Göz muncuğu bakı 2014



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə10/29
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26265
1   ...   6   7   8   9   10   11   12   13   ...   29

 

29 


-Nöşün ki, lazımdı.  

Fazil bir qullab alıb:  

-Nəşədü? - deyə xəbər aldı. 

-Bəli, araqnan nəşənin özgə keyfi var, begem bilmirdün?  

Fazil bir qullab da alıb çeçədi.  

Nəsrulla: 

-Ver bura görüm, - dedi, - besindü...  

Fazil: 


- Day- day, çatacayıq? - dedi. 

-Çatacayıq,  lap  o  yana  da  keçəcəyik.  Çapıq  9  -  da  gələsidi,  iki  saatımız  var, 

əlbəttəkin çatarıq.  

-Day-day, allahhaqqıçın qanmıram, bu meyit Çapığın nəyinə gərəkdi?. 

-Göyçaylısan?  

-Hardan bildün?  

-Göyçaylılar allahhaqqüçün deyirlər. Qoşumuz göyçaylıydı.  

Fazil: 


- Anam göyçaylıdı, - dedi, - atam bakılı.  

-Sağdılar?  

-Həri 

-Allah saxlasın.  



-Day-day, demədin axı, bu meyit Çapığın nəyinə lazımdı?  

-Onu bir xudavəndi - aləm bilər. Əstafürullah. Bir də Çapığın özündən alayı heç 

kəs bilməz. Süz görək. Albinos nədi eşitmisən?  

-Yox, kimdi, ingilisdi?  

-  Avam  ki,  avam...  Albinos  bizim  dildə  sarışqa  adamlara  deyirlər  də,  hər  yeri 

sap-sarı olur onların e - saçı-saqqalı, qaşı, gözü.  

-Nə olsun?  

-  Demə  yapon  alimləri  tapıb  ki,  bu  sarışqa  adamların  tükü  də,  sümüyü  də 

dərmandı, odu ki, onlar xosumvay olanda qohumlarıyla dil tapıb sövdalaşırlar. Əvvəl 



 

30 


- əvvəl kamal - ədəblə basdırırlar ölülərini, sora da xəlvətcə qəbirdən çıxarıb satırlar 

xaricə. 


Fazilin ağzı açıq qalmışdı: 

-  Gör  e,  dünyada  işlər  var  ki,  heç  şeytanın  ağlına  gəlməz.  Deyirsən  yəni  bu 

Çapıq da yaponlarla əlbirdü. 

Nəsrulla başını buladı: 

- Onu deyə bilmərəm, mənə atçet verməyib ki... Deyib flankəsi qəbrdən çıxart, 

haqqını al. Vəssəlam. Neynir bu meyiti, öz işidü, nə borcuma?  

Stəkanı qaldırıb tost dedi: 

-Ölüb  qəbirdə  rahat  yatmaq  da  halva  deyil  e.  Yaxşı,  içək  o  sağlığa  ki,  ölüb 

gedəndən sonra heç kəs bizi gorbagor eləməsin...  

İçdilər.  

Alatoranlıq  ətrafı  həzin  rənglərə  boyayırdı,  bu  fonda  qəbir  daşlarının  qara 

siluetləri aydın seçilirdi.  

Nəsrulla aşağıda haranısa göstərib soruşdu: 

- Ora bilirsən haradu?  

- Göldü də, day- day.  

-  Hələm  -  mələm  göl  döyül  e...  Qanlı  göldü.  Bəs  bilirsən  ora  nöşün  qanlı  göl 

deyiblər?  

- Yox, nə bilim.  

- Otuzuncu illərdə GPU adamları güllələyib bu gölə atırmış.  

- GPU kimdi, day-day, o da yapondu?  

-  Çüşka  ki  çüşka...  Ə..  sən  lap  görkəzməsənmiş  ki...  GPU  bilmirsən?  Çeka  da, 

enkivede...  

Fazil maddım - maddım baxırdı.  

- Qaqaş, incimə, lap bisavadsızsan e... Təhlükəsizlik idarəsi demirlər? O vaxtlar 

belənçiynə  adlanırmış  da.  Qan  eləyirmişlər,  Ətağa  cəddi.  Güllələri  qurtaranda 

adamların əlin-qolun bağlayıb boyunlarına iplə daş salıb diri-diri atırlarmış gölə.  

-Vay anasını...  

Nəsrulla bir qullab da vurdu.  




 

31 


-Bəli, cavan oğlan, belə vaxtlar da olub e... Şükür bu günümüzə...  

-Bə sən hardan bilirsən buları?  

-Dədəm danışardı.  

-Dədən də qəbirqazan olub?  

-Dədəm  də,  babam  da.  Bütün  əbavü  -  əcdadımız  binayi  -  qədimdən  bu 

qəbristanlıqda  ömür  sürüb.  Babam  mollalıq  da  edərdi,  amma  sovetin  vaxtında 

qorxdu, oldu qəbirqazan, hərdən gizlində yasin oxuyardı. Yaxşı səsi vardı. Süz görək. 

-Bəlkəm, bəsdü? Mən axı, hələ gərək maşın sürəm, meyiti aparam.  

-Darıxma, necə ki, lazımdu elənçiynə aparacaqsan Çapıq deyən yerə..  

- O biri meyitləri də Çapığın sözüylə çıxarmısan qəbirdən?  

-Yox,  hərəsinin  bir  zakazçiki  vardı.  Eh,  ay  qaqaş,  mən  bildiyimi,  gördüyümü 

danışsam, tükün biz - biz olar.  

Arağı başına çəkib «papirosdan» bir qüllab da vurdu.  

-Deyəcəm,  inanmazsan.  Hər  cümə  günü  cinlər  bu  Qanlı  gölün  yanında  bir 

mərəkə çıxarırlar, gəl görəsən.  

Fazilin hələ də ağzı açıq qalmışdı: 

-Neynillər ki?  

-Neyniyəcəklər,  çalıb  -  oynayırlar.  Özü  də  heç  bizim  yerin  havalarına  oxşamır 

çaldıqları.  Bir  -  iki  dəfə  məni  də  çağırıblar,  getməmişəm,  bir  dəfə  uzaqdan  durub 

baxdım,  görüm  axı  bunlar  nə  oyun  çıxarır.  Həngaməymiş,  əşi,  deməklə  olmur... 

Amma mənim nə borcuma, getmədim, nə işim var onların məclisində  ki, hökümətə 

çuğullasınlar, işdən qovdursunlar məni...  

Fazilin  gözləri  bərəlib  az  qala  hədəqəsindən  çıxasıydı,  başı  get-gedə 

dumanlanırdı.  

O  biri tərəfdən də düşünürdü ki, vaxt keçir, bir  azdan  Çapıq gələcək,  dediyini 

etmədiyimizi görəcək, qazancımız əldən çıxacaq. Zəif bir təşəbbüs etdi: 

-Day-day, bəlkə, açaq qəbri?  

-Hara tələsirsən e, elə bilirsən, meyit ordan qaçacaq?  

-Yox,  deyirəm  Çapıq  gələnə  qədər  görək  işimizi,  axı  dedi,  qəbri  onun  yanında 

açmayaq.  




 

32 


-Yaxşı,  sən  deyən  olsun,  bunu  da  içək,  başlayaq  işimizə.  Bunu  da  vuraq  ... 

ölülərin sağlığına. Çörəyimiz onlardan çıxır.  

İçdilər. Qaqaşın başı tamam dumanlanmışdı, gözləri axırdı...  

Nəsrulla elə bil heç nə içməmişdi, çəkməmişdi. Durub qəbir üstündəki daşın bir 

tərəfindən yapışdı.  

-Tut görüm o biri ucundan. Qovraq ol əldən. 

-Ya Allah, - gücənib bir həmləylə sal daşı qaldırdılar. Nəsrulla çirkli qırış-qırış 

dəsmalını çıxarıb boynunun, alnının tərini sildi.  

-Hə, qaqaş, güc ver görüm.  

İkinci daşı da qaldırdılar, qırağa qoydular.  

Nəsrulla nəfəsini dərib: 

- Əlli qramımız qalıb, onu da gillədək, - dedi, - meyiti sonra çıxararıq.  

Nəsrulla arxası açıq məzara tərəf oturmuşdu, arağı stəkanlara özü süzdü.  

-Görürəm yaxşı, yeyib-içən cəyilsən, xoşum gəldi sənnən, - dedi, - içirəm sənin 

sağlığına.  

Stəkanı ağzına yaxınlaşdıranda Fazilin sifətində dəhşət ifadəsini gördü. Stəkan 

Fazilin əlindən düşdü, araq qəzetin üstünə dağıldı, qəzet səhifəsi yaş olub qaraldı.  

-Nədi? - Nəsrulla Fazilə baxdı 

-o... o... ra... bax...  

Nəsrulla başını çevirib qəbrə tərəf baxdı.  

Ağ kəfən içində çabalayan meyit qəbirdən çıxmağa çalışırdı.  

Fazil  dəli  kimi  yerindən  sıçrayıb  maşina  tərəf  qaçdı,  ayağı  büdrədi,  yıxıldı, 

durdu, özünü bir təhər alabaşa çatdırıb motoru işə saldı, maşın hərəkətə gəlib anında 

uzaqlaşdı.  

Nəsrulla  arağı  başına  çəkib  qəmli-qəmli  gülümsündü,  öz-özünə,  ya  Allah  bilir 

kiməsə:  

-Uşaq ki, uşaq, - dedi, - guya heç ömründə xortdayan ölü görməyib.  

 

 



 


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə