Göz muncuğu bakı 2014



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə8/29
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26265
1   ...   4   5   6   7   8   9   10   11   ...   29

 

23 


Darvazadan  evlərinə  qədər  məsafəni  niyə  qaça-qaça  keçməsinin  səbəbini  heç 

kəs  bilmirdi,  bir  özündən,  bir  anasından,  bir  də  Nəsibdən  başqa.  Heç  atası  da 

bilmirdi,  ona  deməmişdilər  ki,  gedib  mərəkə  qoparmasın.  Bəlkə  də  yuxarı 

mərtəbədəki  qonşularından  hansısa  pəncərədən  bunu  görmüşdü,  diqqət  eləmişdi, 

amma vecinə almamışdı, bəlkə də heç kim gorməmişdi.  

Tez  ev  qapılarına  çatmalıydı,  qapını  döyən  kimi  anası  tələsik  qapını  açacaqdı, 

axı bilirdi... Bəlkə də artıq açmışdı, gözləyirdi.  

Qapılarına  çatmağa  bir  addım  qalmış  sop-soyuq  su  başına  çırpılıb  bütün 

vücudunu  islatdı.  Başına  endirilən  suya  alışıqlı  olsa  da,  bədənini  diksindirdi. 

Boynunun,  kürəyinin,  qollarının,  biləklərinin  hər  hücrəsinə  iynə-iynə  batan  sazağı 

duydu.  Küləkli  havada  su  bədənini  elektrik  cərəyanı  kimi  gizildətdi.  Əli  qapılarına 

dəyən kimi bayaqdan qapı dalında dayanan anası onu içəri çəkdi.  

-  Can bala,  -  deyə  səkkiz  yaşlı  çim  yaş  oğlunu bağrına basdı.  -  Görüm  balama 

zülm eləyənlər bir udum suya həsrət qalsın...  

Allahın ver günü, oğlu məktəbdən qayıdanda Mənzər yuxarı mərtəbədəki ailəyə 

qarğış  edirdi.  Hər  ikisi  -  Əhliman  da,  Mənzər  də  bilirdilər  ki,  suyu  üçüncü 

mərtəbədən atan hansı idarəninsə böyüyü Qasımın oğlu Nəsibdir.  

Mənzər  tələsik  oğlunu  soyundurdu.  Əhliman  anasının  hər  gün  eyni  saatda 

ütüləyib hazır qoyduğu quru paltarlarını geydi, alt və üst paltarlarını dəyişdi. Əhədin 

işdən  gəlməyinə  hələ  iki-üç  saat  vardı,  amma  bərayi-ehtiyat,  Mənzər  oğlunun  yaş 

paltarlarını  gizlətdi,  gecə  hamını  yuxuya  verəndən  sonra  pıçıltıyla  qarğış  edə  -  edə 

qurudub  ütüləyəcəkdi.  Elə  əcaib  qarğışlar  tapırdı  ki...  «Görüm  balama  zülm  edən 

qotur olsun, dırnağı olmasın».  

Əhliman hələ də tir-tir titrəyirdi.  

- Gəl otur, bala, gəl otur, bu saatca xörəyini qızdıracam.  

Neçə ay bundan əvvəl Qasımgilin qulluqçuları eyvanlarındakı gülləri sulayarkən 

sərpic  əlindən  çıxmışdı və  su  həyətdən  keçən  Əhlimanın  başına  tökülmüşdü.  Onun 

çığırtısını  Nəsib  də  eşitmişdi  və  bundan  böyük  həzz  almışdı.  Əhlimanla  Nəsib 

məktəbdə bir sinifdə oxuyurdular. Məktəbdən atasının maşınıyla evə daha tez çatır və 



 

24 


Əhlimanın dərsdən gəlməsini güdürdü ki, başına bir ləyən su əndərsin. Bütün keyf də 

ondaydı ki, su kənara tökülməsin, düz Əhlimanın başına axsın.  

Əhliman  əvvəl  bunu  təsadüf,  sonra  şit  zarafat  bildi,  sonrasa  qəsdən  edildiyini 

anladı. Amma nə olsun, nə edə bilərdi. Özündən qat - qat cüssəli, güclü, qolu zorlu, 

adına hamının qoçu dediyi, həm də rəis oğlu Nəsibə kim  gözün üstə qaşın var deyə 

bilərdi?  Kimə  şikayət  edəcəkdi?  Hansı  müəllim  onun  sözünə  inanardı,  inansaydı 

belə, kim bu işə baş qoşub pis düşmək istərdi? Nəsib bütün məktəbin ərköyünüydü, 

hətta bəzən müəllimləri də atasının maşınına mindirərdi.  

Mənzərin  bir  qorxusu  vardı  ki,  bircə  Əhəd  bilməsin.  Dəlisoyun  biridi,  düşər 

sərxoş  vaxtına,  rəis-məis  tanımaz,  gedər  o  gədəçəni  salar  təpiyinin  altına,  tutub 

xuliqanlıq üstə basarlar dama.  

Əhlimanın  məktəbdə  ayamasını  da  elə  Nəsib  qoymuşdu  -  Əhriman.  Hardasa 

oxuyubmuş  ki,  Əhriman  Şər  allahıdır.  Hətta  müəllimlərdən  bəziləri  də  Nəsibə  xoş 

gəlməkdən ötrü Əhlimana irişə-irişə Əhriman deyirdilər.  

O vaxt küçələri bir erməni inqilabçısının adını daşıyırdı: Ara Qardaşyan. Amma 

küçənin adı yazılmış lövhələr köhnəlib oxunmaz olmuşdu, hamı bura Ara Qarışdıran 

küçəsi deyirdi.  

Bəlkə,  oxuduğu  yeganə  kitabdan  Əhrimandan  başqa  Xeyir  Allahı  Hörmüzdün 

də adını bilmişdi və Əhlimana: bax, sən Əhrimansan, mən Hörmüzd -deyirdi.  

Bir dəfə Əhlimanı maşınlarına dəvət etdi. Onda hələ bu su məsələsi yoxuydusa 

da, Əhliman imtina etdi.  

-Evə getmirik? Gəl maşınla gedək də...  

Çox təkid edəndən sonra Əhliman maşına mindi. Nəsib sürücüyə: 

-Sür Keşləyə, - dedi.  

Əhliman təəccüblə: 

-Keşlədə nə işimiz var? - deyə soruşdu 

-Görəcəksən.  

Keşlə Ara Qarışdıran küçəsindən tam əks istiqamətdə idi, bir şəhər boyda araları 

vardı.  

Keşləyə çatar-çatmaz Nəsib sürücüyə: 




 

25 


- Saxla, - dedi.  

Maşın dayandı 

-Düş, sənə söz deyəcəm.  

Düşdülər. 

-Bura gəl.  

Gəldi,  maşından  uzaqlaşdılar.  Birdən  Nəsib  tələsik  maşına  tərəf  getdi,  mindi, 

qapını bağlayıb, düyməni basdı.  

Əhlimanın cibində bir qəpik yox idi və Nəsib bunu bilirdi.  

Maşın hərəkətə gələndə Əhliman şüşədən Nəsibin ona baxıb dişlərini ağartdığını 

gördü.  


Onda da soyuq bir gündü, bəlkə də Nəsib bu oyunu çıxartmaqçün qəsdən belə 

soyuq gün seçmişdi.  

Əhliman payi-piyada bütün şəhəri keçib evlərinə çatanda şər qarışmışdı. Axşam 

qızdırması qalxdı. Soyuq dəymişdi, sətəlcəm olmuşdu. On gün xəstə yatdı.  

Çöl  qapısı  taqqıltıyla  açıldı.  Əhəd  içəri  girdi  -  üz-gözündən  zəhrimar  yağırdı. 

Sözünü də elə zəhirmarla başladı: 

-Yeməyə nə zəhirmarın var?  

-Bu saat qayğanaq bişirim, bilmədim belə tez gələcəksən.  

-Qayğanağı  apar  gorbagor  dədənin  qəbrinə  qoy. Tez  gəldim, gec  gəldim, sənin 

nə borcuna.  

Gedib dolabı açdı.  

-Araq hanı?  

-Dünən içmədin, başına dönüm?  

-Mən,  bəyəm,  bilmirəm  nə  içmişəm,  nə  içməmişəm,  ağlım  başımdan  çıxıb 

deyirsən, - arvadına tərs bir şapalaq çəkdi.  

-İtin  qızı,  mən  gedəndən  sonra  arağı  töküb  zaxoda,  şüşəsini  də  atıb  ki,  duyuq 

düşməyim.  

Əlbəttə,  dünən  şüşəni  dibinəcən  içdiyi  yadındaydı.  Cibindən  əzik-üzük  pullar 

çıxarıb Əhlimana uzatdı.  



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə