Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə1/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
  1   2   3   4   5   6   7   8   9   ...   101


 

 
 
 
 
ĠMAMƏT 
HAQQIN DĠLĠ ĠLƏ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ayətullah əl-üzma Nasir Məkarim ġirazi
 
 
 
 
 
 
 


 

 
 
 
 
 
 
 
 
 
ةبزک َبٔ
...............:
 ْآول َب١پ
(
ل١غِ ْآول هك ذ٠لاٚ ٚ ذِبِا دب٠آ
)
 
ُهبگٔ
 ...........................:
یىاو١ّ َهبکِ وٕبٔ یّظعٌا الله خ٠آ
 
ُعوزِ
..............:
 ...........................................
کّ بٙه
ٚ
ؾاه
 
پبچ ـ٠هبر
........................................................................
 
پبچ ذثٛٔ
 .................................................................:
يٚا
 
ژاو١ر
..................................:
 ...................................
2000 
 
 
Kitabın adı: .......................................“Ġmamət Haqqın dili ilə” 
Müəllif: ...................Ayətullah əl-üzma Nasir Məkarim ġirazi 
Tərcümə edən: ......................................................Rza ġükürov 
NəĢr edən: ....................................................................ġəhriyar 
Çap tarixi:............................................................................2008 
Çap növbəsi: ...................................................................Birinci 
Tiraj:....................................................................................2000 
 
 
 
 
 
 
 
 
 


 

 
ÖN SÖZ 
Ümumi  mənada  ”imamət”  və  “rəhbərlik”,  xüsusi  mənada  isə 
Ġslam  peyğəmbərinin  caniĢinlik  məsələsi  tarixdə  yüksək  əhəmiyyət 
daĢıyan teoloji-təfsiri bəhslərdəndir və heç bir mövzu haqda bu qədər 
söz açılmamıĢdır. 
Təəssüf ki, bəzən bu mövzu çərçivədən çıxaraq qanlı müharibə 
meydanına  çevrilmiĢdir.  Bəzi  teoloqların  dediyi  kimi,  vilayət  və 
imamətlə bağlı qılınc çəkildiyi qədər  Ġslamda qılınc çəkilməmiĢdir! 
Məhz bu səbəbdən də ən çox Ġslamın köklü əqidə üsullarından olan 
bu  məsələ  barədə  yazılmıĢ  və  mövzu  bütün  incəliklərilə 
maraqlananların  ixtiyarına  verilmiĢdir.  Əlbəttə,  burada  məntiqsiz, 
ixtilaf  törədən  və  yersiz  təəssübkeĢlikdən  doğan  fikirlərə də  təsadüf 
olunur. 
Bu  mühüm  və  həssas  məsələ  ilə  bağlı  vəzifələrimiz 
aĢağıdakılardan ibarətdir: 
1. Məntiqsiz və təəssüb doğuran bəhslərdən uzaq olub, Allahın 
kitabına, qəti sünnə
1
 və əqli sübutlara istinadən onları tərtib etmək; 
2.  Ġmamətin  əsasları  ilə  məsum  imamların  ilahi  mənsəbindən 
sayılan vilayət və rəhbərliyi uyğunlaĢdırmaq; 
3.  Bu  məsələni  Quran  baxımından  araĢdırıb,  imamətlə  bağlı 
ayələri dəqiq təfsir etmək. 
Bəzi  tədqiqatçıların  dediyi  kimi,  imamət  haqda  fikirlər  yenicə 
yaranmamıĢdır  və  Ġslam  aləmində  peyğəmbərliyin  davamı  olan 
ümmətə rəhbərlik, Ġslamın taleyi ilə əlaqədar köklü bir məsələdir.
2
  
Biz  hər  Ģeydən  öncə  varlıq  aləminə,  daha  sonra  bəĢəriyyətə 
rəhbərlik məsələsini, sonra məsum imamların rəhbərliyini və nəhayət, 
                                                 
1
  “Sünnə”  lüğətdə  üslub  mənasındadır  –  istər  yaxşı  olsun,  istərsə  də  pis. 
Dini  termin  kimi  isə  Peyğəmbəri-əkrəmin  (s)  əməl  və  sözlərindən  ibarət  olan  və 
Qurani-kərimdə  aşkar  şəkildə  qeyd  olunmayan  əmr,  nəhy  və  göstərişlər  mənasını 
daşıyır.  Həmçinin,  o  həzrətin  bir  şeyi  müşahidə  edib  təsdiqləməsinə  də  şamil  olur. 
Yəni  Peyğəmbər  (s)  hər  hansı  bir  müsəlmanda  gördüyü  bir  işi  ona  qadağan 
etməyibsə və sükutu ilə  həmin əməli təsdiqləyibsə, sünnə  ona da aid olur.  İslamda 
şəriət mənbələrindən biri də sünnədir. (“Məalimul-mədrəsətəyn”, Əllamə Əskəri, 3-
cü cild, səh. 9.) (Müt.) 
2
 “İmamət və rəhbəri”, Şəhid Mütəhhəri, səh. 13. 


 

naiblərin  hökumət  və  rəhbərliyini  araĢdıracağıq.  Bütün  bunlardan 
öncə bir neçə məsələni nəzərdən keçirmək zəruridir.
 
ĠMAMƏT, YAXUD CANĠġĠNLĠK NƏDĠR? 
Qeyd  etmək  lazımdır  ki,  imamətin  tərifi  ilə  bağlı  fikir  ayrılığı 
var.  Bir  zümrə  müsəlmanın  (Ģiə  və  Əhli-beyt  (ə)  məktəbi 
ardıcıllarının) nəzərincə, imamət dinin əsası və etiqadın köklərindən 
olduğu  halda,  baĢqa  bir  zümrə  (əhli-sünnə)  onu  fürui-din  və  əməli 
göstəriĢlərdən sayır. 
Məlum  olduğu  kimi,  hər  iki  qrup  məsələyə  eyni  gözlə 
baxmadığından, təbii olaraq ona fərqli təriflər vermiĢlər. Məsələn: 
Əhli-sünnə alimlərindən biri imamətə belə tərif verir: 
  لْاِلااَا
َبِ
 ةُح
 
 ةٌخاٍَب  ه
 
 ةٌخمَِّب 
 
  ؾ
 ٟ جٌّٕا  ٓاَ  خاَـلااَف ،ب١لْأُِّلٌااَٚ  ٓ ٠ّلٌا  هةُِٛةُا  ٞ
(
ٓ
 )
“Ġmamət  Ġslam  peyğəmbərinin  (s)  caniĢinliyi  adı  ilə  din  və 
dünya iĢlərinə ümumi rəyasət və rəhbərlikdir!”
1
  
Bu  tərifə  əsasən,  imamət  hökumət  rəhbərliyinə  aid  zahiri 
məqam və vəzifədir. Bu hökumət dinə əsaslanır və Peyğəmbərin (s) 
(hökumət iĢlərindəki) caniĢini adını daĢıyır. Təbii ki, burada “imam” 
xalq tərəfindən seçilməlidir. 
BaĢqa  bir  tərifdə  deyilir:  “Ġmamət  müəyyən  bir  Ģəxsin  Ģəri 
hökmlərə  nəzarəti  və  dində  Ġslam  peyğəmbərinə  (s)  caniĢinlikdən 
ibarətdir. Belə ki, ona itaət bütün müsəlmanlara vacibdir!”
2
  
Bu tərifin birinci təriflə əsaslı fərqi yoxdur və hər iki tərif eyni 
məfhumu  ehtiva  edir.  Ġbn  Xəldun  tarixlə  əlaqəli  “Müqəddimə”  adlı 
kitabında bu tərifi qeyd etmiĢdir. 
ġeyx  Müfid  “Əvailul-məqalat”  kitabının  “ismət”
3
   bölümündə 
belə yazır:
 
                                                 
1
 “Şərhi-təcrid”, Quşçi, səh. 472. 
2
  “Təcridül-etiqad”  kitabının  qədim  şərhi,  Şəmsəddin  İsfahani  Əşəri, 
“Tovzihul-murad”dan  (“Şərhu-təcridil-etiqad”ın  haşiyəsi)  nəqlən,  Seyid  Haşim 
Hüseyni Tehrani, səh. 672. 
3
  “İsmət”,  yəni  insan  elə  bir  güclü  dərketmə  qüvvəsinə  malik  olsun  ki, 
başqaları  kimi  günah  etməyə  qadir  olduğu  halda,  günaha  düşməsin.  Bu  məsələ 
Allahın  məsum  şəxsi  günahı  tərk  etməyə  məcbur  etməsi  kimi  təsəvvür 
olunmamalıdır.  Allah-taalanın  insana  yüksək  ağıl,  kamal,  dərrakə,  mənəvi  paklıq, 
eləcə  də,  ibadət  və  itaətə  son  dərəcədə  diqqət  kimi  böyük  nemətlər  bəxş  etməsi 
nəticəsində  onun  günah  etmək  qüdrətinə  malik  olmasına  bayxmayaraq,  onu  öz 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə