GəLİn biRlƏŞƏk de: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allah’dan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allah’ı qoyub bir-birimizi ilahiləşdirməyək”


Sonra sənə vəhy etdik: “Hənif İbrahim dininə tabe ol. O, müşriklərdən deyildi”. (Nəhl surəsi, 123)



Yüklə 1,16 Mb.
səhifə2/16
tarix26.09.2017
ölçüsü1,16 Mb.
#2235
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   16

Sonra sənə vəhy etdik: “Hənif İbrahim dininə tabe ol. O, müşriklərdən deyildi”. (Nəhl surəsi, 123)

Hz. İbrahimdən (əs) sonra gələn oğulları, nəvələri və onun nəslindən olan saleh möminlər Allah’ın hz. İbrahimə (əs) vəhy etdiyi haqq dinə tabe olmuşlar. Bu həqiqət Quran ayələrində belə bildirilir:

Səfeh olanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Biz onu dünyada (elçi) seçdik. Şübhəsiz ki, o, axirətdə də əməlisalehlərdən olacaqdır. Rəbbi ona: “Təslim ol!”– dedikdə, o: “Aləmlərin Rəbbinə təslim oldum!”– demişdi. İbrahim də, Yaqub da bunu oğullarına vəsiyyət etdilər: “Ey oğullarım! Həqiqətən, Allah bu dini sizin üçün seçmişdir. Siz də ancaq müsəlman olaraq ölməlisiniz!” (Bəqərə surəsi, 130-133)

Göründüyü kimi, hz. İbrahimin (əs) hənif dini Allah’a iman gətirən yəhudilər, xristianlar və müsəlmanlar arasında ortaq bir sözdür. Hz. İbrahimə (əs) iman etmək, ona sevgi duymaq və hörmət etmək yəhudilər və xristianlar üçün olduğu kimi, müsəlmanlar üçün də əhəmiyyətlidir. Ancaq unutmaq olmaz ki, Allah’a olan dərin iman və sevgisi, Rəbbimizin bütün əmrlərinə qəlbən boyun əyməsi, itaəti və üstün əxlaqı ilə bütün inananlara nümunə olan hz. İbrahimə (əs) ən yaxın olanlar, heç şübhəsiz, onun gözəl əxlaqını mənimsəyən insanlardır. Rəbbimiz Quranda belə buyurur:

Həqiqətən, insanlardan İbrahimə ən yaxın olanı, onun ardınca gedənlər, bu Peyğəmbər (Muhəmməd) və iman gətirənlərdir. Allah möminlərin himayədarıdır. (Ali-İmran surəsi, 68)

Buna görə də Allah’a qəlbən iman gətirən yəhudi və xristianlar hz. İbrahim (əs) və ona tabe olan saleh möminlər kimi yalnız Allah’a yönəlməli, hz. İbrahimin (əs) göstərdiyi gözəl əxlaqı, səmimiyyəti və dərinliyi nümunə götürməlidirlər. Şübhəsiz, inananlar peyğəmbərlərə sevgi, itaət və yaxınlıq göstərmək üçün onlar kimi saleh olmağa səy göstərməlidirlər. Müsəlmanlar isə Rəbbimizin Quranda əmr etdiyi kimi, bütün peyğəmbərlərə verilənlərə iman gətirirlər.

Deyin: “Biz Allah’a, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!” (Bəqərə surəsi, 136)

Quran əxlaqının tələb etdiyi şəfqət



Sülh və sevgi dini olan İslam iman gətirənlərin bütün insanlara ədalətli və yaxşı davranmalarını tələb edir. Saleh müsəlmanlar Allah’ın əmr etdiyi əxlaqa uyğun olaraq bağışlayan, təvazökar, həlim xasiyyətli və səmimi insanlardır. Allah iman gətirənlərə özlərinin və ya yaxınlarının əleyhinə olsa da, ədalətli olmağı, ehtiyac içində olsalar belə, əvvəlcə yetimi və əsiri doydurmağı, fədakar olmağı, səbirli davranmağı, gözəl əxlaqda qətiyyətli olmağı əmr etmişdir. Bu əxlaqı daşıyan mömin, eyni zamanda, müxtəlif inanclara və düşüncələrə mənsub olan insanlara qarşı da şəfqətli və anlayışlıdır. Dində məcburiyyət olmadığının şüuru ilə iman gətirməyən insanları haqq yola dəvət edərkən həmişə nəzakətli üslubdan istifadə edir, doğru yolu göstərirlər. Məqsədləri qarşı tərəfin vicdanına xitab etmək və onların gözəl əxlaqa yiyələnməsinə vəsilə olmaqdır. Bu isə ancaq Allah’ın insanlara hidayət verməsi ilə mümkündür. Allah “...İman gətirənlər hələ bilmirlərmi ki, əgər Allah istəsəydi, bütün insanları doğru yola yönəldərdi?..” (Rəd surəsi, 31) ayəsi ilə müsəlmanlara qəlblərin ancaq Allah’ın əlində olduğunu, hər kəsin ancaq Onun diləməsi ilə doğru yola yönələcəyini xatırladır. Başqa bir ayədə isə belə buyurulur:

Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları daha yaxşı tanıyır. (Qəsəs surəsi, 56)

Müsəlmanın vəzifəsi yalnız həqiqəti izah etmək, insanları bu həqiqətlərə dəvət etməkdir. İnsanların bunu qəbul edib-etməsi isə onların vicdanından asılıdır. Allah bunu Quranda belə xəbər verir:

Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allah’a iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir. (Bəqərə surəsi, 256)

Müsəlmanların bu əxlaqları Kitab əhli ilə olan əlaqələrinə də aiddir. Rəbbimiz Kitab əhlinə qarşı necə davranılacağını Quranda iman gətirənlərə ətraflı şəkildə təsvir etmişdir. Bu ayələr araşdırıldıqca müsəlman cəmiyyətində xristian və yəhudilərin varlıqlarının tanınması və onların hüquqlarının müsəlmanlar tərəfindən qorunmasının vacibliyi aydın olur. Müsəlmanlar yəhudilərə və xristianlara qarşı mərhəmətli olmalıdırlar. Səmimi iman gətirən yəhudi və xristianlar (inanc və ibadətlərində bəzən səhv olsa da) Allah’ın varlığına və birliyinə iman gətirən, mələklərə, peyğəmbərlərə və hesab gününə inanan və din əxlaqının yaşanmasının lazım olduğunu düşünən insanlardır. Buna görə də müsəlmanlar onlara qarşı mərhəmətli olmalı, onları qorumalıdırlar.

Allah bir ayədə Allah’a iman gətirən və axirət gününə inanaraq yaxşı işlər görən yəhudi və xristianların gözəl əxlaqın əvəzini ən gözəl şəkildə alacaqlarını xəbər vermişdir:

Şübhəsiz ki, möminlərin, yəhudi, nəsrani və sabiilərdən Allah’a və axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 62)

Bu ayənin mənası aydındır. İstər müsəlman, istərsə də yəhudi və ya xristian olsun, Allah’a və axirət gününə iman gətirənyaxşı işlər görənlər müjdələnir, möminlərin Allah qatında əcr qazanacağı xəbər verilir. “Maidə” surəsinin 48-ci ayəsində isə insanların hər biri üçün şəriət və yol təyin edildiyi, məsuliyyətlərinin isə yaxşı işlərdə yarışmaq olduğu ifadə edilmişdir. Bu, yəhudi, xristian və müsəlman olmasından asılı olmayaraq, səmimi olaraq Allah’a və axirət gününə iman gətirən bütün insanların gözəl davranmasının və Allah rizası üçün xeyirlərdə yarışmasının vacib olduğunu göstərir. Bu vəziyyətdə müsəlmanların özləri kimi Allah’a iman gətirən, yaxşı işlər görən və gözəl əxlaq göstərənlərə sərt və ya mərhəmətsiz davranması düzgün deyil. Bunu İslam tarixi də sübut edir.

Bu məlumatların göstərdiyi həqiqət budur ki, İslam əxlaqını yaşayan müsəlmanlar yəhudi və xristianlara qarşı anlayışlı davranmaqla, onlara ibadət və inanc azadlığı təmin etməklə, mədəniyyət və ənənələrinə hörmət etməklə, səmimi olaraq iman gətirən kitab əhlinə mərhəmət və sevgi ilə yaxınlaşmaqla məsuldurlar. Bunun əksinə davranmaq həm Quran əxlaqına, həm də Peyğəmbərimizin (səv) sünnəsinə uyğun deyil.

Quranda bütün peyğəmbərlər təriflənir, müsəlmanlar hz. Musa (əs) və hz. İsanı (əs) qəlbən sevirlər



Allah tarixin hər dövründə Öz vəhyini insanlara elçiləri vasitəsilə çatdırmışdır. Peyğəmbərlər Allah qatında seçilən və Rəbbimiz tərəfindən nemət verilən mübarək insanlardır. Üstün əxlaqı ilə bütün insanlara nümunə göndərilən peyğəmbərlər göndərildikləri cəmiyyətlərə Allah’ın dinini izah etmiş, onları pisliklərdən çəkindirərək yaxşılığı əmr etmiş, insanların imanına vəsilə olmuşlar. Quranda bir çox ayədə keçmişdə yaşayan cəmiyyətlərdən və bu cəmiyyətlərə göndərilən peyğəmbərlərin həyatından nümunələr verilir. Quranda bildirilən peyğəmbər hekayələrində bu mübarək insanların Allah’ın varlığını və dinini təbliğ etmələri, inkar edənlərə qarşı apardıqları fikri mübarizə, təbliğ etdikləri insanların münasibəti ətraflı izah edilmiş və elçilərin göstərdiyi səbir, fədakarlıq, səmimiyyət, insaniyyət kimi üstün əxlaq xüsusiyyətləri bütün inananlara nümunə göstərilmişdir. Bütün peyğəmbərlərin Rəbbimizin seçdiyi müqəddəs insanlar olduğunun şüurunda olan müsəlmanlar da onlara iman gətirirlər. Allah Quranda hz. Nuha (əs) və hz. İbrahimə (əs) vəhy etdiyi dini hz. Musaya (əs), hz. İsaya (əs) və hz. Muhəmmədə (səv) də vəhy etdiyini bildirmişdir:

(Allah) Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: “Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!” Sənin dəvət etdiyin (tövhid) müşriklərə ağır gəldi. Allah istədiyi kəsi Özü üçün seçər və (Ona) üz tutanı Özünə tərəf yönəldər. (Şura surəsi, 13)

Müsəlmanlar “...”Biz Allah’a, bizə nazil olana, İbrahimə, İsmayıla, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!” (Bəqərə surəsi, 136) ayəsində buyurulduğu kimi, bütün peyğəmbərlərə iman gətirir, hamısını dərin sevgi ilə sevir və bu müqəddəs insanların həyatını və əxlaqını tərifləyərək xatırlayırlar.



Peyğəmbərlər qövmlərinə Rəbbimizin qatındakı haqq dini təbliğ etmiş, onları bir və tək olan Allah’a iman gətirməyə çağırmış, axirət günü ilə xəbərdar edib qorxutmuşlar. Müsəlmanların nümunə götürəcəyi və hörmətlə xatırlayacağı peyğəmbərlər üstün əxlaqlı, dərin imanlı mübarək insanlardır. Allah’ın Quranda bu mübarək insanları təriflədiyi kimi, müsəlmanlar da hz. Muhəmmədlə (səv) yanaşı, hz. İsanın (əs), hz. Musanın (əs), hz. Yaqubun (əs), hz. Nuhun (əs), hz. Yusifin (əs), hz. İbrahimin (əs), hz. İlyasın (əs), hz. Şüeybin (əs), hz. Lutun (əs) və digər peyğəmbərlərin nümunəvi əxlaqını və imanını şövq və həyəcanla tərifləməlidirlər. Bu, Allah’ın Quranda təriflədiyi ibadətdir. Bütün peyğəmbərlərin həyatında möminlərin düşünüb nümunə götürməsi üçün hikmətlər vardır. Bu hikmətlərə etinasız yanaşmaq, ya da düşünməmək səmimi müsəlmanlara yaraşmaz. Əlbəttə, Allah’a və axirət gününə iman gətirən saleh müsəlmanlar üçün “Əhzab” surəsinin 21-ci ayəsində buyurulduğu kimi, Allah’ın elçisi hz. Muhəmməddə (səv) ən gözəl nümunələr vardır. Lakin saleh müsəlman üçün Peyğəmbərimizin (səv) əxlaqına yiyələnmək nə qədər əhəmiyyətlidirsə, digər peyğəmbərlərimizin əxlaqını götürmək və onlar kimi Allah’ın razı olduğu insanlardan olmaq da o qədər əhəmiyyətlidir.

Allah Quranda hz. Musa (əs) və hz. Harunun (əs) Öz qatında xeyirli və şərəfli, mübarək insanlar olduğunu belə bildirmişdir:

Biz Musa ilə Haruna da nemət bəxş etdik. Onların hər ikisini və tayfalarını böyük sıxıntıdan qurtardıq. Onlara kömək göstərdik və qalib gəldilər. Hər ikisinə aydın bir kitab verdik. Hər ikisini də doğru yola yönəltdik. Sonradan gələnlər arasında hər ikisinə (gözəl xatirə) qoyduq. Musaya və Haruna salam olsun! Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Həqiqətən, onların ikisi də Bizim mömin qullarımızdandır. (Saffat surəsi, 114-122)

Allah hz. Musanı (əs) fironun əsarəti altında olan İsrail oğullarına elçi göndərmiş və ona “Ənam” surəsinin 154-cü ayəsində bildirdiyi kimi: “yaxşı iş görən kimsəyə (nemətimizi) tamamlamaq məqsədilə, hər şeyi müfəssəl izah edən, doğru yolu göstərən bir rəhbər və mərhəmət olaraq...” kitabı vermişdir. Hz. Musaya (əs) seçildiyinin vəhy edilməsi Quranda belə bildirilir:



Musanın əhvalatı sənə gəlib çatdımı? O zaman o, bir od görüb ailəsinə demişdi: “Dayanın! Mən bir od gördüm. Bəlkə, ondan sizə bir köz gətirdim, ya da odun yanında bir bələdçi tapdım!” Oda yaxınlaşdıqda bir səda gəldi: “Ey Musa! Həqiqətən, Mən sənin Rəbbinəm. Başmaqlarını çıxart. Çünki sən müqəddəs Tuva vadisindəsən! Mən səni seçmişəm. (Sənə) vəhy olunanı dinlə! (Taha surəsi, 9-13)

Hz. Musa (əs) həm firona və ətrafındakılara qarşı, həm də öz cəmiyyətində münafiq xarakterli və zəif imanlılara qarşı böyük mübarizə aparmış, həmişə Allah’a olan təslimiyyəti, təvəkkülü, səbri, cəsarəti, fədakarlığı, ağlı, əzmi və şövqü ilə bütün inananlara nümunə olmuşdur. Müsəlmanlar da hz. Musaya (əs) hörmət edir və ona iman gətirirlər.

İsa Peyğəmbər (əs) isə Quranda Allah’ın elçisi və sözü (Nisa surəsi, 171) kimi tanıdılır, onun aləmlərə bir möcüzə olduğu (Ənbiya surəsi, 91) bildirilir. Bundan başqa, mübarizəsi barədə və Allah’ın ona lütf etdiyi möcüzələri və həyatı haqqında hikmətli məlumatlar verilir. Hz. İsa (əs) bir Quran ayəsində belə təsvir olunur:

O zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə ilə müjdələyir. O, bu dünyada və axirətdə şan-şöhrətli və (Allah’a) yaxınlaşdırılmışlardan olacaqdır. (Ali-İmran surəsi, 45)

Hz. İsaya (əs) verilən İncilin xüsusiyyətləri isə Quranda belə açıqlanır:

Onların ardınca Məryəm oğlu İsanı özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içərisində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiqləyən, müttəqilər üçün doğru yol göstəricisi və öyüd-nəsihət olan İncili verdik. (Maidə surəsi, 46)

Quranda bildirildiyi kimi, hz. İsanı (əs) digər peyğəmbərlərdən ayıran bəzi xüsusiyyətlər vardır. Bunlardan ən əhəmiyyətlisi onun hələ də ölmədiyi, Allah qatına yüksəldildiyi və yer üzünə yenidən qayıdacağıdır. Bir çox insanın düşündüyünün əksinə olaraq, hz. İsa (əs) öldürülməmiş, başqa bir səbəblə də ölməmişdir. Quranda nə inkarçıların onu öldürə bilməsi, nə də çarmıxa çəkilməsi (Nisa surəsi, 157) qəti şəkildə bildirilir və Allah’ın onu Öz qatına yüksəltdiyi xəbər verilir. Heç bir ayədə hz. İsanın (əs) öldüyündən və ya öldürüldüyündən danışılmır. Bunlarla bərabər, Quranda hz. İsa (əs) haqqında elə məlumatlar verilir ki, bunlar tarixdə hələ baş verməmişdir və bu hadisələrin reallaşması ancaq hz. İsanın (əs) yer üzünə geri qayıtması ilə mümkün olacaq. Quranda xəbər verilən hadisələrin reallaşacağına isə heç bir şübhə yoxdur (Bu mövzu kitabın sonrakı hissələrinətraflı şəkildə araşdırılacaq). Buna görə də müsəlmanlar da xristianlar kimi, hz. İsanın (əs) ikinci dəfə yer üzünə gəlməsini böyük şövq və həyəcanla gözləyir, İsa Məsihin (əs) gəlişinə gözəl şəkildə hazırlanmaq üçün cəhd göstərirlər.



Hz. İsanın (əs) mübarək anası hz. Məryəm də Allah’ın Quranda üstün əxlaqı və gözəl davranışları ilə təriflədiyi, aləmlərin qadınlarından üstün etdiyi nümunəvi insandır. Quranda hz. Məryəmlə əlaqədar olaraq belə buyurulur:

Bir zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib aləmlərin qadınlarından üstün etdi. (Ali-İmran surəsi, 42)

Həmçinin ismətini qoruyan İmran qızı Məryəmi də (misal çəkdi). Biz onun (paltarının yaxasında olan kəsiyinə) Öz ruhumuzdan üfürdük. O, Rəbbinin sözlərini və Onun kitablarını təsdiq etdi və itaət edənlərdən oldu. (Təhrim surəsi, 12)

İman gətirənlər Allah’ın ayələrində üstün əxlaq və davranışlarını təriflədiyi mübarək qullarına dərin sevgi və hörmət bəsləməli, onları xatırlamalı və özlərinə nümunə götürməlidirlər.

Peyğəmbərimizin (səv) dövründə yəhudilər və xristianlar təhlükəsiz şəraitdə yaşayırdılar

ADNAN OKTAR: Yəhudilər peyğəmbər nəslindəndirlər, bizim peyğəmbərlərimizin nəvələridir. Hz. Musanın (əs) şəriətinə tabe olan insanlardır və o şəriəti, yəni o dini bu ana qədər yaşayıblar. Bu səbəbdən, peyğəmbər nəslindən olan bu tərtəmiz insanların dövlətini məhv etmək, millət olaraq yox etməyə çalışmaq, torpaqlarından çıxartmaq, onlara yaşamaq hüququ verməmək heç də ağıllı və vicdanlı hərəkət deyil.

Müsəlman şəfqətlidir, mərhəmətlidir, sevgi bəsləyəndir. Təbii ki, onlar da bizim qardaşımızdır, yaşamaq hüquqları vardır. Birinci dərəcəli insanlardır, o bölgədə istədikləri kimi yaşayarlar, ticarət edərlər, sənətlə məşğul olarlar, elmlə məşğul olarlar. Nə üçün onlar ordan çıxarılsın və niyə narahat yaşasınlar və yaxud dinc həyatları əllərindən alınsın? Bunu normal insan qəbul etməz, mən də qəbul etmirəm. Təbii ki, rahat və xoşbəxt yaşayacaqlar, həyat zəmanətləri olacaq. Türk-İslam Birliyində bərəkət və bolluq içində yaşayacaqlar.

Quranın hökmü, Peyğəmbərimizin (səv) sünnəsi, tətbiqləri məlumdur. Peyğəmbərimizin (səv) dövründə kitab əhli çox rahat yaşayırdı, yəhudilər çox hüzurlu idilər. O dövrdə onlar Qüdsdə, İsraildə yaşayırdılar. Xoşbəxtlik və bərəkət içində idilər, Peyğəmbərimiz (səv) onlara qarşı çox şəfqətli və mehriban idi. Yəhudilərdən qız alırdılar, onlarla evlənirdilər, kəsdikləri əti yeyirdilər, süfrələrində otururdular, evlərinə gedirdilər, onlarla dost-tanış olurdular. Bu, Peyğəmbərimizin (səv) dövründə olan tətbiq və sünnədir.

Xristianlar üçün də eyni şəkildədir. Peyğəmbərimizin (səv) nökərlərindən biri xristian idi. Bizim anamızdır, yəni hörmətlə, sevgi ilə xatırladığımız bir insandır. Bunu təkcə yəhudilik üçün söyləmirəm. Eyni zamanda, xristianlar da rahat, bərəkət və bolluq içində yaşamağa haqqı olan insanlardır. (Adnan Oktarın Gulf Today müsahibəsindən, 2 noyabr 2008)

Müsəlmanlar kitab əhlini qorumaqla mükəlləfdirlər

MÜXBİR: Niyə antisemitizm İslama tamamilə ziddir?

ADNAN OKTAR: Bizim peyğəmbər nəslinə sevgimiz var. Hz. İbrahimin (əs) nəslinə sevgimiz var. Peyğəmbərimiz (səv), hz. İbrahimin (əs) nəslindəndir, hz. Mehdi (əs) hz. İbrahimin (əs) nəslindəndir. Əbdülqadir Qeylani, böyük imamlar hz. İbrahimin (əs) nəslindəndirlər. Bu səbəbdən, bizim peyğəmbər nəslinə qəzəbimiz, kinimiz ola bilməz, bu ancaq şeytani düşüncədə ola bilər.

Biz ateist-sionist düşüncəyə qarşıyıq. Dindar yəhudiləri şəfqətlə sevirik və peyğəmbər nəslindən olduqları üçün onlara xüsusi sevgimiz var. O mənada onlara qarşı düşmənçiliyimiz olmaz. Bu, haramdır; müsəlmanlıqda belə bir şey yoxdur. Əksinə, mühafizə etmək, qorumaq, şəfqət göstərmək vardır. Biz onları qorumaqla mükəlləfik. Təbii ki, ibadətlərini istədikləri kimi yerinə yetirəcəklər. Xristianlar da elə; bizim onlara mənfi düşüncəmiz yoxdur, ancaq müsbət fikrimiz ola bilər. (Adnan Oktarın Kaçkar TV müsahibəsindən, 22 yanvar 2009)

II HİSSƏ

İSLAM TARİXİNDƏ MÜSƏLMANLAR VƏ KİTAB ƏHLİ

İlk dövrlərdən etibarən İslam tarixini, İslam hakimiyyəti altında olan xristian və yəhudilərin mövqeyini və bu cəmiyyətlərin müsəlmanlarla əlaqələrini bitərəf mövqedə araşdıran hər kəs açıq həqiqətlə qarşılaşacaq: kitab əhli İslam hakimiyyəti altında həmişə rahat və təhlükəsiz mühitdə yaşamışdır. Hətta fərqli dinlərin və ya məzhəblərin idarəsi altında zülm görən xristianlar və yəhudilər İslam torpaqlarına sığınıblar və rahatlığı müsəlman ölkələrində tapıblar. Kitab əhlinin İslam torpaqlarında bu dərəcə rahat və dinc yaşamalarının səbəbi isə müsəlmanların kitab əhlinə olan münasibətlərini Quran əxlaqına görə təyin etməsi idi.

Hz. Muhəmmədin (səv) şəfqətli və gözəl əxlaqı hər müsəlmana nümunə olmalıdır

Peyğəmbərimizin (səv) dövründə Ərəbistanda bir çox dindən, fərqli sivilizasiyadan və anlayışlardan ibarət cəmiyyətlər var idi. Yəhudilər, xristianlar, sabiilər, atəşpərəstlər və bütpərəstlər birlikdə yaşayırdılar. Eyni inancı mənimsəmələrinə baxmayaraq, bir-birlərinə düşmən olan bir çox fərqli qəbilə vardı. Ancaq Peyğəmbərimiz (səv) hansı dindən və qəbilədən olursa-olsun, hər kəsə şəfqətlə, səbirlə, mərhəmət və sevgi ilə yaxınlaşdı və insanları böyük mehribanlıqla Allah inancına dəvət etdi. Hz. Muhəmmədin (səv) ətrafındakılara göstərdiyi bu gözəl rəftar Quranda belə bildirilir:

Allah’ın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar. Sən onların günahından keç, (Allah’dan) onların bağışlanmalarını dilə … (Ali-İmran surəsi, 159)

Əvvəlki hissələrdə də qeyd etdiyimiz kimi, Quranda heç kimin İslam əxlaqını mənimsəməsi üçün məcburiyyətin olmadığı bildirilir. Müsəlman ancaq Allah’ın dinini izah etməklə məsuldur. O insanın hidayət tapması, iman gətirməsi ancaq Allah’ın diləməsi ilə mümkündür. Heç kim başqa birisini iman gətirməyə, ibadət etməyə məcbur edə bilməz. Peyğəmbərimiz (səv) Allah’ın bu əmrinə həmişə riayət etmiş, din əxlaqının ancaq qəlbən istənildiyi zaman yaşana biləcəyini tez-tez vurğulamışdır. Allah bir ayəsində Peyğəmbərimizə (səv) ətrafındakılara qarşı necə davranacağını belə bildirmişdir:

Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver! (Qaf surəsi, 45)

Peyğəmbərimiz (səv) isə bir kəlamında: “Şəfqətli həniflik (Hz. İbrahimin (əs) dinindən olanların xüsusiyyəti) ilə göndərildim, kim mənim sünnəmə müxalif çıxsa, məndən deyil”1 -deyə buyurmuş, başqa kəlamında isə möminlərə: “Mən mərhəmət etmək sülhpərvər olaraq göndərildim. ..”2 - deyə səslənmişdir. Peyğəmbərimizin (səv) üstün əxlaqı onun bir hədisində öz əksini belə tapır:

Qəzəbləndiyi zaman yumşaqlıqla cavab verən şəxs Allah’ın sevgisinə nail olar! 3

Peyğəmbərimizin (səv) mərhəmətli, şəfqətli və mehriban əxlaqı ilə əlaqədar bir çox hədis var. Məsələn, Peyğəmbərimiz (səv): İnsanlara mərhəmət etməyən şəxsə Allah da mərhəmət etməz”4 - demişdir. Digər hədislərindən bəziləri bunlardır:

Mərhəmət edin ki, mərhəmət olunasınız. Əfv edin ki, əfv olunasınız. Təəssüf, sözlə vaxt itirənlərə. Təəssüf, günahlarına bilərək davam edib, bağışlanma istəməyənlərə.5

Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə