Göz muncuğu bakı 2014



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə15/29
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26265
1   ...   11   12   13   14   15   16   17   18   ...   29

 

47 


Sərginin qalabalığında (hətta hardasa kvartet musiqi çalmağa başlamışdı), yalnız 

Rübabənin xəyali iniltilərini və çılğın pıçıltılarını eşidirdi.  

Rəssam müxbirlərin əhatəsində müsahibəyə başı qarışdığından, Əhliman cəsarət 

edib  Rübabənin  telefonunu  istədi.  Rübabə  əsla  özünü  naza  qoymadan  balaca,  üstü 

muncuqlu qara redikülündən vizit kartını çıxarıb Əhlimana uzatdı.  

O gündən zəngləşməyə başladılar. Rübabə haqqında heç nə bilmirdi, bilmək də 

istəmirdi.  Bilmirdi  ərdədir  ya  subaydı,  ərindən  boşanıb  ya,  bəlkə,  dul  qalıb?  Hər 

halda,  istədikləri  vaxt  zəngləşə  bilir  və  saatlarla  maneəsiz  danışa  bilirdilər.  Hər 

şeydən danışırdılar - kitablardan, teatr tamaşalarından, musiqi və rəsm əsərlərindən, 

filmlərdən.  Rübabə  hansısa  bəstəkarı  və  aktyoru  tərifləyəndə  Əhliman  narahat 

olurdu.  Ürəyinə  dammışdı  ki,  heç  vaxt  o  rəssam  ya  artistin  şöhrətinə  sahib  ola 

bilməyəcək. Bu qısqanclıq rəqabət hissi deyildi, sadəcə, aşiq olduğu qadının yanında 

özünün,  Əhlimanın  ona  sahib  olması  üçün  heç  vaxt  müəyyən  səviyyəyə  çata 

bilməyəcəyindən  doğan  əzab  idi  və  bu  taleyindənmi,  qismətindənmi,  qəzavu 

qədərdənmi  öc  almaq  istəyini  oyadırdı.  Daha  yaxın  olmaları  üçün  Əhlimanın 

köməyiylə eyni elmi idarədə işləməyə başladılar...  

Bir  dəfə  Rübabə  dəbdə  olan  filmdən  söz  açanda,  filmi  görmədiyini,  amma 

hamının o barədə danışdığını deyəndə, Əhliman: - gəlin sabah gedək baxaq, - dedi.  

Səhərisi gün axşam 8-ə on beş dəqiqə qalmış “Nizami” kinoteatrının qarşısında 

görüşməyi  qərarlaşdırdılar.  Əhliman  yarım  saat  tez  gəldi,  kassadan  axırıncı  sıraya 

bilet istədi. Onun öz niyyəti vardı.  

Rübabə  danışdıqları  vaxt  gəldi.  Vurduğu  fransız  ətirlərinin  qoxusu  özündən 

qabaq çatdı Əhlimana.  

İçəri  keçdilər,  axırıncı  sırada  əyləşdilər.  Salon  qaranlıqlaşıb  film  başlayanda 

Əhliman Rübabənin əllərini əlinin içinə aldı. Şahadət barmağıyla Rübabənin ovcunu 

sığallamağa  başladı.  Qadın  əlini  çəkmirdi.  Hansı  məqamdasa  Rübabə  başını 

Əhlimanın çiyninə qoydu. Əhlimana elə gəldi ki, bu, ən yaxın zamanda baş tutacaq 

intim təmaslarına bir işarədir, ismarışdır. Ekranda tam qaranlıq kadrlar görünəndə və 

salon da təbii zülmətə qərq olanda, Əhliman sol əlini Rübabənin sağ dizinin üstünə 



 

48 


qoydu, yavaş-yavaş yuxarı tərəfə sürüşdürməyə başladı. Rübabə sanki birdən  - birə 

ayılmış kimi Əhlimanın əlini itələdi, yerindən sıçrayıb iti addımlarla salondan çıxdı.  

Əhliman  da tez  durub onun  ardınca getdi...  Rübabə  pilləkanlara  tərəf tələsirdi. 

Əhliman: 

-Rübabə,  Rübabə  xanım,  bağışlayın,  siz  Allah,  -  deyə  çığırsa  da,  qadın  məhəl 

qoymadı, qanrılıb geri baxmadan uzaqlaşdı.  

Yeyin addımlarla pilləkanlarla enməyə başladı... Əhliman onun düm-düz şümal 

kürəyinə,  belindən  aşağı,  yumru  çiçəsinə,  yuvarlaq  budlarına,  dolu  baldırlarına, 

alaaçıq çəkmələrindən görünən topuqlarına baxırdı...  

Rübabənin qəflətən ayağı büdrədi, üzüqoyulu pilləkanlara yıxıldı, iki - üç dəfə 

mayallaq aşdı. 

Əhliman  və  qapıda  dayanan  biletkəsənlər  ona  tərəf  qaçdılar.  Rübabə  zarıyırdı. 

Sol ayağı sınmışdı... Üç ay xəstəxanada, gips içində qaldı.  

 

YEDDİNCİ FƏSİL 



DİRİ BABANIN SORAĞINDA 

 

“Xudavəndi  - aləm insanın qəlbində müəyyən bir sirr də 



yerləşdirib.  

Atəş  dəmirdə  ya  daşda  gizləndiyi  kimi,  bu  sirr  də  orda 

gizli  qalır.  Ancaq  dəmir  çaxmaq  daşına  çırpılanda  qıgılcım 

çıxır”.  

ƏL QƏZALİ 

 

“Dzen  təcrübəsində  gözün,  baxışın  rolu  çox  önəmlidir. 

Gözlər açıq olanda fikir ətraf, görünən mühitə yönəlir və bu, 

daxili düşüncələrə əngəl törədir”.  

 SEKUDİ KATSUKİ,  

«Dzen təcrübəsi»ndən  

 



 

49 


Tələbəlik illərində cəmisi iki nəfərlə dostluğum vardı, naxçıvanlı Möhsünlə və 

şəkili Zeynalla. Bəlkə, bu yaxınlığın bir səbəbi də, başqa oğlanlardan fərqli, onların 

abırlı  davranışları  idi,  heç  vaxt  heç  bir  qadına  pis  gözlə  baxmaz  və  axvayı  sözlər 

danışmazdılar.  Özləri  də  can  bir  qəlb  dost  idilər,  amma  elə  hey  bir-birilərinə 

sataşardılar, Zeynal Möhsünə: 

-Əzizim “ÇAY”, “ÇAY”, yadında saxla “çay”, “say” niyə deyirsən?  

-Bəs onda çələmə nə deyək? 

Zeynal uğunub gedir, mənə göz vururdu: 

-Demə “ç” hərfini kələm sözüyçün saxlayıbmış e...  

Möhsün: 


-Buna  bax  e,  mənə  dil  öyrədir.  Bir  dəfə  Şəkidəydim,  radioyla  bir  şair  şeir 

oxuyurdu:  

Dağlara qar yağıtdı, 

Külək gəldi dağıtdı... ha - ha- ha. Buna nə deyirsən?  

Amma Möhsünün ən çox qürur duyduğu Naxçıvanın möcüzələri idi. 

-Dünyanın tarixi Naxçıvandan başlayıb, bunu, bəyəm, bilmirsiz? Nuhun gəmisi 

Gəmiqayada lövbər salıb da. 

Zeynal: 


-Gəmi o dağ başına necə dırmaşıb? - deyə məsumcasına soruşurdu. 

Möhsün: 


-Ay  bisavad,  bəs  eşitməmisən  ki,  bir  vaxtlar  oralar  dənizmiş,  orda  hətta  bir 

qayaya  balıqqulağı  da  pərçim  olub.  Ora  qalxa  bilsəniz  görəcəksiniz  ki,  daşların 

üstündə kosmosla bağlı şəkillər var. 

-Bəlkəm, sən özün də elə kosmosdan təşrif gətirmisən yer üzünə?!  

Möhsün Zeynalın sözünə məhəl qoymadan davam edirdi: 

-Nuhun  qəbri  orda.  Vaxtıyla  Bəhruz  Kəngərli  çəkib  bu  qəbrin  şəklini.  Canım 

sənə desin, Əshabi - Kəf orda. Qurani-Kərimdə bəhs olunur e Əshabi - Kəfdən.  

-Ora Əshabi - Kəf deyil, osobı kefdi, - deyə ona sataşdı Zeynal. 

 Möhsün  yenə  şəkili  dostunun  atmacasını  qulaqardına  vurub  Xımraddan 

danışmağa başladı.  




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə