GəLİn biRlƏŞƏk de: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allah’dan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allah’ı qoyub bir-birimizi ilahiləşdirməyək”


III HİSSƏ RADİKALİZM TƏHLÜKƏSİNƏ QARŞI BİRLƏŞMƏK



Yüklə 1,16 Mb.
səhifə4/16
tarix26.09.2017
ölçüsü1,16 Mb.
#2235
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   16

III HİSSƏ

RADİKALİZM TƏHLÜKƏSİNƏ QARŞI BİRLƏŞMƏK

Hansı qrupa və ya inanca aid olmasından asılı olmayaraq, radikal meyillər dünyada sülh və təhlükəsizliyi təhdid edən ünsürlərin əsas səbəbkarıdır. Radikalizm hər hansı bir mövzuda köklü və ani dəyişiklikləri müdafiə etmək və bu istiqamətdə kəskin siyasət aparmaqdır. Radikallar köklü dəyişikliklər iddiasında olan və bunun üçün sərt, kəskin, hətta bəzən təcavüzkar üslubdan istifadə edən şəxslər kimi tanınırlar. Radikalizmin diqqət çəkən bir xüsusiyyəti qəzəbli üslubdan istifadə etməsidir. Bu üslub radikalların danışıqlarında, yazılarında, nümayişlərində ortaya çıxır. Radikal hərəkatlarda şüurlu rəftarların yerini kor-koranə müdafiələr və bu istiqamətdə inkişaf edən kütlə psixologiyası tutur. Kütlə psixologiyası bəzən elə bir hala gəlir ki, nəyi nə üçün etdiyini belə bilməyən şəxslər ətrafa zərər verən təcavüzkar insanlara çevrilirlər. Sevginin, şəfqətin və anlayışın tamamilə ortadan qalxdığı belə bir mühitdə qarşı tərəfin nə düşündüyünü, nəyi müdafiə etdiyini dinləməyə və anlamağa ehtiyac belə duymadan müxtəlif ideologiyalara, müxtəlif inanclara və irqlərə qarşı düşmənçilik aparırlar.

Zərərli və dağıdıcı hərəkat olmasına baxmayaraq, radikalizmin tərəfdar toplaya bilməsinin əsasında cəhalət durur. Kifayət qədər məlumatlandırılmayan, ya da səhv və ya birtərəfli məlumatlandırılan kütlələr cərəyanların təsiri altına düşür, bu cərəyanların qarşıya qoyduğu fikirləri düşünmədən qəbul edirlər. Bu səbəbdən, radikalizmə qarşı fikri mübarizədə təhsil almaq çox vacibdir.

Hal-hazırda radikalizm xristian və yəhudi cəmiyyətlərində olduğu kimi, İslam dünyasında da mövcuddur və bu vəziyyət iki sivilizasiya arasında qarşıdurma yaratmaq istəyənlər tərəfindən sui-istifadə edilir. Radikalizmin dünya təhlükəsizliyi üçün nə qədər ciddi təhlükə olduğunu isə ABŞ-da 11 sentyabr terroru və bunun nəticəsində yaranan mühit bir daha sübut etdi. Hücumların müsəlmanlar tərəfindən reallaşdırıldığının düşünülməsi qərb dünyasının bir qismində İslam dini haqqında yanlış təəssüratlar doğurdu. Halbuki İslam əxlaqı hər cür şiddəti və təcavüzkarlığı qəti şəkildə qadağan edir. Belə ki, İslam dünyası terroristləri lənətlədi, dünyanın hər yerində müsəlmanlar terror nəticəsində dünyasını dəyişən günahsız insanlar üçün xristianlarla birlikdə dua etdi, amerikalı müsəlmanlar da zərər çəkənlərin köməyinə qaçdı. Buna baxmayaraq, bu bədxah hücumları İslama aid etmək istəyən insanların təsiri ilə Amerikada və bəzi Avropa ölkələrində müsəlmanlara qarşı ayrı-seçkilik başladı və hətta şiddətli hadisələr baş verdi. Dünyanı bir-birinə zidd olan qütblərə ayırmağı hədəf alan radikalların təlqinləri hər iki sivilizasiyanın insanları üçün narahat mühit meydana gətirdi.

İstər qərb dünyası, istərsə də İslam dünyası radikalizmi və onun zərərlərini aradan qaldırmaq üçün müxtəlif mədəni proqramlar təşkil etməli, cəmiyyətin hər zümrəsinə çatan təhsil kampaniyaları yaratmalıdır. Bu proqramlarda cəmiyyətin müxtəlif təbəqələrinin üzərinə düşən vəzifələri isə belə sıralaya bilərik:

• Radikalizm din əxlaqına uyğun olmayan cərəyandır. Bu, həqiqətin dəlillərlə göstərilməsi, din adı altında ortaya çıxan radikalların fikrən məğlub olması üçün əhəmiyyətlidir. Hər üç İlahi dinin mənsubları səbirlə, gözəl sözlə və nəzakətlə bunu insanlara izah etməlidirlər. Rəbbimizin zülm və təcavüzkarlığı bütün inananlara haram etdiyini, günahsız insanlara zərər verən hər cür hərəkətin Allah qatında qadağan edildiyini dəlillərlə izah etməli, bu yolda olan insanların böyük səhv etdiyini onlara göstərməlidirlər. Bu iş sayəsində din adı altında ortaya çıxan, ancaq şiddət tərəfdarı olan insanların doğrunu söyləmədikləri, azğın yola uyduqları cəmiyyət tərəfindən dərhal dərk ediləcək, bu insanların özlərinə tərəfdar tapmaları mümkün olmayacaq.

• Tərəflərin bir-biri haqqında eşitdiyi və həqiqətdən uzaq məlumatlara əsaslanaraq gəldiyi qənaətlər sıxıntıya səbəb olur, bu vəziyyətdən qaynaqlanan ön mühakimələr tərəflərarası əməkdaşlığın qarşısında sədd meydana gətirir. Hər üç İlahi dinin mənsublarının bir-birinin inancını, ənənələrini, ibadətlərini daha yaxından tanıyacağı mühitin yaradılması qarşılıqlı əlaqələrin qurulmasında əhəmiyyətli addım olar. Qarşılıqlı təhsil və mədəniyyət proqramları ilə bu mühit asanlıqla yaradıla bilər. Fərqli inanca mənsub olan insanlar bir-birlərini tanıdıqca nə qədər çox ortaq xüsusiyyətlərə sahib olduqlarını görərlər, bu ortaq xüsusiyyətlər üzərində uzlaşma imkanı əldə edərlər. Həm müsəlmanlar, həm də yəhudi və xristianlar Allah'ın müqəddəs kitablarda onlara əmr etdiyi əxlaq çərçivəsində öz dünyagörüşlərini bir-birinə izah etməli, beləliklə, məlumat çatışmazlığından qaynaqlanan anlaşılmazlıqlar aradan qaldırılmalıdır.

• Mədəni işlərin müvəffəqiyyət qazanmasında medianın boynuna götürəcəyi rol böyük əhəmiyyət kəsb edir. Tərəflərarası əməkdaşlıq üçün lazımi zəmin yaradılmasında media mədəni fəaliyyətlərə dəstək verməlidir. Ayrı seçkiliyi və şiddəti qızışdıran, təxribata yol açan hərəkətlərdən çəkinməli, şəfqəti və anlayışı təşviq edən verilişlər artırılmalıdır. Xüsusilə qərb mətbuatının bu mövzudakı verilişləri müsəlmanlara qarşı yönələn ön mühakimələrin aradan qaldırılmasında mühüm mərhələ olar. İslam dünyasındakı media isə digər dinlərə və mədəniyyətlərə qarşı nifrəti təhrik edən hərəkətlərdən və şiddəti təşviq edən üsullardan çəkinməli, İslam dünyasının mədəni və mənəvi təhsilinə üstünlük verməlidir.

• Bu işlərdə ən əhəmiyyətli məsuliyyət isə cəmiyyətlərin dindarlarının və rəhbərlərin üzərinə düşür. Üç İlahi dinin dindarları bəzi xurafatları və batil inancları din əxlaqının bir hissəsi kimi göstərənlərə qarşı diqqətli olmalıdırlar. Hər cür xurafatın din əxlaqına uyğun olmadığı, Allah'ın inananlara həlim xasiyyətli olmağı əmr etdiyi cəmiyyətlərə bildirilməlidir. Cəmiyyətlərin xurafatlardan qorunması üçün rəhbərlər də bu hərəkatı dəstəkləməli, mülayim, yəni əsl din əxlaqına uyğun olan anlayışın hakim olması üçün lazım olan zəmini hazırlamalıdırlar.



Üç İlahi dinin mənsublarının əməkdaşlıqla görəcəyi bu və buna bənzər işlər radikalizmə zəmin hazırlayan şərtlərin ortadan qaldırılmasına vasitə olar. İnananlar digər tərəfin inanclarını və müqəddəs dəyərlərinə tamamilə etinasızlıq edən və yalnız özünü haqlı görən anlayışdan çəkinməlidirlər. Səmimi olaraq iman gətirənlər bir-birini ittiham etməyin yerinə, özlərini Allah'a daha çox yaxınlaşdıran yollar axtarmalı, səmimiyyətlərini artırmağa cəhd göstərməli, Allah'ın razılığını və rəhmətini qazanmaq üçün səy göstərməlidirlər. Bunun əksini edənlərin səhv etdiyi ayədə belə açıqlanır:

Yəhudilər: “Xaçpərəstlər heç bir şeyə əsaslanmırlar!”– deyir, xaçpərəstlər isə: “Yəhudilər heç bir şeyə əsaslanmırlar!”– deyirlər. Halbuki onlar kitab oxuyandırlar. Cahillər də onların danışdığı kimi danışırlar. Allah ixtilafa düşdükləri şey barəsində qiyamət günü onların arasında hökm verəcəkdir. (Bəqərə surəsi, 113)

Unutmaq olmaz ki, həm İslam, həm də xristian və yəhudi aləmi radikalların verdiyi zərərin aradan qaldırılması, sülhpərvər, mədəni və səmimi dindar insanların ittifaqı ilə mümkündür. Beləliklə, müharibəni və qarşıdurmanı yeganə çıxış yolu kimi göstərən, təhlükəsizliyin ancaq şiddət və güc nümayişi ilə təmin ediləcəyinə inananların təlqinləri təsirsizləşdirilər, daha çox qan, göz yaşı və maddi itkiyə səbəb olan cəhdlərin qarşısı alınar.

Radikalizmə mane olmağın başqa bir yolu da xurafatları təşviq edən cərəyanların və ideologiyaların yanlış olduğunu ortaya qoymaqdır. Kitabın sonrakı səhifələrində xristian və yəhudi dünyasında bəzi radikal hərəkatların yanlış yönlərini araşdıracağıq. Ancaq bundan əvvəl İslam dünyasının da radikalizmə qarşı son dərəcə diqqətli olmasını bir daha xatırlatmalıyıq.

Müsəlmanlar unutmamalıdır: Quran əxlaqı onları hər cür azğınlıqdan çəkindirir

Əvvəlki hissədə də araşdırdığımız kimi, başda Peyğəmbərimizin (səv) dövrü olmaqla, tarix boyu İslam cəmiyyətləri müsəlman olmayanlar üçün şəfqət və mərhəmətin mərkəzi olmuşdur. Keçdiyimiz 1400 illik tarix digər ölkələrdə zülm görən xristian və yəhudilərin müsəlmanların himayəsinə və mərhəmətinə sığınmalarının nümunələri ilə doludur. Bu həqiqəti unutmayaraq, sülhə ən çox ehtiyac duyulan bu dövrdə müsəlmanlar Quranda əmr edilən əxlaqı və hz. Muhəmmədin (səv) həyatını əsas götürərək bütün dünyaya nümunə olan model qurmalıdırlar.

Radikalizm üslubu Allah'ın möminlərə əmr etdiyi üsluba heç bir şəkildə uyğun gəlmir. Allah Quranda möminləri təsvir edərkən onların gözəl sözlü, müharibə və qarşıdurmadan çəkinən, əleyhlərinə olan insanlara qarşı da mülayim və dostca yaxınlaşan, təvazökar, səbirli, mərhəmətli, mehriban bir xarakteri təsvir edir. Quran ayələrinə baxdıqda mülayim və şəfqətli bir üslubun bütün peyğəmbərlərin ortaq xüsusiyyəti olduğunu görürük. Allah hz. İbrahimi (əs) “...Həqiqətən, İbrahim (Allah'a) çox yalvaran həlim bir kimsə idi” (Tövbə surəsi, 114) şəklində təsvir edir. Peyğəmbərimiz hz. Muhəmmədin (səv) əxlaqını təsvir edən bir ayə isə belədir:

Allah'ın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar... (Ali-İmran surəsi, 159)

Müsəlmanlar yalnız din əxlaqını izah etməklə məsul olduqlarına, insanları heç bir şəkildə zorla məcbur etmədiklərinə, ən zalım inkarçılara qarşı belə yumşaq söz söyləməklə məsuliyyət daşıdıqlarına görə radikal ola bilməzlər. Çünki radikalizm bu xüsusiyyətlərin əksini müdafiə və tətbiq edir.

Radikalizm İslam əxlaqına uyğun olmayan bir cərəyan və siyasi qurumdur. Radikalizm kimi təsvir edilən ictimai faktları araşdıranda onların, əslində, darvinistlər və materialistlər tərəfindən istifadə edilən üsul və ifadələrin toplusu olduğunu və ya İslamda heç bir yeri olmayan cahiliyyə təəssübünün (Fəth surəsi, 26) bir ifadəsi kimi ortaya çıxdığını görürük. Bu ideologiyaların ortaq istiqamətlərindən biri olan və radikalizmə zəmin hazırlayan romantik şiddət Allah'ın Quranda bildirdiyi əmrlərə tamamilə ziddir. Quranda müsəlmanlar qəzəbləndikləri zaman qəzəblərini boğan, ağıllı, həlim xasiyyət və mülayim insanlar kimi təsvir edilirlər. Həmişə qarşıdurmaları qarşılıqlı anlayış çərçivəsində həll etməyə və hadisələrin müsbət istiqamətlərini görməyə çalışırlar. Qarşılaşdıqları hər hadisədə sakit davranırlar. Bir ayədə müsəlmanların bu xüsusiyyəti belə bildirilir:



O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da (mallarından Allah yolunda) xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir. (Ali-İmran surəsi, 134)

Müsəlmanlar özləri kimi eyni düşüncə və inanca sahib olmayan insanlarla danışarkən və onlara İslam əxlaqını izah edərkən çox nəzakətli üslubdan istifadə etməlidirlər. Buna görə də qarşı tərəfi heç vaxt məcbur etməzlər. Müsəlmanların məsuliyyəti Allah'ın Quranda bildirdiyi əxlaqı ən gözəl şəkildə insanlara izah etmək və seçimi insanların vicdanına buraxmaqdır. Allah aşağıdakı ayədə bir müsəlmanın digər insanlara qarşı üslubunun necə olacağını açıqca bildirir:

(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl surəsi, 125)

Bu mövzuda bizə yol göstərən nümunələrdən biri də Allah'ın hz. Musa (əs) və hz. Haruna (əs) fironun yanına getməyi söyləyərkən bildirdiyi “yumşaq danışın” əmridir:

Fironun yanına gedin. Çünki o, həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun! (Taha surəsi, 43-44)

Firon öz dövrünün zülm və inkarda irəli getmiş inkarçısıdır. Allah'ı inkar edib özünü bütləşdirməsi onu azğınlığa yönəltmiş, iman gətirənlərə (dövrün İsrail oğullarına) qorxunc zülmlər vermiş və qırğınlar törətmiş bir despotdur. Buna baxmayaraq, onun yanına gedərkən Allah peyğəmbərlərinə: “Onunla yumşaq danışın”,- deyə buyurur. Diqqət yetirilsə, Allah'ın bildirdiyi üsul mülayim üslubdur. İstehzalı, qəzəbli sözlər, həyəcanlı etiraz nümayişləri Allah'ın əmr etdiyi əxlaqa və təbliğ üslubuna uyğun deyil.

Bu səbəbdən, bütün müsəlmanlar Quran əxlaqına zidd olan hər cür kəskin, qəzəbli, qarşıdurma yaradan üslubdan tamamilə uzaqlaşmalı, onun yerinə Allah`ın Quranda təsvir etdiyi mülayim, şəfqətli, sakit və ağıllı üslubu seçməlidirlər. Müsəlmanlar mehribanlıqda, insanpərvərlikdə və təvazökarlıqda bütün dünyaya nümunə olmalı, insanları özlərinə və dolayısilə İslam əxlaqına heyran etməlidirlər. Həmçinin elm, mədəniyyət, sənət və estetikada da irəliləyib İslamı dünyada təmsil etməlidirlər.

Müsəlmanların terrora münasibəti necə olmalıdır?

Hər cür terrorist hücum İslam dinində şiddətlə lənətlənir. İslam dininə görə günahsız insanı öldürmək böyük günahdır və günahsız insanı öldürən şəxs axirət həyatında əzabla qarşılaşacaq:

...Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar. Elçilərimiz onlara aydın dəlillər gətirdilər. Onların çoxu isə bundan sonra da yer üzündə həddi aşdılar. (Maidə surəsi, 32)

Yuxarıdakı ayədən də göründüyü kimi, Quranda günahsız bir insanı öldürmək bütün insanları öldürməyə bərabər tutulur. Quranda insan həyatına verilən əhəmiyyət “Furqan” surəsində belə bildirilir:

Onlar Allah'la yanaşı başqa tanrıya yalvarmaz, Allah'ın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. (Furqan surəsi, 68)

Allah başqa bir ayəsində insanlara bu şəkildə əmr edir:

De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum: Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq ucbatından uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Murdar əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allah'ın, (öldürülməsini) haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız. (Ənam surəsi, 151)

Allah'a səmimi qəlblə iman gətirən, Onun əmrlərini tətbiq edən və sonsuz axirət əzabından qorxan müsəlman, bir insana belə zərər verməz. Çünki Allah'ın sonsuz ədalət sahibi olduğunu və hər etdiyinin əvəzini mütləq alacağını bilir. Mübarək peyğəmbərimiz hz. Muhəmməd (səv) bir hədisində Allah'ın məmnun olmadığı insanları belə sadalamışdır:

Hərəm (müqəddəs bölgə) içində zülm və haqsızlıq edənlər, cahiliyyə adətini arzulayanlar və haqsız yerə insan qanı axıtmaq istəyənlər Allah'ın razı olmadığı insanlardır.23

Bu mövzuda diqqət yetirilməli cəhət isə ibadət yerlərinə olan münasibətlərdir. Kilsələr, sinaqoqlar, məscidlər Allah'a ibadət edilən evlərdir. Günahsız insanların kilsələrdə, sinaqoqlarda, ya da məscidlərdə Allah'a ibadət edərkən öldürülmələri Allah qatında böyük günahdır. Ora gedən insanlar Allah'a dua edən, dindar insanlardır. Allah'ın adının xatırlandığı bütün evlər isə İslam dinində müqəddəsdir. Bu evlərin ziyarətçiləri yəhudi, xristian və ya müsəlman ola bilər. Lakin vacib olan onların hər birinin Allah'a iman gətirməsi və dindar olmasıdır. Müsəlman kitab əhlinin Allah'a ibadət etdiyi müqəddəs yerlərə hörmət etməli, bu məbədləri qorumalıdır. Bu yerlərin xristian və ya yəhudilərə aid olmasından asılı olmayaraq, orada Allah'ın adı xatırlandığı üçün müsəlmanlar üçün də qiymətlidir və bütün iman gətirənlər tərəfindən qorunmalıdır.

Terrorun mənşəyi darvinizmdir, həlli isə əsl din əxlaqıdır



ADNAN OKTAR: İslam dini deyəndə sülh dini başa düşülür. Yəni “İslam” sülh, sevgi, şəfqət, mərhəmət, dostluq, yoldaşlıq, yardımlaşma və yaxşı olan hər şeydir. Amma bunu cahilin əlinə versən, asar, kəsər, bombalayar, darmadağın edər. “Nə üçün edirsən?” - deyə soruşanda: “Allah üçün edirəm”, - deyir. Cahilin əlində belə olur, yəni İncili də bəzi xristianlar fərqli şəkildə tətbiq edirlər. Səlib yürüşləri təşkil etdilər, böyük qırğınlar törətdilər. Asdılar, kəsdilər, bəzi yəhudilər də elə. Tövratla etdikləri qırğınların həddi-hüdudu yoxdur. Halbuk, Tövrat hansı dindən olursa-olsun, qonşuya da çox şəfqətli və qoruyucu olmağı əmr edir. Bu, xristianlıqda da vardır. Yəni sevgi dini yəhudilik və xristianlıqda da sevgi dinidir. İslamiyyət də sevgi dinidir. Amma ürəyi qatılaşmış, Avropada təhsil almış, darvinist təhsil almış, partizan təhsili almış, kommunist təhsil almış insanın əlinə Quranı versən, sənin qarşına belə gələr. Çünki o, ürəyindəki kini və nifrəti tətbiq etmək üçün Qurandan istifadə edir. Halbuk, Qurana görə, bir insan cinayət edəndə qatili gətirirlər. Allah deyir ki, qatili bağışla. Ayə var. Bundan böyük nə var? Adam öldürüb qəsdən, bilərəkdən. Quranda: “Onu bağışlayın”, - deyilir. Bəlkə düzələr, bəlkə düz yola yönələr. “Bağışlasanız, sizin üçün daha xeyirlidir”,- deyir Allah. Belə bir dində şiddəti necə tətbiq edirlər? Yəni bombalama, asma, kəsmə, məsələn, kiçik uşaqlar, qadınlar var; aralarına bombanı qoyur. Darmadağın edir hamısını, birdən havaya uçurur. “Nə üçün etdin?”- deyirsən. “Allah üçün etdim”,- deyir. Qardaşım, de ki: mən darvinist təhsil aldım, materialist təhsil aldım, Stalinin pərəstişkarıyam. Amma Quranı da özümə uyğunlaşdırmağa çalışdım, millətin gözünə kül üfürürəm. Bilirəm, İslamiyyətdə belə bir şey yoxdur. Doğrunu söyləsin. Quranda belə bir şey yoxdur. Peyğəmbərimiz (səv) son dərəcə şəfqətli, mərhəmətli bir insan idi. Peyğəmbərin (səv) qucağında pişik yatır, ətəyini kəsir, heyvanı narahat etməmək üçün, oyandırmamaq üçün belə edir. Bizim belə Peyğəmbərimiz (səv) var. İnsanları bombalamaq, uşaqları bombalamaq, aləmi bir-birinə qatmaq nə deməkdir? Bir də psixoloji şiddəti var. Oturma, qalxma, sağa dönmə, sola dönmə, havaya baxma, yemə, içmə, sənət yox, elm yox, texnologiya yox, sevgi yox. Bunun dinlə heç bir əlaqəsi yoxdur. Bunlar öz ruhlarındakı qaranlığı, öz ruhlarındakı şirk düşüncəsini Qurana tətbiq etməyə çalışan insanlardır. Peyğəmbərimizin (səv) həyatı göz qabağındadır. Gözəllikdən xoşlanır, estetikadan xoşlanır, sənətdən xoşlanır, ətrafı təmiz və gözəldir, söhbətləri çox sadədir Peyğəmbərimizin (səv). Həmişə şəfqətli olub, olduğu yer tərtəmiz olub, o dövrün imkanları ilə gül əkdirirdi. Məkkə, Mədinəni düşünün, səhra mühitini. Orada belə gül yetişdirir. Yəni gözəlliyə olan meylini buradan anlayırıq. Nəvələri ilə zarafatlaşır Peyğəmbərimiz (səv). Belə bir insandır Peyğəmbər (səv). Orada isə baxırsan ki, insanın üzündə qatil sifəti var. Elə müsəlman olarmı? Haşa, dini, İslamı insanlara anormal göstərməyə çalışan düşüncənin arxasında bəzi masonlar var və bunların hamısı darvinist, materialist, stalinist təhsil almış insanlardır. Şeytani düşüncə iİslamı insanlara qorxunc göstərmək istədilər. 11 sentyabr terror hücumlarını müsəlmanlar etdi. Haranın müsəlmanı, arxasına bir baxaq, arxasından Amerikada təhsil almış, darvinist təhsil almış, marksizmi çox yaxşı bilən, Stalinin bütün tətbiq etdiyi üsulları çox yaxşı bilən insanlar çıxır. Niyə buna müsəlman deyirsən? Yəni beyni yuyulmuş xəstə adamlardır. Onun üçün müsəlmanlığa edilən hər hücum şeytanın etdiyi hücumdur. Biz bu oyuna aldanmarıq. İslamiyyət Peyğəmbərin (səv) tətbiqi ilə göz qabağındadır, Quranın şəfqət dolu izahları, Quran ayələri də göz qabağındadır. Bu oyun da eynilə darvinizm kimi bir saxtakarlıq idi, biz bunu da pozduq və pozacağıq, inşaAllah. (Adnan Oktarın Kırım Gazeteleri müsahibəsindən, 14 noyabr 2008)

Adnan Oktar: Müsəlmanların törətdiyi terror kimi göstərilən hadisə, yəni şəxsiyyət vəsiqəsində müsəlman yazılan terroristlərin etdiyi hərəkət kommunistlərin etdiyi hərəkətlərdir. İraqın əvvəlki Baas Partiyasının kommunistləri, Suriya Baas Partiyasının əvvəlki kommunistləri, keçmiş liviyalı kommunistlər, keçmiş yəmənli kommunistlər, keçmiş misirli kommunistlər və bunların idarə olunması, yəni masonlar tərəfindən istiqamətləndirilməsi nəticəsində belə bir quruluş meydana gəlir. Bütün terror fəaliyyətlərini Avropada təhsil almış, darvinist-materialist təhsil almış, müsəlman şəxsiyyəti olan, şəxsiyyət vəsiqəsində müsəlman yazılan insanlar törədir. Amma bunların hamısı darvinist təhsil alıblar. Evlərində Karl Marksın şəkilləri asılıb. Marksa, Leninə pərəstiş edirlər bu insanlar; Ho Şi Minhin pərəstişkarıdırlar. Yəni terrorist pərəstişkarıdır bunlar. Amma soruşanda müsəlman olduqlarını deyirlər. Bunlar müsəlman deyil, bunlar kommunist, anarxist düşüncəni müdafiə edən terrorçulardır. Şəxsiyyət vəsiqəsində müsəlman yazılması vacib deyil. Burada ən vacib məqam odur ki, bu insanların, demək olar ki, hamısı Avropada və yaxud Amerikada darvinist, materialist təhsil alıblar. Yəni bu təhsilin bir oyun olduğu, şeytanın bir oyunu olduğu insanlara izah ediləndə tamamilə bitəcək, bunun bitəcəyi vaxta doğru sürətlə irəliləyirik.

Hz. Mehdi (əs) dövrünə gəlirik. Hz. İsa əleyhissalamın zühuruna yaxınlaşırıq. Qarşıdan gələn on-iyirmi ilin içində hz. İsa əleyhissalamın zühurunu bütün dünya görəcək. Mən də buradayam, insanlar da. İnşaAllah, Allah ömür versə, görəcəyik. Bunun həqiqət olduğunu bütün dünya görəcək. Darvinizm ilbəil şam kimi əriyir və əriyəcək. Gələcəkdə uşaqlar bunu tarix kitablarında oxuyacaqlar. Belə gülünc paqan bir dinin insanlar tərəfindən necə qəbul edildiyinə təəccüblənəcəklər. (Adnan Oktarın Hollandiya, Poli Gazette müsahibəsindən, 2 iyul 2009)

Radikal xristianların yanlış düşüncəsi

Müasir dövrdə yaşayan xristianların əksəriyyətinin digər dinlərin mənsublarına İncildə olan sevgi və hörmət prinsipi ilə yaxınlaşması çox əhəmiyyətlidir. Xüsusilə XX əsrin ikinci yarısında bu istiqamətdə müsbət hadisələr baş vermişdir. Bu tarixdə xristian dünyasında digər dinlərə qarşı yanlış və əsassız düşüncə tərk edilmiş, digər dinlərə bağlı olan insanların günahkar kimi düşünülməməsi fikri hakim olmuşdur. Xristian yazıçılar, tədqiqatçılar və dindarlar bu fikri geniş şəkildə dilə gətirmişlər. Xristianlığı təmsil edən qurumlar dünyadakı problemlərə qarşı digər dinlərlə ittifaq qurmağı və əməkdaşlıq etməyi qərara almışlar.

Buna baxmayaraq, xristian dünyasında nadir də olsa, fərqli inanclara mənsub şəxslərə qarşı qatı və hətta təcavüzkar yanaşmalara rast gəlinir. Bəzi dini liderlər digər dinlərlə əlaqədar yanlış izahlar gətirir, bu dinlərə inananların günahkar olduqlarını iddia edirlər. Xüsusilə, müsəlmanlara qarşı bəzi haqsız və əsassız iddialar İslam dünyasında da narahatlıq doğurur. Orta əsrlərdəki xaçlı zehniyyətini qoruyan bəzi xristian liderlər Əhdi-Ətiqə bir sıra mənalar verərək yaxın gələcəkdə müsəlmanlarla qərb dünyası arasında müharibə olacağını, hətta bu müharibənin lazım olduğunu bildirirlər. Əhdi-Ətiqdə keçmişdə yaşayan cəmiyyətlərin həyatlarından bəzi məqamlar və o dövrdə baş verən müharibələr, onların nəticələri izah edilir. Ancaq bu izahların əksəriyyəti o dövrə aiddir, o cəmiyyətlərin yaşadığı hadisələrlə bağlıdır. Bu səbəbdən, Əhdi-Ətiqdə olan bəzi izahlar o dövrə aid edilməli, bu izahlardan müharibəni və qarşıdurmanı dəstəkləyən nəticələr çıxarılmamalıdır.

Radikal xristianların yanlış düşüncələrindən biri də vacib olan müharibəni, yəni Armaqedonu Məsihin (əs) gəlişindən əvvəl reallaşacaq bir hadisə kimi qiymətləndirmələridir. Halbuki bu anlayış hz. İsanın (əs) xristianlara öyrətdiyi əxlaqa tamamilə ziddir. İncilə baxsaq, hz. İsanın (əs) insanlara həmişə sevgi, sülh və dostluq tövsiyə etdiyini görərik.



Xristianlar bilməlidirlər ki, hz. İsa Məsihin ikinci dəfə yer üzünə gəlişini tək xristianlar deyil, müsəlmanlar da böyük həyəcanla gözləyirlər. Çünki bu möcüzə Quranda xəbər verilirhz. Muhəmmədin (səv) hədislərində də açıq şəkildə bildirilir. Bu səbəbdən, həm xristianlar, həm də müsəlmanlar bu böyük möcüzəni səbirsizliklə gözləyirlər. Unutmamalıyıq ki, hz. İsanın (əs) gəlişi ilə birlikdə Allah'ı inkar edən fəlsəfələr və bütpərəst inanclar fikrən məğlub ediləcək, irqçilik, faşizm kimi ideologiyalar aradan qaldırılacaq, beləliklə, dünya müharibələrdən, qarşıdurmalardan, etnik qarşıdurmadan, zülm və haqsızlıqlardan xilas olacaq, insanlar sülh, xoşbəxtlik və rahatlıq içində yaşayacaqlar. Bu səbəbdən, səmimi olaraq hz. İsanın (əs) gəlişinə hazırlaşan dindarlar belə bir mühitə zəmin hazırlayan işlər görməli, hər cür qarşıdurmaya mane olmaq üçün cəhd göstərməli, ayrılıqları, mübahisələri bir kənara atmalıdırlar.

İki cəmiyyət arasında anlayışa və hörmətə əsaslanan əlaqə qurulmasına mane olan yanaşmalar, şübhəsiz, ən yaxşı şəkildə xristianlar tərəfindən aradan qaldırıla bilər. Bu cür insanların yanıldığı müsbət düşünən xristianlar tərəfindən cəmiyyətə göstərilməlidir. Dünyanı savaş meydanına çevirən, digər mədəniyyətlərin varlığına dözməyənlərin düşüncələri sevgi və sülhü əmr edən xristianlıq təlimlərinə ziddir. İncildəki hökmlər dindar xristianların bütün insanlara yaxşılıq etməsini, düşmənlərini belə sevməsini, onlara nifrət edənlərə belə yaxşılıq etməsini tələb edir. Başda müsəlmanlara qarşı olmaqla, digər dinlərin mənsublarına qarşı ön mühakiməli dünyagörüşü və kinli münasibət xristian təliminin yanlış izah olunmasından və bəzi dindən kənar ideologiyaların təsirindən qaynaqlanır. Mülayim xristianlar radikalların qarşıya qoyduğu iddiaların sülh və sevgini müdafiə edən xristian təlimləri ilə ziddiyyət təşkil etdiyini sübut etməlidirlər. Bu istiqamətdə aparılan işlər radikal təlqinlərin kifayət qədər məlumat sahibi olmayan kütlələri təsir altına almasına mane olacaq. Əvvəl də qeyd etdiyimiz kimi, radikalizm cəhalətdən faydalanır. Bu cəhalətin səbəb olduğu təhlükələri aradan qaldırmaq isə xristian əxlaqının üzərinə düşür. Xristianların bu məsuliyyəti İncildə belə ifadə edilir:

Allah'ın qulları olaraq yaşayın. Hamıya hörmət edin. İmanlı bacı-qardaşları sevin, Allah'dan qorxun... (Peterin birinci məktubu, 2: 16-17)



Mövcud şərtlər bütün vicdanlı xristianların bu məsuliyyəti tamamilə boynuna götürməli olduğunu göstərir. Unutmamaq lazımdır ki, radikalların tələb etdiyi kimi qarşıdurma və müharibə hər iki tərəfə də böyük itki, ağrı, acı və göz yaşı gətirər. Səmimi olaraq iman gətirənlərin ittifaqı ilə bu ehtimal aradan qaldırıla bilər. Buna görə də vacib addımları atmaqdan çəkinmək yanlışdır. Radikallar tərəfindən yaradılan gərgin mühit sağlam düşüncəli xristianların və müsəlmanların səyi ilə aradan qaldırıla bilər. Ön mühakiməni aradan qaldırıb inananlar arasında ittifaq yaratmaq dindar insanların dünyada sülh və təhlükəsizliyin təsis etməsində böyük rol oynayar. Beləliklə, həm xristianlar, həm də müsəlmanlar Allah'ın bizə əmr etdiyi əxlaqın tələbi olaraq dünyaya sülh və sevgi gətirərlər.

Radikal yəhudilərin yanlış düşüncəsi

25 fevral, 1994-cü ildə Qərbi Şəriyədəki əl-Xəlil (Hebron) şəhərində hz. İbrahim məscidində ibadət edən müsəlmanlara hücum edildi. Yəhudi sionist Barux Qoldşteyn İsrail əsgərlərinin dəstəyi ilə əlindəki M-16 silahı ilə birlikdə sübh namazı vaxtı məscidə girdi. Məscidin ortasına qədər getdi və 500-ə yaxın müsəlmanı güllələdi. 67 müsəlman hadisə yerində şəhid oldu, 300-ü yaralandı. Əslində, bu hadisə israilli radikal qrupların reallaşdırdığı hərəkətlərdən yalnız biri idi. Həmin qruplar 1980-ci illərdə Qüdsdəki müsəlman məbədlərini (əl-Əqsa məscidi və Qübbətüs-Səxrə) də partlatmışdılar. Odlu silahlarla fələstinlilərə hücum edən radikal yəhudilər də bu qrupların üzvləri idilər.

Bu radikal qrupların düşüncələri arasında yəhudilərin bütün irqlərdən üstün olması, digər irqlərin bir heyvan növü olması, işğal olunan torpaqlardakı bütün ərəblərin etnik təmizliyə ehtiyacının olması kimi Tövrata və yəhudi ənənələrinə zidd olan radikal fikirlər yer tuturdu.

Bunlar yəhudi radikalizmi kimi ciddi bir təhlükənin varlığına işarə edir. Bu radikalizmin ideologiyasını və ağrılı-acılı nəticələrini müxtəlif kitablarımızda araşdırmışıq. Bu araşdırmanın yekunlaşdırılmış nəticəsini belə ifadə edə bilərik:

Bu gün yəhudi dünyasında yəhudi olmayan insanlara qarşı kin və nifrət təlqin edən, xüsusilə də fələstinlilərə qarşı sərt və mərhəmətsiz üsullardan istifadə edilməsini müdafiə edən radikal meyil mövcuddur. Bu meyil İsrail dövlətində özünü daha qabarıq büruzə verir və İsrailin yarım əsrdən çox fələstinlilərə və digər ərəb qonşularına qarşı təcavüzkar, işğalçı siyasətinin ortaya çıxmasında əhəmiyyətli rol oynayır. Şübhəsiz, yəhudi xadimlər İsrail yəhudi cəmiyyətində (və bütün dünya yəhudiləri arasında) çox kiçik azlığı meydana gətirirlər. Amma bu azlığı fikirlə müdafiə edən radikalizm mədəniyyəti də mövcuddur ki, bu da Yaxın Şərq və dünyanın təhlükəsizliyi üçün böyük təhlükədir.

Bunun qarşısını almaq üçün:

1) Yəhudi dindarlar Əhdi-Ətiqdə olan sevgiyə, hörmətə, ədalətə, mərhəmətə əsaslanan əxlaq anlayışını mənimsəməli və insanlar tərəfindən tətbiq edilməsi üçün cəhd etməlidirlər. Belə ki, bu istiqamətdə bir çox yəhudi dindar səy göstərir.

2) Sionizmin din əxlaqına uyğun bir şəkildə tətbiq olunması təmin edilməlidir. Şübhəsiz, İsrailin mövcud olmaq və torpaqlarının təhlükəsizliyini təmin etmək hüququ vardır. Üstəlik, yəhudilərin ulu babalarının torpaqları olan Fələstində müsəlman və xristianlarla bir yerdə, sülh şəraitində yaşamaq istəkləri qanunidir. Amma bir milləti yarım əsrdən çox təzyiq altında saxlamaq haqqı yoxdur. Fələstin torpaqları bu xalqların bir yerdə rahat və sülh şəraitində yaşaya biləcəkləri qədər genişdir. Bu səbəbdən, Yəhudi dövləti 1967-ci ildən bəri işğal etdiyi bütün torpaqlardan çəkilməli, Qərbi Şəriyə və Qəzzada suveren Fələstin dövlətinin qurulmasını qəbul etməli və bu dövlətlə dostluq münasibətləri quraraq həm fələstinlilərlə, həm də bütün ərəb dünyası ilə barışmalıdır.

Bununla yanaşı, dindar yəhudilərin Rəbbimizin Quranda da bildirdiyi nəsihətlərə itaət etməsi və bütün yəhudiləri Allah'ın əmr etdiyi gözəl əxlaqa dəvət etməsi böyük əhəmiyyət daşıyır.

Allah xristianlara və müsəlmanlara olduğu kimi, yəhudilərə də ədaləti, dürüstlüyü, məzlumun haqqını qorumağı, sülh və sevgini əmr etmişdir. Buna görə də bəzi radikal yəhudilərin radikallığı Tövratla ziddiyyət təşkil edir: qatillərin sui-qəsdinə fikir verməməkpisliyə göz yummaq Tövratda yəhudilərə bildirilən hökmlərdir (Yeşaya, 33: 15). Unutmaq olmaz ki, şiddət və təcavüzkarlıq ehtiva edən, rahatlıq və nizamı pozan heç bir ideologiyanın müvəffəqiyyət qazanması mümkün deyil. Şiddət həmişə dağıntı gətirir. Radikalların yanlış davrandıqlarının ifşa edilməsi bir çox insanı təsir altına salmalarına mane olar və hətta özlərinin də doğrunu görmələrinə vəsilə olar.

Bu səbəbdən, səmimi olaraq Allah'a iman gətirən yəhudilər radikal yəhudiləri də bu təhlükədən qorumaq üçün kitablarındakı haqq hökmlərə itaət etməli və sülh tərəfdarı olmalıdırlar. Tövratda sülh, sevgi, mərhəmət və gözəl əxlaq belə bildirilir:

Məhkəmədə haqsızlıq etməyin. Nə yoxsula üstünlük verin, nə də varlıya meyil salın, amma bir-birinizi ədalətlə mühakimə edin. Xalq arasında xəbərçilik etməyin; qonşunun qanının tökülməsini istəməyin... Öz xalqınızdan olan heç kəsdən qisas almayın, heç kimə kin saxlamayın. Lakin qonşunuzu özünüz kimi sevin... (Levililər, 19: 15-18)



Ey insanlar, Allah sizə yaxşı olanı bildirdi. Rəbb sizdən bundan başqa nə istəyir ki? (Mikeya, 6: 8)

Qətl törətmə. Zina etmə. Oğurluq etmə. Heç kimə qarşı yalan şahidlik etmə. Heç kimin evinə tamah salma... (Çıxış, 20: 13-17)



Hal-hazırda istər sülh tərəfdarı olan İsrail vətəndaşlarının, istərsə də dünyanın digər ölkələrində yaşayan yəhudilərin əksəriyyətinin radikalizmə qarşı çıxması çox əhəmiyyətlidir. Səmimi olaraq iman gətirən yəhudilər qətl törətməməyin, hökmdə haqsızlıq etməməyin, qisas almamağın, qan tökməməyin Tövratdakı əmrlər olduğunu unutmayaraq, yəhudilik adı altında davam etdirilən radikallığa qarşı mədəni və fikri mübarizədə iştirak etməli, bu mövzuda vicdanlı xristian və müsəlmanlarla birləşməlidirlər. Yəhudi radikalizminə qarşı fikri mübarizə aparmaq yarım əsrdən artıq davam edən Fələstin probleminin ədalətli şəkildə həll edilməsinin əhəmiyyətli yollarından biridir. Ancaq o zaman yəhudilərin və müsəlmanların (və əlbəttə, xristianların) bölgədə rahat və bir yerdə yaşaya biləcəkləri bir mühit yaradıla bilər. Hüzuru, sevgini, mehribanlığı, anlayışı əmr edən əsl din əxlaqının yaşanması ilə Fələstin və İsrail torpaqlarında sülh mühiti bərqərar olar. Unutmamalıyıq ki, həm yəhudilər, həm də müsəlmanlar tarix boyu ən böyük zülmü din əxlaqına uyğun olmayan ideologiyaların müdafiəçilərindən görmüşlər. Müqəddəs kitab bütpərəstlərin yəhudilərə etdikləri qorxunc zülmləri izah edən keçidlərlə doludur. Ateist və dinsizlərin (məsələn, nasistlərin, antisemit irqçilərin və ya Stalin Rusiyası kimi kommunist rejimlərin) yəhudilərə tətbiq etdiyi soyqırım və zülmlər göz qabağındadır. Dinsiz qüvvələr yəhudilərdən Allah'a inandıqları üçün nifrət edirlər və buna görə onlara zülm edirlər. Həm müsəlmanlara, həm də yəhudilərə düşmən olan din əleyhdarına qarşı iki dinin mənsubları bir yerdə olmalı, bu birli mane olan radikalların təlqinlərinə aldanmamalıdırlar.

Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə