Göz muncuğu bakı 2014



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə3/29
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26265
1   2   3   4   5   6   7   8   9   ...   29

 

Çünki qəbrin açılma səbəbinin və bunu edən adamların niyyətinin əsərin gedişatına, 



əsas  ideyasına  bir  aidiyyatı  yoxdu.  Əsas  olan  Əhlimanın  özü  və  xarakteridi. 

Uşaqlıqdan  bu  yana  nəfsiylə,  bəd  nəzəri,  yaman  gözüylə  çoxlarının  axırına  çıxmış 

adamın hərəkətlərini, əməllərini, daha doğrusu, ətrafındakılara olan bu böyük kinin 

səbəbini yazıçı fəsildən fəsilə müxtəlif hadisələr, əhvalatlarla açır. Deyirlər, xarakterə 

aid bir çox məsələlərin təməli uşaqlıqdan qoyulur. İstər istedadın, savadın, fərqliliyin, 

istərsə də komplekslərin kökünü uşaqlıqda axtarmaq lazımdı. Yazıçı özü də, deyəsən, 

bu  qənaətdədir.  Çünki  elə  "Yaman  göz"  adlandırdığı  ikinci  fəsildən  Əhlimanın 

uşaqlığına  gedir  və  onun  ürəyində  insanlığa  qarşı  nifrət  yaradan  bir  neçə  səbəbi 

göstərir. İmkanlı qonşunun ərköyün oğlu Nəsibin hər gün Əhlimanı ələ salıb başına 

soyuq su əndərməsi, əyyaş atasının anasını da, onu da qayışla döyməsi, kasıblıqdan 

əyninə  fərli  paltar  ala  bilməməsi  və  s.  Hələ  uşaqlıqdan  bütün  bunlar  balaca 

Əhlimanın  qəlbini  kinlə,  nifrətlə  doldururdu.  Gözləri  qəlbin,  ürəyin  aynası  hesab 

edirlər.  Məncə,  burada  da  göz  sadəcə  vasitədi...  İçdəki  xıltı,  kiri  üzə  çıxaran, 

"istiqamətləndirən"  detaldı.  Əslində,  yazıçının  təsvir  etdiyi,  göstərdiyi  hadisələrin 

dərinliyinə  gedəndə  düşünürsən  ki,  əksi  də  mümkündü,  bəlkə.  Yəni  müxtəlif 

əzablardan  keçmiş  adam  yaxşı  insan  da  ola  bilər.  Xeyir  əməllərin  də  sahibi  olar. 

Amma burda qəhrəmanın çəkdiyi əzablar, həyatda üzləşdiyi haqsızlıqlar ucbatından 

pis  adama  çevrilməsi  yox,  şər  toxumunun  hansısa  əzablar,  haqsızlıqlardan 

"qidalanıb" göyərməsi göstərilir. Yəni o şeytan xisləti Əhlimanın içində var, amma 

üstəgəl  də  bunun  böyüməsi,  inkişafı  üçün  mühit,  şərait  var.  Hansını  ki,  yazıçı 

müxtəlif  hadisələr  vasitəsilə  çatdırır.  Və,  məncə,  müəllifin  bəzən  keçmişə, 

qəhrəmanın  uşaqlığına,  bəzən  bu  günə  qəbirdən  sonrakı  həyatına,  bəzən 

yeniyetməliyinə, bəzən də gələcəyinə getməsinin əsas səbəbi budur. Yazıçı sualların 

cavabını Əhlimanın keçmişində, indisində, gələcəyində axtarır. Deyək ki, uşaqlığında 

əsas  kompleks  kimi  atasının  qırmancları,  Nəsibin  soyuq  suyu  detaldısa, 

yeniyetməliyində  bu  detal  çoxlarının  "istifadə"  etdiyi  qadınla  əlaqəsidi.  Və  bütün 

bunlar Əhlimanın zaman-zaman aşağılanmasını, həyatının hər stadiyasında müxtəlif 

travmalar  almasını  ifadə  edir.  Aşağılanan  adamın  isə  intiqamı  yaman  olur...  Hələ 

üstəlik,  ona  təbiətdən  pis  göz,  bəd  nəzərlə  məhv  eləmək  kimi  "bacarıq"  verilibsə... 



 

Beləsiylə mübarizə aparılmalıdı. Və bu mübarizəni aparan da elə qəhrəmanın özüdü, 



yəni  ikinci "mən"idir.  Ona görə  Əhlimanın həm  də bəd nəzər,  pis  göz  məsələlərini 

elmi  cəhətdən  araşdırması,  okkultizm  üzrə  müdafiə  etmək  istəməsi  təsadüf  deyil. 

Əslində, Əhliman sadəcə öz dərdinin, bəlasının çarəsini axtarır. Bunu "Qeyb olmuş 

qaraj"  fəslində  daha  aydın  hiss  etmək  olur.  Çox  güman  ki,  süpürgəçi  Dadaşın 

gördüyü, arvadına dili-dodağı əsə-əsə danışdığı siçanlar məsələsi, qarajda gizlədilmiş 

aparatura-filan  söhbəti elə-belə, göydəndüşmə  deyil. Əhliman  neqativ  enerjisini, pis 

nəzərini "müalicə" etməyə çalışır, siçanlar üstündə təcrübələr aparır. Amma kiminsə 

bundan  xəbər  tutmasını  öyrənəndə  içindəki  şeytan,  şər-Əhriman  oyanır,  öz  işini 

görür...  

Ümumiyyətlə,  bu  cür  qeyri-adi  adamlar,  mistik  qəhrəmanlar  Anar  nəsri  üçün 

xarakterikdi. Məsələn, "Mən, Sən, O və telefon" hekayəsində qəhrəmanın bir qadını 

öz-özünə  qısqanması,  özüylə  rəqabətə  girməsi,  yaxud  "Əlaqə"  povestində  mistik 

hadisələrlə,  əhvalatlarla  üzləşən,  yaxud  da  bunları  sadəcə  uyduran  tələbə  obrazı, 

"Qırmızı limuzin"də ölüm kabusundan qurtula bilməyən, hər yerdə qabağına qırmızı 

limuzin çıxan qəhrəman və s. Bu mənada Anarın əsərləri təhlil edilərkən onun həm 

də  fantast,  sürrealist  yazıçı  olması  nəzərə  alınmalıdır.  Çünki  bəzi  məsələləri  sadə 

məntiqlə,  real  təhlillərlə  izah  etmək  mümkün  deyil.  Məsələn,  elə  bu  əsərdə 

Əhlimanın Diri Babayla görüşünə, yaxud Əshabi Kəhf ziyarətinə necə real baxasan? 

Bütün  bunlar  sürrealist  cizgilərlə  təsvir  olunur  və  qəhrəmanın  qeyri-adi,  bir  az  da 

izaha gəlməyən həyatını, hərəkətlərini müəyyən dərəcədə ifadə edir.  

Əsərin  daha  bir  üstünlüyü  bütün  obrazların  xarakter  olaraq  yaradılması, 

bütövlüyüdür.  Ən  kiçik,  hətta  epizodik  sayıla  biləcək  obraz  da  nəsə  deyir,  nəyləsə 

düşündürür,  təsirləndirir.  Məsələn,  min  illərdi  qəbir  qazan  bakılı  Nəsrulla.  Ölünün 

dirilməsinə,  qəbirdən  xortlayıb  qalxmasına  təəccüblənmir,  əynindəkiləri  də  sakitcə, 

dinməz-söyləməz  çıxarıb  "təzə  diri"yə  verir.  Qəbir  açmaq  kimi  ağır  işi  sıradan  bir 

məsələ  sayır.  Qəbiristanlıqda  da  yeyib-içməyindən  qalmır.  Əslində,  bu  fəsillə  və 

Nəsrulla  obrazı  ilə  yazıçı  insan  psixologiyasının  maraqlı  bir  tərəfini  göstərir. 

Zamanla, yaşadıqca, gördükcə hər şey adiləşə bilir. Hətta qəbirləri açmaq, meyitləri 

oğurlamaq,  ölünün  dirilməsi  belə...  Necə  ki,  Nəsrulla  üçün  adiləşmişdi.  Amma 



 

10 


nədənsə  qəbir  "həyatını"  belə  görən  Əhlimandan  ötrü  mühitin  qamçıları  atasının 

qırmancları  qədər  ağırdan  ağır  olaraq  qalırdı.  Və,  məncə,  yazıçının  onu  həyata 

yenidən qayıdan kimi daha bir zərbəylə, yetirməsi Zakirin xəyanətilə qarşılaşdırması 

təsadüf deyil. Çünki bir dəfə ölüb dirilmiş adam dünyaya başqa cür baxa, xasiyyəti 

dəyişə, həyata daha çox bağlana bilərdi. Bir sözlə, Allahın verdiyi daha bir şansdan 

içindəki  Xeyir  -  Hörmüzd  oyanardı.  Amma  Əhlimanın  elə  evinə  gələn  kimi 

tələbəsinin  hərəkətini  -  üç  gündü  ölmüş  müəllimin  evinə,  elmi  nailiyyətlərinə,  hələ 

üstəlik,  simpatiya  bəslədiyi  qadına  sahib  çıxmasını  görməsi  o  şeytanın  da 

"dirilməsinə" səbəb olur. Ən pisi isə budur ki, Əhlimanın qəzəbinə gələn adamların 

başlarına müxtəlif bəlalar gəlir. Kimsə qəzada ölür, kimsə tutulur, kimsə başqa yolla 

bədbəxt olur. Bir sözlə, onun "gözündən yayınmaq" çətin məsələdi.  

Əhlimanın Diri Babayla görüşündə Diri Baba ona deyir:  

"İnsan  özü  özünü  yaradır,  istəsə  özünü  Hörmüzd  kimi,  istəsə  Əhriman  kimi 

yetişdirə bilər. İnsanın içində hər ikisi var - Hörmüzd də, Əhriman da...". 

Yazıçı  Diri  Babayla  görüşün  reallıqda  baş  verməsini,  yaxud  qəhrəmanın  bunu 

xəyal etməsini sual altında qoyur. Amma mənə görə bu, müxtəlif fəlsəfi cərəyanları, 

istiqamətləri,  dini  inancları  oxuyub  öyrənən,  bu  sahədə  araşdırmalar  aparan,  eyni 

zamanda  özünün  təzadları,  dünyası,  hissləri  əlində  aciz  qalan  Əhlimanın  özüylə 

görüşüdür.  Bütün  bu  mübahisələr  onun  içində  gedir.  Əhrimanla  Hörmüzdün 

mübarizəsi  kimi...  On  ikinci  fəsildə  -  "Karma"  hissəsində  bu  məsələlər  məhz 

Hörmüzdün  dilindən  açıqlanır.  Burada  Əhlimanın  xeyir  tərəfi  danışır.  Oxuduğu 

kitablardan,  hind  fəlsəfəsindən,  Karmadan,  dzen-buddizmdən,  ekzistensializmdən 

söz  açır,  bəlasından,  təbiətdən  gələn  dərdindən  xilas  olmağın  yolunu  göstərir.  Və 

sonda  oxucuya  kiçik  bir  ümid  də  verir...  Yaman  gözdən,  yəni  Əhrimandan 

qorunmağın yolunu tapmasına az qaldığını bildirir...  

...  Və  Aydan  gəlir!  Bu  Allahın  işidir,  əslində.  Əhlimanın  içindəki  şərlə 

mübarizəsi  üçün,  Xeyirin  qalibiyyəti  üçün  gəlib  Aydan!  Xilas  kimi... 

Somnambulizmdən  əziyyət  çəkən  gənc,  gözəl  bir  qızın  eyvandan  keçib  Əhlimanın 

otağına gəlməsi çox təsirli səhnələrlə təsvir olunub. Ümumiyyətlə, Aydan fəsli əsərin 

bütün  başqa  bölümlərindən  həm  təsvirlərin  incəliyi,  zərifliyi,  həm  də  ahəngi, 




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə