Gördüyü işlərdən söhbət açılır



Yüklə 4,29 Kb.
Pdf görüntüsü
səhifə15/18
tarix17.11.2017
ölçüsü4,29 Kb.
#11012
1   ...   10   11   12   13   14   15   16   17   18

Qərib məzarlar
87
Mən əlimi qaldırıb Əkbər ağanın Parisdəki qəb-
rinin acınacaqlı vəziyyətdə olduğunu dedim... Düz-
dür, mən anlayırdım ki, burada tamam başqa məsələ 
müzakirə edilir və bəlkə də heç yeri deyil. Amma an-
layırdım ki, mənim cənab Prezidentlə yaxın vaxtlar-
da başqa ünsiyyət imkanım olmayacaq, ona görə də 
narahat olduğum bu problem barədə danışdım. Hey-
dər Əliyevin reaksiyası qəti oldu: “Məşğul ol!”
Prezidentin müvafiq tapşırığından sonra Azər-
baycanın Fransadakı səfirliyi bu işin icrasına başla-
dı, lazımi vəsait ayrıldı və 1999-cu ildə Əkbər ağanın 
qəbri indi gördüyünüz kimi səliqəyə salındı, mərmər 
başdaşı və sinədaşı qoyuldu.
Paris Sülh Konfransında Dağlılar Respublika-
sını təmsil edən Əbdülməcid Çermoyev, həmin 
respublikanın xarici işlər naziri Heydər Bam-
mat, sonuncu Türkiyə sultanı Əbdül Həmidin 
oğlu II şahzadə Əhməd Nurəddin və başqa məş-
hur müsəlmanlar da Bobinyi məzarlığında əbədi 
rahatlıq tapıblar.
Əkbər ağa 
Şeyxülislamovun qəbri 
təmirdən sonra. 
Sentyabr, 2015-ci il.


Qərib məzarlar
88
Fransada mühacir soydaşlarımızdan bəzilə-
rinin əbədi rahatlıq tapdığı ünvanlardan biri də 
Parisin cənubunda, 14-cü şəhər dairəsində yer-
ləşən Monparnas qəbiristanlığıdır (fr.ş Cimetiè-
re du Montparnasse). Əsası 1824-cü ildə qoyulub, 
ilk vaxtlar, sadəcə, “Cənub qəbiristanlığı” kimi 
tanınıb. Hətta uzun illər bura Parisin kənarı sa-
yılıb. Lakin şəhər böyüdükcə yaşayış evləri bu 
qəbiristanlığı da əhatə edib və indi Monparnas 
qəbiristanlığı, demək olar ki, şəhərin mərkəzin-
də yerləşir.
Qəbiristanlıqda məşhur ictimai-siyasi xa-
dimlər, tanınmış alim və filosoflar, yazıçı və dra-
maturqlar, aktyor və musiqiçilər dəfn ediliblər.
Ötən əsrin 70-ci illərinin sonunda qısa müd-
dətdə İranın baş naziri olmuş Şapur Bəxtiyar
Meksika prezidenti Parfirio Dias, Ukrayna si-
yasətçisi Simon Petlyüra, Fransa prezidenti 
Deşenel Pol və onlarla başqa siyasi xadimlərin, 
Pyer Lui, Gi De Mopassan, filosof Jan-Pol Sartr 
kimi tanınmışların, şahmat üzrə dördüncü 
dünya çempionu Aleksandr Alyoxinin və yüz-
lərlə digər məşhurun da son mənzili Monpar-
nas məzarlığıdır.
Bu məşhur məzarlıqda üç mühacir soydaşımız 
dəfn edilib. Onlardan biri Paris Sülh Konfransın-
dakı Azərbaycan nümayəndə heyətinin ən uzunö-
mürlü üzvü Məmməd Məhərrəmovdur.
Məşhurların son mənzili və  
3 azərbaycanlı mühacir


Qərib məzarlar
89


Qərib məzarlar
90
Məmməd Məhərrəmov 
1895-ci ildə anadan olub.
Peterburq İmperator Universitetinin tibb fa-
kültəsində oxuyub, sonradan təhsilini Moskva Uni-
versitetində davam etdirib.
1918-ci ildə Azərbaycan parlamentində sosia-
list fraksiyasını təmsil edib. 1919-cu ilin yanvarın-
da Azərbaycan nümayəndə heyətinin müşaviri kimi 
Paris Sülh Konfransına göndərilib.
1920-ci ilin aprel çevrilişindən sonra həmişəlik 
Parisdə yaşayıb. Qafqaz xalqlarının Parisdə fəaliyyət 
göstərən nümayəndə heyətlərinin işində yaxından iş-
tirak edib, “Prometey” hərəkatının fəallarından olub.
Qədim kitablar və əntiq mallar kolleksiyaçısı 
kimi tanınıb, Parisdə kiçik bir mağaza işlədib.
Ömrünün sonuna qədər Azərbaycanın dövlət  
müstəqilliyinin bərpası uğrunda mübarizə aparıb.
Digər məsləkdaşlarından fərqli olaraq, 
iki dəfə - 1972 və 1975-ci illərdə Bakıya gəlmiş  
M. Məhərəmov bu ayyarımlıq səfərləri zamanı 
qohum-əqrəbası ilə görüşmək imkanı qazanıb, 
Filarmoniyada maestro Niyazinin rəhbərlik et-
diyi orkestrin konsertində olub. Azərbaycana 
gələrkən Sədinin, Hafiz Şirazinin və Əmir Xosrov 
Dəhləvinin bəzi qədim əlyazmalarını özü ilə gə-
tirərək Azərbaycan muzeylərinə hədiyyə edib. 
Məmməd Məhərrəmov 1982-ci il martın 3-də, 
87 yaşında vəfat edib və Monparnas qəbiristanlı-
ğında dəfn olunub.
Ramiz Abutalıbovun verdiyi məlumata görə, 
Məmməd Məhərrəmov Monparnas qəbiristan-
lığındakı son mənzili dostu və məsləkdaşı Qədir 
Süleymanovla şərikli alıb ki, gələcəkdə hər ikisi 
bu qəbirdə dəfn olunsun. 2014-ci ildə vəfat edən 
Qədir Süleymanov da indi bu qəbirdə uyuyur.


Qərib məzarlar
91


Qərib məzarlar
92
Əslən İrəvandan olan Qədir Süleyma-
nov İkinci Dünya müharibəsində sovet ordu-
su sıralarında vuruşub, 1941-ci ildə Krımda –  
Feodosiya yaxınlığında gedən qanlı döyüşlərdə 
yaralanaraq əsir düşüb. Bir müddət müxtəlif 
əsir düşərgələrində qaldıqdan sonra almanlar 
onu da milli legiona daxil ediblər və tərcüməçi 
kimi istifadə etmək üçün xüsusi təlim keçiblər. 
Müharibənin sonuna yaxın onun qulluq etdiyi 
legion Fransaya göndərilib və o sonralar yerli 
partizanlara qoşulub.
Müharibə başa çatdıqdan sonra Qədir 
 
Süleymanov SSRİ-yə qayıtmayıb, Parisdə qal-
mağı qərara alıb. Lakin müvafiq sənədləri ol-
madığından Fransada yaşamaq icazəsi almaqda 
çətinlik çəkib. Həmin dövrdə Fransada yaşayan 
Azərbaycan nümayəndə heyətinin üzvləri sənəd 
düzəltməkdə belə adamlara kömək ediblər. Qə-
dir Süleymanova bu işdə Əlimərdan bəyin oğlu 
Ələkbər bəy Topçubaşı yardımçı olub. Sonralar 
Qədir Süleymanov.
özünün dediyinə görə, həmin vaxt Əkbər ağa 
Şeyxülislamovun Parisdə kiçik qatıq dükanı olub 
və Ələkbər bəy ona həmin qatıq dükanında iş-
ləməsi barədə sənəd düzəldib və yalnız bundan 
sonra o, Fransada yaşamaq hüququ qazana bilib.  
İllər keçəndən sonra Qədir Süleymanov Fran-
sanın azadlığı uğrunda göstərdiyi xidmətlərə görə, 
bir sıra hökumət mükafatları ilə təltif olunub.
Müharibədən sonra onunla əsirlikdə olan rus 
qadınla ailə qurub, lakin bu evlilik uzun sürmə-
yib. Həmin qadından Boris adlı oğlu dünyaya 
gəlib və hazırda Parisdə yaşayır. Ömrünün sonu-
na qədər tək yaşasa da, oğlu və Volodya, Saşa və 
Aleksey adlı üç nəvəsi ilə mehriban münasibət 
saxlayıb, daim onların qayğısı ilə əhatə olunub. 
Vətənindən ayrı düşmüş Qədir Süleymanov 
yalnız ötən əsrin 70-ci illərində Azərbaycanla 
əlaqə saxlamağa cürət edib və ilk dəfə qardaşı ilə 
telefonla danışa bilib... Daha doğrusu, özünün 
dediyinə görə, hər ikisi telefonda hönkür-hönkür 
ağlamalı olub...
Bu danışıqdan xeyli sonra Azərbaycana gəlib və 
artıq Ermənistandakı yurd-yuvalarından qovulmuş 
qohum-əqrəbasını Göyçayda və Gəncədə tapa bilib... 
Qədir Süleymanov 1989-cu ildə Fransada 
Azərbaycan Evinin əsasını qoyanlardan biri, bu 
ölkədəki Azərbaycan diasporunun ən fəal üzvlə-
rindən olub.
1993-cü ildə ümummilli lider Heydər Əliyev pre-
zident kimi Fransaya səfəri zamanı Parisdə yaşayan 
Azərbaycan diasporunun fəalları ilə birlikdə Qədir 
Süleymanovla da görüşüb və səmimi söhbət edib.
Q. Süleymanov 2014-cü il sentyabrın 17-də, 
97 yaşında Parisdə vəfat edib və sentyabrın 19-da 
Monparnas məzarlığında torpağa tapşırılıb.


Yüklə 4,29 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə