GəLİn biRlƏŞƏk de: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allah’dan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allah’ı qoyub bir-birimizi ilahiləşdirməyək”



Yüklə 1,16 Mb.
səhifə9/16
tarix26.09.2017
ölçüsü1,16 Mb.
#2235
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

Ey iman gətirənlər! Sədəqələrinizi özünü camaata göstərmək məqsədilə xərcləyən, Allah’a və axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz. (Bəqərə surəsi, 264)

Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər. Onlar riyakardırlar. (Maun surəsi, 4-6)

İncildə inananlara: “Ehtiyatlı olun, özünüzü insanlara göstərmək üçün yaxşılıq etməyin. Yoxsa... Allah'dan mükafat almazsınız” (Matta, 6: 1) -deyə öyüd verilmiş, əməllərinin hamısını insanlar görsün deyə edənlər (Matta, 23: 5) qınanmışdır. Onların riyakarlığı, kənardan parlaq görünən, amma içi hər cür iyrəncliklə dolu ağardılmış məqbərələrə bənzədilərək təsvir edilmişdir:



...Siz ağardılmış məqbərələrə bənzəyirsiniz: bayır tərəfi gözəl görünür, daxili isə ölü sümükləri və hər cür murdarlıqla doludur. Siz də zahirən insanlara saleh görünürsünüz, daxilən isə ikiüzlülük və haqsızlıqla dolusunuz. (Matta, 23: 27-28)

... Sədəqə verdiyin zaman öz önündə car çəkmə. Çünki ikiüzlülər insanların onları tərifləməsi üçün sinaqoqlarda və küçələrdə belə edirlər. Doğrusunu sizə deyirəm ki, onlar mükafatlarını aldılar. Amma sən sədəqə verdiyin zaman sol əlin sağ əlinin nə etdiyini bilməsin. Belə ki, verdiyin sədəqə gizli qalsın. Gizlidə olanı görən Allah səni mükafatlandıracaq. (Matta, 6: 2-4)



Oruc tutduğunuz zaman ikiüzlülər kimi qaşqabaqlı gəzməyin. Onlar oruc tutduqlarını insanlara göstərmək üçün özlərini qəmgin tuturlar... (Matta, 6: 16)

Tövratda da ibadətlərini göstəriş məqsədilə edənlər qınanmış, sözləri ilə insanları razı salmağa çalışan, ancaq izah etdikləri əxlaqı göstərməkdən çəkinən insanların pis yolda olduqları bildirilmişdir. Davranış və sözləri ilə Allah'a yaxın kimi görünməyə çalışan, ancaq qəlbən Allah'ı təqdir etməyən insanların vəziyyəti belə təsvir edilmişdir:

... Sən onların dillərinə yaxınsan, amma ürəklərindən uzaqsan. (Yeremya, 12: 2)

Ya Rəbb, bizə yardım et, mömin insan qalmayıb, bəşər övladları arasında vəfalılar yoxdur artıq. Hər kəs başqasına yalan söyləyir, ağzı yalan danışır, ikiüzlülük edir. (Məzmur, 12: 1-2)

Din əxlaqında sevginin əhəmiyyəti



Üstəlik Öz tərəfimizdən bir sevgi həssaslığı və paklıq da (bəxş etdik). O, müttəqi idi. (Məryəm surəsi, 13)

İman gətirib yaxşı işlər görənlər üçün ər-Rəhman bir sevgi yaradacaq. (Məryəm surəsi, 96)

Tövrat

Qoy səni sevgi və sədaqət tərk etməsin, onları boynuna bağla, ürəyinin lövhəsinə yaz. Onda Allah'ın və insanların gözündə lütfə qovuşub şərəfə nail olarsan. (Süleymanın məsəlləri, 3: 3-4)

Nifrət nifaq yaradar, lakin məhəbbət bütün günahları örtər.  (Süleymanın məsəlləri, 10: 12)

Özünüz üçün salehlik toxumları əkin ki, məhəbbət bəhərini biçəsiniz... Çünki Rəbbə yönəlmək vaxtıdır. (Huşə, 10: 12)

Buna görə də sən Allah'ına üz tut, məhəbbətə, ədalətə bağlan, daima Allah'ına ümid bağla. (Huşə, 12: 6)

İncil

Beləliklə, sizə əmr edirəm: bir-birinizi sevin. (Yəhya, 15: 17)

Məhəbbət Allah'ın əmrlərinə görə yaşamağımızı tələb edir. Əvvəldən bəri eşitdiyiniz kimi əmr budur; gərək bu əmrə görə yaşayasınız. (2 Yəhya, 6)

Allah, Ona yaxınlaşmaq istəyənə yol göstərər



Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. (Bəqərə surəsi, 186)

Ey iman gətirənlər! Allah'dan qorxun, Ona (yaxınlaşmaq üçün) vasitə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız. (Maidə surəsi, 35)

Tövrat

Rəbb Onu çağıran bütün insanlara, Onu sidq ürəkdən çağıran bütün insanlara yaxındır. (Məzmur, 145: 18)

Məni sevənləri sevirəm, Məni səylə axtaran tapır. (Süleymanın məsəlləri, 8: 17)

İncil

Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq. (Matta, 7: 7)

Allah'a yaxınlaşın, O da sizə yaxınlaşacaq... (Yaqub, 4: 8)



Amma sən dua etdiyin zaman öz otağına girib qapını ört. Gizlində olan Allah'a dua et. Gizlində etdiyin duanı görən Allah səni mükafatlandıracaq. (Matta, 6: 6)

Gözəl söz söyləmək



Allah'ın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz kökü möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. O, Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar. (İbrahim surəsi, 24-25)

Tövrat

Səbirlə hökmdarı da inandırmaq olar, şirin dil sümükləri belə yumşaldar.  (Süleymanın məsəlləri, 25: 15)

Qəlbində hikmət olan dərrakəli adlanar, şirindilli olan müdrikliyi artırar. (Süleymanın məsəlləri, 16: 21)

Niyyətim budur ki, ağzım öz həddini aşmasın. (Məzmur, 17: 3)



 Saleh insan cavab verməzdən əvvəl qəlbində düşünər, şər insanın dilindən pislik tökülər. (Süleymanın məsəlləri, 15: 28)

İncil

Ağzınızdan heç bir pis söz çıxmasın, amma eşidənlərə xeyir versin deyə lazım olanda başqalarının inkişafına səbəb olan sözlər deyin. (Efeslilərə, 4: 29)

 Sözünüz duzlu və hər zaman lütflə dolu olsun. Beləcə, hər insana necə cavab vermək lazım olduğunu biləsiniz. (Koloselilərə, 4: 6)

Ey gürzələr nəsli, siz pis olduğunuz halda, necə yaxşı sözlər söyləyə bilərsiniz? Çünki ağız ürəyi dolduran fikirləri söyləyir. Yaxşı insan yaxşılıq xəzinəsindən yaxşı şeylər çıxarır, pis insan isə pislik xəzinəsindən pis şeylər çıxarır. Mən sizə deyirəm: “İnsanlar söyləyəcəkləri hər boş söz üçün qiyamət günü hesab verəcəklər. Çünki öz sözlərinə görə bəraət qazanacaqsan və öz sözlərinə görə məhkum olunacaqsan”. (Matta, 12: 34-37)

Ağızdan çıxan isə ürəkdən çıxar və insanı murdar edər. Çünki ürəkdən pis fikirlər, qatillik, zinakarlıq, əxlaqsızlıq, oğurluq, yalançı şahidlik və küfr çıxar. İnsanı murdar edən şeylər bunlardır... (Matta, 15: 18-20)

Verilən öyüd-nəsihətləri dinləmək



Biz sözü onlara çatdırdıq ki, düşünüb ibrət alsınlar. (Qəsəs surəsi, 51)

Məgər gecə saatlarını səcdə edərək və ayaq üstə duraraq ibadət içində keçirən, axirətdən çəkinən və Rəbbinin rəh­­mətinə ümid bəsləyən kimsə (kafirlə eynidirmi?) De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? Ancaq ağıl sahibləri düşünüb ibrət alarlar”. (Zumər surəsi, 9)

Tövrat

Qəlbini tərbiyəyə, qulaqlarını bilik sözlərinə ver. (Süleymanın məsəlləri, 23: 12)

Ya Rəbb, xilasına ümid bəsləmişəm, əmrlərinə əməl etmişəm. Öyüdlərinə ürəkdən bağlanmışam, onları çox sevirəm! (Məzmur, 119: 166-167)

Başçılar yığılıb mənim üçün sui-qəsd qurdular, lakin mən qulun Sənin qaydalarını dərin düşünürəm. Öyüdlərindən zövq alıram, onlardan məsləhət alıram. (Məzmur, 119: 23-24)

Təkəbbürdən ancaq münaqişə yaranar, yaxşı nəsihətə qulaq asanın hikməti var.  (Süleymanın məsəlləri, 13: 10)

İncil

Öz rəhbərlərinizə itaətkar olun və onlara tabe olun... (İbranilərə, 13: 17)

Bu kəlamın icraçısı olun, yalnız eşidənlər olub özünüzü aldatmayın. (Yaqub, 1: 22)

Yaxşılıq anlayışı

İnsanlar yaxşılıq anlayışı barədə müxtəlif fikrə sahibdirlər. Bunu bəziləri dilənçiyə cüzi miqdarda pul vermək, bəziləri yaşlı insanın yol keçməsinə kömək etmək, bəziləri yalan danışmamaq şəklində başa düşür. Əlbəttə ki, bunlar yaxşı və gözəl davranışlardır, ancaq bunlar yaxşılığın nə demək olduğunu əhatə etmək üçün kifayət deyil. Allah əsl yaxşılığın nə olduğunu Quranda qullarına bildirmişdir:

Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl (sahibləri) Allah'a, axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır. (Bəqərə surəsi, 177)

O kəslər ki, Rəbbinin üzünü diləyərək səbir edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir və pisliyi yaxşılıqla dəf edirlər... (Rəd surəsi, 22)

İnananlar haqsızlıqdan çəkinən, haqsız qazanca əsla yanaşmayan, dürüstlüyü heç vaxt buraxmayan, yoxsulları qoruyan, insanlara hörmət edən, mərhəmətli və həlim davranan insanlardır. Yaxşılıq edər, insanları da yaxşılıq etməyə təşviq edərlər. Tövratda bəzi yerlərdə inananların yaxşılıq anlayışı belə ifadə edilir:



Amma salehlik yolu ilə gedən, doğru sözlər danışan, haram yolla əldə edilən qazancı rədd edən, əlini rüşvətdən uzaq tutan... (Yeşaya, 33: 15)

Əgər bir insan salehdirsə, ədalətli və saleh işlər görürsə, dağlarda bütlərə gətirilən qurbandan yemirsə, gözlərini İsrail nəslinin bütlərinə dikmirsə... kimsəyə haqsızlıq etmirsə, borclunun girovunu qaytarırsa, soyğunçuluq etmirsə, ac olana çörək verirsə, çılpaq olanı geyindirirsə, sələmlə borc pul vermirsə, pis əməldən çəkinirsə, iki adam arasında ədalətlə mühakimə edirsə, Mənim qaydalarıma görə rəftar edirsə, hökmlərimə sədaqətlə əməl edirsə, bu insan salehdir... (Yezekel, 18: 5-9)

İncildə insanların ancaq iman gətirib yaxşılıq etdikləri zaman dünyada və axirətdə gözəllik qazanacaqları bildirilir. İncildə bildirilən yaxşılıq anlayışını təsvir edən izahlardan biri belədir:



Yaxşı olan tək Biri vardır. Əgər sən əbədi həyata qovuşmaq istəyirsənsə, Onun əmrlərinə riayət et. O şəxs İsadan: “Hansı əmrlərə?” - deyə soruşdu. İsa da dedi: “Qətl etmə, zina etmə, oğurluq etmə, yalan şahidlik etmə, ata-anana hörmət et və qonşunu özün kimi sev”. Gənc adam İsaya dedi: “Bunların hamısına əməl etmişəm, daha nəyim çatışmır?” İsa ona dedi: “Əgər kamil olmaq istəyirsənsə, get nəyin varsa, satıb kasıblara payla…. Sonra qayıt, mənim ardımca gəl”. (Matta, 19: 17-21)

Səndən mal istəyən hər kəsə ver və sənin malını aparandan o malı geri istəmə. İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Əgər siz ancaq sizi sevənləri sevirsinizsə, hansı tərifə layiqsiniz? Çünki günahkarlar da onları sevənləri sevirlər. Əgər sizə yaxşılıq edənlərə yaxşılıq edirsinizsə, hansı tərifə layiqsiniz? Çünki günahkarlar da elə edirlər. (Luka, 6: 30-33)

Pisliyi yaxşılıqla dəf etmək



Səbir etdiklərinə görə onlara mükafatları ikiqat veriləcəkdir. Onlar pisliyi yaxşılıqla dəf edir və özlərinə verdiyimiz ruzidən xərcləyirlər. (Qəsəs surəsi, 54)

Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. (Fussilət surəsi, 34)

İncil

Pisliyə pisliklə, söyüşə də söyüşlə cavab verməyin, əksinə xeyir-dua edin. Çünki bunun üçün çağırılmısınız ki, xeyir-duaları irs olaraq alasınız. (1 Peter, 3: 9)

Sözüm sizədir, ey Məni dinləyənlər: düşmənlərinizi sevin, sizə nifrət edənlərə yaxşılıq edin. Sizi lənətləyənlərə xeyir-dua verin və sizi incidənlər üçün dua edin. Bir üzünə vurana o birini də çevir və üst paltarını aparandan köynəyini də əsirgəmə. (Luka, 6: 27-29)

Tövrat

Düşmənin acdırsa, onu yedizdir, susuzdursa, ona su ver. Belə etməklə sanki başına köz tökərsən, bunun əvəzini Rəbbdən alarsan. (Süleymanın məsəlləri, 25: 21-22)

Heç kəsdən qisas alma, heç kimə kin saxlama... Qonşunu özün kimi sev... (Levililər, 19: 18)

Xeyirxahlıq və sədaqət hər təqsirə kəffarə olar, insan Rəbb qorxusuna görə pislikdən dönər. (Süleymanın məsəlləri, 16: 6)

Pis əxlaq xüsusiyyətləri



İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə, dedi-qodu yayana, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə, bunlardan sonra da fırıldaqçıya – o var-dövlət və oğul-uşaq sahibi olsa belə. Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin əsatirlərindəndir!” deyər. (Qələm surəsi, 10-15)

Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi. Onlar ziyana uğrayacaqlar. (Məryəm surəsi, 59)

İncil

Onlar hər cür haqsızlıq, pislik, tamahkarlıq və kinlə doldular; paxıllıq, qatillik, münaqişə ruhu, hiylə və pis niyyətlə dolub-daşdılar. Onlar qeybətçi, böhtançı... söyüşçü, məğrur, təkəbbürlü, pis işlərdə öndə gedən, ata-anaya itaətsiz, axmaq, xain, şəfqətsiz və rəhmsizdir. (Romalılara 1: 29-31)

Tövrat

Qoy ata-babaları kimi olmasınlar, çünki onlar dikbaş, asi bir nəsil idi. Allah'a ürəkləri dönük, könülləri vəfasız idi. (Məzmur, 78: 8)

Əgər bu oğul zorakılıq edib qan tökürsə, soydaşına qarşı bu işlərdən birini görürsə, dağlarda gətirilən qurbandan yeyirsə, qonşusunun qadınını ləkələyirsə, fəqirə və yoxsula haqsızlıq edirsə, soyğunçuluq edirsə, girovu qaytarmırsa, gözlərini bütlərə dikirsə, iyrənc işlər görürsə. (Yezekel, 18: 10-12)

Əlləri qurğu qurmağı öyrənməsin deyə hiyləgərlərin fəndini pozur. Çoxbilmişi hiylə qurarkən yaxalayır, fəndgirlərin oyununa son qoyur. (Əyyub, 5: 12-13)

Boş xəbər gəzdirməyin. Yalançı şahid olmaq üçün haqsız adamla əlbir olmayın. Şər iş görən izdihama qoşulmayın. Məhkəmədə çoxları ilə birləşərək ədaləti təhrif edib, yalançı şahid olmayın... Möhtac olan adamın məhkəmə işində ona qarşı ədaləti təhrif etmə, yalandan uzaq ol. Günahsıza və salehə ölüm hökmü vermə. Çünki Mən haqsıza bəraət  qazandırmayacağam. Rüşvət alma, çünki rüşvət gözüaçıqları kor edər, salehlərin sözlərini isə təhrif edər. (Çıxış, 23, 1-8)

Əfvedici olmaq

İnsan yanılmağa və xəta etməyə meyillidir. Həyatı boyu dəfələrlə xəta edir, eyni zamanda, dəfələrlə ətrafındakı insanların xətalı davranışları ilə qarşılaşır. Cahiliyyə əxlaqını yaşayan insanların əksəriyyəti isə xətalara qarşı dözümsüzdür, xəta edən insana qarşı səbirli davranmırlar. Xüsusilə də həmin xətadan zərər görəndə daha mərhəmətsiz olurlar. Din əxlaqı isə əfvedici və sevgi ilə yanaşmağı öyrədir. İman gətirənlər aciz qul olduqlarını bilirlər. Qarşılarındakı insanın etdiyi xətanın bənzərini özlərinin də edə biləcəyini düşünərək davranırlar. İnsanlara gözəl söz söyləyir, əfvedici olurlar. Əfv etməyin Rəbbimizin qatında üstün əxlaq olduğu Quranda belə bildirilir:

Xoş söz demək və xətaları bağışlamaq, minnətlə verilən sədəqədən daha yaxşıdır. Allah zəngindir, Həlimdir. (Bəqərə surəsi, 263)

Əgər bir xeyri aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi bağışlasanız, (bilin ki,) Allah əfv edəndir, Qadirdir. (Nisa surəsi, 149)

Sən bağışlama (yolunu) tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər. (Əraf surəsi, 199)

Quranda Allah'ın bağışlamasını istəyən insanın əfvedici olmasının lazım olduğu bildirilmişdir:



Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allah'ın sizi bağışlamasını istəmirsinizmi? Allah bağışlayandır, rəhmlidir. (Nur surəsi, 22)

Tövratda da iman gətirən insanın mütləq səbirli və əfvedici olmasının lazım olduğu bildirilir. Bir xəta ilə qarşılaşanda onu böyütməmək, insanlara qəzəblənib intiqam almağa çalışmamaq lazımdır. Mövzu ilə bağlı Tövratda belə bildirilir:



Ağıllı insan səbirlidir, başqasının günahını bağışlamaq ona şərəf gətirər. (Süleymanın məsəlləri, 19: 11)

Sevgi istəyən günahları bağışlayar, sözgəzdirən əziz dostları ayırar. (Süleymanın məsəlləri, 17: 9)



Demə: “Mənə etdiyini mən də ona edəcəyəm, onun əməlinin əvəzini verəcəyəm”. (Süleymanın məsəlləri, 24: 29)

İncildə insanın qarşısındakını bağışladığı zaman özünün də bağışlanacağı (Luka, 6: 37) bildirilmiş, inananların: “Bizə qarşı günah edənləri bağışladığımız kimi Sən də bizi bağışla” (Matta, 6: 12) - deyərək Allah'a dua etmələri tövsiyə edilmişdir. İnananların insanlara qarşı sevgi ilə və əvfedici davranması İncildə başqa bir yerdə belə bildirilmişdir:

...Mərhəmət, xeyirxahlıq, təvazökarlıq, həlimlik və səbir libasını geyinin. Bir-birinizə qarşı səbirli olun və birinizin digərindən şikayəti varsa, bağışlayın. Rəbb sizi bağışladığı kimi, siz də bir-birinizi bağışlayın. (Koloselilərə, 3: 12-13)

Qonşunu sev və düşməninə nifrət et”, -deyildiyini eşitmisiniz. Mən isə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizə zülm edənlər üçün dua edin... Çünki O (Allah) günəşini həm pislərin, həm yaxşıların üzərinə doğdurur. Yağışını isə həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır. Əgər siz yalnız sizi sevənləri sevirsinizsə, artıq nə mükafatınız olacaq?.. (Matta, 5: 43-46)

Sözüm sizədir, ey Məni dinləyənlər: düşmənlərinizi sevin, sizə nifrət edənlərə yaxşılıq edin. Sizi lənətləyənlərə xeyir-dua verin və sizi incidənlər üçün dua edin. (Luka 6: 27-28)

...Siz isə düşmənlərinizi sevin, onlara yaxşılıq edin və onlardan heç bir qarşılıq gözləmədən borc verin. Alacağınız mükafat böyük olacaq... (Luka, 6: 35)



Əgər başqalarının təqsirlərini bağışlasanız, Allah da sizi bağışlayar. (Matta, 6: 14)

Xəsislikdən çəkinmək

Xəsislik Quranda bildirilən pis əxlaq xüsusiyyətlərindəndir. Malın və mülkün əsl sahibinin Allah olduğunu qavraya bilməyən insanlar sahib olduqları imkanlara həvəslə bağlanır və onların sonsuza qədər özlərində qalacağını zənn edirlər. Ya da sahib olduqları var-dövlətə görə heç bir zərər görməyəcəklərini, maddi imkanlarının onları qoruyacağını zənn edirlər. Halbuki mal-dövlətə güvənib etibar etmək böyük yanılmadır. Çünki insanın sahib olduğu hər şeyin əsl sahibi uca Allah'dır. Allah istədiyi insanı varlı, istədiyi insanı da kasıb edər. Varlı olan insanın sahib olduğu imkanlara görə lovğalanması, kasıb olan şəxsin də bu səbəbdən ümidsizliyə düşməsi Quranda qadağan edilmişdir. İman gətirənlər Rəbbimizin verdiyi nemətlər qarşısında Ona könüldən şükür edir və verilən nemətləri Allah yolunda ən gözəl şəkildə qiymətləndirirlər. İmkanı olmayanlar da bu vəziyyətin bir xeyir və hikmətinin olduğunu bilərək gözəlliklə səbir edirlər.

Cahiliyyə əxlaqını yaşayan insanların bir qismi isə olduqca xəsisdirlər. Malları ilə öyünür, ehtiyacı olanlara kömək etmək istəmirlər. Şübhəsiz, bu, Allah'ın razı olmadığı bir davranışdır. Unutmamaq lazımdır ki, Allah hər cür əskiklikdən münəzzəhdir, heç nəyə ehtiyacı olmayandır. Zəkat verib əcr qazanmağa möhtac olan isə insandır. Xəsislik edən insanın bu rəftarı öz əleyhinə olacaq. Bir ayədə belə bildirilir:



Budur, siz Allah yolunda xərcləməyə dəvət edilirsiniz. Aranızda isə simiclik edənlər də tapılır. Kim simiclik etsə, ancaq öz əleyhinə etmiş olar. Allah zəngin, siz isə kasıbsınız. Əgər üz çevirsəniz, yerinizə sizin tayınız olmayan başqa insanlar gətirər. (Muhəmməd surəsi, 38)

Malın, mülkün onu əbədi edəcəyini zənn edən insan böyük xəta edir. Bunların Allah qatında heç bir dəyərinin olmadığı bəzi Quran ayələrində belə izah edilir:



Biz hansı bir məmləkətə xəbərdarlıq edən peyğəmbər göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri ona sadəcə olaraq: “Biz sizinlə göndərilənləri inkar edirik!”– dedilər. Onlar: “Bizim mal-dövlətimiz də, övladlarımız da daha çoxdur və bizə əzab verilməyəcəkdir”, –dedilər. De: “Həqiqətən, Rəbbim istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. Lakin insanların çoxu bilmir”. Sizi bizə yaxınlaşdıra biləcək nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Ancaq iman gətirib yaxşı işlər görənlər istisnadır. Məhz onların mükafatları etdikləri əməllərə görə qat-qat artırılacaq və onlar (Cənnətdəki) mənzillərində asudə yaşayacaqlar. (Səba surəsi, 34-37)

Tövratın “Yeşaya” hissəsində: “Yer qalmayana qədər evi evə, tarlanı tarlaya birləşdirənlərin vay halına! Yaşamağa yer qoymamısınız, məgər bu ölkədə tək siz yaşayırsınız?” (Yeşaya, 5: 8) -deyə bildirildiyi kimi, mal toplamaq və bu mövzuda həvəsə düşmək pis əxlaq xüsusiyyətidir. Tövratda xəsisliyin qınandığı, comərdliyin tərifləndiyi yerlərdən bir qismi belədir:

Məzlum soydaşınıza qarşı əliniz bağlı olmasın. Əksinə, əliaçıq olun, nəyə ehtiyacı varsa, ona lazımi qədər verin. (Qanunun təkrarı, 15: 7-8)

Könlü rahatlıq nədir bilməz, zövq aldığı şeylər onu xilas etməz. Yeməyindən artıq qalmayacaq, ona görə, firavanlığı çox davam etməyəcək. Bolluq içində əzaba düçar olacaq, ona fəlakət toxunacaq. Qarnını dolduranda... üzərinə qəzəb göndərəcək. (Əyyub, 20: 20-23)

Əliaçıq insanın bərəkəti artar, başqasının qazancını yeyən ehtiyaca düşər. Comərd bolluğa qovuşar, su verənə su verilər. (Süleymanın məsəlləri, 11: 24-25)

İncildə də bu mövzuya diqqət çəkilmiş, bəzən var-dövlətin insanları din əxlaqını yaşamağa mane olduğu bildirilmişdir. (Matta, 19: 23) İnsanlara: “Siz həm Allah'a, həm də var-dövlətə qulluq edə bilməzsiniz”, - deyə bildirilmişdir. (Allah'ı tənzih edirik ) (Luka, 16: 13) Malını yığaraq rahatlığa qovuşacağını düşünən ağılsız insanın qissəsi İncildə belə izah edilir:



Bir varlının torpağı bol məhsul verdi. Bu adam ürəyində düşündü:... Axı nə edim? Sonra dedi: “Belə edərəm: anbarlarımı söküb daha böyüklərini tikərəm. Bütün taxılımı və malımı oraya yığaram. Canıma deyərəm ki, ey canım, illərlə kifayət qədər var-dövlət yığmısan. İndi dincəl, ye-iç, kef elə”. Amma Allah ona dedi: “Ey axmaq, bu gecə canını səndən alacaqlar. Bəs hazırladığın kimə qalacaq? Özü üçün xəzinə toplayan, amma Allah'ın önündə varlı olmayan hər bir insanın axırı elə olacaq”. (Luka, 12: 16-21)

Zəkat vermək



Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin yaxşısından xərcləyin. Özünüzə verildiyi təqdirdə ancaq göz yumub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın. Bilin ki, Allah zəngindir, tərifəlayiqdir. Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və mərhəmət olunacağını vəd edir. Allah (hər şeyi) əhatəedəndir, biləndir. (Bəqərə surəsi, 267-268)

Sevdiyiniz şeylərdən xərcləməyincə xeyrə nail olmayacaqsınız. Sizin nə xərclədiyinizi, şübhəsiz ki, Allah bilir. (Ali-İmran surəsi, 92)

Mallarını gecə və gündüz, gizli və aşkar xərcləyənlərin öz Rəbbi yanında mükafatı vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 274)

Mallarını Allah'ın razılığını qazanmaq və nəfslərini möhkəmləndirmək üçün xərcləyənlərin məsəli təpə üzərindəki bağın məsəlinə bənzəyir ki, ona şiddətli yağış düşdükdən sonra o, öz bəhrəsini iki qat verər. Hərgah ona şiddətli yağış düşməzsə, narın yağış da (bəs edər). Allah sizin nə etdiklərinizi görür. (Bəqərə surəsi, 265)

İncil

İsa məbədin ianə qutusunun qarşısında oturub xalqın oraya necə pul atmasına baxırdı. Bir çox varlı adam oraya böyük məbləğdə pul atırdı. Bir kasıb dul qadın da gəlib bir kodrant məbləğində iki lepton atdı. İsa şagirdlərini yanına çağırıb onlara dedi: “Sizə doğrusunu deyirəm: bu kasıb dul qadın ianə qutusuna hamıdan çox pul atdı. Çünki əvvəlkilərin hamısı varlarının artıqlığından verdi, bu qadın isə kasıblığına baxmayaraq, dolanmaq üçün əlində nə varsa, hamısını verdi. (Mark, 12: 41-44)

...İki köynəyi olan, birini köynəyi olmayana versin. Həmçinin yeməyi olan adam da olmayanla bölüşsün... (Luka, 3: 11)



Ehtiyac içində olan müqəddəslərə kömək edin. Qonaqpərvər olmağa səy edin. (Romalılara, 12: 13)

...Müftə aldınız, müftə verin. (Matta, 10: 8)



Tövrat

Üzüm bağında da tənəkləri büsbütün təmizləyib yerə düşən salxımları yığmayın. Qalan məhsul kasıblara və qəriblərə qalsın. Allah'ınız Rəbb Mənəm. (Levililər, 19: 10)

Torpağınızda məhsul biçəndə tarlanın kənarlarını biçməyin və biçindən düşən məhsulu yığmayın. Qoy qalan məhsul kasıblara və qəriblərə qalsın... (Levililər, 23: 22)

Yediyiniz çörəyi acla bölüşmək, evsiz-eşiksiz kasıbları evinizə gətirmək deyilmi? Mənim istədiyim oruc bu deyilmi? Çılpaq görəndə geyindirmək, yaxınlarınızdan köməyinizi əsirgəməmək deyilmi? (Yeşaya, 58: 7)

Kimsəyə haqsızlıq etmirsə, borclunun girovunu qaytarırsa, soyğunçuluq etmirsə, ac olana çörək verirsə, çılpaq olanı geyindirirsə. (Yezekel, 18: 7)

Başqalarını xəbərdar edib özünü unutmamaq

İnananlar başqa insanları Allah'ın istədiyi kimi yaşamağa təşviq edirlər, xətalarını düzəltmək üçün onlara kömək edirlər. İnananlar bunu ancaq Allah'ın razılığını qazanmaq üçün edirlər. Riyakar və səmimiyyətsiz insanlar isə xəbərdarlıqları dünyəvi mənfəət güdərək edirlər. Onlar Allah'ın dininə xidmət etmək üçün hərəkət etmirlər, etibar görmək, cəmiyyətdəki məqamlarını qorumaq və ya insanların razılığını və hörmətini qazanmaq kimi boş və şeytani məqsədlər güdürlər.

Səmimiyyətsiz insanlar Quranda da belə xəbərdar edilmişlər:



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə