Göz muncuğu bakı 2014



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə6/29
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26265
1   2   3   4   5   6   7   8   9   ...   29

 

17 


eşidilir - ritmik bir döyüntü, sanki qatar səsidir, qatar harasa tələsir... Və mənim öz 

içimdə də bu döyüntüylə həmahəng nə isə çırpınır, gedib-gəlir...  

Qarın  nahiyəsindən  içinə  nə  isə  axırdı...  tük  ürpədən  (halbuki  hələ  tükü  də 

yoxdu)  bağırtı...  qadın  qışqırtısı...  Suya  qərq  olurdu...  az  qala  boğulacaqdı...  Hansı 

qüvvəsə itələyirdi onu.  

Çox-çox illər sonra ucalıqdan ölümə itələndiyi kimi, indi də həyata itələnirdi... 

Özünün yox, kiminsə ağrısıyla, nalələriylə, fəryadlarıyla, adda-budda sözləriylə dar 

bir tunelə pərçim olmuşdu, qurtulmaq istəyirdi... nəfəsi kəsilirdi...  

Hər  həmlə,  hər  çığırtı  onu  işığa  yaxınlaşdırırdı...  daha  bir  həmlə,  daha  bir 

qışqırıq. Birdən asudəlik duydu və üşüməyə başladı. Həmin andaca özü bağıra-bağıra 

ağlamağa başladı.  

Hardasa  oxumuşdu,  dünyadan  gəlib  keçən  bütün  insanlardan  yalnız  biri  - 

Zərdüşt peyğəmbər anadan olanda, ağlamırmış, gülürmüş.  

Niyə  ağlayırdı?  Canı  canından,  qanı  qanından  olan  varlığın  ağrılarıyla, 

əzablarıyla, gücənməsiylə onun içindən işığa çıxmış, gözəlim dünyaya gəlmişdi.  

Gəlmişdim.  Hansı  filosof  deyib  ki,  insan  dünyaya  səssizlik  içində  gəlir. 

Dünyaya  belə gəlmişdim,  dünyadan belə getməliydim  -  ani  bir  uçuşla.  Yerə sərilib 

yaşamımı qeyb etdikdən sonra torpağa gömülməliydim. Amma bunu xatırlamırdım. 

Şüurum  o  dəhşətli  uçuşla,  dəhşətli  ağrıyla  birlikdə  sönmüşdü...  İndi  də,  təbii, 

torpağın altında olmalıydım.  

Olmalıydı.  Ölülər  dünyasında.  Onda  bəs  bu  fikirlər  nə  idi,  beyninə  gilə-gilə 

süzülürdü, yaddaşını çeşidli səhnələrlə, səslərlə, fikirlərlə doldururdu?  

Ömrü  boyu  materialist  olmuşdu.  Ölümdən  sonra  başqa  bir  həyatın 

mövcudluğuna  heç  vaxt  inanmamışdı.  Bəlkə,  yanılırmış.  Bəlkə,  ömür  saat  kəfkiri 

kimi həyat və ölüm arasında o yan - bu yana gedib - gəlir. O yana - məlum. Bəs bu 

yana? Bu yanadamı qayıdırmış həyat kəfkiri? Bəs onda?  

O  dünya  dedikləri  buymuş  -  dardan  dar,  rütubətli,  kif  qoxuyan,  nəm,  soyuq, 

hənirsiz-səssiz...  




 

18 


Əli-qolu bağlı, hərəkətsiz uzanmışam. İndicə inkir-münkir gələcək, sorğu - suala 

tutacaq...  Ölülər  zarafat  da  edərmiş?  Ölu  olduğumu  dəqiq  dərk  edirəmsə,  bu, 

gerçəkdən də ölümdümü?  

Elektirik cərəyanı çalmış kimi qəfil bir fikir beynimi yandırdı: ölü deyiləm.  

Diriyəm... Diri-diri gömülmüşəm torpağa, və indi hansı möcüzəyləsə ayılmışam 

bu  ölüm  yuxusundan...  Əlim-qolum  bağlı,  bütün  vücudum  kəfənə  bükülü,  sım-sıx 

sarılı... Deməli, məni meyit bilib basdırıblar, məzarın üstünə ağır, sal daşlar qoyub, 

üstünə torpaq səpiblər...  

Bunu  dərk  etməkdən  ürəyi  dayana  bilərdi.  Kaş...  Düşündü  ki,  bu  çıxılmaz 

çıxmazdan yeganə çıxış olardı. Ayrı çıxış yoxdu. Kəfəni yırtıb çıxa bilsə belə, ağır 

sal daşları qaldırmağa, torpağı kənara atıb «xortlayıb» qalxmağa gücü çatmazdı...  

Yeganə  xilas  yolu  (xilas  ha!)  səbr  edib,  canını  dişinə  sıxıb,  gerçək  ölümü 

gözləməkdi... Görən neçə vaxta çatacaq məzarın havası?  

Görən  neçə  gündür  dəfn  olunduğum?  Hələ  nəfəs  alıramsa,  deməli,  lap 

yaxınlarda  basdırılmışam.  Gerçək  ölüm  son  nəfəsimi  kəsincə  havasızlıqdan 

boğulacaq,  işgəncələr  çəkəcəyəm.  Məzar  qurdları  kəfənimi  didəcək,  sonra  canıma 

daraşacaqlar...  Allah,  nəydi  günahım?  Sənə  inanmamağım?  Vallah,  ürəyimin 

dərinliyində inanırdım, intəhası, mühit, şərait eləydi ki, «inanmıram» deməliydim.  

Hə,  indi  Allaha  üz  tutursan,  ömrün  boyu  varlığını  dandığın  Allaha...  Allaha 

təvəkkül... Allahdan başqa heç nəyə, heç kimə ümid yoxdu...  

Məni  burdan  yalnız  Allah  adlanan  Möcüzə  qurtara  bilər.  Yox,  xam  xəyaldı, 

bəlkə,  məni  cəzalandıran  də  elə  Allahın  özüdür.  Əlbəttə,  əgər  doğrudan  da  varsa. 

Deməli, yenə Onun varlığına şübhəylə yanaşırsan. Bax, budur cəzanın səbəbi. Yox, 

Allah,  axı,  xırdaçı  deyil,  əstafurullah,  bilir  ki,  ona  inansam  da,  inanmasam  da 

həyatım  boyu  əməli-saleh  ömür  sürmüşəm.  Heç  kəsə  pisliyim  dəyməyib.  Heç  bir 

xilafi - vicdan iş görməmişəm.  

Sənə  elə  gəlir.  Sənin  öz  əməllərinə  verdiyin  qiymətdir,  bəlkə,  sənin  Xeyir 

bildiyin kiminçünsə Şər imiş.  

Allah  varsa,  deməli,  O  biri  dünya  da  var.  Deməli,  yalnız  dözüb  gözləməlisən, 

hər  bir  əzaba  təhəmmül  göstərib  Xilas  kimi  Ölümü  gözləməlisən.  Gerçək  Ölümü. 




 

19 


Ölümdən sonra, həqiqi ölümdən sonra isə başqa bir həyat başlayacaq və orada bütün 

cavabsız  sualların  cavabını  tapacaqsan.  Bu  dünyadakı  bütün  haqsızlıqların  əvəzi 

çıxacaq.  

Hardan gəlib düşdü birdən beynimə KARMA sözü? Karma nə deməkdir, hansı 

dildədir  bu  söz?  İndi  bu  qədər  doğma  bildiyi  sözü  heç  cür  yada  sala  bilmirdi.  Bu 

mövzuda oxuduğu kitabları bir-bir yaddaşına qaytarmağa çalışırdı. Hər halda, vaxtı 

öldürməkçün bir məşğuliyyətdi. Həm də bu vəziyyətində ona bir az təsəllidir.  

Ölümdən sonra həyat... Yenidən yaşamaq... Başqa həyat... O biri dünya...  

Bir vaxtlar Daniil Andreyevin

1

 kitabında oxuduğum və oxuduğum zaman məni 



mat  qoyan  sözlər  yadıma  düşdü...  Daniil  Andreyev  yazır  ki,  son  dəfə  üç  yüz  il 

bundan əvvəl ölübmüş. Elə bir ölkədə ki, çox qədim və güclü mədəniyyəti var. İndiki 

həyatında  Daniil  ta  körpəlikdən  ömrü  boyu  o  köhnə  vətəni üçün qəribsəyib,  çünki, 

dediyinə görə, o ölkədə bir yox, bir neçə dəfə yaşayıb. Ölüb, dirilib.  

Bəlkə, doğrudan da belədir. Axı, yadımdadır, Mövlana da deyirdi ki, nadanlığın 

ən səfeh və ən alçaq şəkli bu həyatdan sonra başqa həyatı inkar etməkdir.  

Sufilərin məşhur lətifəsini xatırladı. Kəpənəyi şamın odu cəlb edir. Uçub özünü 

alova vurub yanır. Gözləyirlər ki, dönəcək, gördüklərini danışacaq. Amma o, atəşin 

içində qeyb olur, nə izi, nə adı, nə ondan bir nami-nişanə qalır. Bir də, niyə qayıtsın 

ki, Sevdiyinə qovuşub da.  

Sevdiyi - Allahdır, Sufi düşüncəsində ölüm Allaha qovuşmaqdır.  

Bəs  bilmirsən  sənin  ən  böyük  günahın  nəydi?  Heç  nəyə  inanmamağın  yox. 

Allahı danmağın da yox, xeyr. Özünü Allah saymağın. Allahlıq iddian. Bəni- insana 

mənsub  olmayan,  yalnız  Allaha  aid  əməllərlə  məşğul  olmağın.  Fərqi  yoxdur,  nə 

məqsədlə;  Xeyirəmi,  Şərəmi  ...  Mülayim  bir  yay  səhəri.  Bakının  köhnə,  dar,  kələ-

kötür küçələrindən biri... . Birmərtəbəli evin qabağındakı səki. Daz başının gicgahları 

ağarmış  sinli,  tor  maykalı  kişi,  tor  maykasının  altından  pırpız  tükləri  görünür. 

Əvvəlcə  səkini  sulayır  (qızmar  asfaltdan  qalxan  buxar)  ...  Kətilin  üstünə  salınmış 

qəzet,  qəzetin  üstündə  armudu  stəkanda  çay...  Zəncəfil,  mixək,  limon  qoxusu... 

Qırtdama qəndi stəkana batırıb ağzına aparır, çaydan bir qurtum içir...  

                                                 

1

 



Roza mira» kitabının müəllifi Daniil Andreyev məşhur rus yaşıçısı Leonid Andreyevin oğludur. Özü də yazıçi olan Daniil Stalin 

repressiyalarının qurbanlarındandır. 


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə