ki,  "sadiqin"  (sadiqlər) 
sözünün  cəm  formasında  olması  hər  dövrdə  məsumun  hüzurunumu 
göstərir?  Bu,  Əhli-beyt  (ə)  məktəbi  ardıcıllarının  əqidəsinə  uyğun 
gəlmir. Bu sualın cavabını necə vermək olar? 
Cavab:
  Burada  bir  incə  nöqtəyə  diqqət  yetirməklə  Ģübhənin 
cavabı aydınlaĢır. O da budur ki, cəm formasını bütün zamanlara aid 
etmək  olar  və  burada  "sadiqlər"  baĢqa-baĢqa  zamanlarda  yaĢamıĢ 
müəyyən  bir  qrupu  təĢkil  edir.  Bu,  eynilə  belə  bir  ifadəyə  bənzəyir: 
"Hər  dövrün  camaatı  ilahi  peyğəmbərlərə  tabe  olmalıdır."  Bu  o 
demək  deyil  ki,  bir  zamanda  bir  neçə  peyğəmbər  yaĢamalıdır. 
Əksinə,  hər  dövrün  insanları  öz  zamanının  peyğəmbərinə  tabe 
olmalıdır.  Yaxud  "insanlar  öz  vəzifələrini  alim  və  mərcəi-
təqlidlərdən  öyrənməlidir"  cümləsinin  mənası  hər  kəsin  öz 
zamanında yaĢayan alim və mərcəi-təqlidə itaət etməsindən ibarətdir. 
                                                 
1
 "Kəbir” təfsiri, 16-cı cild, səh. 221. 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə