Göz muncuğu bakı 2014



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə4/29
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26265
1   2   3   4   5   6   7   8   9   ...   29

 

11 


poetikası ilə seçilir. Yazıçı bu fəsli şeir kimi yazıb sanki... Və qəhrəmanının daha bir 

təzadını,  ağrısını,  qorxusunu  burada  ifadə  edib.  Əgər  əvvəllər  Əhliman  "əlaqədə 

olduğu qadınlardan heç nə ummurdu, nə sevgi, nə nəvaziş, nə etibar" gözləmirdisə, 

bu dəfə məsələ başqaydı. Əvvəllər qadınlara pis gözlə baxırdısa, indi hər şey  başqa 

cür idi. Bəs nə idi onun bu baxışını dəyişən? Sevgimi? Məgər yuxuda, gözüyumulu 

yanına gəlmiş qadına vurulmaq olardımı? Amma aşiq olmamışdısa, nədən bu qədər 

tərəddüd edirdi, nədən qorxurdu, bu həyəcanına səbəb nə idi? Məncə, Anar bu fəsildə 

əsas  niyyətinə,  məqsədinə  çatıb.  Qəhrəmanının  təzadlarını,  içindəki  qorxuları, 

acizliyi  son  dərəcə  dəqiq  ifadə  edə  bilib.  Əhliman  özündən,  gözündən  qorxurdu. 

İçindəki  şeytandan  qorxurdu.  Bu  balaca  möcüzəni  -  Aydanı  da  yaman  gözü,  bəd 

nəzəri  ilə  məhv  eləməkdən  qorxurdu...  Özünə,  daxilindəki  şərə  qalib  gələ 

bilməyəcəyindən qorxurdu! Və bütün bu qorxuları əsassız deyildi...  

Aydanın  gəlişindən  sonra  Əhlimanın  həyatında  daha  bir  mühüm,  həlledici 

hadisə baş verir. O, Çapıqla görüşür. Tapşırıq alır. Əslində, burada yazıçı Əhrimanla 

Hörmüzdü son dəfə üz-üzə qoyur. Qədim bir xalçaya görə aradan götürülməli olan 

alimi  xilas  etmək,  ya  öldürmək?!  Alimin  xilas  edilməsi  Hörmüzdün,  ölməsi  isə 

Əhrimanın qələbəsi olacaq... Əsərin kulminasiyası da burdadı, bu məqamda. Yazıçı 

maraqlı  bir  priyom  işlədib  qəhrəmanına  eyni  hadisəni  iki  dəfə  yaşadır,  birincidə 

Əhriman,  ikincidə  Hörmüzd  kimi...  Və  birincidə  övladını  itirmiş  qadının  Əhlimanı 

görən kimi "qatil" deməsi, ikincidə sakit durması simvoldu.  

Əsl  müharibə  bundan  sonra  başlanır.  Məhz  bu  məqamda  yazıçı  Əhrimanla 

Hörmüzdü  "Göz-gözə"  fəslində  görüşdürür.  Burda  Əhriman  xalçanın  tarixçəsini  və 

sahibiylə birgə məhv olunmasının vacibliyini danışır. Əlbəttə, bütün bu tarixçə yazıçı 

fantaziyasıdı,  amma  müəllifin  bunları  tarixi  hadisələrdən,  şəxsiyyətlərin  adlarından 

istifadə edərək təsvir etməsi olduqca təsirli, maraqlıdı. Bir anlıq adama elə gəlir ki, 

qəhrəman  real  faktları  danışır...  Hörmüzdlə  Əhrimanın  mübahisəsi,  hər  iki  tərəfin 

gətirdiyi  tutarlı  faktlar,  dəlillər  də  xeyli  düşündürücüdü...  Hörmüzd  "qanı  qanla 

yumazlar" - deyir, Əhriman isə, Əhdi Ətiqin təlimini  - "gözə göz, dişə diş" - fikrini 

əsas gətirir. Bəs sonda hansı qalib gəlir?!  



 

12 


... Doğrusu, bütün bu fəlsəfələri, Xeyir və Şər mübarizəsini məsələlərini kənara 

qoyub, Əhlimana sadəcə bir insan kimi baxanda düşünürsən ki, onun ölümdən savayı 

yolu  yox  idi.  Çünki  bu  boyda  yükə,  fərqliliyə,  başqalığa  dözmək  mümkünsüzdü. 

Təbiətin  ona  verdiyi,  sonralar  insanların,  mühitin  alışdırdığı,  alovlandırdığı, 

dərinləşdirdiyi əbədi bir bəla ilə yaşaması çətin idi... Ona görə də yaşamadı! Allahın 

ona  göndərdiyi  yeganə  xilası  Ay  qızını  buraxandan,  məhv  edəndən  sonra  yaşaması 

üçün səbəb qalmamışdı... Aydanın yanında cəsədi sərələndi asfalta!  

Mənə  belə  gəlir  ki,  Anar  hər  cür  oxucu  rəyinə,  fikrinə  alışmış  yazıçıdır.  Heç 

düşünmədiyi,  nəzərdə  tutmadığı  məsələləri  də  onun  əsərlərindən  tapa,  üzə  çıxara 

bilərlər. Bu mənada "Göz muncuğu" povesti oxucuya düşünmək, nəticələr çıxarmaq 

üçün geniş imkanlar yaradır. Bütün yazdıqlarım mənim bir oxucu, həm də yazıçının 

yaradıcılığına  bələd  olan  tədqiqatçı  kimi  anladığım,  duyduğum  məsələlərdir.  Ancaq 

bu əsərin yaxın və uzaq gələcəkdə tənqidçilər, tədqiqatçılar tərəfindən fərqli şəkildə 

yozulacağını  da  istisna  etmirəm.  Əslində,  elə  əsl  ədəbiyyat  da  budur!  Müxtəlif 

fikirlər, polemikalar, mübahisələr doğuran ədəbiyyat...  

 

Pərvin 



 

 

 

 

 

 

 

 


 

13 


“Əgər  Allah  sizin  qulaqlarınızı  və  gözlərinizi  əlinizdən 

alsa,  ürəklərinizə  möhür  vursa,  onları  sizə  Allahdan  başqa 

kim qaytara bilər?” 

 QURANİ-KƏRİM. Əl Ənam surəsi. 46 

 

«Horatsio,  yerlərdə  və  göylərdə  bir  çox  elə  şeylər  vardır 



ki,  onlar  sənin  alimlərinin  yuxusuna  da  girməyibdir.  Onları 

bizim idrakımız bir xülya kimi belə təsəvvür edə bilmir».  

U. ŞEKSPİR,  

ingilis dramaturqu, «Hamlet»  

 (çevirəni Cəfər Cabbarlı)  

 

“Möcüzəni  inkar  edən  insan  dərhal  Allahı  da  inkar 



edəcək,  çünki  Allahdan  çox  möcüzəyə  möhtacdır.  Möcüzəsiz 

yaşaya  bilmədiyi  üçün  özü  möcüzələr  uydurmağa  başlayır, 

caduya, ovsuna, fala meyl edir”.  

 F. M. DOSTOYEVSKİ, 

rus yazıçısı  

 

“Allah bizi ona görə yaradıb ki, bizim vasitəmizlə Həqiqət 

dərk olunsun”.  

 CƏLALƏDDİN RUMİ, 

türk şairi  

 

“Sənət bizə ona görə verilib ki, Həqiqət bizi öldürməsin”. 

 FRİDRİX NİTSŞE, 

alman filosofu  

 

BİRİNCİ FƏSİL 



DƏFNİMDƏN SONRA ÜÇÜNCÜ GÜN 


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə