Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə6/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   2   3   4   5   6   7   8   9   ...   101

 
16 
Mötəbər  kitablarda  bu  zəmində  Əhli-beytdən  (ə)  nəql  olunan 
digər  rəvayətlər  də  var.  Bütün  bu  rəvayətlərdən  aydın  olur  ki, 
Ġbrahim (ə) Allahdan imamət məqamını zülmkar və müĢrik kəsə əta 
etməsini  heç  vaxt  istəməmiĢdir.  Onun  Allaha  duası  sonradan  tövbə 
edərək  haqq-ədalət  yolunu  tutanlar  üçün  olmuĢdur.  Bu  zaman 
Allahdan xitab gəlir ki, imamət əhdi yalnız əzəldən zülm etməyən və 
Allaha Ģərik qoĢmayanlara nəsib olacaq! 
Böyük  təfsir  alimi  Əllamə  Təbatəbai  “Əl-mizan”  təfsirində 
yazır: “Bu ayənin imamların (ömür boyu) məsumluğuna dəlil oması 
barədə  ustadlarımızın  birindən  soruĢduqda  belə  cavab  verdi: 
“Ġnsanlar əql və məntiq baxımından dörd qrupa bölünür: 
1. Ömrünü əvvəldən axıra qədər zülm və haqsızlıqla keçirənlər; 
2.  Ömrü  əvvəldən  axıra  qədər  hər  bir  günah  və  zülmdən  pak 
olanlar; 
3.  Ömrünün  əvvəlində  zülmkar  olan,  axırda  isə  bu  iĢdən 
çəkinənlər; 
4.  Ömrünü  əvvəlcə  ədalətlə  baĢlayan,  sonra  isə  zülmlə  baĢa 
vuranlar. 
ġübhəsiz, həzrət Ġbrahim kimi peyğəmbərin Allahdan birinci və 
dördüncü  qrupa  aid  olanlar  üçün  imamət  məqamı  istəməsi  əsla 
təsəvvür olunmur. Burada iki qrup qalır və Allah-taala üçüncü qrup 
üçün  imamət  məqamını  rədd  edir.  Beləliklə,  yalnız  bir  qrup  qalır  - 
ömrünün əvvəlindən sonuna kimi pak və günahdan uzaq olanlar!
1
  
Fəxri-Razi  “Kəbir”  təfsirində  etiraf  edir  ki,  bu  ayə 
peyğəmbərlərin məsum olmasını göstərir. Diqqəti cəlb edən budur ki, 
peyğəmbərin  məsum  olması  onun  imamət  məqamı  ilə  sübuta  yetir, 
yəni hər bir peyğəmbər imamdır.” 
Bütün  bu  qeydlərdən  sonra  Qurani-kərim  baxımından  imamət 
məqamının əzəmət və böyüklüyü məlum olur. Məqsədimiz məhz bu 
nöqtəni aydınlaĢdırmaq idi. 
*** 
ĠMAMIN VÜCUDUNUN FƏLSƏFƏSĠ (SƏBƏBĠ) 
Ġbrahimin  (ə)  imamət  məqamından  söz  açan  ayədə  imamın 
vücudunun  əhəmiyyəti  qısa  Ģəkildə  qeyd  olundu.  Lakin  mövzu 
                                                 
1
 “Əl-mizan”, 1-ci cild, səh. 274. 


 
17 
yüksək  əhəmiyyətə  malik  olduğundan  burada  ayrıca,  geniĢ 
araĢdırmanı lazım görürük. 
Ümumiyyətlə,  peyğəmbərlərin  gəliĢindəki  məqsəd,  yaxud 
vücudunun zərurəti haqda deyilənlər imamlara da aiddir. 
Xacə  Nəsrəddin  Tusi  “Təcridul-etiqad”  kitabının  “Nübüvvət” 
fəslində  peyğəmbərlərin  besətinin  səbəbini  açıqlayarkən  doqquz 
səbəb qeyd etmiĢdir. Biz burada onları qısaca nəzərdən keçirəcək və 
görəcəyik ki, onların çoxu məsum imamlara da Ģamildir. 
1.  Əqli  mərifətin  nəqli  yolla  qüvvətləndirilməsi.  Belə  ki,  insan 
əql qüvvəsilə bir çox nəzəri və əməli həqiqətləri dərk etsə də, bəzən 
qəlbində  Ģübhələr  baĢ  qaldırır.  Bu  isə  bir  Ģeyə  inam  və  imanın 
qarĢısını  alır.  Amma  əqlin  hökmləri  ilahi  və  məsum  rəhbərlərin 
bəyanı  ilə  təsdiq  edildikdə,  bütün  maneələr  aradan  qalxır,  insan 
qəlbən rahatlıq tapır və hər hansı iĢə meyli artır. 
2. Bəzən insan bir sıra iĢlərdən çəkinir və qorxur ki, onun əməli 
Allahın  istəyinə  əks  olsun.  Ġlahi  rəhbərlərin  icazəsi  ilə  bu  qorxu 
aradan qalxır. 
3.  Ġnsanın  bütün  əməl  və  rəftarları  “əql  yaxĢı-pisi  dərk  edir” 
ölçüsünə  yerləĢmir.  Çox  olar  ki,  əql  bir  iĢin  yaxĢı,  yaxud  pis 
olduğunu  dərk  etməsin.  YaxĢını  pisdən  ayırd  etmək  üçün  ilahi 
rəhbərlərə ehtiyac duyulur. 
4.  Ġnsan  ilahi  rəhbərlər  olmadan,  yalnız  öz düĢüncəsi  ilə  xeyir-
ziyanını dərk etməyə qadir deyildir. 
5.  Ġnsan  ictimai  bir  varlıq  olduğundan  fərdlər  bir-birləri  ilə 
həmkarlıq və bir-birlərinə kömək etmədən həyatın problemlərini həll 
etməyə qadir deyillər. ġübhəsiz, bütün fərdlərin hüquqlarını qoruyan, 
onları  düzgün  istiqamətləndirən  qanunlar  olmadan  ictimai  ədalət 
bərpa olunmayacaq, istənilən nəticə əldə edilməyəcək. Bu qanunları 
tam  mənada  düzgün  ayırd  və  icra  edə  bilən  kəs  yalnız  agah,  pak, 
məsum ilahi rəhbərlər ola bilər. 
6.  Ġnsanlar  kamilliyi  dərk  etmək,  elm  və  maarifə  yiyələnib 
fəzilətlər  qazanmaq  baxımından  bir-birlərindən  fərqlənirlər;  bəziləri 
buna  tam  qadir,  bəziləri  isə  acizdirlər.  Ġlahi  rəhbərlər  birinci  qrupa 
təkan verir, ikinci qrupa kömək edirlər ki, hər ikisi mümkün kamala 
çatsın. 
7.  Ümumiyyətlə,  insan  həyatı  elm,  sənət  və  digər  sahələrlə  sıx 
əlaqədardır.  Ġlahi  rəhbərlər  isə  onların  inkiĢafında  çox  güclü 
mühərrikdirlər. 


 
18 
8.  Ġnsanlar  öz  əxlaqi  səciyyələri  ilə  bir-birlərindən  fərqlənirlər. 
Onların  düzgün  təlim-tərbiyəsində  pak  və  məsum  kəslərə  ehtiyac 
vardır. 
9.  Ġlahi  rəhbərlər  itaətlə  bağlı  savab  və  mükafat,  günahla  bağlı 
cəza  və  əzabdan  tam  agahdırlar.  Onların  əməllərin  aqibəti  ilə  bağlı 
xəbərdarlıqları  hər  hansı  vəzifənin  düzgün  yerinə  yetirilməsində 
güclü amil sayılır.
1
  
Ġmamət  məqamı  nübüvvətin  davamı  olduğu  üçün  qeyd  edilən 
səbəblərin çoxu məsumlara da aiddir. 
Qurani-kərimdə  bütün  bunlar,  hətta  onların  ən  üstün  üç  qismi 
ixtisarla  verilmiĢdir:  “təlim”,  “tərbiyə”  və  “ədalətin  icrası”.  Bir  çox 
ayələrdə  onlara  toxunulmuĢ  və  bir  ayədə  Ġslam  peyğəmbərinin  (s) 
besət fəlsəfəsi belə bildirilmiĢdir: 
  ؾ  اَشاَعاَث ٞ نمٌَّا اَٛةُ٘
  اَةباَز ىلْاٌِا ةُُةُٙةُّدٍِّاَعةُ٠اَٚ لْاُِ ٙ١دِّواَيةُ٠اَٚ  ٗ رباَ٠آ لْاُِ ٙلْاِ١اٍَاَ  ٛةٍُلْاِزاَ٠ لْاُِةُٙلْإِدِِّ  ًلاٛةٍُاَه  آَ١دِّ١دِِّةُ لْاِلْا ٞ
 ءٍٓ١ جُِّ ءٍي اَلااَٙ ٟ فاٌَ ةًُلْاِجاَل ٓ ِ اٛةُٔباَو ْ إاَٚ اَخاَّلْاِى ؾلْاٌِااَٚ
“Yazıb-oxumaq 
bilməyən 
ərəblər 
arasından 
onların 
özlərindən  olan  bir  peyğəmbər  göndərən  Odur!  Bu  Peyğəmbər 
onlara Allahın ayələrini oxuyar, onları saflaĢdırar, onlara kitab və 
hikmət öyrədər. Hərçənd, əvvəllər açıq-aĢkar azğın yolda idilər!”
2
  
Bu ayədə Peyğəmbər (s) və imamların ən mühüm vəzifəsi olan 
“təlim” və “tərbiyə” məsələsinə iĢarə edilmiĢdir. 
BaĢqa bir ayədə buyurulur: 
  ٜلْاَِ ملْاٌِب ث  ةًُبمٌَّٕا اََٛةُماَ١ ٌ  اَْااَي١ ّلْاٌِااَٚ  اَةباَز ىلْاٌِا ةُُةُٙاَعاَِ بإَلْاٌِاَئاَأاَٚ  دبإَدِّ١اَجلْاٌِب ث بإَاٍَةٍُةُه بإَلْاٍِاٍَ لْاِهاَأ لْاِلاَماٌَ
“Həqiqətən,  Biz  peyğəmbərlərimizi  açıq-aĢkar  dəlillərlə 
göndərdik, onlarla birlikdə (səmavi) kitab və tərəzi (haqqı batildən 
ayırd  edən  ədalətli  qanunlar)  nazil  etdik  ki,  insanlar  ədaləti 
bərqərar etsinlər.”
3
  
Bu  ayədə  düzgün  təlim-tərbiyə  üçün  zəmin  yaradan  ictimai 
ədalət məsələsinə toxunulmuĢdur. 
Adətən,  hakim  təbəqə  mövqe  qazanmaq,  yaxud  bir  qrupun 
mənafeyinə  xidmət  fikrində  olduğu  üçün  kütlənin  mənafeyini  bu 
yolda  qurban  verir.  Yalnız  pak  və  ilahi  rəhbərlər  bəĢərin  hüquq  və 
mənafelərini yetərincə müdafiə etmiĢlər. Qeyri-ilahi rəhbərlər haqq-
                                                 
1
 “Şərhi-təcrid”, səh. 271 (ixtisarla). 
2
 “Cümə” surəsi, ayə: 2. 
3
 “Hədid” surəsi, ayə: 25. 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə