Göz muncuğu bakı 2014



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə7/29
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26265
1   2   3   4   5   6   7   8   9   10   ...   29

 

20 


Nədən yadıma düşdü bu? Kim idi, nəyim idi bu kişi? Heç nəyim... Səhər erkən 

elektrik  qatarıyla  Buzovnadan  şəhərə  qayıtmışdım,  evimizə  tərəf  gedərkən  küçədə 

görmüşdüm bu çay içən kişini. Tanışım da deyildi. İlk dəfə görürdüm onu. Heç bir 

səbəb olmadan nədən yaddaşıma əbədi həkk olunub bu səhnə?  

Bəlkə,  təəssüf  edirdim?!  Nədən  onun  kimi  evimizin  qabağındakı  səkini 

sulamadım,  kətilin  üstünə  qəzet  sərib  armudu  stəkandan  dişləmə  qəndlə  zəncəfilli, 

limonlu çay içmədim?  

Belə ətirli çayları az içməmişdi, amma nədən bu adidən adi həyatla yaşamadı; öz 

xırda  sevincləriylə  dolu  rahat,  arxayın,  təlatümsüz  həyatla.  Nədən  həyatını  böyük 

niyyətlərin girovuna çevirdi.  

Deyirlər,  ölüm  qabağı...  (kim  deyir?  Kim  ölüb  sonra  qayıdıb  gördüklərini 

danışıb  ki...  təsəvvüf  kəpənəyi  düşdü  yadına),  bəli,  deyirlər,  ölüm  qabağı  insanın 

bəsirət gözü açılır, vaxt ölçüsü dəyişir və bütün olub-keçənlər bir an içində kino lenti 

kimi  gözünün  önündən  ötüb  keçir.  Üçüncü  göz  anlayışı  qədim  hind  inanclarında  da 

var  -  haçansa  oxumuşdu  bu  barədə  kitablarda.  Hind  Allahlarından  Şıva  üçüncü 

gözünü açanda rəqibini baxışıyla yandırıb külə döndərir.  

Kürəyimi  zolaq-zolaq  göynədən  qırmanclar.  Bədənimin  ağrıları.  Bu  xatirədən 

qurtulmaq istədim. Çim-yaş bədənimin üşüməsi. Soyuqdan titrəyirdim. Qaçmaq... tez 

qaçmaq, bu anılardan qaçıb qurtarmaq.  

...  Qürub  çağı  dənizə  tərəf  sürdüyüm  üstü  açıq  maşın.  Buludlar  badımcan 

rəngindədir... Qərib Abşeron axşamının kövrək qüssəsi... Külək yanımda oturan gözü 

qəm dolu qızın qumral saçlarını üzümə çırpır, saçlar yanaqlarımı döyəcləyir, ağzımın 

içinə  dolur...  Ən  böyük  istəyim...  kaş  bu  yol  heç  vaxt  bitməsin,  kaş  dəniz 

uzaqlaşdıqca uzaqlaşsın, kaş gecə düşməyincə düşməsin...  

Kimin  misralarıdır  bu,  birdən  yadına  düşdü:  Uzun  ömrün  sonunda,  ümidsizlik 

anında... Gəlib bu qəfil sevinc...  

Narın yağış çisələməyə başladı, damlalar alnıma, yanaqlarıma iynə-iynə sancılır, 

amma bu islanmaq xoş idi, başına əndərilən su kimi sop-soyuq deyildi, istiydi... İsti 

yağış? İsti yağış olurmu?  




 

21 


Gecə birdən düşdü. Ay çıxdı, bədirlənmiş, dolğun Ay, dənizləri qabartdı, axsaq 

küləyi, - axsaq da külək olurmu? - axsaq küləyi kəməndə saldı... sonra buludlar Ayın 

qabağını tutdu... Ay işığı itən kimi qumral saçlı qız da qeyb oldu...  

Ay  qız,  ay  qızı...  Somnambula.  Bu  adda  bir  italyan  operası  da  var,  deyəsən,  - 

Rossini,  Bellini,  Donisetti,  hansınındır?  Ay  adamı  -  somnambula  -ruslar  onlara 

lunatik deyirlər.  

Allah, bu  nə  zülümdür belə, öldürürsən  öldür, daha bu işgəncə  nəyə  gərəkdir? 

Ölümə  məhkum  məhbus  edam  gününü,  saatını  gözlərkən,  heç  olmasa  kamerada 

havasızlıqdan boğulmur. «Canlı meyit». Tolstoy. Ölülərin dirilməsi. Şeyx Nəsrullah. 

Mirzə  Cəlil...  Beynimdə  anımların  basabası,  fikirlərin  tünlüyü...  Nə  etməli?  Nə 

etməli!  Lenin...  Çernışevski...  Heç  hənanın  yeridi?  Üzeyir  bəy...  Məşədi  İbad. 

Beynimi başqa şeylərlə qatmaq istəyirəm ki, dəli olmayım.  

Bəlkə, Xilas - dəli olmaqdır?!  

Şüurun dumanlanması, heç nəyi hiss etməmək, heç nəyi dərk etməmək... Adam 

öz istəyiylə dəli ola bilərmi? Bəlkə, ölümü yaxınlaşdırmaq üçün (ayrı heç nəyə ümid 

yoxdur) nəfəsini kəsəsən, nəfəs almayasan. 

Bir neçə an nəfəsini qısdı, sonra, iradəsindən asılı olmayaraq, köksünü ötürdü, 

nəfəsini dərdi.  

Niyə  bu  qəbir  darlığında  məhz  haçansa  gecə-gündüz  mütaliə  etdiyi  hind 

kitabları  düşür  yadına.  Dünyanı  yaradan  Braxma  yumurtanın  içində  əmələ  gəlib, 

amma şüurunun gücüylə yumurtanı iki bölüb, bir tərəfindən səma, o biri tərəfindən 

yer əmələ gəlib. Bu lətifədə indi onu cəlb edən düşüncənin gücüylə nə isə dəyişmək, 

üstələmək fikri idi. Bəlkə, o da zehninin, ağlının gücüylə xilas ola bildi. Amma necə? 

Yox, insan buna qadir deyil. Ümid yalnız Allahadır.  

İlahi, bir yol göstər, ya xilas et, ya tez öldür. Xilasa gümanım  yoxdu,  möcüzə 

baş versə, burdan çıxa bilsəm, ömrüm boyu Sənin xidmətində duraram.  

Yenə  də  bir  vaxtlar  aludə  olduğu  kitabları  xatırladı.  Buddanın  təlimi  yadına 

düşdü,  elə  bil  kimsə  sözləri  bircə-bircə  diqtə  edirdi  ona.  Budda  deyir:  «Allahlara 

yalvarmayın. Səssizlikdən heç nə ummayın, o nə danışa bilir, nə də dinləyə».  



 

22 


Dayan, dayan, deyəsən, axı, Allah diləyimə məhəl qoydu... Get-gedə daha çətin 

nəfəs alıram, boğuluram. Az qalır Sona. Sona? O qızın adı Sona idi? Yox, adı ayrı 

idi. Nəydi, yada sala bilmirəm.  

Bir az da döz. Ayrı çarən yoxdu. Kəfənin içində nə qədər vurnuxursan - vurnux, 

çabalayırsan - çabala, xeyri yoxdu... Bəlkə, Allah insafa gəlib səni tez öldürdü...  

Amma,  bəlkə...  bəlkə,  yuxudu  bu...  Hamısı  yuxudu,  vahiməli  yuxu... 

Qarabasma. Dədə Qorqud demiş, yuxu da kiçik ölümdü axı...  

Yuxudumu,  ölümdümü?  Gözlərimi  qapayıram.  Gözlərim  qarşısında  sarı, 

çərhayı,  yaşıl  dairələr.  Dairə  içində  dairə,  görünür,  sonra  uzaqlaşıb  itirlər.  Bəlkə, 

uzaq planetlərdir bu. Bəlkə, oralara uçuram. Uçuram, Bəlkə... bəl...  

 

İKİNCİ FƏSİL 

YAMAN GÖZ 

 

“Çox vaxt yaman göz başqasına ağır təsir edir”. 



 İbn Sina, «Təbiət haqqında»  

 

“Təxəyyülün  gücü  -  xüsusi  həssaslıqlarına  görə  ən  çox 

gözlərdə əks olunur. Yaman göz ətrafındakı havaya da yoluxur 

və  zilləndiyi  sağlam  adamlara  xələl  gətirir.  Yaman  göz 

güzgüyə baxanda güzgü tutqunlaşır”.  

 Y. Şprenger, Q. İnstitoris, 

 XV əsrin xristian rahibləri 

 

Acıdan  acı  külək  adamın  iliyinə  işləyirdi.  Düymələri  düşmüş,  yaxası  açıq, 



yamaqlı,  nimdaş  pencəyini  az  qala  dartıb  əynindən  çıxaracaqdı  külək.  Darvazadan 

həyətdəki  evlərinin  qapısınacan  iyirmi  addımdı  -  dönə  -  dönə  saymışdı.  Külək 

kürəyindən vurduğundan, bu məsafəni - iyirmi addımı - həmişəkindən də tez qət edə 

bilərdi... Qət edəcəkdi. Üşüyə-üşüyə, sazaqdan titrəyə - titrəyə...  




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə