Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə4/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   2   3   4   5   6   7   8   9   ...   101

 
10 
“Hər  ikisi  (Lut  və  ġüeyb  qövmlərinin  yaĢadıqları  Ģəhərlər 
ġama doğru gedən sizlərin) açıq-aĢkar yolunuz üzərindədir!”
1
  
Çünki insan məqsədə nail olmaq üçün yola əhəmiyyət verir. 
Quranın baĢqa iki ayəsində bu sözlə yəhudi qövmünə örnək və 
qabaqcıl Ģəriət olan Tövrata iĢarə edilir və buyurulur: 
 ًخاَّ لْاِؽاَهاَٚ بًِباَِ إ ٝاٍَٛةُِ  ةُةباَز و  ٗ ٍلْاِجاَل ٓ ِاَٚ
“Bundan  qabaq  Musanın  kitabı  onlara  rəhbər  və  rəhmət 
idi.”
2
  
Bu  söz  beĢ  ayədə  ilahi  və  saleh  rəhbərlərə  aid  edilmiĢdir.  O 
cümlədən: 
بًِباَِ إ  ًبمٍَّٕ ٌ اَهةٍُ  باَع ٟدِّٔ إ اَيباَل
 
“Allah  Ġbrahimə  buyurdu:  “Mən  səni  insanlara  imam  təyin 
etdim!”
3
  
BaĢqa bir ayədə bir qrup peyğəmbərlər haqda buyurulur: 
 بأَ ولْاِِاَت ث  اَْٚةُللْاِٙاَ٠ ًخمَّّ  اَأ لْاُِةُ٘بإَلْاٍِاَعاَعاَٚ
“Biz  onları  öz  əmrimizlə  (camaatı  )  doğru  yola  yönəldən 
imamlar və qabaqcıllar təyin etdik!”
4
  
Ümumi mənada bu məfhum “Furqan” surəsinin 74-cü, “Qəsəs” 
surəsinin  5-ci  və  “Səcdə”  surəsinin  24-cü  ayələrində  də  müĢahidə 
olunur. 
BaĢqa  bir  ayədə  isə  küfr  və  zəlalət  rəhbərləri  nəzərdə  tutulur. 
Ayədə buyurulur: 
  ولْاِفةُىلْاٌِا اَخمَّّ  اَأ لْاِاٛةٍُ رباَماَـ
“Belə isə küfr rəhbərləri ilə döyüĢün!”
5
  
Digər  bir  ayədə  geniĢ  mənada  həm  hidayət,  həm  də  zəlalət 
rəhbərlərinə iĢarə olunur və buyurulur: 
 لْاُِ ٙ ِباَِ   ث ءًٍبأَةُأ مًَّةُو ٛةُ لْاِلأَ اََ لْاِٛاَ٠
“O  gün  (qiyamətdə)  hər  tayfanı  öz  rəhbərləri  ilə  birgə 
çağıracağıq!”
6
  
                                                 
1
 “Hicr” surəsi, ayə: 78. 
2
 “Əhqaf” surəsi, ayə: 12 və “Hud” surəsi, ayə: 17. 
3
 “Bəqərə” surəsi, ayə: 124. 
4
 “Ənbiya” surəsi, ayə: 73. 
5
 “Tövbə” surəsi, ayə: 12. 
6
 “İsra” surəsi, ayə: 71. 


 
11 
Ümumiyyətlə,  Qurani-kərimdə  “imam”  sözü  müxtəlif 
mənalarda on iki dəfə iĢlədilmiĢdir. 
*** 
QURANĠ-KƏRĠMDƏ ĠMAMƏT MƏQAMI 
Əslində  imamət  və  rəhbərlik  təkcə  dini  məsələ  deyil  və  bütün 
yaradılıĢ  aləmində  əhəmiyyət  daĢıyır.  Allah-taala  Özü  varlıq 
aləminin  əsl  imamı  və  rəhbəridir,  kainatı  hidayət  və  idarə  edən  də 
Odur! 
Qurani-kərimdə  bu  məsələyə  xüsusi  əhəmiyyət  verilmiĢ  və 
imamət  insanın  təkamül  seyrinin  son  mərhələsi  sayılmıĢdır.  Yalnız 
“ulul-əzm” peyğəmbərlər ona çatmıĢlar. Belə ki, “Bəqərə” surəsinin 
124-cü ayəsində buyurulur: 
 مَّٞدِّهةُم ٓ ِاَٚ اَيباَل بًِباَِ إ  ًبمٍَّٕ ٌ اَهةٍُ  باَع ٟدِّٔ إ اَيباَل  مَّٓةُٙمَّّاَراَتاَـ ءٍدباَّ ٍاَى ث ةُُّٗثاَه اَُ١ ٘ااَولْاِث إ ٝاٍَاَزلْاِثا  م إاَٚ
 ٟ ر
 آَ١ ّ ٌبمَّظٌا ٞ للْاِٙاَ  ةُيبإَاَ٠ اَلا اَيباَل 
“Xatırla o zamanı ki, Ġbrahimi öz Rəbbi kəlmələrlə (müxtəlif 
vasitələrlə)  imtahana  çəkdi  və  o,  imtahanları  tamamladı  (onların 
öhdəsindən layiqincə gəldi). Bu zaman Allah ona buyurdu: “Səni 
insanlara  imam  təyin  etdim!”  Ġbrahim  “nəslimdən  necə”  (onları 
da  imam  qərar  verəcəksənmi)  –  soruĢduqda  Allah  buyurdu: 
“Mənim əhdim (imamlıq məqamı) heç vaxt zalımlara çatmaz! (Və 
bu məqama yalnız sənin pak və məsum övladların layiqdir!)” 
Ayənin əvvəlində həzrət Ġbrahimin bir neçə kəlmə ilə imtahana 
çəkilməsindən  söz  açılmıĢdır.  Təfsir  alimləri  arasında  bu  kəlmənin 
nədən  ibarət  olması  barədə  fikir  ayrılığı  vardır.  “Ruhul-məani” 
kitabının müəllifi bu haqda on üç baxıĢ qeyd etmiĢdir.
1
  
Nəzərə daha düzgün gələn baxıĢ budur ki, “kəlmələr”də məqsəd 
Ġbrahim  peyğəmbərin  öhdəsinə  qoyulan  ağır  vəzifələrdən  ibarət 
müxtəlif  əmr  və  qadağalardır.  Bu  vəzifələr  –  əmr  və  qadağalar 
aĢağıdakılardan  ibarətdir:  onun  bütpərəstlərə  qarĢı  Ģücaətli  qiyamı, 
bütləri  sındırması,  odda  yandırılması,  ürəyinin  parası  olan  övladını 
qurban  etmək  məqsədi  ilə  bıçağı  onun  boğazına  qoyması,  ailə-
uĢağından keçib, onları Məkkənin bir nəfər belə yaĢamayan quru və 
yandırıcı  torpağında  tək-tənha  qoyması  və  nəhayət,  müqəddəs 
                                                 
1
 “Ruhul-məani”, 1-ci cild, səh. 336. 


 
12 
vəzifəsini  yerinə  yetirmək  üçün  bütpərəstlərin  yaĢadığı  diyardan 
köçməsi... Bunların hər  biri ağır imtahan olsa da,  Ġbrahim (ə) iman 
və səbir qüvvəsilə onların öhdəsindən gələrək imamət məqamına nail 
olmuĢdur. 
Bəzi təfsirçilər həzrət Ġbrahimin (ə) imtahanlarının otuzdan çox 
olduğunu qeyd edərək demiĢlər ki, bu otuz imtahan Qurani-kərimin 
üç  yerində  –  “Tövbə”  surəsinin  13-cü  ayəsi  (on  imtahan),  “Əhzab” 
surəsinin  1-9-cu  və  35-ci  ayələrində  (qalan  iyirmi  imtahan) 
açıqlanmıĢdır.  Lakin  bu  imtahanların  bir  qisminin  təkrar  yönünə 
diqqət yetirdikdə, həmin nəzəri düzgün hesab etmək olmaz. 
Ümumiyyətlə,  Ġbrahim  (ə)  qəhrəmanlıq  göstərərək  bütləri 
sındırdı, bütün ağır sınaqların öhdəsindən layiqincə  gələrək  imamət 
libası  geyindi.  Allah-taala  onun  böyük  iftixar  və  məqama  nail 
olduğunu belə açıqlayır: “Mən səni insanlara imam təyin etdim!” 
Həzrət  Ġbrahimin  (ə)  risalət  və  peyğəmbərlik  məqamından, 
eləcə də, bütün mübarizələrdən sonra ömrünün sonunda nail olduğu 
bu məqam hansı məqam idi? 
Sözsüz  ki, həzrət  Ġbrahimin  (ə)  ağır  imtahanlardan  sonra  Allah 
tərəfindən  layiq  görüldüyü  bu  məqam  onun  peyğəmbərlik 
məqamından  üstün  olmalıdır.  Təfsir  alimləri  ayədə  qeyd  olunan 
“imam”  sözü  haqda  çox  söz  demiĢlər  və  bəziləri  bu  sözün  məna 
incəliyinə varmadan ciddi tərəddüdlərə düçar olmuĢlar. Ən maraqlısı 
budur ki, bir qrup məĢhur təfsirçilər onu nübüvvət və peyğəmbərlik 
məqamı ilə eyni bilmiĢlər. Halbuki həzrət Ġbrahimin (ə) həmin vaxt 
peyğəmbər  olmasına  heç  bir  Ģəkk-Ģübhə  yox  idi.  O,  imamət 
məqamına çatanda, peyğəmbərliyindən uzun illər keçmiĢdi, həm də 
övlad  sahibi  olmuĢdu.  Ayənin  davamında  da  onun  Allahdan  öz 
övladları üçün imamət məqamı istədiyi göstərilir. 
Bir  çox  təfsirçilər  həzrət  Ġbrahimin  (ə)  imtahana  çəkildiyi 
“kəlmələr”in  Allah  tərəfindən  aldığı  bir  sıra  təlimlərdən,  yaxud 
bütpərəstlərlə  mübarizəsindən,  Kəbə  evini  bina  etməsi  və  oğlunu 
qurban kəsməsindən ibarət olduğunu bildirsələr də, bəziləri  yenə də 
imaməti  peyğəmbərlik  məqamına  aid  etmiĢlər.  Halbuki  bütün  bu 
göstəriĢ  və  qəhrəmanlıqlar  həzrət  Ġbrahimin  (ə)  peyğəmbərlik 
məqamından  sonra  baĢ  vermiĢdir.  Hər  halda,  onların  təfsirlərində 
“Mən  səni  insanalara  imam  təyin  etdim”  cümləsi  aydın  Ģərh 
olunmur. 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə