Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə11/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   7   8   9   10   11   12   13   14   ...   101

 
29 
Bunun  canlı  Ģahidi  Peyğəmbəri-əkrəmin  (s)  özüdür.  Belə  ki, 
onun  dövründə  itaəti  vacib  olan  baĢqa  bir  kəs  yox  idi  və  ayədəki 
hökm  qəti  Ģəkildə  o  həzrətə  də  aiddir.  Məlum  olur  ki,  "sadiqlər" 
sözünün  cəm  forması  təkcə  bir  zamana  aid  deyil,  bütün  zamanları 
əhatə edir. Bu təhlil ayənin məzmununa daha çox uyğundur. 
*** 
Bir  çox  sünni  təfsirçi  və  mühəddisləri  Ġbn  Abbasdan  nəql 
etmiĢlər ki, yuxarıda qeyd olunan ayə Əli ibn Əbi Talibə (ə) aiddir. 
O  cümlədən,  Əllamə  Sələbi  öz  təfsirində  Ġbn  Abbasın  bu  ayə 
barəsində belə dediyini nəql edir:
 
  ق ك بٌّٖا اَعاَِ
  ةاَا  ٓلْاِث دِّٝ ٍاَ  اَعاَِ ٕٝلْاِعاَ٠  آَ٠
  ٗ ثبؾ لْإِاَا اَٚ ءٍت ٌبل٠
“(Ayədə buyurulan) "Sadiqlərlə birgə olun" ifadəsində məqsəd 
Əli ibn Əbi Talib və onun səhabələrilə birgə olmaqdır!"
1
  
Həmçinin  Əllamə  Gənci  "Kifayətut-talib"  və  Əllamə  Sibt  ibn 
Cövzi  "Təzkirə"  kitabında  bir  qrup  alimdən  belə  nəql  etmiĢlər: 
"Alimlərin  dediklərinə  görə,  bu  ayədə  Əli  (ə)  və  onun  xanədanı  ilə 
birgə  olmaq  nəzərdə  tutulur."  Ġbn  Abbas  əlavə  edir:  "Əli  (ə) 
sadiqlərin rəhbəri, sərvəridir."
2
  
Əhli-beytdən  (ə)  bizə  gəlib  çatan  müxtəlif  rəvayətlərdə  də  bu 
məna  eynilə  təkrarlanır. O  cümlədən,  Cabir ibn  Abdullah  Ənsarinin 
imam  Baqirdən  (ə)  nəql  etdiyi  bir  rəvayətdə  deyilir  ki,  o  həzrət 
“Sadiqlərlə  birgə  olun”  ayəsinin  təfsirində  belə  buyurdu: 
 
(
 ُلآ ٍا
 دٍ مَّمَ ُ 
)
"Məqsəd, Məhəmmədin (s) övladlarıdır!"
3
  
BaĢqa  bir  rəvayətdə  Büreyd  ibn  Müaviyə  həmin  ayənin  təfsiri 
ilə əlaqədar o həzrətdən belə nəql edir: "Məqsəd bizik!"
4
  
"Bürhan" təfsirində "Nəhcül-bəyan" kitabından belə nəql edilir: 
"Rəvayət  olunmuĢdur  ki,  Peyğəmbəri-əkrəmdən  (s)  “sadiqlər” 
barəsində  sual  olunduqda,  "Onlar  qiyamətə  qədər  Əli,  Fatimə, 
Həsən,  Hüseyn  və  onların  məsum,  günahsız  övladlarıdır", 
buyurmuĢdur.
5
  
                                                 
1
 "Ehqaqul-həqq", 3-cü cild, səh. 297. 
2
 Yenə orada. 
3
 "Nurus-səqəleyn", 2-ci cild, səh. 280, hədis: 392-393. 
4
 Yenə orada. 
5
 "Burhan" təfsiri, 2-ci cild, səh. 170. 


 
30 
Məlum olduğu kimi bütün  bu rəvayətlər həqiqətdə  (sadiqlərin) 
xaricdəki fərdlərini tanıtdırır və ayənin ümumi məfhumu ilə heç bir 
ziddiyyət  təĢkil  etmir.  Çünki  bu  qrupa  ilk  növbədə  Peyğəmbəri-
əkrəmin  (s)  özü,  sonra  isə  müxtəlif  zamanlarda  yaĢayan  məsum 
imamlar aiddir. Beləliklə, bu ayə həm ümumi, həm də xüsusi imamət 
və vilayəti sübut etmək üçün aydın dəlildir. 
"ULĠL-ƏMR" (ƏMR SAHĠBLƏRĠ) AYƏSĠ 
Bu ayədə  Allaha,  Peyğəmbərə  və əmr  sahiblərinə  tabe  olmağın 
vacibliyi vurğulanır: 
 اَأ لْاِاٛةُٕاَِآ  آَ٠ نمٌَّا باَُّٙ٠اَأ باَ٠
 لْاُِةُىٕ ِ  ولْاِِاَلْا ٟ ٌلْاِٚةُأاَٚ اَيٛةٍُمَّوٌا لْاِاٛةُع١ ٛاَأاَٚ اَ ّالله لْاِاٛةُع١ ٛ
"Ey iman  gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən  olan 
əmr sahiblərinə tabe olun!" 
Allah  və  Peyğəmbərə  (s)  tabe  olmağın  vacibliyi  məlum 
məsələdir.  Amma  bu  tabeçilikdə  Allah  və  Peyğəmbərlə  (s)  yanaĢı 
"ulil-əmr"  kimdir?  (əmr  sahibləri)  Bu  barədə  təfsirçilər  arasında 
fikir ayrılığı mövcuddur. 
ġiə  və  Əhli-beyt  (ə)  məktəbinin  bütün  alim  və  təfsirçilərinin 
yekdil  nəzərinə  əsasən,  "əmr  sahibləri"  Ġslam  ümmətinin  maddi  və 
mənəvi  rəhbərləri  olan  məsum  imamlara  aiddir.  Çünki  Allah  və 
Peyğəmbərə  (s)  itaətlə  eyni  səviyyədə  zəruri  sayılan  itaət  yalnız 
məsum  imamlara  itaət  ola  bilər.  Lakin  digərlərinə  itaət  həmiĢə 
müəyyən  qeyd-Ģərtlə  məhdudlaĢır  və  onlara  mütləq  itaət  əsla 
mövcud deyil. 
Halbuki  sünni  alim  və  təfsirçilər  arasında  "əmr  sahibləri"nin 
kimliyi  ilə  bağlı  böyük  fikir  ayrılığı  mövcuddur.  Bəziləri 
"səhabə"lərin,  bəziləri  "ordu  sərkərdələri"nin,  bəziləri  də  "dörd 
xəlifə"nin  (raĢidi  xəlifələrin)  nəzərdə  tutulduğunu  iddia  edir,  amma 
tutarlı bir dəlil göstərmirlər. 
BaĢqa bir qrup isə "əmr sahibləri"ni alimlər mənasında yozmuĢ 
və "Nisa" surəsinin 83-cü ayəsinə istinad etmiĢlər: 
 ٝاٌَ إاَٚ  يٛةٍُمَّوٌا ٝاٌَ إ ةُُّٖٚكاَه  لْاِٛاٌَاَٚ  ٗ ث لْاِاٛةُ ااَماَأ  ؾ لْاِٛاَقلْاٌِا  ٚاَأ  ٓلْاِِاَلْا  آَدِِّ ةٌولْاِِاَأ لْاُِةُ٘اباَع ااَم إاَٚ
  ولْاِِاَلْا ٟ ٌلْاِٚةُأ
 
  لْاُِةُٙلْإِ ِ ةُٗأَٛةُل جٕاَزلْاَِاَ٠  آَ٠ نمٌَّا ةُٗاَّ ٍاَعاٌَ لْاُِةُٙلْإِ ِ
"Onlara  qələbə  və  ya  məğlubiyyət  xəbəri  çatdıqda,  dərhal 
(araĢdırmadan)  onu  yayarlar.  Halbuki  bunu  Peyğəmbərə  və  ya 


 
31 
özlərindən  olan  əmr  sahiblərinə  demiĢ  olsaydılar,  əlbəttə,  həmin 
xəbəri onun mahiyyətinə varanlar bilərdilər." 
Hazırkı  ayədə  itaətin  qeyd-Ģərtsiz  göstərilməsi  və  "Nisa" 
surəsinin  83-cü  ayəsinin  hər  hansı  bir  xəbərin  araĢdırılması  barədə 
nazil  olmasına  diqqət  yetirməklə  iki  fərqli  məsələ  qarĢıya  çıxır. 
Onları  bir  mənaya  yozmaq  olmaz.  Bir  Ģeyi  araĢdırmaq  qeyd-Ģərtsiz 
itaətdən  tam  fərqlənir.  Ġkinci  yalnız  məsumlar  barədə  təsəvvür 
olunur. Birinci isə daha geniĢ mənaya malikdir. 
Bəzi  sünni  təfsirçiləri  beĢinci  bir  ehtimalla  çıxıĢ  edirlər:  "Əmr 
sahibləri"ndə məqsəd xalq nümayəndələri, hakimlər, rəislər,  alimlər 
və  müxtəlif  vəzifə  sahibləridir.  BaĢqa  sözlə,  "sadiqlər"də  məqsəd 
ixtilafları  aradan  qaldıran  və  camaatın  iĢlərini  tənzim  edənlərdir. 
Onlar  müəyyən  bir  məsələdə  yekdil  fikrə  gəlsələr,  onlara  qeyd-
Ģərtsiz itaət vacibdir, (bu Ģərtlə ki, ayədə "minkum" ifadəsinə əsasən, 
onlar  bizdən  olsun,  Peyğəmbər  (s)  sünnəsinə  qarĢı  çıxmasın, 
baĢqaları  tərəfindən  məcbur  edilməsin,  hamısı  bir  fikirdə  olsun  və 
həll  olunan  məsələ  də  ümumi  məsələlərdən  olsun).  Onlara  tabe 
olmaq  müqəddəs  Ģəriət  tərəfindən  dəlil  göstərilənədək  vacibdir.  Bu 
zümrə  məsum  və  günahsız  olduğundan  onlara  qeyd-Ģərtsiz  itaət 
etmək əmr olunmuĢdur.
1
  
Bütün bu təfsirlərə əsasən, "əmr sahibləri" beĢ Ģərtə malik alim, 
hakim  və  vəzifə  sahiblərinə  aid  edilmiĢdir:  1)  müsəlman  olsun;  2) 
Peyğəmbər (s) sünnəsinə qarĢı çıxmasın; 3) rəyində məcbur olmasın; 
4)  Ģəriətdə  onların  nəzərinə  qarĢı  bir  hökm  olmasın;  5)  yekdil 
qənaətə gəlsinlər. Onlar bu Ģərtlərə malik Ģuranı məsum və günahsız 
hesab edirlər. 
Doğrudanmı,  ayədə  qeyd  olunan  "əmr  sahibləri"ndə  məqsəd 
budur? Görəsən, müsəlmanlar və Peyğəmbər (s) səhabələri bu ayəni 
eĢitdikdə,  yuxarıdakı  mənanımı  baĢa  düĢürdülər?  Yoxsa  bu  məna 
xeyli  zəhmətdən  sonra  ayəyə  zorla  qəbul  etdirilmiĢdir  ki,  Ģiələrin 
qəlbən inandıqları məsum imamlar nəzərdə tutulmasın?! 
Zahirən,  "Əl-mənar"  kitabının  müəllifi  bu  ehtimalı  Fəxri-
Razidən götürmüĢdür. Belə ki, Fəxri-Razi yazır: "Bizim nəzərimizcə, 
bu ayə («özünüzdən olan əmr sahibləri») ümmətin (yekdil fikrinin) 
höccət,  mötəbər  olmasına  dəlildir!  Allah-taala  əmr  sahiblərinə  itaəti 
qeyd-Ģərtsiz  əmr  etdiyindən,  onlar  günahsız  və  xətadan  uzaqdırlar. 
                                                 
1
 "Əl-mənar", 5-ci cild, səh. 181. 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə