زﺆﺳ ﻖﻴﭼﺁ
org
.
achq
.
www
Şir u Xurşid Teatrının Salonunda
Təqribən il yarım bundan əvvəl bu salonda iranın bu müharibədən salım çıxıb öz
istiqlalını hifz edəbiləcəyini dəlillərlə isbat etmişdim. İndi də o əqidəm baqıdır. Bu xüsusda bir
söz ola bilməz. Çünkü dünyanın ən böyük simaları bu xüsusda İran millətlərinə təəmin
vermişlər.
Əslən istiqlal mövzuu qabil bəhs bir mövzu deildir. Kimsə onu inkar etmək istəmir.
Sabıq demokrat firqəsinin rəhbərlərindən mərhum Müsavat bizə istiqlal sözünü ortaya
atmamağı tövsiyə edirdi və deyirdi ki, bu məsələ məşkük və qabil bəhs olduğu vaxt mövrid
bəhs ola bılər. İran istiqlalı hətmi və qeyriqabil bəhs mövzulardandır.
Mən bu məsələni məxsusən irəli çəkdim ki, firqəmizin aydın və aşikar olan şüarları
müğrizlər tərəfindən suitə’bir olunmasın.
Burada aqayi Pişəvəri havada İran xəritəsini tərsim edərək əlavə edir: Mən açıq
deyirəm bizim sözümüz və tələbatımız bu nəqşədən xaricdə deyildir. Biz İran sərhədi
daxilində danışırıq. Bir dəfə hamı bunu nəzərdə tutursa danışıb anlamaq üçün asan olacaqdır.
Bu məclis mənim ikinci müfəssəl nitqimi xatirə gətirə bilər. O gün mən 16 min
azərbaycanlı tərəfindən məclisə intixab olunmuşdum. Ola bilsin o nitqi eşidənlərdən burada
bir çoxları hazırdır. Mən o gün məmləkətin vəziyətini nəzərə alıb dedim bir vəkil vasitəsi ilə
məmləkəti fəlakətdən qorumaq olmaz. O gün mən çox mütəəssir idim. Zira sadə bir kargər
böyük şövq və tə'ssür ilə mənim çiynimdən öpüb «Get səni allaha tapışırdım. Bəlkə bizim
dərdlərimizə çarə edə biləsən!» demişdi. Mən bilirdim məmləkətin məxsusən Tehranın hazırkı
şəraiti durduqca mən o kişinin arzusunu əncam verməyə müvəffəq ola bilməyəcəyəm. Ona
görə mən bu gün xalqa müraciət edib kömək istədim və dedim: Vəkil təkbaşına heç bir iş
görə bilməz: Xalq özü əl- ələ verib öz dərdlərinə çarə tapəmalıdırlar.
Tehrana gedib məclisə varid olduqdan sonra yəəs və naümidliyim şiddətləndi. Orada
minlərlə telqraflar və təzəllüm əriyzələrinin cavabsız qaldığını gördüm: Şövq və həvəs ilə
təşkilinə çalışdığımız Azadi fraksiyonuna varid olan şəxslərin çox kiçik və qərəzamız məqsədlər
dalınca getdiklərini seyr etdim. Bütün məclis və dövlət təşkilatının beş uç muğrız oğru, yalançı
və hoqqabaz mürtəcelər əlində alət olduğunu bir daha təcrübədə anlamağa müvəffəq oldüm.
Bu müşahidat mənim ruhumda böyük təəsir bağışladı. Bilirdim məclis kürsülərini qəsb
edən xainlərilə mənim suyum bir arxa getmiyəcək və hiss edirdim ki, bu yol kəsənlər dəstəsi
mənim aralarına girməyimə asanlıq ilə razı olmayacaqlar. Ona görə fürsətdən istifadə edib
sözlərimi dedim. Məni 16 min rə'y ilə intixab edib məclisə göndərən Azərbaycan xalqının
ehtiyaclarını sayıb söylədim. Sözlərimi böyük bir diqqət və dərin bir sükut ilə eşidib təsdiq
etdilər. Lakin təsdiqlər xəyanətlərini gizlətmək üçün qara bir pərdədən başqa bir şey deyildi.
Fürsət əllərinə düşən kimi də «Bu azərbaycanlı rahat oturan adama bənzəməyir bunu
buradan uzaqlaşdırmaq lazimdir» deyib e’tibarnaməmlə tülkülərə yaraşan alçaqlıq ilə
müxalifət etdilər.
Bununla belə məəyus olmayıb Cibheyi Azadi ətrafına toplanan azadixahların köməyi ilə
mübarizəyə başladıq. Əfsus ki, hərarətli məqalələr, şiddətli cümlələrimiz təəsirsiz və cavabsız
qalldı. Tehran təkan yedi amma irticaa doğru, amma xalqların hüququnu ayaqlar altında
payəmal etməyə doğru.
Vəziyət biləxərə elə bir ağır hal aldı ki, artıq Tehranda oturub məqalə yazmaqdan ya
nitq etməkdən bir nəticə olabilməyəcəyini yəqin etdim. Naçar bir il bundan əvvəl təbrizdə
uzun uzadı bəhs etdiyimiz məsələ ətrafında düşünməyə başladım.
Bu çox sadə bir tədbir idi. Mənim Təbriz məsləkdaşlarımdan çoxusu Tehrandan bir iş
çıxmayacağını irəli çəkib dedilər: Azərbaycandan başlamalı, buranı əvvəl islah etəməli,
Azərbaycan xalqının öz gücü ilə burada milli hökümət vicuda gətirəməliyik. Tehran, irticaın
başı, istibdadın mərkəzidir. O, ətrafda baş qaldiran bütün hərəkətlərə müxalifdir. Birinci
növbədə oradan göz yumub müstəqiymən burada iş görməliyik.
Bu fikirlərin həqiqəti o vaxt nəzərimdə daha aşikar bir surətdə cilvə etdi ki, dövlətin
məsul məmurları ilə Azərbaycan xalqının təzəllüm və dadxahlıq telqrafları haqqında müzakirə
etdim
Məsələn Bəyat dedi, mən radio vasitəsi ilə müraciət etmişəm artıq xalq ərizə və
telqraf vasitəsi ilə özünə zəhmət verməməlidir. Başqaları daha acı, daha şədid cavab verdilər.
Sədr dedi, bir telqraf olmasın, min telqraf olsun mən bu kimi boş sözlərə cavab belə
verməyəcəyəm.
Bu sözlərin ayri cavabı ola bilməzdi. Gərək xalqa müraciət etmək. Xalqın
yumuruğunun gücü ilə azadlığı təəmin etmək! Bu şüarla mən Təbriz azadıxahlarının təklifi
üzrə Tehrandan Azərbaycana hərəkət etdim.
Burada yaxın məsləkdaşlarım ilə bir daha ciddi surətdə iranın və azərbaycanın daxili -
xarici vəziyətini təcziyə və təhlil etdikdən sonra bu böyük fikiri əməli etmək üçün böyük
müstəqil bir firqə yaratmaq lüzumunu anladıq.
Bu firqə dünyanın təəqib edib, anlayıb tanıdığı Demokrat ünvanının altında olmalı idi.
Biz də ünvanı qəbul edib xalqı onun ətrafına toplanmağa dəəvət etmək məqsədi ilə keçən
düşnəbə günü böyük bir müraciətnamə intişar verdik.
Bu müraciətnamə Azərbaycan xalqının uzun müddətdən bəri hiss etdiyi ehtiyaclar
uğrunda mübarizə etdiyi haqq və ixtiyar üzərində yazılmışdır.
Biz Azərbaycan xalqının azadlıq yolunda apardığı mübarizə tarixini unuda bilmərik.
Tehəran irticai azərbaycana böyük zərbələr vurmuşdur. Biz orada kök salmış istibdad
rejimindən heç bir umud gözləyə bilmərik. Tehran azərbaycanın həmişə fışar altında
qalmasına çalışmışdır. Orada hökümət sürən xain ünsürlər bizim başçılarımızı məhv və nabud
edib milli ğururumuzu sindirmaqdan bir an belə sərfnəzər etməmişlər.
Azərbaycan xalqının böyük sərdarı Səttarxanın xainanə bir surətdə Tehrana çəkilib
öldürülməsi hənuz unudulmamışdır.
Müstəbiddlər Səttarxana müdaxilə etməyi böyük bir günah hesab edib onu Atabəy
(Ətabək) Bağında mühasirəyə saldıqları günlərdə Tehranın küçə, xiyaban və evlərinə belə
Bəxtiyarı tüfəngçilərinin əlilə xalqın malı, canı və namusu tapdalanırdı. Mərkəz isə onları
tənbeh etmək əvəzində xanlarını vizarət və sədarətə mənsüb edirdi.
Tehran həmişə Azərbaycan adından vəhşət edib o adı ağzına alanlarla biyrəhmanə
rəftar etmişdir. Buna Sərdar Millidən sonra azərbaycanın iftixarı olan mərhum Şeyx
Məhəmməd Xiyabanı haqqında gördükləri haqsızlıqları şahid göstərmək olar.
Mən şəxsən onun qatili Hacı Müxbirülsəltənənin eetibarı təsvib olan gun məclisdə bir
ruznamə müxbiri siftiylə hazır idim. O gün İran azadıxahlarının qeyrətli nümayəndəsi mərhum
Süleyman Mirza bu alçaq xayinin eetibarnaməsi əleyhinə etiraz etdi. O çox hərarətli bir
surətdə mərhum Şeyxin İran azadlığı yolunda göstərdiyi fədakarlıqları sayıb söylədi və Hacı
Müxbirülsəltənə utanmadı, tiribun dalına gedib dedi: «Doğrudur mən onu öldürdüm lakın, bu
böyük bir xidmət dir. Çünkü Xiyabanı məmləkətə xəyanət edirdi».
Azərbaycan qəhrəmanlarının qanı ilə qurulan Məclis Şura bu cəlladın eetibarnaməsini
qəbul edib millət nümayəndəsi adlandırdı. Sonra da bu xayın Rizaxan əmriylə on sənədən
artıq İran dövlətinin rəisi oldu. Bu onun elədiyi xiyanətinə padaş və zəhmət haqqı idi.
Tehran bu işi görməklə Azərbaycan naminə danışmağı böyük bir xəyanət hesab
etdiyini sübuta yetirdi. Şeyxi çox gözəl tanıyırsız, çoxlarız onun məənalı nıtqlərini eşitməyə
müvəffəq olmüşsuz. Mən sizdən soruşuram o irana hansı xəyanti rəva görmüşdü?
Mən o vaxt «Həqiqət» ruznaməsində bir azərbaycanlı kimi məclisin bu xainanə
hərəkətinə şədid bir surətdə etiraz edib «Sizin xain adlandırdığız məzarlar qarşısında təəzim
etməyi biz iftixar bilirik!», kimi cəsuranə ibarət yazmaqla içərimdə şövlələnməkde olan
milliyyət hissini təskin etməyə çalışdım.
Əcəba! Şeyxin xəyanəti və günahı azərbaycanlı adı daşımaqdan başqa nə olabılərdi?
Mərhum Mirza Kiçik Xanın Tehran haqqında çox acı bir sözü xatırıma gəldi. O deyirdi:
«Tehran abad olmaq üçün bütün İran bərbad edilmişdi. İran abad olmaq üçün Tehranı
bərbad etmək lazımdır!». Mən bu sözü təsdiq edib Tehranı dağıdıb ortadan qaldırmağı tövsiyə
etmirəm. Lakin bu sözdə bir doğruluq vardır kı, o da Tehranın xaricdə baş qaldiran azadlıq
hərəkətləri onların meydana sürdügü böyük siymaları əleyhinə apardığı cəlladanə siyasətdən
ibarətdir.
Həmin Mirza Kiçik Xanın özü də çox vəhşiyana bir surətdə öldürülüb onun başı İran
azadlığının ğəddar düşməni olan Rizaxana töhfə göndərildi.
Azərbaycanın xalq və qəhrəman oğullarından Xorasanda qiyam edən mərhum Kolonel
Məhəmməd Təqi Xan ilə də bu cinayəti işlətməkdən sərfənzər etmədilər.
Bunların hamısı göstərir ki, Tehranda kök salmış irtica və istibdad qüvvəsi xaricdə
vicuda gələn azadlıq hərəkətlərini yatırmaq işində heç bir cinayətdən geri durmayacaqdır.
Bu cinayətlərə xatimə vermək üçün oranın qüdrətini Məhəlli və Milli ixtiyarlar vasitəsi
ilə sındırmaq lazım gəlir.
Bu işdə Azərbaycan həmişə olduğu kimi indi də pişqədəm olmalıdır.Tehrandan azadlıq
ummaq böyük iştibahdir. Orada azadlıq mübarizəsi aparan dəstələrin əl qolları bağlanılmışdır.
Təbiyidir, Rizaxan yıxılan gün biz istədiyimiz Milli Höküməti vicuda gətirə bilməzdik. O
vaxt inqilabdan bəhs edənlərin cavabında mən «Ajir» ruznaməsində bu işin qeyri mümkün
olduğunu isbata çalışmışdım. O gün Milli Hərəkət və inqilab cərəyanını idarə etməyə qadir bir
siyasi firqə yox idi. Rəhbərsiz inqıiab nəticə verə bilməzdi. Amma indi vəziyət tamamilə
dəyişmiş uç ill yarımlıq mübarizədə taza qüvvələr və möhkəm siyasi cəmiyətlər meydana
çıxmışdır.
İndi mən inqilabdan bəhs etmək və onu ortaya sürmək fikirərində deyiləm. Mən
istəyirəm deyim ki, bu gün xalqımız əgər öz haqq və ixtiyarını almağa iqdam edərsə onu
əməli etmək imkanı vardır.
Mərkəzi işğal etmiş istibdad höküməti özünün ləyaqətsizliyin artıq isbat etmişdir.
Məclis Şuradan heç ümid gözləmək olmaz. Orada yer tutan müstəbidlər sənədən artıqdır ki,
sadə bir qanun keçirməyə müvəffəq olmamışlar.
Məşrutə və Milli Hökümətin vicuda gəlməsi birinci növbədə məmləkətin büdcəsini
yəəni dəxl - xərcini təəyin etməkdən ibarətdir.
Fəransanın inqilabı kimi bizim Məşrutə İnqilabı da bu məsələni həyata keçirmək
yolunda vicuda gəlmişdir.
Bizim ondördüncü məclisimiz isə bu məsələni həll etməyə qadir olmamışdır. İndi
alınan maliyatlar və sərf edilən pulların hamısı qeyri qanunu və oğurluq hesab olunur.
Mənim vətənpərəst tanıdığım əşxasdan biri deyirdi ki, sən nitqlərivin birində qanuna
ehtiram edib ona tabe olmaqdan bəhs etmişdin.
Mən bunu inkar etmirəm. Qanun möhtərəmdir. Qanunsuz bir ölkədə ədalət, əmniyyət,
insaniyyət ola bilməz. Vəli qanun hər iki tərəfdən möhtərəm tutulmalıdır.
Fəransa inqilabının böyük mütəfəkkiri Jan Jak Ruso özünün məşhur əsrlərinin birində
belə deyir: «Peyman iki tərəfli olmalıdır, o, bir tərəfdən pozulsa, ikinci tərəf onu saxlamağa
məcbur deyildir».
Rusonun nəzərində qanunlar xalq ilə dövlət arasında mütəqabil qərardan başqa bir şei
deyildir. İndi bizim hökümətimizin başında duranlar və məclisimizin əksəriyyətini təşkil
edənlər özlərinin qoyduqları qanunlar və yazdıqları qərardadları pozub ayaq altına salmışlar.
Ona görə biz o qanunları ləğv edilmiş hesab etməyə məcburuq.
Bundan əlavə onlar həmişə qanunu özləri üçün bir aləti mələəbə qərar vermişlər. Hər
vaxt azadlığı məhv etmək xalqın haqq və ixtiyarını ayaqlamaq laziım gəlirsə, onları meydana
çəkib istifadə etməyə çalışırlar. Xalqın nəfinə lazım olan qanunlar isə yaddan çıxarılıb arşivlərə
verilmişdir.
Dostlarımdan biri Yəzdlilərin bir məsəlin yazmışdı: Güya Yəzd şəhərində yalançı bir
rövzəxan varımış ki, mənbərə çıxdıqda qəşş edib arvatların üzərinə düşərmiş. Yəzdlilərdən biri
axırda cana doyub demişdi: «Axund, mən nemiydanəm həmişə betərəfe Bibi çəra qəşş
mikoni?»
İndi bizim dövlət adamlarımızda qəşş edndə həmişə Bibinin üstünə düşürlər. Yəəni
həmişə zalımanə qanunları meydana çıxarırlar. Adilanə qanunlardan heç bir əsər görmürük.
Biz azərbaycanlılar qanunların əsasını və rişəsini böyük qurbanlıqlar bahasına almışıq.
Mərkəzi höküməti özlərinin ata - babadan qalma irsi hesab edən xainlər onu əmələn silib,
süpürüb gizlətmişlər. Bizim haqq və ixtiyarımızı təəmin edən əyalət və vilayət əncümənləri
qanunundan çox ildir bir əsər yoxdur. Mənə qanundan danışan ağadan buna cavab istərdim.
Onun boş boğazlıqdan başqa bir hərbəsi olabılməz.
Biz həqiqəti açıq - aydın bir surətdə xalqa göstərəməliyik. Bizim meydana atdığımız
şüarların əsasını da qanun təşkil edir.
Biz millətlərin və xalqların ixtiyarını təəmin etmiş qanun əsasını diriltəmk yolunda
mübarizəyə başlamışıq. Qanun əsası, əyalət və vilayət əncüməni olmasa quru məənasız bir
kağazdan ibarət ola bilər.
Qanuna ehtiram edib onu müqəddəs saydığımız üçündür ki, biz birinci növbədə ən
böyük, ən əsas qanun - yəəni əncümən əyaləti məsələsini həyata keçirmək istəyirik.
Mən bu sözləri fəqət indi burada deməyə başlamamışam. Bir neçə gün fürsətdən
istifadə edib hazır olduğum Məclis Şurayi Milli də bundan daha şədid bir ləhn ilə çıxış edib
nümayəndə adı daşıyan yalançı pəhləvanlardan bu xüsusda ciddi iş tələb etmişdim. Halbuki,
onların bir qədəm belə xalqa doğru gəlmələrinə ümidim yox idi.
Dediyim kimi içərimizdə Fars məsəli mocibincə «aşdan isti kasalar» (kaseye əz aş
dağtər) adamlar az deyildir. Dünən onlardan biri mənə irad ediri ki, «Yenə yazırsız
azərbaycana dövlət tərəfindən əhəmmiyyət verilmir, yenə deyirsiz azərbaycandan alınan
vergilər ora məsrəf olunan büdcədən çoxdur. Azərbaycan Tehrana elə bir böyük vergi vermir,
biz gərək tehrandan təşəkkür edək ki, bizə çox yaxşı baxır. Əgər Tehran olmasa biz
acımızdan ölərik».
Bu adamın ağlına mənim şübhəm yoxdur. Lakin ləcbazlıq və höccət ilə öz yalan və
müğrizanə sözlərini xaqa təhəmil etmək görürsüz insanı nələr deməyə vadar edir?
Bu naxələf adama mən dedim: Aya bilirsənmi ki, iyirmi il tamam Rizaxan
azərbaycanlıya batmanı dörd qirana aldığı qəndi 18 qirana yedirtdi? Aya anlamaq istəmirsən
ki, azərbaycanın zəhmətkeş dul arvadları bir qutu kibrit aldığı zaman bir riyalın uçdə ikisini
maliyat verir? Həqiqət acıdır, lakin onu söyləməliyik. Mən məclisdə açıq surətdə dedim ki,
«Bunu mən dəqiq hesab nəticəsində isbat edə bilərəm». Azərbaycan xalqına maarif
büdcəsindən verilən pul adam başına təqsim edilərsə onu göstərən bir vahid tapmaq olmaz.
Mən onu kibritə təbdil etdim. Nəticə bu çıxdı ki, hər bir nəfərə bir kibrit çöpündən az pay
düşür.
O kor və kar adam o qədər xalqdan uzaqdır ki, bizim milli dəbistanlarda çalışan
amuzgarlarımızın ayda otuz tümən hüquq alıb 12 saat çalışmalarından xəbəri ola bilmir. Ölsə
də öz fəsahət və bəlağətinə o qədər məğrurdur ki, gündən aşikar olan bu həqiqəti inkar
etməyə çalışır.
Təbiyidir. Biz bu kimi fasid, ləcuc və fitnəcu adamların sözünə qulaq asıb öz
tutduğumuz yoldan qayıtmalı deyilik. Mən ona dedim biz çalışıb məqsədimizi əldə edəcəyik.
Əgər sən doğru deyirsən buyur düş qabağa, baxaq nə iş görəcəksən.
Bu kimi boş boğazlıqlara biz əhəmmiyyət verə bilmərik. İş və fəaliyyət lazımdır. Söz,
ibarət və boşboğazlıq xalqı yorub məəyus etmişdir.
Bizim görməli işimiz çox sadədir. Əvvəl şəhərimizi islah etmək üçün intixab etdiyimiz
şəhər əncümni işə başlamalıdır. Tehran bizim bu sadə və təbiyi haqqımızı belə payəmal
etmək istəyir. Neçə aydır ki, şəhər əhli öz evini abad etmək, öz mədəni və məhəlli işlərini
yoluna salmaq üçün əncümən intixab etmişdir. Lakin Vizarət Kişvər onu hətta zalımanə və
qanun əsasının ziddinə olan Pəhləvi qanunu ilə də təsdiq etmir.
Nəticədə şəhər köhnə qəbristan halına düşmüş onun küçə və xiyabanlarında gənd və
kəsafət başdan aşmaqdadır.
Dünyada demokrasi namı daşıyan heç ölkə yoxdur ki, oranın şəhrdari (bələdiyə)
işlərinə dövlət müdaxilə edə bilsin. Rizaxanın vicuda gətirdiyi bu mənhus səddi sındırıb şəhər
əncüməni işə başlamalı və şəhəri xərabazar halına düşməkdən nicat verməlidir.
Biz, su məsələsində gördük ki, sadə bir surətdə intixab etdiyimiz komision şəhərin
mühüm məhəllələrini bir neçə gün sü ilə təəmin edəbildi. Əgər bu iş idamə verilərsə böyük
nəticələr əldə edilə bilər. Ayrı işlər də belədir. Gərək himmət edib işə girişmək. Tehranın
xainlər əlində olan vizarətxanalarından bir dəfə umudu kəsmək lazımdır. Bundan əlavə
mürtəcelərin vicuda gətirdiyi şəraitin təəsirlərindən bütün İran hərc - mərc halındadır.
Mazəndaran və Gürganda olduğu kimi, İsfahan, Şiraz və sayir cənubu şəhərlərdə aşub və
şurişlər baş qaldırmışdır. Tehranın özündə belə şuluqluğun qarşısını almağa dövlət qadir
deyildir. Hökümət nizamı olduğuna baxmayaraq gecə saat ondan sonra şəhərdə görünmək
qadağan edilmiş, lakin xalqın mal- canını hifz etmək mümkün olabilməmişdir.
Belə bir zamanda Azərbaycan Demokrat Firqəsi özünün böyük müraciətnaməsi ilə
fəaliyyətə başlamışdır. Bir həftədən az olmayan bu müddətdə şəhərimizədə və bütün
azərbaycanda dərin bir sükut his edilir. Xalq bir mərkəz siql, bir pənahgah tapan kimi
olmuşdur. Əmniyyət ümumunu təhdid edən hərəkətlər susdurulmuş, şuluqçu ünsürlər iskat
edilməyə başlamışdır.
İndi Azərbaycan əmniyyət və aramış cəhətdən iranın ayri yerlərinin hamısından
qabaqdır. Firqə bu müvəffəqiyyəti fali-nik hesab edib, götürdüyü sülh və əmniyyət-tələblik
siyasətini təəqib edəcəkdir.
E`lamiyyəmiz ətrafda olduqca dərin təəsir buraxmışdır. Düşmənlərimiz, məxsusən,
Tehranda İran xalqlarının hüququnu ayaqları altına alan müstəbidd ünsürlər oxuyub
titirəməyə başlamışlar.
Biz böyük bir firqə yaratmaqla dünyaya sabit edəcəyik ki, öz evimizi yabançı olmadan
idarə etməyə ləyaqət və qüdrətmiz vardır. (gurultulu alqışlar)
Firqəmizin barəsində mən çox müfəssəl məlumat vermək istəmirəm. Bu qədər
deməliyəm ki, müraciətnaməmizi hətəmən oxumuşsuz, onun bütün azərbaycanda böyük
təəsiri olduğu bundan bilinir ki, iranı başdan- başa bürümüş olan şuluqluq və hərc-
mərclikdən burada heç bir əsər yoxdur. İstər şəhərlərdə, istərsə də kəndlərdə xalq firqəyə
etimad edib onun meydana atdiği əmniyyət şüarını çox hüsn təvecehlə istiqbal edir.
Azərbaycan indi tufanlı dərya kimi təlatümdə olan İran məmləkətində sakit və aram bir cəzirə
halındadır.
Tehranda isə müraciətnaməmiz bomb kimi səslənmişdir. Onun orada çox az bir
miqdarda intişar edilməsinə baxmayaraq çox səri bir surətdə xalqın nəzərini cəlb etmişdir.
Onun təsiri elə özünü zor ilə İran xalqına təhmil edən Sədr kabinəsi mütəzəlzil olmuş, irticaın
alçaq nökəri olan nümayəndələr əl ayaqlarını itirmişlər.
Çox ehtimal var ki, vurduğumuz böyük zərbənin əsərində Sədrin kabinəsi süqut edib,
onun yerinə müvəqqəti olmaq üzrə bir muhəllil və ya azadıxah kabinə gətirsinlər. Lakin bu
uşaq aldadan tədbirləri bizi iğfal edə bilməz. Bir günlük, beş günlük üçün yox, həmişə azadlığı
təəmin etmək üçün burada vicuda gətirməyə başladığımız mərkəzi siqli saxlamalı, onu
mərkəzdə məhv etəmgə çalışan müstəbiddlərin başı üstündə möhkəm bir yumruq kimi
tutmalıyıq.
Bundan əlavə, firqəmiz işə başladıqdan sonra vicuda gələn əmniyyət və aramlıq
göstərdi ki, xalqımızın özünü idarə etməyə ləyaqəti vardır.
Məramnaməmizi hənuz intişar verməyə fürsətimiz olmamışdır. Çox tez bir zamanda
çağrılan firqə konqrəsində onu təsvib edib ümumun nəzərinə təqdim edəcəyik. Lakin əsası
məqsədlərimiz xalqdan gizli deyildir. Onu biz müraciətnaməmizədə sadə bir dil ilə yazıb
göstərmişik.
Biz birinci növbədə əmniyyət, ondan sonra milli hərəkatımızı idarə və İran azadlığını
təəmin etmək üçün əncümən əyalətidən ibarət olan bir mərkəz siql vicuda gətirməliyik.
Firqənin işi başqadır. Onu, dövlət və hökümət yerinə qoymaq olmaz. O, xalqın gözünü
açıb möhkəm bir intizam altına çəkmək, o vasitə ilə ümumun mənafeini təəmin etməyə
çalışır. Xalqın hüququ, fərdi və ictimaı işlərini idarə etmək dövlət təşkilatının işidir. Bu təşkilat
iyalət və vilayt əncümənləri şkilində ola biləcəkdir.
Əncümənlərin ixtiyaratı çox vəsi'dir. Onlar bütün dövlət idarələrinın işlərinə yetişə bilər
və əyalətin malı, fərhəngi və behdaştı məsələlərini müstəqil bir surətdə müzakirə edib bu
xüsuslarda ciddi tədbirlər görə bilər.
Qanun əsası bütün İran xalqları və əyalətləri kimi, Azərbaycan xalqına da bu ixtiyarı
vermişdir. Bildiyimiz kimi, Azərbaycan əncüməni iranın məşrutə tarixində böyük rol
oynamışdır. O, əncümndə şirkət edənlərdən aqayi Rəfi'i (Nizamüldövlə)nin xoşbəxtanə
burada təşrifləri vardır. Özləri də firqəmizin müəəssislərindəndirlər. Aqayi Müstəşarüldövlə də
bu tarixi əncümnin üzvlərindəndir.
Bu simalar biz Azərbaycan xalqının aldığı böyük haqq və ixtiyardan diri şahıd və
möhkəm dəlil və mədrəkdirlər.
Burada böyük bir həqiqəti sizə gərək deyim. Bu məərufdur, deyirlər: «Haqqı almaq
lazımdır, onu verməzlər».
Mənim əqidəmə görə, bu kamil bir şüar deyildir. Mən deyirəm haqqı almaq şayəd ki,
asan bir işdir. Onu saxlamaq şərtdir.
Əgər bizim qəhrəman məşrutəxahlarımız bu nüktəyə təvəcceh edib ilğfal
olmasaydılar, indi Azərbaycan, bəlkə İran tamamilə dünyanın ən azad, ən dəmokratik
məmlkətlərindən biri olmüş və düçar olduğumuz fəqər, fəlakət, aclıq və səfalət qabağımıza
çıxmamışdı.
Azərbaycan xalqı qırx il bundan əvvəl təşkil etdiyi əncümən əyaləti vasitəsi ilə özünün
siyası rüşd, və isteedadını sübut etmişdir.
Firqəmiz bu isteedad və ləyaqəti dünyaya sabit edib onun qabağına çıxarılan maniələri
ortadan qaldırmalıdır.
Demokratlıq ən mütərəqqi və ali bir fikirdir. Biz onu tam məənasiylə həyata keçirməyə
çalışəmalıyıq. Biz var qüvvəmiz ilə çalışacağıq ki, millət əfradının hamısı dövlət işlərinə
müdaxilə edəbilsin və hər bir fərdin iradəsi məmləkətin müqddəratında müəəssir olsun.
Bundan əlavə, qabağımızda böyük islahat durmuşdur. Əvvəli kəndli ilə ərbablar
arasında tövlid olmuş ixtilafları adilanə bir tərz ilə həll və rəf' etməliyik. Sonra fərhəng və
behdaşt məsələsi bizcə ən böyük məsələlərdəndir. Fərhəng və behdaştsız bir millət öz istiqlal,
həyat və azadlığını saxlaya bilməz.
Mən keçmiş nitqlərimin birində hənuz Fəransa, Alman qüvvələrinin işğalı altında ikən
həmin bu yerdə firəng millətinin yaşayıb azad bir surətdə öz həyatını idamə verəcəyini
pişguluq etmişdim. Bu peyğəmbərlik deyil idi, mən o mədəni millətin fərhəngindən, tarixi
mübarizələrindən, bilik və behdaşta olan təvəccehindən kamilən xəbərdar idim.
Bizim arzularımızdan ən böyüyü ümum xalqın savadlanmasıdır. Savadlı və sağlam xalq
heç vaxt zülüm və fişara təhəmmül etməz. İnsanlarla heyvanlar arasında olan böyük fərq də
bundan ibarətdir.
İnsan ictimai bir məxluqdur. O tək öz başına yaşamır və onun məqsədi fəqət şəxsi
həyatını təəmin etmək deyildir. Bəşər ictima üçün yaşayır. Ona görə ictımaın mənafeini şəxsi
mənafeindən yuxarı tutmalıdır.
Hərkäs öz başını saxlamaqdan üçün yaşasaydı, dünyada böyük simalar, fədakar
qəhrəmanlar və öz canlarını vətən və millət yolunda fəda edən rəşid insanlar tapılmazdı. Bu
fədakarlıq fəqət bilik, fərhəng, təşkilat və əxlaq nəticəsidir. Biz gərək cəmaətin mənafeini öz
şəxsi mənfəətlərimizə tərcih verməyə adət edək və bu vasitə ilə xalqımızı fəlakətdən
qurtaraq.
İftixar, mal və miknət şəxsi yaşayışda deyildir. Dünyada başı uca adamlar ümumən
xalq xadimləri olmuşlardır, cavanlarımızı bu ruhda tərbiyə etəməliyik. İftixar, şərəf qazanmaq
istəyirsən xalqa xidmət etməlisən. Bunu gərək hamı bilsin və bu yol ilə qazanılan şərəf və
iftixarın məzəsini anlasın.
Biz tarıxdan çox danışa bilərik. Keçmişimiz də iftixarla doludur. Lakin bu kifayət
etməz. İftixar və şərafəti özümüz öz əlimizlə kəsb etəməliyik. Sə’dinin həkiymanə sözü bizə
dərsi ibrət olmalıdır.
Miyrase
pedər xahi, elme pedər amuz
Kin male pedər xərc təvan kərd be dəh ruz
Biz ata- babamızın gördüyü işləri özümüzə sərmaya qayırıb onu xərcləyib
qurtarmayaq. Bəlkə şücaət, rəşadət və fədakarlıqda onlara təqlid edib getdikləri yol ilə gedək,
onların qazandıqları iftixar və şərafətə nail olaq.
Bizim fikirimizi məşğul edən məsələlərdən birisi də dil məsələsidir. Bu, biz
azərbaycanlılar üçün çox mühüm və əsası məsələlərdəndir.
Fərhəng məsələsini biqeydlik ilə başdan salmaq olmaz. Çünkü millətlərin həyatı ona
bağlıdır. Bədbəxtanə bu günə dək məmləkətimizi idarə edənlər bu mövzuu sərsəri sayıb ona
əhəmmiyyət verməmişlər.
Bundan əlavə, azərbaycanın fərhəng maarif mövzuunda məxsus bir vəziyət vardır.
Əhalımız qərnlərdən bəri müəyyən bir dil ilə danışmaqdadır. Bu dili sadə qaba tədbirlər ilə
əvəz etməyə çalışanların əllərində qane edici dəlilləri yoxdur.
Altı yeddi yaşında taza dil açmış uşağa yabançı bir dili təhəmil etəmk cinayətdir. Təlim
tərbiyət ilə məşğul olanlar əksər azərbaycanlıların əsəbiliyini bunda görürlər.
Anadilində yazıb oxumağı qadağan etmək fərhəng təkamülün qabağını almaq
deməkdir.
Beş milyondan ziyadə kənd və şəhərlərdə yaşayanlarımız qalsın, hətta məhəlli
məktəblərdə təhsil edənlərimiz belə ömürlərinin axırına qədər fars dilini düzgün tələffüz
etməyə qadır deyildirlər.
Rizaxan iş başına gəlib azərbaycanı parçalamaq siyasətinə başlamadan əvvəl
azərbaycanda milli teatrlarımız səri bir surətdə tərəqqi etməkde idi. Xalq, arvad və kişi
tamaşalarda kəmal meyl ilə hazır olub hünərvərlərimizin əsərlərin seyr edir və bu vasitə ilə
əxlaq və məənəviyyat cəhətdən millətimiz tərəqqi etməkde dəvam edirdi. Fəqət məcburən
teatrimiz fars dilinə təbdil edilən kimi nümayiş salonlarımız bağlanmağa məcbur oldu. Çünkü
xalqımızın əksəri bu dili anlamağa qadır deyildi.
Dili vətənpərəstliyə müxalif görənlər vaqiən cahil adamlar gərək olsunlar. Çünkü bu
işin tazalığı yoxdur. Hənuz indi də məscidlər və mənbərlərdə vaizlərimiz xalqın anladığı
Azərbaycan dilində vəəz edib diyni vəzifələrini əncam verməyə dəəvət edirlər. Biz Azərbaycan
dilinin müxaliflərindən soruşuruq, bu işdə nə pislik vardır? Nəyə bir dildən mənbərdə istifadə
etmək olur, amma mədrəsələrdə olmur?
Vangəhi Azərbaycan dilində yazıb oxumaq məsələsinin tazalığı yoxdur. Qırx neçə il
bundan əvvəl İran fərhənginin iftixarı sayılan Mirzə Həsən Rüşdiyyə Təbərizdə təşkil etdiyi
mədrəsənin ilbtidai dövrəsini ana dilində tədris etmişdir. Onun o tarixdə təəlif və nəşr etdiyi
dərs kitabı əlimizdədir. Bundan əlavə, burada yazıb oxumağı ana dilindən başlayanlar az
deyildirlər.
Eşitdiyimizə görə aqayi Fiyuzat və aqayi doktor Rizazadə Şəfəq də bu dildə
Azərbaycan məktəblərində vaxtında dərs demişlər.
Bundan əlavə, mən kəndlərdə və xırda şəhərlərdə müəllimlər gördüm ki, Fars dilini
əbədən bilməyən kəndli və əsnafa bu dildə fərhəng mövzuunda nitq edirdilər.
Məxsusən Salmasda bu gülünc işın lap qabarıq şəkilini keçən il görməyə müvəffəq
oldum. Mən Salamas sözünü məxsusən işlətdim, çünkü bizim şahpur Əlirzaya iradətimiz
yoxdur. Şahpur sözü onun əxlaqı cinayətlərini nəzərdə mücəssəm edir. Səttarxan xiyabanının
da Pəhləvi adlanması qulaqlarımızı xəraş edir, ruhumuzu incidir. Təbrizdə azərbaycanlını
qurbanlıq qoyunu kimi parçalayan Rizaxan Pəhləvi adına xiyaban ola bilməz. Onu Təbriz
əhalisi öz Milli Qəhrəmanı Səttarxan adına adlandırmışdır. Postxanamız bunu bir dəfə bilməli,
Pəhləvi adına gələn məktubları geri qaytarmalıdır. Təbrizdə Pəhləvi xiyabanı yoxdur. Böyük
xiyabanımız böyük Sərdarımızın adınadır. O belə gərək məşhur olsun.
Axırda təkərar edirəm, biz iranın istiqlalına kamilən əlaqəməndik. Onun bir qarış
toprağını ayrı bir ölkəyə vermək fikiri əbəda meydanda yoxdur. Bizim istədiyimiz Qanun
Əsasının bizə verdiyi daxili haqq və mədəni xudmuxtariyyətdən ibarətdir. Dil məsələsi də
bunun cüzvüdür.
Biz müraciətnaməmizdə dediyimiz kimi öz evimizin işlərini özümüz idarə etmək
fikirindəyik. Ondan ötrü var qüvvəmizlə çalışacağıq.
Zor ilə İran xalqlarını əsarətdə saxlayanlar bunu bir kərə düşünməlidirlər...
(Azərbaycan» ruznaməsi yekşənbə 25 şəhrivər, şümarə 4, düşnəbə 26 şəhrivər, şümarə 5, 3 şənbə 27
şəhrivər, şümarə 6, 4 şənbə 28 şəhrivər, şümarə 7, 5şənbə 29 şəhrivər, şümarə 8, yekşənbə əvvəl məhr şümarə
10, düşnəbə 2 məhr, şümarə 11, 3 şənbə 4məhr, şümarə 12, -1324 cü il, -2 ci dövrə).
Dostları ilə paylaş: |