GəLİn biRlƏŞƏk de: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allah’dan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allah’ı qoyub bir-birimizi ilahiləşdirməyək”


Sonra sizə onların üzərində yenidən qələbə qazandırdıq, var-dövlət və oğullarla sizə yardım etdik və sizin sayınızı çoxaltdıq



Yüklə 1,16 Mb.
səhifə6/16
tarix26.09.2017
ölçüsü1,16 Mb.
#2235
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   16

Sonra sizə onların üzərində yenidən qələbə qazandırdıq, var-dövlət və oğullarla sizə yardım etdik və sizin sayınızı çoxaltdıq. (İsra surəsi, 6)

İncil

...İsa Rəbbin qüdrəti ilə xəstələrə şəfa verirdi. (Luka, 5: 17)



 Amma İsa onlara dedi: “Hər insan bu sözü qəbul edə bilməz, ancaq Allah'ın güc verdiyi insanlar qəbul edə bilərlər”. (Matta, 19: 11)

...Səltənət, qüdrət və izzət əbədi olaraq Sənindir!.. (Matta, 6, 13)



Tövrat

...Rəbb mənə böyük güc verir... (I Şamuel, 2: 1)

Ya Rəbb, əzəmət, qüdrət, cəlal, zəfər və şöhrət Sənə məxsusdur, çünki göydə və yerdə olan hər şey Sənindir. Ya Rəbb, padşahlıq Sənindir və hökmdar olaraq hər şeydən ucasan... Sən hər şeyə hökmranlıq edirsən. Hər kəsi yüksəltmək və gücləndirmək üçün qüdrət və güc Sənin əlindədir. (I Salnamələr, 29: 11-12)

Öldürən və dirildən Allah'dır



Dirildən də, Öldürən də Odur. O, bir şeyin olmasını istədikdə ona ancaq: “Ol”– deyir, o da olur. (Mömin surəsi, 68)

Ondan başqa İlah yoxdur. O, həm dirildir, həm də öldürür. O, həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbidir. (Duxan surəsi, 8)

Öldürən də, dirildən də Odur! (Nəcm surəsi, 44)

İncil

Amma bu, özümüzə deyil, ölüləri dirildən Allah'a güvənməyimiz üçün başımıza gəldi. (Korinflilərə II məktub, 1: 9)



Nəyə görə Allah'ın ölüləri diriltməsini inanılmaz bir şey hesab edirsiniz? (Həvarilərin işləri, 26: 8)

Tövrat

Rəbb insanı həm öldürür, həm dirildir. (I Şamuel, 2: 6)

Hər yaratdığının canı Onun əlindədir, Bütün insanların nəfəsi Onun əlindədir. (Əyyub, 12: 10)

Üstünüzə vətərlər qoyacaq, ət bitirəcək və sizi dəri ilə örtəcəyəm, daxilinizə ruh qoyacağam və siz diriləcəksiniz. Onda biləcəksiniz ki, Rəbb Mənəm. (Yezekel, 37: 6)

Allah dilədiyini varlı, dilədiyini yoxsul edir



Allah Öz qullarından istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. Şübhəsiz ki, Allah hər şeyi bilir. (Ənkəbut surəsi, 62)

De: “Ey mülkün sahibi Allah'ım! Sən istədiyin kəsə mülkü verir­ və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir (yalnız) Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən. (Ali-İmran surəsi, 26)

Tövrat

Rəbb yoxsulluq və var-dövlət göndərir, alçaldır və yüksəldir. (I Şamuel, 2: 7)

Unutmayın ki, bu sərvəti qazanmaq qabiliyyətini sizə verən Allah'ınız Rəbdir... (Qanunun təkrarı, 8: 18)

Ya Rəbb, əzəmət, qüdrət, cəlal, zəfər və şöhrət Sənə məxsusdur, çünki göydə və yerdə olan hər şey Sənindir. Ya Rəbb, padşahlıq Sənindir və hökmdar olaraq hər şeydən ucasan. Var-dövlətlə şöhrət Səndən gəlir və Sən hər şeyə hökmranlıq edirsən... (I Salnamələr, 29: 11-12)

Allah sadiq olanları qoruyur

Möminlərin içərisində Allah'a etdikləri əhdə sadiq qalan kişilər vardır. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də gözləyir. Onlar (əhdlərini) əsla dəyişdirməyiblər. Allah doğruları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə də istəsə əzab versin, yaxud onların tövbələrini qəbul buyursun. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir. (Əhzab surəsi, 23-24)

Tövrat

Rəbb sadiq qullarının addımlarını qoruyur... (1 Şamuel, 2: 9)

Ey Rəbbi sevənlər, şərə nifrət edin! O, möminlərinin canını qoruyar (Məzmurlar, 97: 10)

Çünki Rəbb ədaləti sevir, heç vaxt möminləri tərk etmir. Salehlər daim müdafiə olunacaq, pislər isə məhv olacaq. (Məzmurlar, 37: 28)

İncil

Çəkəcəyin əzabdan heç qorxma... Ölüm bahasına olsa da, sadiq qal, Mən sənə həyat tacını verəcəyəm. (Vəhy, 2: 10)

Allah tərifə layiq olandır, Həmiddir

Göylərdə və yerdə nə varsa, Onundur. Həqiqətən, Allah ehtiyacsızdır, tərifəlayiqdir. (Həcc surəsi, 64)

Ey insanlar! Siz Allah'a möhtacsınız. Allah isə möhtac deyildir. Həmiddir. (Fatir surəsi, 15)

İncil

Dilimizlə Rəbbə alqış edirik... (Yaqub, 3: 9)

Yenə deyilir ki: “Ey millətlər, Onun xalqı ilə birgə sevinin!” və “Ey millətlər, Rəbbə həmd edin! Ey bütün ümmətlər, Onu mədh edin!” (Romalılara, 15: 10-11)

Tövrat

 Həmdə layiq olan Rəbbi çağıracağam... (2 Şamuel, 22: 4)

Ya Rəbb, Sən mənim Allah'ımsan, Səni ucaldıram, adına həmdlər oxuyuram... (Yeşaya, 25: 1)

Sənə şükür və həmd olsun ki, mənə hikmət və qüdrət verdin... (Daniel, 2: 23)

Ən doğru yol Allah'ın yoludur

Bu, Rəbbinin doğru yoludur. Biz ayələrimizi düşünüb anlayan bir camaat üçün artıq müfəssəl izah etmişik. (Ənam surəsi, 126)

Onlar gözəl kəlamlar öyrənməyə nail olmuş və tərifəlayiq (Allah'ın) yoluna yönəldilmişlər. (Həcc surəsi, 24)

İncil

Əlindəki ilə kifayətlənərək mömin olmaq böyük qazancdır. (Timoteyə 1 məktub, 6: 6)



Tövrat

Allah'ın yolu kamildir... (2 Şamuel, 22: 31)

Nə bəxtiyardır öz yolunda kamil olanlar, Rəbbin qanununa görə yaşayanlar. (Məzmurlar, 119: 1)

…Allah'ımızın əzəmətini mədh edin! Onun bütün işləri kamildir, bütün yolları isə haqdır (Qanunun təkrarı, 32: 3-4)

Doğru yola yönəldən Allah'dır

Allah, Onun rizasını arayan şəxsləri əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir. (Maidə surəsi, 16)

De: “Həqiqətən, Rəbbim məni doğru yola, həqiqi dinə, hənif İbrahimin dininə yönəltdi. O, heç vaxt müşriklərdən olmamışdı”. (Ənam surəsi, 161)

Doğru yol göstərmək Allah'a aiddir... (Nəhl surəsi, 9)

Tövrat

Sığınacağım Allah`dır, mənə qüvvət verər, yolumu kamil edər. (II Şamuel, 22: 33)

Bütün yollarında Onu tanı, O, sənin yollarını nizama salar. (Süleymanın məsəlləri, 3: 6)

Sənə ümid bağlayanlar heç vaxt utanmasınlar... Ya Rəbb, yollarını mənə göstər, ardınca getməyi mənə öyrət. Məni haqq yolu ilə apar, həqiqətini mənə öyrət. Məni qurtaran Allah Sənsən, daim Səni gözləyirəm. (Məzmurlar, 25: 3-5)

Allah Öz yoluna itaət edənlərə müvəffəqiyyət bəxş edir

Kim Allah'ı, Onun Elçisini və iman gətirənləri dost tutarsa, (bilsin ki,) qələbə çalanlar da məhz Allah'ın firqəsidir. (Maidə surəsi, 56)

İncil

Çünki iman vasitəsilə, lütflə xilas oldunuz. Bu, sizin nailiyyətiniz deyil, Allah'ın hədiyyəsidir. (Efeslilərə məktub, 2: 8)

Sınağa səbir edən adam nə bəxtiyardır! Çünki sınaqdan keçdikdə Rəbbin Onu sevənlərə vəd etdiyi həyat tacını alacaq. (Yaqub, 1: 12)

Tövrat

Allah'ın Rəbbin verdiyi buyruğu yerinə yetirib Onun yolu ilə get və Musanın Qanununda yazıldığı kimi Allah'ın qaydalarına, əmrlərinə, hökmlərinə və  fərmanlarına əməl et ki, gördüyün hər işdə və getdiyin hər yerdə uğur qazanasan. (1 Padşahlar, 2: 3)

Allah'ın vəhyi: Kitaba bütünlüklə riayət etmək



Bax, siz o kəslərsiniz ki, onlara məhəbbət bəsləyir, onlar isə sizi sevmirlər. Siz kitabların hamısına inanırsınız. Onlar sizinlə rastlaşanda: “Biz də inandıq!”– deyirlər, təklikdə qalanda isə sizə qarşı qəzəbdən barmaqlarının ucunu gəmirirlər... (Ali-İmran surəsi, 119)

Şübhəsiz ki, Allah'ın nazil etdiyi kitabda olanları gizli saxlayanlar və bununla cüzi miqdarda (pul) əldə edənlər öz qarınlarına oddan başqa bir şey doldurmurlar. Qiyamət günü Allah onları danışdırmaz və onları təmizə çıxarmaz. Onlar üçün üzücü bir əzab vardır. (Bəqərə surəsi, 174)

İncil

...Müqəddəs Qanunda və peyğəmbərlərin kitablarında yazılan hər şeyə inanıram. (Həvarilərin işləri, 24: 14)



Amma o, mənə dedi: “Yox, olmaz! Mən səninlə, peyğəmbər qardaşlarınla və bu kitabın sözlərinə əməl edənlərlə birgə Allah quluyam. Allah'a səcdə et”. (Vəhy, 22: 9)

Tövrat

Qulum Musanın sənə tapşırdığı qanuna tam və dəqiq əməl etmək üçün cəsarətli və çox möhkəm ol. Ondan nə sağa, nə də sola çevril ki, hara getsən, uğur qazanasan. (Yeşua, 1: 7)

Musa  ilə  İsrailin  ağsaqqalları  xalqa  belə  dedilər: “Bu gün  sizə buyurduğum bütün əmrlərə riayət edin”. (Qanunun təkrarı, 27: 1)

İndi, ey israillilər, sizə öyrədəcəyim qaydalara və hökmlərə qulaq asın... Sizə verəcəyim əmrlərə heç nə artırıb-əskiltməyin. Yalnız Allah'ınız Rəbbin əmrlərinə – sizə verəcəyim əmrlərə riayət edin. (Qanunun təkrarı, 4: 1-2)

Allah'dan qorxmaq

Allah qorxusu inananların ortaq və əhəmiyyətli xüsusiyyətlərindən biridir. Quranda bu qorxunun necə olacağı açıq şəkildə təsvir edilmişdir. Allah qorxusu dünyəvi qorxulardan tamamilə fərqlənir. Möminlər Allah'a dərin hörmət edir, Onun istəklərinə qarşı çıxmaqdan çəkinir, Rəbbimizin razılığını itirməkdən və əzabına məruz qalmaqdan qorxurlar. Möminlərin bu mövzuda həssas olmaları Allah'a qarşı duyduqları hörmət dolu qorxunun bir göstəricisidir.

Quranda inananlara “Allah'dan Ona layiq olan tərzdə qorxun” (Ali-İmran surəsi, 102) və “Nə qədər bacarırsınızsa, Allah'dan qorxun” (Təğabun surəsi, 16) şəklində əmr edilmişdir. Möminin üzərinə düşən vəzifə Allah'ın yaratdıqları üzərində düşünmək, Rəbbimizin sərhədsiz ağlını, elmini, sənətini, qüdrətini, böyüklüyünü qavramaqdır. Beləliklə, Allah'a qarşı duyulan hörmət dolu qorxu da artar.

Allah'dan qorxan bir insan pisliklərdən və yanlış hərəkətlərdən qorunub təmizlənir, Allah'ın razılığını qazanmağa mane olan şeylərdən uzaqlaşır. Allah qorxusunun insana ağıl və anlayış qazandırdığı Quranda belə ifadə edilmişdir:



Ey iman gətirənlər! Əgər Allah'dan qorxsanız, O, sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir. (Ənfal surəsi, 29)

İncildə də yalnız Allah'dan qorxmağın lazım olduğu belə ifadə edilir:

Ey dostlarım, sizə deyirəm: bədəni öldürən və ondan sonra başqa heç nə edə bilməyənlərdən qorxmayın. Amma kimdən qorxmaq lazım olduğunu sizə söyləyim: adamı öldürəndən sonra Cəhənnəmə atan ixtiyar Sahibindən qorxun. Bəli, sizə deyirəm ki, Ondan qorxun! (Luka, 12: 4-5)

İncilin müxtəlif yerlərində inananların Allah'dan qorxmasının lazım olduğu təkrarlanır:

Hamıya hörmət edin. İmanlı bacı-qardaşlarınızı sevin, Allah'dan qorxun. Padşaha hörmət edin. (Peterin 1 məktubu, 2: 17)

...Hər millətə, hər tayfaya, hər dilə və hər xalqa yaymaq üçün əbədi bir müjdə gətirirdi. Mələk uca səslə deyirdi: “Allah'dan qorxun, Ona izzət verin!..” (Vəhy, 14: 6-7)

Tövratda isə: “Rəbb qorxusu hikmətin başlanğıcıdır”, -deyilir (Məzmurlar, 111: 10) və insanın ancaq Allah'dan qorxaraq doğru yolu tapacağı xəbər verilir. Tövratda Allah qorxusu ilə bağlı bəzi izahlar belədir:

Rəbb qorxusu safdır, əbədi yaşayır, Rəbbin hökmləri haqdır, hamısı ədalətlidir. (Məzmurlar, 19: 9)

Rəbdən qorxub Ona xidmət edin, həm titrəyin, həm sevinin. (Məzmurlar, 2: 11)

Nə bəxtiyardır Rəbdən qorxan, Onun yolları ilə gedən insan! (Məzmurlar, 128: 1)

Ordular Rəbbini müqəddəs sayın, Ondan qorxun və lərzəyə gəlin! (Yeşaya, 8: 13)

Allah sevgisi



Dünyadakı hər gözəllik həm Rəbbimizin bir neməti, həm də Onun sonsuz gözəlliyinin təcəllisidir. Vicdanlı və düşünən hər insan bu gözəlliklərin əsl sahibi olan Allah'a sevgi ilə bağlanır. İman gətirənlər Allah'ı hər kəsdən və hər şeydən daha çox sevirlər, sevdikləri varlıqları və gözəllikləri yaradanın Allah olduğunu bilirlər. Allah sevgisi əsl xoşbəxtliyin və rahatlığın qaynağıdır. Allah'ı çox sevən, Allah'dan çox qorxan, Onun razı olması üçün səmimi səy göstərən hər mömin dünyaya gözəllik gətirən xeyirli insanlardandır. Allah`ı sevən Allah'ın yaratdıqlarını da sevir, onlara qarşı şəfqət və mərhəmət duyur, onları qorumaq, onlara xeyir və gözəllik bəxş etmək istəyir.

Allah'ı unudaraq bütün sevgisini Onun yaratdıqlarına yönəldənlərin, Allah'ın varlığına laqeyd yanaşıb nəyəsə dünyəvi sevgi bəsləyənlərin əldə etdikləri isə yalnız əzab, bədbəxtlik və narahatlıqdır. Müşriklərlə möminlərin sevgi anlayışı arasındakı böyük fərq bir Quran ayəsində belə bildirilmişdir:



İnsanlardan elələri də vardır ki, Allah'dan qeyrilərini (Ona) tay tutur, onları da Allah'ı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allah'a olan sevgisi daha güclüdür... (Bəqərə surəsi, 165)

Tövratda Qanunun təkrarı hissəsində belə yazılmışdır:

...Allah'ımız  Rəbb  yeganə Rəbdir. Allah'ın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, var gücünlə sev. Bu gün sənə əmr etdiyim bu sözlər ürəyində kök salsın.  (Qanunun təkrarı, 6, 4-7)

İncildə də eyni hökm belə təkrarlanır:

...Allah'ın Rəbbi bütün qəlbinlə, bütün varlığınla və bütün düşüncənlə sev. (Matta, 22: 37)

Allah'ın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün düşüncənlə və var gücünlə sev. (Mark, 12: 30)

Allah'a şirk qoşmamaq



(İbrahim) dedi: “Siz aranızda ancaq dünya həyatına bəslədiyiniz vurğunluğa görə Allah'ı qoyub bütlərə pərəstiş etdiniz. Sonra isə Qiyamət günü bir-birinizi kafir adlandırıb lənətləyəcəksiniz. Sığınacağınız od olacaqdır. Sizə yardım edə bilən kəslər də tapa bilməyəcəksiniz”. (Ənkəbut surəsi, 25)

Rəbbin istədiyini yaradır və seçir. Onların isə seçməyə haqqı yoxdur. Allah pakdır, müqəddəsdir və onların qoşduqları şəriklərdən ucadır. (Qəsəs surəsi, 68)

Allah'dan savayı çağırdıqlarınız da sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın onları, sizə cavab versinlər. (Əraf surəsi, 194)

İncil

Onlar Allah'ın həqiqətini yalanla əvəz etdilər, Yaradanın yerinə yaradılışa səcdə və ibadət etdilər; o Yaradana əbədi alqış olsun!.. (Paulun romalılara məktubu, 1: 25)

 İsa cavab verdi: “...Allah'ımız Rəbb, yeganə Rəbdir...” İlahiyyatçı Ona dedi: “...Allah yeganədir. Ondan başqası yoxdur”. (Mark, 12: 29-32)

...Bax siz var olan həqiqi Allah'a qulluq edirsiniz; Onun ölülər arasından diriltdiyi oğlunun, yəni bizi gələcək qəzəbdən qurtaran İsanın göylərdən zühurunu gözləyirsiniz. (1 Salonikililərə, 1: 9-10)

Tövrat

Amma siz Məni  atıb başqa  ilahlara  qulluq  etdiniz... (Hakimlər, 10: 13)

İsrail övladları Rəbbin gözündə pis olan işlər görərək Baal bütlərinə qulluq etdilər... Onlar Rəbbi ataraq Baal və Aştoret bütlərinə qulluq etdilər. (Hakimlər, 2: 11-13)

Onların ilahlarına səcdə etməyin, onlara ibadət etməyin və qaydalarına əməl etməyin. O ilahları dağıdıb yox edin, onların daş sütunlarını parça-parça etməlisiniz. Siz Allah'ınız Rəbbə xidmət edin... (Çıxış, 23: 24-25)



Ya Rəbb Allah'ım, Sənə bənzəyən yoxdur! Bizə aid xariqələrin, düşüncələrin çoxdur. Onlardan danışmaq istəsəm, belə deyərdim: “Sayı-hesabı yoxdur”. (Məzmurlar, 40: 5)

Dünya həyatının keçiciliyi

İnkarçılarla inananların dünya həyatına baxışı tamamilə fərqlidir. İnkarçılar dünya nemətlərindən maksimum faydalanmağı həyatın başlıca məqsədi kimi görürlər. Halbuki insan dünyaya aid hər şeyi ölümü ilə birlikdə arxada qoyacaq. Bir insanın dünya həyatında sahib olduğu hər şey keçicidir. Bunun şüurunda olan inananlar gündəlik həyatda dünya nemətlərindən istifadə edirlər, ancaq bunları məqsəd kimi görmürlər. Sahib olduqları hər şeyi Allah'a şükür etmək və Onun razılığını qazanmaq üçün bir vasitə kimi qiymətləndirirlər. İnananlar dəbdəbəli avtomobillərin, göz oxşayan evlərin, gözəl bağçaların, qiymətli ləl-cavahiratların, gözəl insanların, qısası, saysız-hesabsız dünya nemətlərinin keçici olduğunu dərk edirlər. Bunların əslinin sonsuzadək Cənnətdə olduğunu da bilirlər.

Allah insanlara dünyanın keçici bərbəzəyinə aldanmamağı, dünyəvi həvəslərin əsiri olmamağı bildirmişdir. Quranda dünya həyatının keçiciliyi belə bildirilmişdir:



Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır. (Ali-İmran surəsi, 14)

Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu, elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o, çör-çöpə dönür. (Kimisini) axirətdə şiddətli əzab, (kimisini də) Allah'dan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. (Hədid surəsi, 20)

İncilin “Mark” hissəsində dünyəvi qayğıların, sadəcə dünyaya aid istəklərin və var-dövlətin insanları Allah'ın yolundan uzaqlaşdırdığı belə izah edilir:

Tikanlar arasına səpələnənlər isə belə insanlardır: kəlamı eşidirlər, lakin dünyanın qayğıları, var-dövlətin aldadıcılığı və başqa şeylərə olan həvəs araya girib kəlamı boğur və kəlam bəhrəsiz olur. Münbit torpağa düşənlər isə belə insanlardır: onlar kəlamı eşidib qəbul edir, bəzisi otuz, bəzisi altmış, bəzisi isə yüz qat məhsul verir. (Mark, 4: 18-20)

İncildə inananların dünya həyatının keçici zövqlərinə aldanmamaları bildirilir və dünya həvəsinin insanların qəlbinin qatılaşmasına səbəb olduğu xəbər verilir. İncilin bir çox yerində dünyanın keçiciliyi və dünyaya bağlanmağın böyük səhv olduğu belə bildirilir:

Özünüzə fikir verin! Qoy qəlbləriniz acgözlük və sərxoşluqla, bu həyatın qayğıları ilə qatılaşmasın. Qoy o gün bir tələ kimi üzərinizə qəflətən gəlməsin. Çünki o gün bir tələ kimi yer üzündə yaşayanların hamısının üstünə gələcək... Hər an dua edərək ayıq olun. (Luka, 21: 34-36)

Dünya və ondakı həvəslər keçib-gedir, amma Allah'ın iradəsinə təslim olan əbədi qalır. (1 Yəhya, 2: 17)

...Çünki bu dünyanın indiki vəziyyəti keçicidir. (1 Korinflilərə, 7: 31)

Tövratda isə dünya həyatının keçici olduğu, mal-mülk həvəsinin və axirətdən tamamilə üz çevirib dünyaya bağlanmağın böyük yanlış olduğu və inananların buna aldanmamaları belə izah edilir:

Pul sevən puldan doymaz, var-dövlət sevən də qazancdan. Bu da puçdur. Var-dövlət çoxaldıqca onu yeyənlər də çoxalır. Gözləri ilə görməkdən savayı sahibinə ondan nə fayda var?.. Yığdığı sərvət, sahibinə zərər gətirir... Necə ki, o, anasının bətnindən çılpaq doğulub, eləcə də bu dünyadan gedir. Zəhmətinin bəhrəsindən heç nəyi əlinə götürüb özü ilə apara bilmir. İnsan dünyaya necə gəlirsə, elə də gedir... (Vaiz, 5: 10-16)



Biz bütün atalarımız kimi Sənin önündə bir qərib və qonağıq. Günlərimiz yer üzündə kölgə kimidir və heç nəyə ümidimiz yoxdur. (1 Salnamələr, 29: 15)

Rəbbin qəzəb günündə qızıl-gümüşləri onları qurtara bilməyəcək... (Sefanya, 1: 18)

O, belə dedi: “Bu dünyaya çılpaq gəlmişəm, çılpaq da gedəcəyəm. Verən də Rəbdir, alan da Rəbdir. Rəbbin isminə alqış olsun!” (Əyyub, 1: 21)

Onlar var-dövlətlərinə güvənirlər, bol sərvətləri ilə öyünürlər. Amma heç kim öz ömrünü satın ala bilməz, həyatının haqqını Allah'a ödəyə bilməz. Hamının sərvəti başqasına nəsib olur. Torpaqlara sahib olsalar belə, son mənzilləri qəbirdir, yenə nəsillərdən-nəsillərədək yerləri məzardır. İnsan dəyərli olsa da, qalmır; həlak olan heyvana oxşayır. Qorxma bir adam varlı olanda, evinə sərvət yığılanda. Çünki öləndə heç nə apara bilməz, sərvəti ardınca getməz. (Məzmurlar, 49: 6-17)

Peyğəmbərlərə iman

Allah insanlara hər dövrdə doğrunu və yanlışı göstərən, Özünün razı olduğu əxlaqı öyrədən elçilər göndərmişdir. Bu elçilər insanları Allah'a iman gətirməyə çağırmış, onlara Allah'ın dinini təbliğ etmişlər. Hz. İbrahim (əs), hz. Süleyman (əs), hz. Davud (əs), hz. Lut (əs), hz. İsa (əs), hz. Musa (əs), hz. Nuh (əs), hz. Yusif (əs), hz. İsmayıl (əs), hz. İshaq (əs) kimi peyğəmbərlərin və elçilərin həyatı Quranda açıqlanır. Rəbbimiz ayədə peyğəmbər hekayələrində inananlar üçün hikmətlər olduğunu bildirmişdir (Yusif surəsi, 111). Peyğəmbərlər Allah'ın seçdiyi, müjdələyən və xəbərdaredici kimi göndərdiyi, üstün əxlaq və imanları ilə bütün insanlara nümunə olan mübarək insanlardır. Müsəlmanlar peyğəmbərlərin hamısına iman gətirir, ayrı-seçkilik etmədən hamısına dərin sevgi duyur və hörmət edirlər. Müsəlmanların peyğəmbərlərə imanı və itaəti ayədə belə bildirilir:



Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də. Hamısı Allah'a, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. (Onlar dedilər): “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!” (Bəqərə surəsi, 285)

Peyğəmbərlərə iman xristianlıq və yəhudiliyin də əsaslarındandır. Tövratda hz. Adəm (əs), hz. Nuh (əs), hz. Şüeyb (əs), hz. Yaqub (əs), hz. Yusif (əs) və bir çox peyğəmbərin həyatı (bir qismi təhrif olunsa da) ətraflı izah edilir. İncildə göndərilmiş elçilərə itaətin əhəmiyyəti müxtəlif izahlarla vurğulanmışdır. İncildə “Allah'ın istədiyi iş budur: Onun göndərdiyi şəxsə iman gətirin” (Yəhya, 6: 29) açıqlaması buna nümunədir. İncildə digər yerdə inananların elçiləri özlərinə nümunə götürmələri və onların əxlaqına bənzər əxlaqa sahib olub onların rəftarlarına bənzər davranmaları belə bildirilmişdir:



Çünki sizə nümunə göstərdim ki, mənim sizə etdiyimi siz də bir-birinizə edəsiniz. (Yəhya, 13: 15)

Peyğəmbəri peyğəmbər olduğu üçün qəbul edən peyğəmbərə layiq bir mükafat alacaq. Salehi saleh olduğu üçün qəbul edən isə saleh insana layiq bir mükafat alacaq. (Matta, 10: 41)

İnsanların göndərilən peyğəmbərləri qısqanması



Məgər içimizdən təkcə onamı zikr vəhy edilmişdir?” Xeyr, onlar Mənim zikrimə şəkk gətirirlər. Xeyr, onlar Mənim əzabımı hələ dadmayıblar. (Sad surəsi, 8)

Peyğəmbərləri onlara dedi: “Allah Talutu sizə hökmdar təyin etdi!” Onlar dedilər: “O, necə bizə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha çox layiqik və ona heç böyük var-dövlət də verilməmişdir”. O dedi: “Allah sizin üzərinizə onu seçdi, elm və bədəncə onun gücünü artırdı. Allah Öz mülkünü istədiyi kəsə verir. Allah əhatə edəndir, biləndir”. (Bəqərə surəsi, 247)

...”Nə üçün bu Quran iki şəhərdən olan böyük bir adama nazil edilmədi?” (Zuxruf surəsi, 31)

İncil

Şənbə günü olanda O, sinaqoqda təlim öyrətməyə başladı. Onu dinləyən adamların çoxu heyrət içində dedi: “Bu adam belə şeyləri haradan bilir? Bu, necə hikmətdir Ona verilib? Bu cür möcüzələr Onun əlindən necə gəlir? Bu adam həmin dülgər deyilmi? Məryəmin oğlu, Yaqubun, Yusifin, Yəhudanın və Şimonun qardaşı deyilmi? Onun bacıları burada- bizim aramızda yaşamırmı?” Onların İsaya acığı tutdu. (Mark, 6: 2-3)



Buna görə də Allah'ın hikməti belə demişdi: Mən onlara peyğəmbərlər və həvarilər göndərəcəyəm, onların bəzisini öldürüb, bəzisini isə təqib edəcəklər. (Luka, 11: 49)

Tövrat

Ancaq Rəbbin qəzəbi Öz xalqının üzərinə gəldi və onlara heç bir çarə tapılmadı, çünki Allah'ın  elçilərini  lağa  qoydular,  Onun  sözlərinə  xor  baxdılar  və  peyğəmbərlərini təhqir  etdilər. (2 Salnamələr, 36: 16)

Peyğəmbərlərə atılan dəlilik iftirası



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə