Göz muncuğu bakı 2014



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə5/29
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26265
1   2   3   4   5   6   7   8   9   ...   29

 

14 


 

Dünya birdən soyuyacaq, 

Yuyucu tənim yuyacaq. 

Axır ki, qəbrə qoyacaq, 

Əcəb nola halım mənim. 

 

Beş qarış bezdəndir donum, 

İlan-çayan yeyə tənim. 

Hara dönsəm daşdı yönüm, 

Əcəb nola halım mənim. 

YUNUS İMRƏ  

 

«İnsan  ancaq  qarğıdır,  təbiətdə  zəiflərdən  zəifdir,  amma 



o,  düşünən  qarğıdır.  Kainat  onu  məhv  etmək  istəsə,  zora 

düşməz, asanlıqla  öldürə  bilər.  Amma  əgər  Kainat  onu məhv 

etsə  belə,  İnsan  onu  öldürəndən  daha  ləyaqətlidir,  çünkü  o, 

öldüyünü  bilir,  amma  onu  öldürən  Kainat  özünün  bu 

üstünlüyü barədə heç nə bilmir». 

BLEZ PASKAL, 

fransız filosofu 

 

«Ölüm  bütün  insanlığın  ümumi  xoşbəxtliyidir.  Bizi  O 

dünyada  əbədi  səadətmi  gözləyir?  Bu  sualın  cavabı  bizi 

uçurum  qarşısına  gətirir  ki,  şüurumuz  bu  uçurumu  adlayıb 

keçməyə qadir deyil».  

SÖREN KYERKEQOR, 

Danimarka filosofu  

 

Ağrı... dəhşətli, dözülməz ağrı... Bədənimin, sifətimin hər qarışına köz basırlar. 



Ağrıdan qışqırmaq... səsim çıxmır 


 

15 


Ağrı...  qaranlıq...  Zil-zülmət  qaranlıq.  Göz  gözü  görmür.  Gözlərim  heç  nə 

görmür. Gözlərim qapalıdır... 

Ağrı...  dəhşətli,  dözülməz  ağrı...  Yavaş-yavaş  yaddaşım  oyanır...  Yüksəklik. 

Çoooox-çoooox  uca  yüksəklik.  Dağ  zirvəsi?  Yox,  deyil.  Qarşımda  dibi  görünməz 

uçurum... Uçuram...  

Hündür binanın təpəsindən... Qarşımda uçurum... Uçuram...  

Kimdi  arxadan  yaxınlaşan...  Bir  əli  çiynimdə,  bir  əli  belimdə...  Güclü  təkan. 

Uçuram...  

Uçurumun  dibi  -  küçə.  Binalar  mayallaq  aşır...  Saniyənin  mində  biri...  Zərbə. 

İçimdə  nə  isə  qopub  tökülür...  Sifətim  istidən  buğlanan  asfalta  yapışıb,  fətir  kimi 

yastılanıb. Burnum yanaqlarımın arasından harasa içəri çökür.  

Ağrı ... Dəhşətli ağrı, dözülməz ağrı... Beynimdə ildırım çaxır.  

Sonra... heç nə...  

... nə ağrı, nə işıq, nə qaranlıq... səssizlik, sükut...  

İndi  ağrıdan  ağrı  deyildi,  ağrının  təsəvvürü  idi.  Haçansa  duyulmuş  ağrının 

yaddaşda həkk olunmuş xatirəsi...  



Göz qapaqlarını güc verib ağır yük qaldıran kimi qaldırdı. Zil-zülmət qaranlıq... 

Bu - qapalı gözlərin içində çəhrayı, sarı, yaşıl dairələr oynaşan qaranlıq deyildi, açıq 



gözlərin  qaranlığı  idi.  Bütün  aləmə  çökmüş  qaranlıq...  Heç  yerdən  iynə  ucu  boyda 

işıq gəlmir. Elə qatı qaranlıq idi ki, göz heç vaxt buna alışıb nəyisə seçə bilməyəcək.  

Nə  qədər  baxırsan  -  bax,  ətrafdakı  əşyaların  cizgilərini  bir-birindən  ayıra 

bilməyəcəksən. Əslində, ətrafda heç bir əşya da yoxdu. Ətrafın özü də yoxdu. Dar, 

qaranlıq bir torbanın içindəydi sanki.  

Ana  bətninin  qaranlığı...  bayır  dünyanın  rəngləri  haqqında  heç  bir  təsəvvür 

olmayan  vaxtın  qaranlığı.  Ya  da  dünyaya,  işığa  çıxmısansa,  yenə  də  anadangəlmə 

korun qaranlığı içindəsən.  

Varlığına birdən-birə dözülməz ağrıyla bir yerdə çökmüşdu bu qaranlıq və indi 

ağrı  hoyutqayıb  canından  çıxandan  sonra,  o  qısa  anın  xatirəsi  ağrının  özü  qədər 

göynədirdi...  



 

16 


Ağrı  ona  şüurunu  qaytarırdı,  şüuru  damla-damla,  qətrə-qətrə,  misqal-misqal 

qımıldanmağa başlayırdı.  

Kim idi itələyən onu bu yüksəklikdən? Ani uçuşdan sonra içində ani partlayış, 

sanki  bütün  içalatı  qopub  töküldü.  Bəs  bu  su  hardandı,  leysan  yağış  kimi  başına 

yağırdı. Duş,.. «duş» türklər yuxuya deyir. Bizdə duşa çilək deyənlər də var. Amma 

bu  su  duş  kimi  çiləmirdi,  «ucundan  tut  göyə  çıx»  yağmur  da  deyildi.  Dopdolu 

ləyəndən əndərilmiş kimi, başdan-ayağa bütün bədənini islatmışdı, bütün vücudunu 

soyuq  bir  gündə  sızım-sızım  sızıldatmışdı,  ətini  biz-biz  etmişdi.  ...  Vücud... 

Vücudnamə. İnsanı dünyaya gəldiyi andan son dəqiqəsinəcən təsvir edən şeir. Hətta 

ölümündən sonra qəbirdəki vəziyyətini də... Hansı filosof deyib, ölüm anında,  - bu 

qəfil  ölümdürsə  belə,  -  hər  bir  insan  bütün  yaşanılmış  ömrünü  görür,  ən  xırda 

hadisələrinədək...  

Çapıq sifətli adam göründü birdən yaddaşında... nərdtaxta səsləri, atılan zərlər, 

şeş çahar, cüt sə pənc qoşa; Qoşa pənc daha çox qalmışdı yadında. Qocaman alim... 

Od  içində  yanır...  alovdan  qurtulmaqçün  xalçaya  bürünür,  xalı  da  alışıb  yanır... 

Qırmızı zolaq-zolaq xalatımı geyinmiş Zakirın bərəlmiş gözləri, çılpaq qadın belində 

küpə yerləri... Qaranlıq salonda ağaran qadın dizləri... Kimdi o qadın? Ölüm mələyi? 

Əzrayıl?  

Ölüm  beləymiş...  Bəs  o  yüksəklik,  uçuş,  ağrının  xatirəsi...  Tanış  sifətlər... 

Ölübsə,  bunları  necə  xatırlayır?  Bəlkə  o  dünya  dedikləri  budu...  Nədi  ölüm  -

həmişəlik Son ya başqa bir həyatın başlanğıcı...  

Ən  çox  darlıqdan  sıxılırdı...  Əl-qol  atmaq  istəyirdi,  əli-qolu  bağlıydı... 

Yaddaşında  bir  xatirə  oyandı.  Misirdəydi,  dar  tunellə  ehramlara,  piramidalara  tərəf 

sürünürdü... Birdən ürəyi sıxıldı, durmaq istədi, amma boru kimi dar tunelin içində 

qalxa bilməzdi, qarşısında da onun kimi sürünən turistlər, arxada da turistlər... daha 

nə  arxaya,  nə  qabağa  keçmək  mümkün  idi,  başını  da  qaldıra  bilmirdi,  bax,  bu  saat 

təngiyəcək, ürəyi partlayacaq...  

Partlamadı.  İndi  də  eyni  hissi  keçirirdim.  Amma  bapbalacaydım,  bir  əlcə... 

bədənim,  əllərim,  ayaqlarım  nəm,  çiriş,  yumşaq  divarlara  dəyir.  Qanlı  və  duru 

maddədən ibarət hörrənin içindəyəm. Qaranlıq və sükut içində çox uzaqlardan bir səs 




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə