Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə18/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   14   15   16   17   18   19   20   21   ...   101

 
48 
"Bu iki əmanət “Kövsər” hovuzunda mənə qovuşanadək bir-birindən 
ayrılmayacaq." Bu isə açıq-aĢkar göstərir ki, tarix boyu Əhli-beytdən 
(ə)  bir  nəfər  məsum  və  günahsız  rəhbər  həyatda  olacaq.  Qurani-
kərim  həmiĢə  hidayət  çırağı  olduğu  kimi,  onlar  da  həmiĢə  hidayət 
çıraqlarıdır. Buna görə də hər əsrin ilahi imam və rəhbərini tanımaq 
lazımdır. 
5.  Bu  hədisdən  baĢa  düĢülür  ki,  Əhli-beytdən  (ə)  ayrılmaq, 
yaxud  qabağa  keçmək  azğınlıqla  nəticələnir.  Heç  vaxt  Ģəxsi  istəyi 
onların istəyindən üstün tutmaq olmaz. 
6. Onlar hamıdan üstün və fəzilətli, elmli və biliklidirlər. 
Diqqəti cəlb edən məsələ budur ki, hicri-qəməri tarixlə 9-10-cu 
əsr  alimi  və  "Vəfaul-vəfa"  kitabının  müəllifi  Səmhudi  ġafei 
"Cəvahirul-əqdeyn"  kitabında  Səqəleyn  hədisi  barədə  yazır:  "Bu 
hədis  göstərir  ki,  qiyamətə  qədər  hər  bir  dövrdə  Əhli-beytdən  bir 
nəfər var və ona itaət edilməlidir. 
*** 
YALNIZ BĠR SUAL 
AraĢdırdığımız  mövzu  ilə  əlaqədar  yalnız  bir  sual  qalır.  Bəzi 
rəvayətlərdə  –  sayca  az  da  olsa  – "və  itrəti  Əhli-beyti"  (itrətim  olan 
Əhli-beytim)  ifadəsinin  yerinə  "və  sünnəti"  (mənim  sünnəm)  qeyd 
olunmuĢdur.  Bu  "Sünəni-Beyhəqi"  kitabında  iki  yerdə  qələmə 
alınmıĢdır. Bir yerdə Ġbn Abbas Peyğəmbəri-əkrəmdən (s) nəql edir 
ki,  həzrət  sonuncu  həcc  mərasimindəki  xütbəsində  buyurdu:  "Sizin 
aranızda  iki  ağır  əmanət  qoyuram.  Əgər  onlardan  yapıĢsanız,  heç 
vaxt  azğınlığa  düĢməzsiniz:  "Kitabəllah  və  sünnətə  nəbiyyihi"  yəni 
"Allahın kitabı  və Peyğəmbər  sünnəsi!"
1
   BaĢqa bir  yerdə isə  eynilə 
bu məzmunda bir hədis Əbu Hüreyrədən nəql edilmiĢdir.
2
  
Əhli-beytin (ə) açıq-aĢkar bəyanlarını, bəzi hədislərdə bu sözün 
üç dəfə  təkrar  və  təkid  olunmasını,  bəzi  hədislərdə  imam  Əlinin  (ə) 
adının  çəkilməsini,  eləcə  də  Peyğəmbəri-əkrəmin  (s)  Əlini  (ə)  öz 
Əhli-beyti kimi tanıtdırdığı hədisləri kənara qoyub, təkcə belə nadir 
rəvayətə  istinad  etmək  qətiyyən  düzgün  deyil.  Görünür  ki,  dövrün 
hakim  dairələri  öz  mənafelərini  qorumaq  üçün  bu  hədisdə  bir  sıra 
                                                 
1
 "Sünəni-Beyhəqi", 10-cu cild, səh. 114. 
2
 "Sünəni-Beyhəqi", 10-cu cild, səh. 114. 


 
49 
dəyiĢikliklərə əl atsalar da, onu tamamilə təhrif edə bilməmiĢlər. Bir 
də  bu  iki  hədis  (“sünnəti”  sözünün  düzgünlüyünü  fərz  etsək  belə) 
bir-birilə  heç  bir  ziddiyyət  təĢkil  etmir:  Peyğəmbəri-əkrəm  (s)  bir 
yerdə  “kitab”  və  “sünnə”yə,  digər  bir  yerdə  isə  “kitab”  və  “Əhli-
beyt”ə (ə) iĢarə etmiĢdir. Öncə qeyd etdiyimiz kimi, həzrət bu hədisi 
(əhli-sünnənin  məĢhur  mənbələrindəki  çoxlu  rəvayətlərə  əsasən) 
müxtəlif  məntəqələrdə  –  “Vida”  həccində,  “Xif”  məscidində, 
“Ərəfə”də,  “Cöhfə”də,  “Qədir-Xum”da,  Taifdən  qayıdanda, 
Mədinədə  minbərdə  və  vəfatına  səbəb  olan  xəstəliyi  zamanı  bəyan 
etmiĢdir.  Beləliklə,  Həzrətin  bir  yerdə  “Əhli-beyt”,  digər  bir  yerdə 
isə “sünnəti” deyə buyurmasında heç bir ziddiyyət yoxdur. 
Əsas etibarilə heç kim Peyğəmbərin (s) sünnəsinin mühüm bir 
yadigar və əmanət olduğunu inkar etmir. Mümkündür, müsəlman bir 
Ģəxs Qurani-kərimin “ma atakumur-Rəsul fə-xuzuhu və ma nəhakum 
ənhu fəntəhu” (Peyğəmbərin sizə gətirdiklərinə əməl edin, qadağan 
etdiklərindən  isə  çəkinin),  ayəsilə  təsdiq  olunan  Peyğəmbər 
sünnəsinə əməl  etməsin.  Lakin  bu  məna  Əhli-beytə (ə)  tabe  olmağa 
və  onlardan  yapıĢmağa  çağıran  hədislərlə  heç  bir  ziddiyyət  təĢkil 
etmir. BaĢqa sözlə, iki rəvayətdən birinə o zaman üstünlük verilir ki, 
onlar bir-birilə ziddiyyət təĢkil etsin. Halbuki geniĢ məna ifadə edən 
bu iki rəvayət arasında heç bir ziddiyyət yoxdur. Ümumiyyətlə, Əhli-
beytə  (ə)  tabe  olmağın  özü  Peyğəmbər  (s)  sünnəsinə  tapınmağın 
bariz  nümunələrindəndir. Hər  kim  Əhli-beytə  (ə)  itaət etsə,  sünnəyə 
əməl  etmiĢ,  hər  kim  itaət  etməyib,  onlardan  üz  çevirsə  öz  nəzərini 
Peyğəmbərin (s) əmrindən üstün tutsa, sünnəni tərk etmiĢ və Allahın 
Rəsuluna (s) itaətdən boyun qaçırmıĢdır. 
Doğrusu, 
bu 
bəhanələrlə 
“səqəleyn” 
hədisinin 
biz 
müsəlmanların  üzərinə  qoyduğu  mühüm  vəzifələrdən  boyun  qaçıra 
bilmərik.  ġübhəsiz,  bu  hədislər  “təvatür”
1
    həddindədir,  onların 
sənədinə heç bir irad yoxdur. 
Qeydlərimizi  ġafeinin  (Ģafei  məzhəbinin  banisi)  bu  barədəki 
mədhi ilə sona çatdırırıq: 
                                                 
1
  Üç  və  ya  daha  artıq  ravilər  silsiləsi  vasitəsilə  nəql  olunub,  yəqin  hasil 
edilən hədis qisminə “mütəvatir” və “təvatür həddinə çatmış” hədis deyilir. Bu növ 
hədislər,  silsilə  və  təbəqəsinin  müxtəlifliyi,  ravilərinin  çoxluğu  və  bir-birilə 
əlaqələrinin olmaması üzündən həm şiə, həm də sünnilərin hədis alimləri tərəfindən 
tam surətdə qəbul olunur. (Müt.) 


 
50 
 
Və ləmma rəəytun-nasə qəd zəhəbət bihim, 
Məzahibuhum fi əbhuril-ğəyyi vəl-cəhli. 
Rəkibtu əla ismillahi fi sufunin-nəcati, 
Və-hum alu-bəytil-Mustəfa xatəmir-rəsuli. 
Və əmsəktu həbləllahi və huvə vilauhum, 
Kəma qəd umirna bit-təməssuki fil-həbli... 
 
“Camaatın  məzhəb  və  təriqətlərilə  azğınlıq  və  nadanlıq 
dəryasında  batdığını  görüb,  Allahın  adı  ilə  “nicat  gəmisi”nə 
sığındım.  O  gəmi  sonuncu  Peyğəmbərin  Əhli-beytidir.  Ġlahinin 
(uzatdığı)  vilayət  ipindən  yapıĢmıĢam.  Necə  ki  Allahın  ipindən 
(Qurani-kərimdən)  yapıĢmağa  əmr  olunub.  Nə  yaxĢı  olar  ki,  hamı 
hər iĢdə onlara sığınıb, haqqı onlarda arasın!”
1
  
Ötən  rəvayətlərin  çoxunda  “Kövsər”  hovuzunun  adının 
çəkilməsindən  belə  məlum  olur  ki,  bu  hovuz  behiĢt  qapılarının 
arxasında  və  behiĢtin  giriĢində  yerləĢir.  Möminlər,  əməlisalehlər  və 
pərhizkarlar  Peyğəmbəri-əkrəm  (s)  və  Əhli-beytlə  (ə)  orada 
görüĢəcəklər. 
2-“SƏFĠNƏ” (GƏMĠ) HƏDĠSĠ
Əhli-beyt (ə) və məsum imamlar 
barəsində  buyurulan,  həm  Ģiə,  həm  də  sünnilərin  mötəbər 
kitablarında  geniĢ  nəql  olunan  məĢhur  hədislərdən  biri  də  “səfinə” 
hədisidir.  Biz  burada  bu  hədisin  mətni,  sənədi  və  mənbələrini  qısa 
Ģəkildə bəyan edəcəyik. 
Deməliyik  ki,  bu  hədisi  Peyğəmbəri-əkrəmin  (s)  ən  azı  səkkiz 
səhabəsi nəql etmiĢdir. (Əbuzər, Əbu Səid Xudri, Ġbn Abbas, Ənəs, 
Abdullah  ibn  Zübeyr,  Amir  ibn  Vasilə,  Sələmə  ibn  Əkvə  və  imam 
Əli (ə)) 
“Səfinə”  hədisi  əhli-sünnənin  onlarla  məĢhur  kitabında  nəql 
olunmuĢdur. Onlardan bəzilərini nəzərdən keçiririk. Əlavə məlumat 
əldə  etmək  istəyənlər  “Ehqaqul-həqq”  kitabının  9-cu,  “Xülasətul-
əbəqat”  kitabının  4-cü  cildinə  və  digər  kitablara  müraciət  edə 
bilərlər. 
                                                 
1
 “Zəxirətül-məal”, “Xülasətul-əbəqat” kitabından nəqlən, 2-ci cild, səh. 277. 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə