Göz muncuğu bakı 2014



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə9/29
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26265
1   ...   5   6   7   8   9   10   11   12   ...   29

 

26 


-Get  Sadıqdan  bir  araq  al,  -  dedi,  Əhlimanın  yeməyə  başladığı  qayqanağı  öz 

qabağına çəkdi. - Nə baxırsan bu zəhrimara, küçük, anan indi də belə cücə - plovdan 

bişirib sənin də qabağına qoyacaq dana, zalımın qızı bu zəhrimara bir çimdik duz da 

səpməyib.  

Əlini  duza  uzadanda  boşqaba  dəydi,  boşqab  yerə  düşüb  çilik-çilik  oldu, 

qayqanaq yerə dağıldı.  

Əhəd indi də oğluna yağlı bir qapaz vurdu:  

-Nə pis gözün var, itin balası, tez ol itil gözümdən.  

Montyor işləyən Əhədi bu gün sərxoş olub qəza törətdiyi üçün növbəti işindən 

qovmuşdular. Onsuz da zəhər tuluğu olan kişi acığını çıxmağa adam axtarırdı. Dilsiz-

ağızsız ailə üzvlərindən münasib hədəfi harda tapacaqdı.  

Mənzər: 


- İndi dükan bağlı olar, - dedi, - qoy yarım saatdan sonra getsin, bu saat ikinizə 

də qayqanaq bişirim.  

-Mənə moizə oxuma, sürük burdan.  

Sonra gözünü oğluna ağartdı: 

-Kimə deyirəm, becid ol, qırışmal. 

Əhliman  pencəyini  çiyninə  atıb  həyətə  çıxdı,  qeyri-ixtiyarı  üçüncü  mərtəbənin 

eyvanına baxdı. Pencərə kip bağlıydı. Nəsibin xəbəri olsaydı zarafatından qalmazdı.  

Yenə də vərdişi üzrə həyətdən qaça-qaça keçdi. Həyətin o tay bu tayında içində 

sıçanlar,  sıçovullar  oynaşan  zibil  qutuları  düzülmüşdu,  həyətin  ortasından  lehim 

axırdı.  Haçansa  bu  həyətdə  kiçicik  təmiz  sahə  tapıb  qonşu  uşaqlarıyla  futbol 

oynayardılar. İndi Nəsibin ucbatından daha futbol da oynamırdılar.  

Dükan bağlıydı. Qapısında «fasilə» yazılmışdı. Yarım saat gözləməli idi. Əli boş 

qayıtsaydı,  ağına-bozuna  baxmayan  dədəsi  kötəkləyəcəkdi.  Son  dəfə  üç  gün  əvvəl 

döymüşdü  Əhlimanı.  Əliylə  vururdu,  əli  yorulanda  meşin  kəmərini  açıb 

qırmanclamağa  başlayırdı.  Qırmancların  zolaq-zolaq  göynərtisi  hələ  də  Əhlimanın 

kürəyindən keçməmişdi.  

Külək  elə  bil  bir  az  da  şiddətlənmişdi,  soyuqdan  uşağın  dişi-dişinə  dəyirdi. 

Darvazanın qapısında Nəsibgilin maşını dayanmışdı.  




 

27 


Bir  azdan  xəz  yaxalığı  olan  qalın,  isti  paltoda  Nəsib  göründü,  şofer  əlindən 

tutmuşdu.  Əhliman  kənara  çəkildi  ki,  Nəsib  onu  görməsin.  Baxışları  toqquşsaydı 

Nəsib onu istehzayla süzəcəkdi, bəlkə, bir hoqqa da çıxaracaqdı.  

Əhliman  par-par  parıldayan  qara  maşına  baxırdı.  Nəsibin  qara  xəz  yaxalıqlı 

paltosuna,  qulaqlı  papağına  baxdıqca,  elə  bil  öz  yuxa  geyimi  içində  bir  az  da 

üşüyürdü. Bir an bu xəzli paltonun, qulaqlı papağın, meşin əlcəklərin, yun şalvarın 

istisini təsəvvür etdi və daha da üşüdü.  

Nəsib saymazyana ətrafa göz gəzdirib - yəni görürsüz də məni - şoferin açdığı 

qapıdan maşına oturdu.  

Maşın yerindən tərpəndi. Əhliman maşının ardınca yaş asfaltda qırmızı lent kimi 

sürünən arxa faraların işığına baxırdı.  

Qəflətən böyük sürətlə  tindən  burulan  alabaş qara  maşını  qabağına qatıb  xeyli 

sürüdü,  divara  çırpdı.  Bir-birinə  dəyən  metalın  tükürpərdici  xırçıltısı  eşidildi.  Qara 

maşın xıncım-xıncım olmuş, qarmon kimi sıxılmışdı.  

Küçədəkilər  yüyürüb  birtəhər  maşının  pərçim  olmuş  dal  qapısını  açdılar,  üz-

gözü qan hörrəsindən tanınmaz olmuş Nəsibin cəsədini çıxardılar.  

 

ÜÇÜNCÜ FƏSİL 

ŞEYX NƏSRULLA DÜZ DEYİRMİŞ 

 

“Həyat haqqında nə bilirsiniz ki, ölüm haqqında da nəsə 



biləsiz”.  

 KONFUTSİ 

 

“Məşhədi-müqəddəsdə  bir  abid  peyda  olub,  bunun  ismi-

şərifi  Şeyx  Nəsrullahdır.  Qəbristana  əhli  qübür  ziyarətinə 

gəlib,  başlayıb  bir  dua  oxumağa  və  sonra  uca  səslə  deyib: 

Durun  ayağa,  ey  Allahın  mömin  bəndələri.  Bu  səsi  eşitcək 

cəmi ölülər Allahın qüdrətilə bir hərəkətə gəldilər”.  

 M. C. MƏMMƏDQULUZADƏ, «ÖLÜLƏR»  


 

28 


 

Nəsrulla  və  Fazil  qəbrin  üstündəki  son  iki  kürəklik  torpağı  da  kənara  atdılar. 

İndi məzarın dərinliyiylə yer üzü arasında yalnız iki sal daş qalırdı. Nəsrulla 50 - 55 

yaşlarında qəbirqazandı. Saqqal saxlamırdı, amma kim bilir neçə gündən bəri üzünü 

qırxmadığından bütün sifətini, boğazını ağ tüklər tikan - tikan basmışdı. Qalın qaşları 

qap-qaraydı.  

25-26 yaşlarında Fazil azca aralıda dayanmış alabaşın sürücüsüydü, çəlimsiz bir 

oğlandı,  palaz  qulaqları,  sivri  burnu  vardı,  çox  arıqdı,  ordu  -  orduna  yapışmışdı. 

Nəsrulla beli yerə qoyub köksünü ötürdü.  

-Of, kələyimiz kəsildi, - dedi, - bir hovur dincimizi alaq.  

Sürtülmüş,  qarasından  ağı  çıxmış  çantasından  qəzet götürüb  yerə  sərdi,  üstünə 

iki çapma stəkan və kolbasa düzdü, cib bıçağıyla kolbasanı doğramağa başladı.  

-Qaqaş, - dedi, - gətir görək o aslan südünü. 

Fazil şüşəsi yaşıla çalan yarımlitrlik araq butulkasını maşından götürüb gətirdi.  

Nəsrulla: 

-Süz, - dedi.  

Fazil: 

-Day-day, bəlkə, işimizi qurtarıb sonra içək, - dedi.  



-Yox, - dedi Nəsrulla, - sən cavansan, belə şeyləri bilməzsən. Başımın tükü sanı 

qəbir  açmışam,  -  qeyri-ixtiyari  əlini  daz  başına  çəkdi.  -  Meyiti  gorbagor  etməkdən 

qabaq gərək möhkəm horradasan.  

Fazil: 


- Day - day, çox meyit çıxarmısan qəbirdən?  

-  Oxartana...  Yaxşı,  vur  görək.  Ölülərə  rəhmət,  dirilərə  cansağlığı.  Canımız  - 

başımız sağ olsun.  

Şər qarışırdı.  

Nəsrulla  cibindən  eşmə  papiros  çıxarıb  bükdü,  kibritlə  odladı,  bir  qullab  alıb 

Fazilə uzatdı. 

-Al, bir qullab da sən al. 

-Nöşün?  




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə