Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə19/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   15   16   17   18   19   20   21   22   ...   101

 
51 
1.  Bir  dəfə  Əbuzər  əli  ilə  Kəbə  evinin  qapısının  halqasından 
tutub deyirmiĢ: “Məni tanıyanlar (mənim kim olduğumu yaxĢı) bilir, 
tanımayanlar  da  bilsinlər  ki,  mən  Əbuzər  Qifariyəm!  Allahın 
Rəsulundan (s) belə eĢitmiĢəm:
 
  ذلْاِ١اَج ٍلْاِ٘اَا ةًُاَضاَِ
  ؾ ٜ
  ؿاٍَ  ًاَضاَّاَو لْاُِةُى٠
 ةُْ  خإَ٠
  ؾ ءٍػٚ
 ةُْ َ لْاِٛاَل ٜ
  اَؿمٍَّ اَقاَر  لْآِاَِاَٚ ٝغأَ بٙاَج واَه  لْآِاَِ ءٍػٚ
 اَهاٍَاَ٘ بٙلْإِاَ 
 :
“Mənim  Əhli-beytim  sizin  üçün  Nuhun  gəmisinə  bənzəyir;  hər 
kəs  ona  minsə,  nicat  tapar,  hər  kəs  ondan  ayrı  düşsə,  həlak  olar.” 
(BaĢqa bir rəvayətdə isə “qərq olar” ifadəsi qeyd olunmuĢdur.)
1
  
Burada  Əhli-beyt  (ə)  həyatın  tufanlı  dəryasında  nicat  gəmisinə 
bənzədilmiĢdir. 
2.  Ġbn  Abbas,  eləcə  də  Sələmə  ibn  Əkvə  (Ġbn  Məğazili  adı  ilə 
tanınan  Əbül-Həsən  Əli  ibn  Məhəmməd  ġafeinin  “Mənaqib” 
kitabındakı  nəqlinə  əsasən)  Peyğəmbəri-əkrəmin  (s)  belə 
buyurduğunu nəql etmiĢlər:
 
  ذلْاِ١اَج ٍلْاِ٘اَا ةًُاَضاَِ
  ؾ ٜ
اَ لْاُِةُى٠
 ةًُضاَِ
 
  ؿاٍَ
 ةُْ  خإَ٠
 اَهاٍَاَ٘ بٙلْإِاَ   اَؿمٍَّ اَقاَر  لْآِاَِاَٚ ٝغأَ بٙاَج واَه  لْآِاَِ ،ءٍػٚ
 :
“Mənim  Əhli-beytim  sizin  üçün  Nuhun  gəmisinə  bənzəyir;  hər 
kəs ona minsə, nicat tapar, hər kəs ondan ayrı düşsə, həlak olar.” 
Hədisin bu deyiliĢi Ġbn Abbasdan nəql olunmuĢdur. Sələmə ibn 
Əkvədən nəql olunan hədis isə belədir:
 
  ذلْاِ١اَج ٍلْاِ٘اَا ةًُاَضاَِ
  ؿاٍَ ةًُاَضاَِاَ ٜ
  خإَ٠
 
ْ
ٝغأَ بٙاَج واَه  لْآِاَِ ءٍػٚ
 :
“Əhli-beytim  Nuhun  gəmisinə  bənzəyir;  ona  minən  şəxs  nicat 
tapar!” 
“Limaza-əxtərtu  məzhəbə  Əhlil-beyt?”  (“Nə  üçün  Əhli-beyt 
məzhəbini seçdim?”) kitabının müəllifi ġeyx Məhəmməd ibn Ġntaki 
“səfinə”  hədisinin  Ģərhində  yazır:  “Bütün  Ġslam  alimlərinin  yekdil 
fikrinə  əsasən,  bu  hədis  “təvatür”  həddinə  yaxın  “səhih”  və 
“müstəfiz”
2
    hədislərdəndir.  Təxminən  yüz  nəfər  hafiz  və  hədis 
əzbərçisi, tarixçi və “sirə”
3
    yazan  Ģəxs  öz  kitablarında  onu  nəql  və 
                                                 
1
  “Səfinə”  hədisi  bu  kitablarda  nəql  olunmuşdur:  “Möcəmül-kəbir  vəl-
möcəmüs-səğir”,  Hafiz  Təbərani,  səh.  78,  Dehli  çapı;  “Üyunul-əxbar”,  İbn  Qüteybə 
Dinəvəri, 1-ci cild, səh. 212, Misir çapı; “Müstədrək”, Hakim Nişapuri, 3-cü cild, səh. 
150; “Mizanul-etidal”, Zəhəbi, 1-ci cild, səh. 224; “Tarixul-xüləfa”, Süyuti, səh. 573 və 
s. 
2
 Təvatür həddinə çatmayan və ravilərinin sayı üçdən az olmayan rəvayətə 
deyilir. (Müt.) 
3
 “Sirə” – Peyğəmbəri-əkrəmin (s) əməli rəftar və davranışlarına deyilir. 


 
52 
qəbul etmiĢlər.” Sonra əlavə edir: “Bu hədisi qeyri-müsəlmanlar belə 
islami bir hədis kimi nəql etmiĢlər.”
1
  
Bu  hədis  “Əbəqatul-ənvar”  kitabında  əhli-sünnənin  doxsan  iki 
məĢhur  aliminin  doxsan  iki  kitabından  bütün  təfərrüatı  ilə  nəql 
olunur.  “Əbəqatul-ənvar”  kitabının  xülasəsinin  müəllifi  isə  onun 
haĢiyəsində  bu  hədisi  səkkiz  nəfər  səhabə,  səkkiz  nəfər  tabein,  üç 
nəfər  2-ci  əsr,  səkkiz  nəfər  3-cü  əsr,  on  dörd  nəfər  4-cü  əsr 
alimlərindən və bu minvalla hər əsrin öz alimlərinin adları ilə birgə 
qeyd etmiĢdir.
2
  
*** 
“SƏFĠNƏ” HƏDĠSĠ NƏ DEMƏK ĠSTƏYĠR? 
Bu  hədisi  dərk  etmək  üçün  Nuh  peyğəmbərin  macərasına  qısa 
bir nəzər salırıq. Allah-taala Qurani-kərimdə buyurur: 
 ٝاٍَاَ  اباَّلْاٌِا ٝاَماَزلْاٌِباَـ بًٔٛةُ١ةُ   اَٗ لْاِهاَ لْاِلْا بأَلْاِومَّغاَـاَٚ ءٍو ّاَٙلْإُِِّ اباَّ ث اباَّمٌََّا  اَةااَٛلْاِثاَأ بإَ لْاِؾاَزاَفاَـ
 اَه لةُل لْاِلاَل ءٍولْاِِاَأ
“Biz  göyün  qapılarını  sel  kimi  axan  bir  yağıĢla  açdıq  (və 
dayanmadan yağıĢ yağdı). Yeri yarıb (oradan) bulaqlar qaynatdıq. 
Nəhayət, (göydən axan və yerdən qaynayan) sular müəyyən edilmiĢ 
miqdarda bir-birinə qarıĢdı.”
3
  
Bu  tufan  və  sel  bir  yerdən  baĢqa  hər  yeri  ağuĢuna  aldı.  O  da 
Nuhun  (ə)  gəmisi  idi.  Allah-taala  onun  sərniĢinlərinə  nicat  verdi. 
Hətta Nuhun (ə) oğlu qürurla “Mən bir dağa sığınaram, o da məni 
seldən 
qoruyar”, 
dediyi 
zaman 
atasının  “Allahın  rəhm 
etdiklərindən  baĢqasını,  bu  gün  heç  kim  Onun  əzabından  qoruya 
bilməz”,  tutarlı  cavabı  ilə  üzləĢdi.  (Həzrət  Nuh  (ə)  gəmiyə  minib 
nicat  tapan  möminləri  nəzərdə  tuturdu.)  Nuhun  (ə)  sözü  dərhal 
həyata  keçdi.  Çünki  “böyük  bir  dalğa  ata  ilə  oğulun  arasına  girib 
onları bir-birindən ayırdı və o (Nuhun oğlu) da suda boğuldu!”
4
  
                                                 
1
 “Limaza əxtərtu məzhəbə Əhlil-beyt”, səh. 166. 
2
 “Xülasətül-əbəqatil-ənvar”, 2-ci cild, səh. 126-195. 
3
 “Qəmər” surəsi, ayə: 11-12. 
4
 “Hud” surəsi, ayə: 43. 


 
53 
Bəli Əhli-beytin (ə) həmin gəmiyə bənzədilməsində dərin məna 
var və bu bənzətmə bizə bir çox həqiqətləri açıqlayır. O cümlədən: 
1.  Ġslam  peyğəmbərindən  (s)  sonra  ümmət  bir  sıra  tufanlara 
düçar  olacaq.  Bu  tufanlar  çoxlarını  özü  ilə  aparacaq  və  dalğalar 
arasında boğub həlak edəcək. 
2. Ġnsanları dini, imanı, ruhu və həyatı hədələyən təhlükələrdən 
qoruyub-saxlamaq  üçün  yeganə  ümid  yeri  Əhli-beyt  (ə)  adlı  nicat 
gəmisidir. ġübhəsiz, hər kəs ondan uzaq düĢsə, həlakətə uğrayasıdır. 
3. Səhrada karvandan ayrı düĢmək həmiĢə ölümlə nəticələnmir. 
Mümkündür ki,  insan üzücü  çətinliklərdən sonra  nicat tapsın.  Lakin 
tufanlı bir dəryada nicat gəmisindən ayrı düĢmək mütləq həlakət və 
ölüm deməkdir. 
4.  Nuh  peyğəmbərin  gəmisinə  minməyin  Ģərti  iman  və  saleh 
əməl  olduğu  üçün  Nuh  (ə)  öz  oğluna  iman  gətirib  kafirlərdən 
ayrılmağı  təklif  etdi.  Beləliklə,  Ġslam  ümməti  də  tufan,  bəla  və 
azğınlıqlardan  nicat  tapmaq  üçün  Əhli-beytə  iman  gətirib,  onlara 
tabe olmalıdır. 
5.  Nicat  tapmaq  üçün  təkcə  onlara  məhəbbət  bəsləmək  kifayət 
deyil.  Bəzi  alimlərin  dediyi  kimi,  bütün  müsəlmanlar  Əhli-beyti  (ə) 
sevir, hörmətlə yad edirlər. Buna əsasən, hamı nicat əhlidir. Əksinə, 
rəvayətdə  bəyan  olunduğu  kimi,  əsas  məsələ  onlara  tabe  olmaq  və 
müxalif  çıxmamaqdır.  Nuhun  (ə)  oğlu  atasını  sevsə  də,  ona  tabe 
olmadığından bu məhəbbət qurtuluĢa səbəb olmadı. 
6.  Ötən  bəhsdə  qeyd  olunduğu  kimi,  “səqəleyn”  hədisindən 
baĢa  düĢülür  ki,  Əhli-beytə  (ə)  tabe  olmaq  üçün  müəyyən  Ģərt 
qoyulmamıĢdır. Quranla Əhli-beyt (ə) həmiĢə birgə olacaq, heç vaxt 
bir-birindən 
ayrılmayacaq  və  nəhayət,  behiĢtdə  (“Kövsər” 
hovuzunda)  Peyğəmbəri-əkrəmə  (s)  qovuĢacaq.  “Səfinə”  hədisindən 
də belə  baĢa  düĢülür  ki,  dünyanın  sonuna  qədər  bu  minvalla  davam 
edəcək. Çünki  dünya  həmiĢə tufanlı  və təlatümlüdür.  Yəni  nə  qədər 
ki,  Ģeytanlar,  zəlalət  carçıları  və  heyrət  vadisində  batanlar  var,  bu 
tufanlar  da  sakitləĢməyəcək.  Allah-taalanın  Öz  bəndələri  arasında 
qəzavət edəcəyi, Qurani-kərimin buyurduğu kimi, ixtilafların aradan 
qaldırılacağı
1
  vaxta  qədər  davam  edəcəkdir.  Buna  əsasən,  hər  bir 
                                                 
1
  Qurani-kərimdə  və  çoxlu  rəvayətdə  buyurulduğu  kimi,  qiyamət  günü 
ixtilafların  aradan  qaldırılacağı  və  Allah-taalanın  ümmətlər  arasında  qəzavət  və 
hökm kəsəcəyi bir gündür. 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə