1
mündəricat
2014
№36
Dekabr
ÜZ QABIĞI MÖVZUSU
Terroizmə qarşı
ideoloji mübarizə
yolları
Görən,
dad bilən,
toxunan və
eşidən
bİtkİlər
Uşaqlar
Müharibələrlə
deyil, Sevgi ilə
böyüməlidir
DNT-nin
möcüzəvi
quruluşu
34
8
42
52
içindəkilər
12
16
18
22
30
58
40
38
46
56
Mömin imanı dərəcəsində
ətrafındakı nemətlərdən zövq alır...
Hz.Lut qövmünün pozğunluğu
Fosillər təkamülü təkzib edir
Körpələr danışmağı necə öyrənir?
İslam ədalətlə davranmağı əmr edir
Payızda yarpaqların tökülməsinin
ardındakı hikmətlər
Ancaq Allah sevgisi qadınlara qarşı
şiddətin həll yoludur
Əxlaqi təmizlik minaların
təmizlənməsi qədər vacibdir
Lüsi kimdir?
DÜŞÜNƏN İNSAN - Elmi-kütləvi, mənəvi-psixoloji jurnal
Dekabr 2014; № 36
Azərbaycan Respublikası Ədliyyə Nazirliyində
qeydiyyatdan keçmişdir. Reyestr № 3418
Təsisçi və redaktor: Ziya Kazımov ;Telefon: (077) 381 61 91
E-mail: info@dusuneninsan.net; www.dusuneninsan.net
Ünvan: AZ1000 Abonent qutusu 35,Bakı, Azərbaycan
Çapa imzalanma tarixi:
Tiraj: 300
Qiyməti: 2 manat
Dünya həyatı çox qısa imtahan
dövründən ibarətdir
Astrofizik Gilyermo Qonzalez
Daha böyük planet daha yüksək cazibə qüvvəsi və okean dibi ilə dağlar
arasında daha az səth zəifliyi deməkdir. Planetin cazibə qüvvəsinin daha
çox olması dağlara təsir edən cazibə qüvvəsinin daha çox olmasına və daha
düz səth əmələ gətirməyə meyillilik deməkdir.
Planetimizin səthi düz olsaydı, nə baş verərdi? Yerin üstü su ilə dolardı.
Hal-hazırda su dünyasında yaşamamağımızın yeganə səbəbi suyun üzünə
çıxan qitələrin və dağların olmasıdır. Əgər bütün quru ərazilər düz olsaydı,
suyun dərinliyi iki kilometrə çatardı. Sularla dolu dünyamız olardı və su
dünyası ölü dünyadır. Su dünyasında yüksək duz qatılığı həyatı qeyri-müm-
kün edərdi. Həyat ancaq müəyyən səviyyədə duzluluğa davamlıdır.
Sahil boyu geniş, bataqlıq bölgələr var. Bu bölgələr dayaz olduğuna görə
okeanlardan bu bölgələrə gələn su tez buxarlanır, duz qalır. Beləcə, qitələrdə
toplanan nəhəng duz ehtiyatları əmələ gəlir və okeanın duz tərkibi də
tənzimlənmiş olur. Ancaq su dünyasında həddindən artıq duz suyu doyurar
və dibə çökər. Bu vəziyyət həyata düşmən super duzlu duz məhlulu əmələ
gətirər.
Lee Strobel, The Case for a Creator, 2004, səh. 244.
4
Alimlər Günəş haqqnda yeni
məlumatlar əldə etdi
NASA-nın IRIS (Interface Region Imaging
Spectrograph) elmi-tədqiqat aparatı günəş at-
mosferi haqqında yeni məlumatlar əldə etdi. Bu
barədə NASA-nın rəsmi saytı məlumat yaydı.
Yeni məlumatlara əsasən, günəş tacının səthə
nisbətən daha çox qızdığı və bunun da “günəş
küləyi” adlandırılan hissəciklərin fasiləsiz ola-
raq yaymasına səbəb olduğu məlum oldu.
Aparat
günəş
atmosferində
indiyə
qədər məlum olan aşağı temperatura malik
nahiyyələrdən 93000 °C daha aşağı temperatu-
ra malik nahiyələr aşkara çıxarıb. Alimlər qısa
zaman kəsiyində buraxdığı enerji həcminə görə
bu nahiyələri “günəş istilik bombaları” adlandı-
rıblar. Gözlənilmədən istilik buraxan bu enerji
mənbələrinin aşkara çıxarılması bütün günəş
atmosferinin qızmasının mexanizmlərinin daha
dərindən anlamağa yardım edəcək.
Aparat həmçinin Günəşin bütün xromosfe-
ri – xarici təbəqəsi üzrə səpələnən və saniyədə
20 km hərəkət edən kiçik tornadolara bənzəyən
çoxlu strukturları kəşf edib. Elm adamları bu tor-
nadoların tacı enerji ilə qidalandıran mexanizmlə
təmin etdiyi və plazma püskürmələrinin günəş
küləyinin mənbəyi olduğu qənaətinə gəliblər.
Bunlarla yanaşı, yeni məlumatlar ulduzun
atmosferdən necə enerji ötürdüyünə, həmçinin
günəş aktivliyi dinamikliyinin kosmosda və
Yerdəki texnoloji infrastrukturlara mümkün təsiri
barədə bir çox məqamlara aydınlıq gətirəcək.
Düşünən İnsan, Dekabr 2014
4
www.elmxeberleri.com
5
Su altında zövqlü formalar düzəldən balıq
yenidən kameraya yaxalandı
Şəkildə gördüyünüz sualtı qumlarda zövqlü di-
ametri 2 metr olan bu formaların müəllifi 12 santi-
metrlik şar balığıdır (pufferfishes, yaxud Torquige-
ner). İlk vaxtlarda mənşəyi bilinməyən bu “sehrli”
formaların müəllifinin kiçik balıqlar olduğu 1995-ci
ildə Yaponiya sahillərində sualtı fotoqraf işləyən Yoji
Okata tərəfindən müəyyən edilib dünyaya təqdim
edilmişdir. Məlum olmuşdur ki, formaları balıqla-
rın erkəkləri düzəldir, formanın tam hazır olmasına
az qalmış isə dişi balıq gəlir və əgər xoşuna gəlirsə,
formanın düz mərkəzinə kürü qoyur. Bu yaxınlarda
həmin “sənətkar” balıqlar yenidən kameralara ya-
xalanıblar. Sualtı fotoqraf kimi çalışan Hyu Miller
yenidən bu balıqların əsərlərinin görüntülərini ka-
meraya çəkib. Görüntülər “BBC One” telekanalında
təqdim olunub.
Düşünən İnsan, Dekabr 2014
Düşünən İnsan, Dekabr 2014
5