Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə12/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   8   9   10   11   12   13   14   15   ...   101

 
32 
Əgər  belə  olmasaydı,  xətaya  yol  verə  biləcəkləri  təqdirdə  mütləq 
itaət  əmrinə  Ģübhə  yaranardı.  Xəta  etdikləri  zaman  harama 
düĢdükləri  üçün  bir  iĢdə  həm  əmr,  həm  də  qadağa  qarĢıya  çıxı.  Bu 
isə qeyri-mümkündür. Məlum olur ki, əmr sahiblərinə itaətin mütləq 
Ģəkildə  qeyd  edilməsi  onların  məsum  və  günahsız  olduğunu 
göstərir." 
Sonra  əlavə  edərək  belə  yazır:  "Bu  məsumlar  ya  ümmətin 
hamısı,  ya  da  onların  bir  qismidir.  Ġkinci  ehtimal  düzgün  deyildir, 
çünki  biz  mütləq  o  qismi  tanımalı  və  onlardan  faydalanmalıyıq. 
Halbuki  məsum  imamı  tanımaqda  acizik.  Buna  əsasən,  qeyd-Ģərtsiz 
itaəti vacib olan məsum Ģəxs bir fərd, yaxud müəyyən bir qrup yox, 
bütün ümmətdir."
1
  
Fəxri-Razi,  "Əl-mənar"  kitabının  müəllifi  kimi  Ģəxslərin  bu 
ayəni  heç  bir  səhabənin  qəbul  etmədiyi  Ģəkildə  təfsir  etməsinin 
səbəbi onun Əhli-beyt məsumlarına aid edilməsilə əlaqədardır. Onlar 
əmr sahiblərinin məsum və günahsız olması aydın ikən müəyyən bir 
Ģəxsi  məsum  imam  kimi  qəbul  etmək  istəmir,  səhabələrdən  fərqli 
təfsirlərə əl atırlar. 
Qəribədir  ki,  bəzi  sünni  təfsirçilərinin  əqidəsinə  görə,  “əmr 
sahibləri”ndə  məqsəd  padĢahlar,  hakimlər  və  əmirlərdir. 
Müsəlmanlara hökmranlıq edən hər bir hakimə (istər ədalətli, istərsə 
də  zülmkar,  istər  doğru,  istərsə  də  azğın  yolda  olsun,  istər  Allaha 
itaətə  dəvət  etsin,  istərsə  də  Ona  qarĢı  çıxsın)  itaət  etmək  vacibdir. 
Necə ki, "Əl-mənar" kitabının müəllifi üstüörtülü Ģəkildə belə yazır: 
"Bəziləri bu ayəyə görə, bütün hakimlərə itaəti vacib bilirlər." 
Bundan  da  qəbahətlisi  yuxarıdakı  təfsirin  sübutu  üçün 
Peyğəmbəri-əkrəmə  (s)  aid  edilən  Ģübhəli  və  saxta  rəvayətlərdir. 
Guya,  bu  rəvayətlərin  birində  Yezid  Cofi  Peyğəmbəri-əkrəmdən  (s) 
"Ya  Peyğəmbər,  əgər  haqqımızı  əlimizdən  alan,  onu  bizə 
qaytarmayan  (zalım)  hakimlər  bizə  rəhbərlik  etsə,  onda  nə  edək" 
soruĢduqda,  o  həzrət  buyurmuĢdur:  "Onların  əmrinə  qulaq  asın  və 
itaət edin!"
2
  
Həmin kitabda qeyd olunan baĢqa bir rəvayətdə Əbuzərin belə 
dediyi nəql olunur:
 
                                                 
1
 "Kəbir” təfsiri, 10-cu cild, səh. 144. 
2
  "Səhihi-Müslim",  3-cü  cild,  "əmarə"  kitabı,  "vücubu  taətil-uməra..." 
bölümü, səh. 474. 


 
33 
  ً١ ٍاَف  مَّْ ا
 اَعاَّلْاٍِاَا  لْاِْاَا ٝ ٔبٕٚاَا ٜ
 
  ٛاَااَٚ
   ؾاولْاِٛاَلاا ةُ مَّل اَغةُِ ًاللْاِجاَ   اَْبو  لْاِْ ااَٚ اَع٠
"Mənim dostum  (Peyğəmbər) mənə (hakim  və əmirlər)  əl-ayaq 
kəsən  olsalar  belə,  tabe  olmağı  tövsiyə  etdi."
1
    (Bəziləri  hədisdə 
göstərilən  “mücəddəul-ətraf”  ifadəsini  “əl-ayaq  kəsən  Ģəxs”  deyil, 
“alçaq  və  çirkin  ailədə  dünyaya  gələn  Ģəxs”  mənasında  təfsir 
etmiĢlər.) 
ġübhəsiz,  əziz  Ġslam  peyğəmbərinin  (s)  əql  və  Ģəriətlə  uyğun 
gəlməyən  belə  bir  göstəriĢ  verməsi  qeyri-mümkündür.  Halbuki  o 
həzrətdən belə bir hədis nəql olunmuĢdur: 
 اَ بٛ لا
  ي ح
 اََ
 لْاِؿ
 ةٌُٛ
 ءٍق
 
  ؾ
ٜ
 
 اََ
 لْاِ 
  ٓ
 اَٞ
  ح
 
 لْاِيا
  يبف
  ق
"Xaliqə qarşı günah edən məxluqa itaət etmək caiz deyil!" 
Əbuzərin  adından  Peyğəmbərə  (s)  aid  edilən  hədislərin 
saxtalığına ən tutarlı dəlil Əbuzərin öz həyat tərzidir. O, həyatı boyu 
zülmkar, azğın hakim və əmirlərlə mübarizə aparmıĢ, elə bu yolda da 
ömrünü  baĢa  vurmuĢdur.  Halbuki  Peyğəmbərin  (s)  məqamı  daha 
üstündür.  Heç  bir  ağıllı  insan  xilafkar  və  zülmkar  hakimə  itaətin 
vacibliyini dilinə gətirməz. Xüsusilə, bu hədis həm Ģiə, həm də sünni 
alimləri arasında məĢhurdur: "Xaliqə qarşı günah edən məxluqa itaət 
etmək caiz deyil!"
2
  
Beləliklə,  bu  ayəni  hər  hansı  mənaya  yozmağa  bir  bəhanə 
yoxdur. 
*** 
Burada daha iki irad qalır: 
1.  Əgər  "əmr  sahibləri"nin  məfhumu  məsum  imamlara 
Ģamildirsə, bu cəm formasında iĢlənən "uli" (sahiblər) sözü ilə uyğun 
gəlmir.  Çünki  Ģiələrin  əqidəsinə  əsasən,  məsum  imam  eyni  dövrdə 
bir nəfərdən çox ola bilməz. 
Cavab:
  Bu  irada  ötən  bəhslərdə  cavab  verildi.  Belə  ki,  eyni 
zamanda  məsum  imamın  bir  nəfərdən  artıq  olmaması  doğrudur. 
Lakin  ayə  bütün  zamanlara  aid  edildikdə  məsum  imamlar  bir  qrup 
təĢkil  edirlər.  Ərəb  dilində  buna  bənzər  ifadələr  çoxdur.  Məsələn, 
"Əssəlamu əleykum və əla ərvahikum və əcsadikum" (Sizə, sizin ruh 
və  cismlərinizə  salam  olsun!)  deyən,  kimsə  bu  salama  irad  tutub, 
“insan  bir  ruh  və  bir  cisimdən  ibarət  olduğu  halda,  nə  üçün  ruh  və 
                                                 
1
 Yenə orada, "vücubu taətil-uməra..." bölümü. 
2
 “Nəhcül-bəlağə", “qısa kəlamlar”: 165. 


 
34 
cisim cəm formada iĢlənmiĢdir” demir. Çünki buradakı cəm forması 
onların məcmusuna iĢarədir. 
Deməli, Peyğəmbəri-əkrəmin (s) hər dövrdə bir məsum caniĢini 
olmasına baxmayaraq, bütün zamanları nəzərə almaqla (onların sayı 
çox olduğundan) ayədə "əmr sahibləri" cəm formada iĢlədilmiĢdir. 
2. 
Peyğəmbəri-əkrəmin  (s)  dövründə  məsum  imam 
olmadığından, ona itaət əmri necə mümkündür? 
Cavab:
  Əgər  bu  ayə  yalnız  Peyğəmbəri-əkrəmin  (s)  öz 
dövrünə  aid  olsaydı,  belə  bir  irad  mümkün  idi.  Lakin  onun  bütün 
müsəlmanlar  üçün  qiyamət  gününə  qədər  ümumi  bir  göstəriĢ 
olduğuna  diqqət  yetirdikdə  bu  Ģübhə  aradan  qalxır.  Peyğəmbəri-
əkrəmin  (s)  dövründə  əmr  sahibi  o  həzrətin  özü,  sonrakı  dövrlərdə 
isə məsum imamlardır. Bu belə bir ifadəyə bənzəyir: "Peyğəmbər və 
onun  caniĢinlərinə  itaət  etmək  müsəlmanların  vəzifəsidir!"  Bu  əmr 
caniĢinlərin məhz o həzrətin dövründə olduğunu göstərmir. 
Qeydlərimizi  Ģiə  və  sünni  kitablarında  bu  ayənin  təfsirində 
həzrət  Əli  (ə)  və  digər  məsum  imamlara  aid  gələn  bir  neçə  hədisə 
qısa Ģəkildə iĢarə etməklə yekunlaĢdırırıq. 
ġeyx  Süleyman  Qunduzi  Hənəfi  "Yənabiul-məvəddət" 
kitabında  Mücahidin  təfsir  kitabından  belə  nəql  edir:  “Allaha, 
Peyğəmbərə və sizlərdən olan əmr sahiblərinə itaət edin” ayəsi Əli 
(ə)  barəsində  nazil  olmuĢdur.  Bu  ayə  nazil  olarkən  Peyğəmbəri-
əkrəm (s) onu ("Təbuk" müharibəsində) Mədinədə öz caniĢini təyin 
etmiĢdi. 
Həmçinin imam Əlidən (ə) belə nəql edir ki, o həzrət mühacir 
və ənsar
1
 qrupları ilə söhbət zamanı bu ayəni onlara dəlil gətirdikdə, 
onlar heç bir etiraz etməyib susdular.
2
  
"ġəvahidut-tənzil" 
kitabında 
Hakim 
Həskaninin 
"əmr 
sahibləri"nin təfsiri ilə əlaqədar imam Əlidən (ə) belə bir hədis nəql 
olunmuĢdur:
 
  تأَ ب٠
 مَّٜ
 
 لْاُِةُٙةٌُمَّٚاَا  اَذلْأِاَا اَيبل ؟لْاُِةُ٘  لْآِاَِ  الله
                                                 
1
  İslam  peyğəmbərinin  (s)  Mədinə  şəhərinin  yerli  sakinlərindən  olan 
səhabələri  “ənsar”  (yardımçılar)  və  Məkkə  şəhərindən  gələn  səhabələrə  isə 
“mühacirlər” (hicrət və köç edənlər) adlandırılmışlar. (Müt.) 
2
 "Yənabiul-məvəddət", səh. 114-116. 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə