GəLİn biRlƏŞƏk de: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allah’dan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allah’ı qoyub bir-birimizi ilahiləşdirməyək”


Allah rəfiqdir (mərhəmətli və şəfqətli), mərhəməti sevər və mərhəmətin müqabilində verdiyini başqa heç bir şeylə verməz.6



Yüklə 1,16 Mb.
səhifə3/16
tarix26.09.2017
ölçüsü1,16 Mb.
#2235
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   16

Allah rəfiqdir (mərhəmətli və şəfqətli), mərhəməti sevər və mərhəmətin müqabilində verdiyini başqa heç bir şeylə verməz.6

Böyük İslam alimi İmam Qəzali hədis alimlərindən topladığı məlumatlarla Peyğəmbərimizin (səv) ətrafındakılara qarşı mərhəmətli rəftarını belə yekunlaşdırmışdır:

Heç vaxt qəzəblənməz və tez razılıq verərdi. İnsanların ən şəfqətlisi idi. İnsanların ən xeyirlisi insanlara xeyri toxunan, insanların ən faydalısı da insanlara faydalı olandır.7

Peyğəmbərimizin (səv) ətrafındakıları din əxlaqına bağlayan və qəlblərini imana yönəldən insan sevgisi, incə düşüncəsi və şəfqəti bütün müsəlmanlara nümunədir. Peyğəmbərimizin (səv) bütün insanlara nümunə olan gözəl xüsusiyyətləri “Tövbə” surəsində belə bildirilmişdir:

Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O, sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir. (Tövbə surəsi, 128)

Sevgi bəsləyən, şəfqətli, anlayışlı və mərhəmətli olmaq Allah’ın bütün insanlara nümunə olaraq göndərdiyi elçilərinin ortaq xüsusiyyətləridir. Allah Quranda digər peyğəmbərlərin də sevgi həssaslığı ilə şərəfləndirildiyini xəbər verir və qatından hikmət verdiyi hz. Yəhyanı (əs) insanlara nümunə göstərir. Ayədə bu müqəddəs insan üçün: “Üstəlik, Öz tərəfimizdən bir şəfqət və paklıq da (bəxş etdik). O, müttəqi idi(Məryəm surəsi, 13) - deyə bildirilir.

Bu səbəbdən, iman gətirən və elçilərə tabe olan müsəlmanlar şəfqət, mərhəmət və sevgiyə əsaslanan əxlaqı mənimsəməlidirlər. İman gətirənlər Allah’ın əmri olan bu əxlaqı yaşayanda problem kimi görünən bir çox mövzunun asanlıqla həll edildiyini, rahatlıq və hüzurun yayıldığını, bolluq və bərəkətin hakim olduğunu görəcəklər.

Hz. Muhəmmədin (səv) kitab əhlinə olan nümunəvi münasibəti



Müsəlmanların hər mövzuda olduğu kimi, kitab əhlinə qarşı davranışlarına da ən gözəl nümunə Peyğəmbərimizdir (səv). Hz. Muhəmməd (səv) yəhudi və xristianlarla həmişə mehriban, ədalətli və mərhəmətli davranmış, İlahi dinlərin mənsubları ilə müsəlmanlar arasında sevgi və qarşılıqlı anlaşmaya əsaslanan mühit yaradılmasını istəmişdir. Peyğəmbərimizin (səv) dövründə və ondan sonra xristian və yəhudilərin öz dinlərini istədikləri şəkildə yaşamalarına icazə verən və müstəqil camaatlar kimi varlıqlarını davam etdirmələrinə şərait yaradan müqavilələr bağlanmış və zəmanətlər verilmişdir. İslamiyyətin ilk illərində Məkkəli müşriklərin əziyyət və təzyiqlərinə məruz qalan müsəlmanların bir qismi Peyğəmbərimizin (səv) nəsihəti ilə Efiopiyadakı xristian Kral Nəcaşiyə sığınmışdılar. Peyğəmbərimizlə (səv) birlikdə Mədinəyə köçən möminlər isə Mədinədə yaşayan yəhudilərlə bir yerdə yaşamışdılar. İslamın yayılması dövründə də Ərəbistandakı yəhudi və xristian birliklərinə göstərilən tolerantlıq prinsipi müsəlmanların kitab əhlinə qarşı anlayış və ədalətinin nümunəsi kimi tarixə yazılmışdır.

Buna nümunə olaraq, sevimli Peyğəmbərimiz hz. Muhəmmədin (səv) xristian olan İbn Harris bin Kəb və qövmünə yazdırdığı sazişin mətnində belə deyilir:

Şərqdə və Qərbdə yaşayan bütün xristianların dinləri, kilsələri, canları, ismətləri və malları Allah’ın, Peyğəmbərin və bütün möminlərin himayəsindədir. Xristianlıq dinini yaşayanlardan heç kim istəmədən İslamı qəbul etməyə məcbur edilməyəcək. Xristianlardan biri hər hansı bir cinayətə və ya haqsızlığa məruz qalarsa, müsəlmanlar ona kömək etmək məcburiyyətindədirlər”. 8

Hz. Muhəmməd (səv) Evs və Həzrəc qəbilələri ilə bağladığı Mədinə sazişinə əsasən, yəhudilərin də iştirak etməsinə icazə vermiş, beləliklə, yəhudilərin müsəlmanların arasında ayrı dini qrup kimi varlıqlarını davam etdirməsinə şərait yaradılmışdır. Mədinə sazişinin “Əvf yəhudiləri inananlarla birlikdə xalq yaratdılar. Yəhudilərin dini özlərinə, müsəlmanların dini özlərinədir” hökmü ilə müsəlmanların yəhudilərin ənənələrinə və inanclarına göstərdiyi hörmətin bünövrəsi Peyğəmbərimizin (səv) dövründə qoyulmuşdur. Şübhəsiz ki, bu anlayış Allah’ın Quranda bildirdiyi: “Sizin dininiz sizə, mənim dinim də mənədir” (Kafirun surəsi, 6) hökmünün ən gözəl təcəllilərindən biridir.

Hz. Muhəmməd (səv) Rəbbimizin əmr etdiyi əxlaqın tələbi olaraq kitab əhlinə qarşı yalnız anlayış və mərhəmət göstərməklə kifayətlənməmiş, İslam hakimiyyəti altındakı yəhudi və xristianların qorunmasının vacib olduğunu səhabələrinə də öyrətmişdir. Şəxsən Peyğəmbərimiz (səv) tərəfindən kitab əhlinə verilən imtiyazlar müsəlmanların kitab əhlinin can və mal təhlükəsizliyini zəmanət altına aldıqlarını və onlara inanc və ibadət azadlığı verdiklərini göstərir. Peyğəmbərimizin (səv) nəcranlılarla bağladığı müqavilədəki maddələr də diqqətəlayiqdir:

Nəcranlıların və təəbələrinin canları, malları, dinləri, var-yoxları, ailələri, kilsələri və sahib olduqları hər şey Allah’ın və Peyğəmbərin zəmanəti altına alınacaq.

-Heç bir yepiskop və ya keşiş kilsəsindən, ya da monastırından məhrum edilməyəcək və heç bir keşiş keşişlik həyatını tərk etməyə məcbur edilməyəcək. Onlara heç bir əziyyət verilməyəcək, ya da alçaldılmayacaq və torpaqları ordumuz tərəfindən işğal edilməyəcək.

Ədalət istəyən ədalət görəcək, nə zalım olacaq, nə də zülm ediləcək”. 9

Bundan başqa, Rəsulullahın (səv) kitab əhlinin toylarında iştirak etdiyinə, xəstələrinə baş çəkdiyinə dair rəvayətlər var. Hətta hz. Muhəmməd (səv) xristianların onu ziyarət etməsi zamanı əbasını sərmiş və onlara oturmağı söyləmişdir. Peyğəmbərimizin (səv) vəfatından sonra da müsəlmanların kitab əhlinə göstərdiyi gözəl əxlaqın əsası hz. Muhəmmədin (səv) həyatı boyu bu birliklərə qarşı göstərdiyi şəfqətə əsaslanır.

Müsəlmanların kitab əhlinə münasibəti Peyğəmbərimizin (səv) şəfqətli münasibətinə uyğun olmalıdir

ADNAN OKTAR: Peyğəmbərimiz (səv) xristianlara qarşı çox şəfqətli idi, onların evlərinə də gedirdi, yeməklərini də yeyirdi. Yəhudilərlə alver də edirdi, səhabələrini də təşviq edirdi. O dövrdə xristianlar da, yəhudilər də Cənnət həyatına bənzər həyat yaşayırdılar. Onlar üçün çox dinc və gözəl bir dövr idi. (Adnan Oktarın Tempo TV müsahibəsindən, 10 mart 2009)

ADNAN OKTAR: Kitab əhli Allah’ın bizə əmanətidir. Osmanlı dövründə də elə olmuşdur, Peyğəmbərimizin (səv) dövründə də elə olmuşdur. Quranın izahatında da bunu görürük. Biz kitab əhlini qorumaqla, onlara şəfqət göstərməklə, onları sevməklə mükəlləfik. Biz onların yalnız inancına uymuruq. Amma insan olaraq, qardaşımız olaraq çox sevirik, bağrımıza basırıq. Amma, haşa: “Allah üçdür”, -deyirsə, təbii ki, biz: “Allah birdir”, -deyirik. Yəni o mövzuda itaət etmirik. Amma gözəl əxlaqda ittifaq edirik, təbii ki, qardaşımızdır onlar. (Adnan Oktarın Malatya TV, 7 yanvar 2009)

ADNAN OKTAR: Peyğəmbərimiz (səv) də görüşürdü yəhudilərlə, onlarla ticarət edirdi, əlaqə qururdu. Xristianlarla da əlaqəsi olurdu. Bu, günah deyil. (Adnan Oktarın Çay TV müsahibəsindən, 23 iyul 2008)

İslam hakimiyyətində din və ibadət azadlığı



Hz. Muhəmmədin (səv) dövründən başlayaraq İslam torpaqlarında həmişə din azadlığı hakim olmuşdur. Yəhudilərin və xristianların inancları, ibadətləri, kilsələri, sinaqoqları, dini təhsil verən məktəbləri müsəlmanların himayəsi altına alınmışdır. Sinaqoq və kilsələrin qorunacağına dair zəmanətlər Peyğəmbərimizin (səv) dövründən başlayaraq kitab əhli ilə bağlanan müqavilələrdə əhəmiyyətli yer tutan hökmlərdir. İlk dövrlərdəki sazişlərdə müsəlmanların səfər zamanı yol üstündə olan monastırlarda qalmasına izn verilməsinə dair maddələr var. Bu da müsəlmanların kitab əhli ilə əlaqələrini qarşılıqlı hörmətlə inkişaf etdirməyə, onlarla dostluq əlaqələri qurmağa diqqət göstərdiklərinə bir işarədir. Buna əsaslanaraq, bir çox müsəlmanın istər yerləşmək, istərsə də yemək ehtiyaclarını ödəmək üçün səfər zamanı və ya fəth əsnasında monastırları ziyarət etdikləri, hətta bəzən ədəbi söhbətlər üçün həmin yerləri seçdikləri tarixi qaynaqlarda öz əksini tapır.

Kitab əhli də çox vaxt müsəlmanların bu yanaşmasına müsbət cavab vermişdir. Suriya xristianlarının Əbu Ubeydəyə təqdim etdiyi və tarixə “Ömər aktı” kimi düşən sənəddəki ifadələr diqqət çəkəndir:

Gecə və ya gündüz kilsələrimizi müsəlmanlardan əsirgəməyəcəyik, onların qapılarını yolçulara və yolda qalanlara açacağıq... Müsəlman yolçunu ənənəvi üsulumuzla qəbul edəcəyik və onları bəsləyəcəyik. Müsəlmanları incitməyəcəyik və hər kim bir müsəlmanı incitsə, öz haqlarını cəza olaraq itirəcək.10

Quranda bildirilən “...Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, içərisində Allah’ın adı çox zikr olunan monastırlar, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi...” (Həcc surəsi, 40) ayəsində də diqqət çəkildiyi kimi, müsəlmanlar üçün kitab əhlinin ibadətgahları Allah’ın adının xatırlandığı müqəddəs məkanlardır və bu məkanlar iman gətirənlər tərəfindən qorunmalıdır. Bu səbəbdən, başda Peyğəmbərimiz hz. Muhəmmədin (səv) dövrü də daxil olmaqla, dörd xəlifə dövrü və sonrakı İslam idarələrində xristian və yəhudilərin müqəddəs məkanları qorunmuş, inananların məbədlərində istədikləri kimi ibadətlərini yerinə yetirməsi təmin edilmişdir. Məsələn, hz. Əbubəkr (əs) dövründə sülh yolu ilə fəth edilən Təbərriyə şəhərində yaşayan xristianlara kilsələrinə toxunulmayacağına dair zəmanət verildiyi tarixi sənədlərdə göstərilir. Eyni zamanda, Dəməşqin fəthi əsnasında bağlanan sazişdə kilsələrin dağıdılmayacağı və məskən edilməyəcəyi xüsusilə vurğulanmışdır. Hz. Ömərin (əs) Qüds xalqına verdiyi amannamədə də kitab əhlinin ibadətgahlarına toxunulmayacağı bildirilir.

Hz. Osman (əs) dövründə erməni şəhəri olan Dəbilin fəthi əsnasında şəhərdə yaşayan xristian, yəhudi və atəşpərəstlərə verilən amannamədə məbədlərin qorunacağına zəmanət verilmişdir.11 Bundan başqa, dağılan kilsələrin təmir edilməsinə, yeni sinaqoq və monastırların tikilməsinə də həmişə icazə verilmişdir. Məsələn, Mədain xaricində olan və Patriarx Mar Amme tərəfindən yandırılmış St. Sergius monastırı hz. Osman (əs) dövründə yenidən tikilmişdir. Misir qubernatoru Ükbənin nəsturilərin monastır tikmələrinə kömək etməsi, Müaviyə dövründə Urfa kilsəsinin təmir etdirilməsi, İsgəndəriyyədə Mark kilsəsinin tikdirilməsi kimi daha bir çox nümunə sayıla bilər. Hal-hazırda Fələstin, Suriya, İordaniya, Misir və İraq torpaqlarındakı kilsə və sinaqoqların hələ də varlığını qoruması müsəlmanların digər İlahi dinlərə olan hörmətinin göstəricisidir. Bu gün xristianların müqəddəs ziyarət yeri hesab etdikləri Tur dağındakı Sina monastırı və bu kilsənin yanındakı məscid müsəlmanların kitab əhlinin ibadətgahlarına göstərdiyi hörmətin bariz nümunəsidir.

Kitab əhli ənənələrinin və inanclarının bir qolu olan bayramlarını da müsəlman idarəsində istədikləri məbəddə, istədikləri kimi qeyd ediblər. Hətta bəzən müsəlman idarəçilər də bu bayramlarda iştirak ediblər. Patriarx III Nəsturinin yazdığı məktub müsəlman idarəçilərin kitab əhlinə olan mərhəmətinin və anlayışının gözəl nümunəsidir:

Ərəblər… bizə heç zülm etmədilər. Həqiqətən, onlar dinimizə, dindarlarımıza, kilsə və monastırlarımıza hörmət etdilər...12

XII əsrin məşhur yəhudi səyyahlarından biri Tudelalı Benjamin isə müsəlman torpaqlarına ziyarət edərkən gördüyü hörmətə və birlikdə yaşamaq mədəniyyətinə qarşı heyranlığını gizlədə bilməmişdi. Belə bir anlayışa dövrün xristian avropasında rast gəlinmədiyini ifadə etmişdi. Müsəlman və yəhudilərin türbələrdə və müqəddəs məkanlarda bir yerdə dua etdiklərini ifadə edən Benjamin sinaqoqların yanında məscidlər tikildiyini və hər iki xalqın bir-birinin bayramlarını qeyd etdiklərini vurğulamışdı.13

Bu tarixi məlumatlar açıq şəkildə göstərir ki, bəzi insanların təlqinlərinin əksinə, İslam sevgi dinidir. İslam idarəsi altında xristian və yəhudilər dilədikləri kimi yaşamış, din və vicdan azadlığının təmin etdiyi bütün imkanlardan faydalanmışlar.

Kitab əhlinin İslam hakimiyyəti altında yaşadığı rahat həyat

Xristianlar və yəhudilər müsəlmanların idarəçiliyi altında azad və təhlükəsiz yaşamış və bu cür sevgi və mərhəməti digər dinlərin mənsublarından görməmişlər. Miladdan sonrakı ilk əsrdə yəhudilər xristianlara qarşı təzyiq göstərərkən, sonrakı əsrlərdə güclənən xristianlar da yəhudilərə və hətta fərqli məzhəblərdən olan xristianlara qarşı təzyiq göstərmişlər. Xüsusilə orta əsrlərdə genişlənən bu təzyiq bir çox yəhudi və müxtəlif məzhəbdən olan xristianların müsəlmanların himayəsinə sığınmasına səbəb olmuşdur. İslamiyyətin ilk dövrlərində bizanslıların Misir və digər bölgələrdəki yaqubi xristianlarına, səlib yürüşlərində katoliklərin Qüdsdə, onun ətrafında yaşayan yəhudi və ortodokslara, Avropada xristianların yəhudilərə, İspaniyada xristianların müsəlman və yəhudilərə qarşı tətbiq etdiyi təzyiq və şiddət siyasətinə İslam torpaqlarında heç vaxt rast gəlinməmişdir.

Bu şəfqətli münasibətin əhəmiyyətli nümunələrindən biri, şübhəsiz ki, Osmanlı imperiyasıdır. Antalya Patriarxı Makariosun ortodokslara zülm edən polşalı katolikləri Osmanlı idarəçiliyi ilə müqayisə etməsi diqqətəlayiqdir:

O imansızlar tərəfindən öldürülən minlərlə insan, qadın, qız və kişilər üçün ağladıq. Lehlilər ortodoks adını bütün dünyada ləğv etmək istəyirlər. Allah türklərin dövlətini əbədi etsin. Çünki türklər vergi alandan sonra xristian və yəhudilərin dinlərinə toxunmurlar.14

İspan zülmündən qaçan yəhudilər də axtardıqları rahatlıq və təhlükəsizliyi yalnız Osmanlı torpaqlarında tapdılar. İspaniyadan sürgün edilən və müxtəlif ölkələrə sığınan yəhudilər bu torpaqlarda böyük çətinliklərlə qarşılaşdılar. Onların bir çoxu şəhərlərə girməyə icazə verilmədiyi üçün aclıq və susuzluqdan öldülər. Genuyalıların gəmilərində səfər edənlər isə gəmidə işləyənlər tərəfindən ya zülmə məruz qaldılar, ya da əsir kimi dəniz quldurlarına satıldılar. İmperiyanın sərhədlərini yəhudilərə açan Sultan Bəyazid isə bütün əyalətlərə yəhudilərə lazım olan şəfqət və diqqətin göstərilməsi üçün fərman göndərdi. Fərmanda İspan yəhudiləri tam səmimiyyətlə qarşılanmalıdırlar. İmmiqrantlarla pis rəftar və ya kiçik bir zərər ölümlə cəzalandırılacaq...” kimi bildirilirdi.15 Dindarlığı ilə tarixə düşən Sultan Bəyazidin bu qonaqpərvərliyi və şəfqəti, şübhəsiz, Quran əxlaqına olan bağlılığından irəli gəlirdi.

Kitab əhlinin İslam idarəçiliyində rahat şəkildə yaşamalarının başqa nümunəsi də Əndəlüsdəki Əməvi dövlətidir. Bu dövlətdə o dövrün avropasında misli görünməmiş yüksək mədəniyyət qurulmuşdur. Fərqli dinlərin mənsublarına göstərilən anlayış isə bu mədəniyyətin əsas xüsusiyyətlərindən biri olmuşdur. Xristian hücumları nəticəsində əsrlərlə kiçilən Əndəlüsün son parçası olan Qranadada yaşayan yəhudilər üçün tarixi qaynaqlarda yer alan “Yəhudilərin Qranadadakı möhtəşəm həyatlarını görməyənlər mədəniyyətin nə olduğunu bilmirlər” ifadəsi diqqət çəkir. O dövrdə Qranada yəhudilər üçün dünyanın ən təhlükəsiz torpağı idi.16

İslam idarəsi altında əhalisi hüzur və rahatlıq tapan torpaqlardan biri də Fələstindir. Fələstində yaşayan yəhudi və xristianlar İslamın hakimiyyəti dövrlərində inanc azadlığına sahib olmuş, müsəlmanların rəhbərliyi altında rahat və təhlükəsizlik şəraitində yaşamış, azad ticarətlə məşğul olmuşlar. Nəticədə, Osmanlı imperiyasında təxminən 500 əsrlik sülh və təhlükəsizlik təmin edilmiş, Osmanlının qurduğu nizamı yenidən qurmaq mümkün olmamışdır. Osmanlının Qüds və digər ərazilərə verdiyi azadlıq İsrailin əvvəlki Xarici İşlər Naziri Abba Eban tərəfindən belə ifadə edilir:

Romalılardan və hər istilaçıdan yalnız zülm, qan və işgəncə görən Qüds və yəhudi xalqı ancaq və ancaq Yavuz Sultan Səlimin Qüdsü fəth etməsindən və bu fəthin Sultan Süleyman Qanuni tərəfindən gücləndirilməsindən sonra insan kimi yaşamağın, bərabərliyin nə demək olduğunu və rahatlığının dadının nə olduğunu öyrəndi. 17

Yalnız Fələstində deyil, bütün İslam dünyasında müsəlmanlar, yəhudilər və xristianlar əsrlər boyu eyni şəhərlərdə, hətta eyni məhəllələrdə bir yerdə rahat və təhlükəsiz şəraitdə yaşamışlar. Kitab əhli müsəlmanların rəhbərliyi altında olan bölgələrdə istədikləri kimi ticarətlə məşğul olub mal sahibi olmuş, müxtəlif peşə qruplarına daxil olmuş, hətta sarayda da işləmişlər. Fikir və düşüncə azadlığından maksimum faydalanmış, elm və mədəniyyət həyatlarının bir hissəsinə çevrilmiş və günümüzə qədər gəlib çatan əsərlər yaratmışlar. İctimai hüquqlarını tapdalayan heç bir təzyiqlə qarşılaşmadıqları kimi, inanc və ibadət azadlığından da istədikləri kimi faydalanmışlar. Məsələn, Abbasi sarayında işləyən xristian həkim ailələrinin rahat şəkildə İncil oxuması, ibadətlərini yerinə yetirməsi tarixi qaynaqlarda öz əksini tapmışdır.

İslam dünyasında elmə və alimlərə verilən dəyər xristian və yəhudi alimlərinin də şəxsən xəlifələr tərəfindən qorunmasını təmin etmişdir. İslam torpaqlarında fərqli dinlərdən olan alimlər dövlət idarəçiləri tərəfindən təşkil edilən yığıncaqlarda bir yerə toplanır, elmi söhbətlər təşkil edilirdi. Xristian və yəhudi həkimlər müsəlman həmkarları ilə fikirlərini bölüşür, dövrün bir çox əhəmiyyətli tibbi əsəri xəlifənin, ya da dövlət başçısının hüzurunda müzakirə olunurdu.18



İslam idarəçiliyi altında kitab əhlinin canlı, mədəni həyatı var idi. Müsəlman dövlət adamları fəth edilən torpaqlardakı mədəni işləri qoruyur və onları İslam imperiyasının paytaxtı olan Bağdada gətirirdilər. Xristianlar və yəhudilər də onlar əsasında hazırladıqları əsərlərini və öz dini inanclarını xalqlarına öyrətmək üçün hazırladıqları işləri çoxaldıb paylaya bilirdilər. Müsəlmanların elmi və fikir azadlığını dəstəklədikləri bir dövrdə xristianlığın mərkəzi olan Avropada isə inkvizisiya məhkəmələri insanları düşüncə və inanclarına görə diri-diri yandıraraq edam edirdi.

Yəhudi və xristianların məhkəmələrində ədalət anlayışı müsəlman liderlərin ədalət prinsipinə uyğun olsa da, müraciətlər, əsasən, İslam məhkəmələrinə edilirdi. Bir dövrdə İslam məhkəmələrinə müraciət edən xristianların sayındakı artıma görə Nəsturi patriarxı Timasav xristianları xəbərdar edən bəyannamə vermişdi.19



İslam tarixində görünən bənzərsiz mərhəmət və ədalət anlayışının əsası, əlbəttə ki, Quran əxlaqıdır. Quran əxlaqını tətbiq edən müsəlmanların idarəçiliyindəki torpaqlarda həmişə təhlükəsizlik, ədalət və sülh hakim olmuşdur. Xalqın xoşbəxtliyini və rifahını əsas götürən bu rəhbərlər özlərindən sonrakı nəslə nümunə olan bir sistem qurmuşlar. Hal-hazırda da mərhəməti, şəfqəti, ədaləti, anlayışı, təvazökarlığı, səbri, fədakarlığı əmr edən əsl Quran əxlaqının İslam dünyasında yayılması ilə həm müsəlmanların, həm də qeyri-müsəlmanların rahatlıq və təhlükəsizliyə qovuşacaqları nizamın qurulması mümkün olacaq.

Müsəlmanlar kitab əhlinə sahib çıxmalıdır



ADNAN OKTAR: İsraildəki bütün dindar yəhudilərə ciddi şəkildə sahib çıxılmalıdır. Eynilə Fələstinə sahib çıxdığımız kimi, onlara da sahib çıxmalıyıq. Yəni onların hamısı bizimdir. Bir qismi Yaqub oğulları, bir qismi İsmayıl oğulları. Bir qismi hz. Yaqubdan (əs) gəlir, bir qismi hz. İsmayıldan (əs). Hamısı peyğəmbər nəslindəndir. Oradakı qövmün, nəslin hamısı elədir və çox dindardırlar, təmiz insandır.

Onlara ürcah olmuş ateist-sionistlər və masonlar var. Onları bir-birinə qırdırmaq istəyən, onları bir-birinə yox etdirmək istəyən bir qrup var. Onları - şeytanın bu qrupunu geriyə çəkib, eyni atadan olan dindar, tərtəmiz qardaşları xoşbəxt yaşatmalıyıq. Birtərəfli siyasət səhvdir. Həm ədalətə, həm də vicdana uyğun deyil. Bir də belə bir gözəlliyi görməzlikdən gələ bilmərik. Yəhudilər çox dindar insandırlar. Onları mütləq qorumaq lazımdır, amma fələstinliləri də bu bəladan, bu dərddən qurtarmalıyıq. (Adnan Oktarın Mavi Karadeniz TV müsahibəsindən, 3 fevral 2009)

Müsəlman cəmiyyətlərində kitab əhlinin hüquqi statusu

Kitab əhli fəth edilən torpaqlarda əsir kimi deyil, zimmi statusunda yaşayır və beləliklə, hüquqi status qazanmış olurdular. Zimmilik cizyə vergisini ödəyən və müsəlman idarəsini tanıyan qeyri-müsəlmanlara verilən ad idi. Bununla bağlı olaraq can və mal təhlükəsizliyi təmin edilir, din və vicdan azadlığından faydalanır, əsgərlikdən azad olurdular. Aralarındakı anlaşılmazlıqları öz hüquqlarına görə həll etmə haqqını əldə edir və bəzən ödədikləri cizyə də geri qaytarılırdı.

Qeyri-müsəlmanlardan cizyə vergisinin alınması bəzən səhv izah edilir və ədalətsizlik kimi göstərilməyə çalışılır. İslam idarəçiliyində müsəlmanlardan cizyə vergisi alınmamışdır, çünki onlara hərbi öhdəlik verilmişdir, qeyri-müsəlmanlar isə bu öhdəlikdən azad edilmişlər. Bundan başqa, qeyri-müsəlmanlardan alınan cizyə vergisi onların hüquqlarının qorunması və gələcəklərinin təminatı, eləcə də möhtac olan qeyri-müsəlmanların qorunması üçün istifadə edilmişdir. Zimmilik statusunu və müsəlman idarəçilərin cizyə ilə əlaqədar üsullarını araşdıranda bu mühakimələrdən uzaq olduqlarını görürük.

Peyğəmbərimiz (səv):Kim zimmiyə zülm edər və ya daşımaqda aciz olduğu yükü yükləyərsə, o şəxsin düşməniyəm”, -deyərək zimmilərə mərhəmətli davranmağı tövsiyə etmişdir. Bu tövsiyəni dinləyən müsəlmanlar öz idarələri altındakı qeyri-müsəlmanların qorunmasını vacib görmüşlər. Müsəlmanların hüquq anlayışlarına görə, zimmilər dövlət tərəfindən qorunmalı idi. Hz. Ömər (əs) dövründə Hira xristianları ilə müsəlmanlar arasında bağlanan sazişdə bildirilmişdir: “Əgər onlardan biri gücdən düşsə və yaşlansa və ya xəstəlikdən əziyyət çəksə və ya varlı ikən yoxsullaşsa, o və ailəsi İslam torpaqlarında olduğu müddətdə beytül-maldan (cəmiyyət xəzinəsi) kömək görəcək”.20 Müsəlman olmayanlar vergilərini ödəyə bilməyəndə, dövlət xəzinəsindən onlara kömək edilirdi. Şam xalqı ilə bağlanan sazişdə hz. Ömərin (əs) cizyə və qeyri-müsəlmanlar mövzusunda müsəlmanlara həssaslığını göstərən çox əhəmiyyətli izahı verilmişdir:

Allah'ın lütf etdiyi torpaqları insanların əllərindən almayın və Allah'ın kitabında ifadə etdiyi kimi, gücləri çatdığı qədər cizyə qoyun. Əgər cizyə onlar tərəfindən ödənsə, daha çoxunu istəməyin... Torpaqları öz aramızda paylaşsaq, övladlarına heç nə qalmayacaq. Əgər torpaqlar əsl sahiblərinə verilsə, müsəlmanlar onların istehsal etdikləri ilə yaşaya bilərlər. Onların üzərinə cizyə qoya bilərsiniz, amma əsla onları əsir ala bilməzsiniz. Onları incidə, ya da onlara zərər verə bilməzsiniz və üzərində haqqınız olmadıqca onların mallarını ala bilməzsiniz. Onlarla etdiyiniz razılaşmalarla qəbul etdiyiniz öhdəçilikləri yerinə yetirmək məcburiyyətindəsiniz. 21



Göründüyü kimi, Quran əxlaqını yaşayan səmimi müsəlmanlar qeyri-müsəlmanların mal və can təhlükəsizliyini, rahatlığını qorumağı məsuliyyət hesab edirdilər. Bizans ordusu ilə döyüşdə İslam ordularının xristianları qoruya bilməyəndə aldıqları cizyəni onlara qaytarması Peyğəmbərimizin (səv) müsəlmanlara öyrətdiyi İslam əxlaqının gözəl nümunələrindən biridir.22

Keçmişdə İslam dünyası, yəhudi və xristianlar arasında qurulan dostluq əlaqələri dövrümüz üçün də əhəmiyyətli bir nümunədir. İslam əxlaqı fərqli dinlərə və inanclara mənsub olan insanlara şəfqətlə yanaşmağı, onların dəyər və inanclarına hörmət etməyi, birlikdə rahat yaşanacaq mühit qurmağı tələb edir. Buna görə də bu əxlaqın yayılması və İslam adına ortaya qoyulan, ancaq İslam əxlaqı ilə heç bir əlaqəsi olmayan bəzi yanlış üsulların aradan qaldırılması üçün göstərilən səy dünya sülhünün təmin edilməsində əhəmiyyətli addımdır.

Müsəlmanların sevgi və anlayışı səmimi olaraq iman gətirən yəhudi və xristianlarda da eyni şəkildə olmalıdır. Çünki Allah yəhudi və xristianlara da digər insanları sevmələrini, yaxşılığın və sülhün tərəfdarı olmalarını əmr etmişdir.

Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə