Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə5/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   2   3   4   5   6   7   8   9   ...   101

 
13 
Ayədə  qeyd  olunan  “imamət”in  itaətin  vacibliyi  mənasında 
təfsiri  də  düzgün  deyil.  Çünki  hər  bir  peyğəmbərə  itaət  vacibdir. 
Əgər məqsəd Ġbrahimə (ə) itaət etməyin vacibliyidirsə, artıq bu onun 
üçün üstün məqam sayıla bilməz. 
Bəziləri də baĢqa bir təfsirlə demiĢlər: “Ġmamda məqsəd din və 
dünya  iĢlərinə  rəhbərlikdir.  BaĢqa  sözlə,  hökumətə  baĢçılıq  nəzərdə 
tutulur.” 
Bu  təfsir  qeyd  etdiyimiz  digər  iki  təfsirdən  fərqli  olsa  da, 
imamətin  dərin  mənasını  aydın  göstərmir.  Bizim  nəzərimizcə,  bu 
zəmində  digər  ayələrə  diqqət  yetirdikdə  imamətin  daha  yüksək  bir 
məqama aid olduğu aydınlaĢır. O da geniĢ mənada ilahi proqramların 
həyata  keçirməsindən  –  həm  hökumət  məsələləri,  həm  əmr  və 
hökmlərin  icrası,  həm  də  insanların  zahiri  və  batini  tərbiyəsindən 
ibarətdir. 
Ġzah:
 
Peyğəmbərlərin 
göndərilməsində 
əsas 
məqsəd 
bəĢəriyyəti  hidayət  etmək,  doğru  yola  yönəltməkdir.  Bu  hidayət  iki 
mərhələdə həyata keçirilir: 
1.  Haqq  yolu  göstərmək;  bu  bütün  ilahi  peyğəmbərlərin 
vəzifəsidir. 
2. Məqsədə çatdırmaq; bu da iki hissəyə bölünür: 
a)  “TəĢrii  hidayət”;
  yəni  dinin  əsaslarını  gerçəkləĢdirmək, 
istər  hökumət  qurub  hökmləri icra və  ictimai  ədaləti bərpa  etməklə, 
istərsə  də  əməli  olaraq  insanları  tərbiyələndirməklə  hər  iki  iĢ 
peyğəmbərlərin  hədəf  və  məqsədlərinin  gerçəkləĢməsi  üçün  vasitə 
olsa  da,  onları  həyata  keçirmək  asan  deyil.  Bu  iĢin  sahibi  mütləq 
elm,  təqva
1
,  Ģücaət  və  müdiriyyət  kimi  xüsusiyyətlərə  malik 
olmalıdır. 
                                                 
1
 “Təqva”  sözü  əsasən  Allahın  əzəmət  və  cəlalından  qafil  olmamaq,  Onun 
hökmləri  ilə  müxalifət  etməmək,  inadkar  və  günahkarların  qazandıqları  ilahi 
əzabların  çətin  və  ağır  olmasından  qorxmaq  mənasındadır.  Təqvanın  müxtəlif 
dərəcəsi  vardır:  1-Günah  və  haram  işlərdən  uzaq  olmaqdan  ibarət  olan  xalqın  əmr 
olunmuş təqva həddidir; 2-Məxsus insanların əldə etdikləri təqva həddidir ki, təkcə 
haram  işlərdən  deyil,  həm  də  məkruh  və  bəyənilməz  işlərdən  də  uzaq  olmaq  və 
pəhriz  etməkdir;  3-Məxsusların  məxsusunun  nail  olduqları  təqva  dərəcəsinə  şamil 
olur.  Bu  seçilmiş  şəxsiyyətlər  hətta  bəzi  mübah  və  halal  olan,  lakin  insanın  özünü 
məşğul  edib,  onu  Allahın  yadı  və  zikrindən  yayındıran  əməllərdən  çəkinib  pəhriz 
edirlər. (“Camieyi-kəbirə ziyarətnaməsinin şərhi”, Seyid Abdullah Şübbər, səh.  98.) 
(Müt.) 


 
14 
b)  “Təkvini  hidayət”;
  yəni  mənəvi  təsirlə  hidayət  nurunu 
insanların  qəlbinə  Ģüalandırmaq.  Bu  mənəvi  və  daxili  bir  hərəkət, 
seyrdir. Ġlahi rəhbər və peyğəmbərlər öz ardıcıllarını zahiri və xarici 
seyrlə  inkiĢaf  etdirirlər.  ġübhəsiz,  belə  bir  proqram  icra  etmək 
istəyən Ģəxs bir çox xüsusiyyətlər və hazırlıqlara malik olmalıdır. 
Hidayətin hər iki qismində dini və ilahi vəzifələr həyata keçirilir, 
layiqli insanlar maddi və mənəvi, zahiri və batini təkamülə çatdırılır. 
Ayədə qeyd olunan imamətdə məqsəd məhz budur! Həzrət  Ġbrahim 
(ə)  xüsusi  sifət  və  xislətlərə  malik  olmasaydı  bu  məqama  çata 
bilməzdi! 
Qeyd edilənlərdən belə nəticə çıxarırıq ki, bir Ģəxs həm imamət, 
həm  də  peyğəmbərlik  məqamına  nail  ola  bilər.  Ulul-əzm 
peyğəmbərlərdən  Ġbrahimi  (ə)  və  Ġslam  peyğəmbərini  (s)  misal 
göstərmək  olar.  Eləcə  də,  bir  Ģəxs  peyğəmbər  olmadığı  halda, 
imamət məqamına nail  ola bilər. “Rəsul” və  “nəbi”dən fərqli, vəhy 
almayan məsum imamları misal çəkmək olar. 
Ümumiyyətlə,  ayənin  baĢlanğıcında  buyurulan  “Mən  səni 
insanlara  imam  təyin  etdim”  cümləsində  imamət  məqamının 
böyüklüyü və imamın Allah tərəfindən seçilməsi aydın olur. Həmin 
ayənin davamında bu nöqtə daha təkidlə qeyd edilir. Belə ki, Ġbrahim 
(ə)  bu  məqama  nail  olduqda  gələcək  nəsli  haqda  da  düĢünüb  deyir: 
“Ġlahi!  Nəslimdən  də?  (Onları  da  imam  qərar  verəcəksənmi?)”  Bu 
zaman Allah tərəfindən belə xitab gəlir: “Mənim (imamət və vilayət) 
əhdim  heç  vaxt  zülmkarlara  çatmaz!”  Yəni  ey  Ġbrahim!  Sənin 
övladlarından  yalnız  zülm  və  günahdan  uzaq,  pak  olanlar  bu 
məqama layiqdir! 
ġübhəsiz,  burada  “zülm”  deyərkən,  yalnız  baĢqalarına  rəva 
görülən  zülm  və  haqsızlıq  yox,  həm  də  geniĢ  mənada  ədalətin  əksi 
(antonimi) olan zülm nəzərdə tutulur. Ədalət geniĢ mənada hər Ģeyin 
yerini  düzgün  təyin  etmək,  zülm  isə  onun  yerini  səhv  salmaqdır. 
Qurani-kərimdə həzrət Loğmanın (ə) oğluna belə dediyi buyurulur: 
  مَّْ إ   مَّللَّب ث  لْاِن ولْاِْةُر  اَلا مَّٟإَةُث باَ٠
 ةٌُ١ ظاَ  ةٌُلْاٍِةُظاٌَ اَنلْاِودٌِّْا
 
“Oğlum! Allaha Ģərik qoĢma; çünki Ģirk böyük zülmdür!”
1
  
Aydındır ki, burada ədalət kamil ədalət, baĢqa sözlə, imamətlə 
uyğunlaĢan  ismət  məqamıdır.  Günahla  yanaĢı  ədalət  isə  imamət 
                                                 
1
 “Loğman” surəsi, ayə: 13. 


 
15 
məqamından uzaqdır və ona layiq deyil. Bəli, yuxarıdakı ayə imamın 
məsum və günahsız olmasına bir sübutdur. 
Maraqlıdır ki, biz ədalət üçün ömrün əvvəlindən sonuna qədər 
hər bir günahdan uzaqlığı Ģərt saymalıyıq, yoxsa yox? 
Bəziləri ”üsul” qaydalarına əsaslanaraq deyirlər:  “Əgər bir kəs 
müəyyən  sifətlə  vəsf  edilərsə,  həmin  halda  ona  malik  olmalıdır. 
Məsələn, “ayaq üstə duran” sifətini o kəsə aid edə bilərik ki, həmin 
vaxt  ayaq  üstə  olsun.  Əvvəlcə  ayaq  üstə  olub,  sonra  oturan  Ģəxsə 
bunu  aid  etmək  düzgün  deyil.  Buna  əsasən,  ayənin  məfhumu  belə 
olur  ki,  imam  imamət  məqamına  nail  olduğu  zaman  zülm,  Ģirk, 
günah  və  çirkinliklərdən  uzaq  olmalıdır.  Deməli,  ədalət  və  ismət 
sifətləri ömrün əvvəlinə Ģamil olmur. 
Lakin  hədislərə  əsasən,  Əhli-beyt  imamları  (ə)  Ġslam 
peyğəmbərinə  (s)  istinadən  “imam”ın  ömür  boyu  ədalətli  olduğunu 
bildirmiĢlər.  Abdullah  ibn  Məsud  Allahın  Rəsulundan  (s)  belə  nəql 
edir ki, Allah-taala Ġbrahimə (ə) buyurdu:
 
  ٜلْاِ ةُا لا
 اَه زمَّ٠دِّهةُم  لْآِ ِ  ُ ٌبّظٍ ٌ ًاللْاِٙاَ  اَه٠
 
“Mən  (imamət)  əhdimi  övladlarından  zülmkar  olanlara  əta 
etmərəm!”
 
 اَيبل
 
  دِّةاَه ب٠
  نمٌَّا یللْاٌِةُٚ  لْآِ ِ ةُُ ٌبّظٌا ٓاَِاَٚ
؟اَن للْاِٙاَ  ةُيبٕاَ٠ لا ی
 
Ġbrahim  (ə)  dedi:  “Ġlahi!  Sənin  əhdinə  nail  olmayan  zülmkar 
övladlarım kimlərdir?”
 
  ْةُٚك  لْآِ ِ ءٍُإَاَٖ ٌ اَلاَغاٍَ  لْآِاَِ اَيبل
 ًبِبِ ا  اَْةُٛىاَ٠  لْاِْاَا ةُؼاٍَ لْاِٖاَ٠ لااَٚ ًالاَثاَا ًبِبِ ا ةُٗةٍُاَع لْاِعاَا لا ی
 
Allah  buyurdu:  “Məni  qoyub,  bütə  səcdə  (pərəstiĢ)  edən  kəsi 
heç vaxt imam təyin etmərəm. O, imamlığa layiq deyil!”
1
  
Bunu  əhli-sünnənin  məĢhur  alimi  Ġbn  Məğazili  “Mənaqib” 
kitabında  azacıq  fərqlə  Ġbn  Məsuddan  nəql  edir  ki,  Peyğəmbəri-
əkrəm  (s)  bu  ayənin  təfsirində  buyurdu:  “Allah-taala  Ġbrahimə  (ə) 
buyurdu:  “Məni  qoyub,  bütə  səcdə  (pərəstiĢ)  edən  kəsi  heç  vaxt 
imam  təyin  etmərəm!”  Sonra  Həzrət  sözünə  əlavə  etdi:  “Nəhayət, 
Ġbrahimin  duası  mənə  və  qardaĢım  Əliyə  çatdı.  Bizim  heç  birimiz 
bütə əsla səcdə etməmiĢik!”
2
  
                                                 
1
  “Əmali”,  Şeyx  Müfid,  “Burhan”  təfsirindən  nəqlən,  1-ci  cild,  səh.  151, 
hədis: 13. 
2
 “Mənaqib”, İbn Məğazili, “Əl-mizan” kitabından nəqlən, 1-ci cild, səh. 278, 
həmin ayənin təfsirində. 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə