GəLİn biRlƏŞƏk de: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allah’dan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allah’ı qoyub bir-birimizi ilahiləşdirməyək”


Ər-Rəhmanın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara bir söz dedikdə: “Salam!”- deyərlər



Yüklə 1,16 Mb.
səhifə8/16
tarix26.09.2017
ölçüsü1,16 Mb.
#2235
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

Ər-Rəhmanın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara bir söz dedikdə: “Salam!”- deyərlər. (Furqan surəsi, 63)

Digər Quran ayəsində də təvazökar möminlər Cənnətlə müjdələnmişlər:



...Sizin tanrınız tək olan İlahdır. Yalnız Ona itaət edin. Sən itaət edənlərə müjdə ver. (Həcc surəsi, 34)

Təvazökarlığın əhəmiyyəti və bu cür davranan insanların Allah qatında üstün insanlar olduğu İncildə belə ifadə edilir:



Tamamilə təvazökar və həlim, səbirli olub bir-birinizə məhəbbət və şəfqətlə yaxınlaşın. (Efeslilərə, 4: 2)

Aranızda ən böyük olanların xidmətçisi olsun. Kim özünü yüksəldərsə, alçaldılacaq və kim özünü alçaldarsa, yüksəldiləcək. (Matta, 23: 11-12)

Beləliklə, kim bu uşaq kimi sadəqəlbli olarsa, səmavi səltənətdə ən böyük odur. (Matta, 18: 4)

Tövratda da təkəbbürlü olmaqdan çəkinməyin vacib olduğu, Allah`ın təvazökar qullarından razı olduğu bildirilir. Tövrata görə inananlar təvazökar olmaqla məsuliyyət daşıyırlar, təkəbbürlülər isə mütləq alçaldılacaqlar. Tövratda bəzi yerlərdə mövzu haqqında belə bildirilir:

...Ey Rəbbin hökmünə əməl edən sizlər, ölkədəki təvazökar insanlar, Rəbbə meyil salın! Salehliyə meyil salın! Təvazökarlığa meyil salın!.. (Sefanya, 2: 3)

Məzlum xalqı qurtarırsan, lovğalara göz qoyursan, onları alçaldırsan. (2 Şamuel, 22: 28)

...Təvazökar olsalar, dua edib Məni axtarsalar və pis yollardan geri qayıtsalar... onların günahını bağışlayacağam və torpaqlarını bərəkətləndirəcəyəm. (2 Salnamələr, 7: 14)



Uca və əzəmətli, əbədi yaşayan, adı müqəddəs olan belə deyir: “...Qırıq qəlbli olanların ruhunu diriltmək, həlimlərin ürəklərini dirçəltmək üçün onlarla birlikdəyəm”. (Yeşaya, 57: 15)

Lovğalanmamaq



Ona: “Allah'dan qorx!”– deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis yataqdır! (Bəqərə surəsi, 206)

İncil

...Allah məğrurlara qarşıdır, məzlumlara isə lütf göstərər. (Yaqub, 4: 6)

...Qürurlanmasınlar və gəldi-gedər var-dövlətə yox, zövq almağımız üçün bizə hər şeyi bol-bol verən Allah'a ümid bəsləsinlər. (1 Timoteyə, 6: 17)

Tövrat

Onlara xəbərdarlıq etdin ki, Sənin Qanununa tərəf gəlsinlər. Amma onlar təkəbbürlü olub əmrlərinə qulaq asmadılar və hökmlərini pozub günah etdilər. Halbuki, o hökmlərə əməl edən hər kəs nicat tapar. Onlar inadkarlıqla Sənə arxa çevirib dikbaşlıq və itaətsizlik etdilər. (Nehemya, 9: 29)

Eşidin və qulaq asın, təkəbbürlü olmayın, çünki Rəbb belə söylədi. (Yeremya, 13: 15)

Çünki o gün ordular Rəbbi bütün qürurluları, lovğaları, məğrurları alçaldacaq. Livanın bütün hündür və vüqarlı sidr ağaclarını məhv edəcək, bütün Başanın palıdlarını yox edəcək. (Yeremya, 2: 12-13)

Rəbb deyir: “Pisliyə görə dünyanı, günahlarına görə pis insanları cəzalandıracağam. Təkəbbürlülərin qürurunu qıracağam, məğrur zalımları alçaldacağam. (Yeşaya, 13: 11)

Allah'ın ayələrinin inkar edildiyi yerdən uzaqlaşmaq



(Allah) kitabda sizə nazil etmişdir ki, Allah'ın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman, (günahkarlar) başqa bir söhbətə keçməyincə onlarla bir yerdə oturmayın. Yoxsa siz də onların tayı olarsınız. Şübhəsiz ki, Allah bütün münafiqləri və kafirləri Cəhənnəmə toplayacaqdır. (Nisa surəsi, 140)

Tövrat

Pislərin məsləhəti ilə getməyən, günahkarların yolunda dayanmayan, rişxəndçilərin arasında oturmayan insan necə də xoşbəxtdir! O, ancaq Rəbbin qanunundan zövq alar, gecə-gündüz bu qanunu dərin düşünər. Axar sular kənarında əkilən ağac kimi barını mövsümündə verər, yarpağı solmaz, etdiyi hər işdə uğur qazanar. Pis insanlar belə deyil, onlar ancaq yelin sovurduğu saman çöpünə bənzəyər. Buna görə, pis insanlar hökm günündə, günahkarlar salehlərin məclisində dayana bilməz. (Məzmur, 1: 1-5)

Boş şeylərdən üz çevirmək



O kəslər ki, lağlağıdan üz döndərərlər. (Muminun surəsi, 3)

Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə ləyaqətlə ötüb keçərlər. (Furqan surəsi, 72)

İncil

Boşboğazlıqdan uzaq dur... (2 Timoteyə, 2: 16)

Tövrat

Qoyma gözlərim fani şeylərə baxsın, Öz yolunda mənə həyat bəxş et. (Məzmur, 119: 37)

Müdrik insan boş sözlərlə cavab verərmi? Köksünü şərq küləyi ilə doldurarmı? Faydasız sözlərlə, dəyərsiz nitqlərlə mübahisə etmək olarmı? (Əyyub, 15: 2-3)

Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki boş sözlər söyləyib, yalan şeylər gördünüz, Mən sizə qarşıyam”, - Xudavənd Rəbb belə bəyan edir. (Yezekel, 13: 8)

Hər işdə Allah'ı xatırlamaq



O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah'ı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür­ (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (Ali-İmran surəsi, 191)

O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allah'ı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar. (Nur surəsi, 37)

Tövrat

O, ancaq Rəbbin qanunundan zövq alar, gecə-gündüz bu qanunu dərin düşünər. (Məzmur, 1: 2)

Bütün yollarında Onu tanı, O, sənin yollarını düzəldər. Öz gözündə özünü hikmətli sanma, Rəbdən qorx, şərdən çəkin. Bu, bədəninə şəfa verər, sümüklərinə ilik olar. (Süleymanın məsəlləri, 3: 6-8)

Bu gün sənə əmr etdiyim bu sözlər ürəyində kök salsın. Bunları övladlarının şüuruna yaxşı-yaxşı yerləşdir. Evində oturanda, yol gedəndə, yatanda, duranda bunlar barədə danış. (Qanunun təkrarı, 6: 5-7)

Ya Rəbb, Sənə pənah gətirirəm! Heç vaxt məni xəcalətdə qoyma... Mənimlə birlikdə Rəbbin böyüklüyünü eşitdirin, adını birlikdə ucaldaq. (Məzmur, 31: 1-3)

Təvəkkül etmək

Allah inananların ən böyük dostu və yardımçısıdır. İnananlar çətinlik və ya sıxıntı ilə qarşılaşanda da, rahat şəraitdə olanda da Allah'ın onlarla bərabər olduğunu bilir, yalnız Allah'a yönəlirlər. Sadəcə Ona güvənirlər. İman gətirən bir şəxs mövcud şəraitlər daxilində bütün tədbirləri görür, hər addımı düşünərək plan qurur, lakin hər şeyin yalnız Allah'ın diləməsi ilə reallaşdığını unutmur. Nəticəsindən asılı olmayaraq, hər şeydə hikmət və gözəllik olduğunu bilir. Məsələn, möminlər tədbir olaraq sağlamlığa zərərli şeylərdən çəkinirlər. Buna baxmayaraq, ölümcül xəstəliyə düçar olanda da onun Allah'dan olduğunu bilirlər, əsla ümidsizliyə qapılmırlar. Səbirli və təvəkküllü davranırlar. İnananlar hadisələr qarşısında kədər, qayğı və narahatlıq keçirmir, təvəkkülün verdiyi rahatlığı yaşayırlar.

Təvəkkül inkarçıların xəbərsiz olduğu, sadəcə inananların yaşadığı gözəllikdir. İnkarçıların dünya həyatındakı sıxıntı və kədərlərinin, stress və depressiyalarının əsas səbəblərindən biri də bu həqiqətdən üz çevirmələridir. Təvəkkülün inananların vacib vəsfi olduğu Quran ayələrində bildirilmişdir:



...Allah'dan qorxana, (Allah) çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allah'a təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur. (Talaq surəsi, 2-3)

De: “Allah'ın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O, bizim himayədarımızdır. Qoy möminlər Allah'a təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)

Təvəkküllü olmaq yalnız Allah'a güvənmək deməkdir. İnsanların qayğı çəkməsinin mənasız olduğu və hər zaman Allah'a güvənmələri İncildə belə ifadə edilir:

Amma Rəbb etibarlıdır. O, sizi qüvvətləndirib şər olandan qoruyacaq. (2 Salonikililərə, 3: 3)

İsa öz şagirdlərinə belə dedi: “Buna görə də Mən sizə deyirəm: “Nə yeyəcəyik?” - deyib canınız üçün, “Nə geyinəcəyik”, -deyib bədəniniz üçün qayğı çəkməyin... Qarğalara baxın. Onlar nə əkir, nə də biçir. Nə anbarları, nə də zirzəmiləri var, amma Allah onları yedizdirir... Sizlərdən hansı biriniz qayğı çəkməklə ömrünüzü bir anlıq belə uzada bilər?  Əgər siz elə balaca şeyi etməyi bacarmırsınızsa, nə üçün başqa şeylərin qayğısına qalırsınız? (Luka, 12: 22-26)

Ona görə də siz əvvəlcə Allah'ın səltənətini və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək. Beləliklə, sabahın qayğısını çəkməyin... (Matta, 6: 33-34)

Tövratda isə bildirilir ki, yalnız Allah'a yönələn və Rəbbimizə güvənən şəxsə Allah müvəffəqiyyət bəxş edəcək. İman gətirən yəhudilərin Allah'a təvəkkül etmələri belə ifadə edilir:

Rəbbə güvən… O da səni ürəyinin istəklərinə çatdıracaq. Yolunu Rəbbə ver, Ona güvən, O, edəcək. (Məzmur, 37: 3-5)

Ağlı Sənə yönəlmiş insanlara Sən kamil iman verirsən, çünki onlar Sənə güvənir. Rəbbə həmişə güvənin, çünki Rəbb Allah əbədi gücdür. (Yeşaya, 26: 3-4)

Nə xoşbəxtdir o insan ki Rəbbə güvənir, Rəbbi özünə arxa sayır. O, sular kənarında əkilmiş ağac kimi olacaq. Elə ağac ki, çay kənarında kök salar, isti gələndə qorxmaz, yarpağı həmişə yaşıl qalar, quraqlıq olan il qayğı çəkməz, bəhər verməkdən qalmaz. (Yeremya, 17: 7-8)

...Allah'ınız Rəbbə inanın, onda qorunacaqsınız, onun peyğəmbərlərinə inanın və uğur qazanacaqsınız. (2 Salnamələr, 20: 20)



Bütün qəlbinlə Rəbbə güvən, öz idrakına etibar etmə. (Süleymanın məsəlləri, 3: 5)

Allah inananların qoruyucusudur



(Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mənə doğru yol göstərəcəkdir!” (Şüəra surəsi, 62)

Həqiqətən də, Allah (Ondan) qorxanlar və yaxşı işlər görənlərlədir. (Nəhl surəsi, 128)

Həqiqətən, mənim himayədarım kitabı nazil edən Allah'dır. O, əməlisalehlərə himayəçilik edir. (Əraf surəsi, 196)

Tövrat

Sənə cəsarətli və möhkəm olmağı əmr edən Mən deyiləmmi? Qorxma və ruhdan düşmə, çünki Allah`ın Rəbb gedəcəyin hər yerdə səninlədir. (Yeşua, 1: 9)

Qəfil fəlakətdən, pislərə gələn bəladan qorxma. Çünki güvəndiyin Rəbdir... (Süleymanın məsəlləri, 3: 25-26)

İnsandan qorxan özünü tələyə salar, amma Rəbbə güvənən arxayın yaşayar. (Süleymanın məsəlləri, 29: 25)

Rəbb Ona sığınanların sipəridir. Rəbdən başqa Allah kimdir ki? Allah'ımızdan başqa üstün güc kimdir ki? Allah məni qüvvəsi ilə bürüyər, yolumu kamil edər. Sən mənə qurtuluş qalxanını verdin... köməyinlə məni yüksəltdin... ayaqlarım büdrəməsin. (Məzmur, 18: 30-32, 35-36)

Ədalət anlayışı

Ədalətli olmaq iman gətirən insanların başlıca xüsusiyyətlərindən biridir. Allah qullarına insanlar arasında ədalətlə hökm verməyi, özlərinin və ya yaxınlarının əleyhinə olsa belə, ədalətli olmağı əmr etmişdir. İnananlar ədaləti qoruyan və haqsızlığa izn verməyən insanlardır. Rəbbimiz Quranda müsəlmanlara ədalətli olmağı belə bildirir:



Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allah'ın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah eşidəndir, görəndir. (Nisa surəsi, 58)

Müsəlman üçün qarşısındakı insanın varlı və ya kasıb olması və verəcəyi qərarın mənfəətinə zidd olması heç nəyi dəyişdirməz. Mömin nə olursa-olsun, ədalətdən güzəştə getməz. Bu üstün əxlaq bir Quran ayəsində belə bildirilir:



Ey iman gətirənlər! (Şahidliyiniz) özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. (Əleyhinə şahidlik edəcəyiniz şəxslərin) varlı və ya kasıb olmasından asılı olmayaraq Allah onların hər ikisinə daha yaxındır. Hissiyyata qapılıb haqdan uzaqlaşmayın! Əgər siz (cəfəngiyat) danışsanız və ya (həqiqəti deməkdən) boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Nisa surəsi, 135)

Başqa bir ayədə isə kin-küdurətin insanları ədalətsizliyə sövq etdiyi bildirilmişdir:



Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır... (Maidə surəsi, 8)

Ədalət İncil və Tövratda da vacib məsələlərdən biridir. Ədalətə laqeyd yanaşanlar İncildə belə qınanırlar:



Vay halınıza..! Çünki siz nanə, şüyüd və zirənin onda birini verirsiniz, lakin Qanunun daha vacib işlərini, ədaləti, mərhəməti və imanı atırsınız. Amma onda birini verməklə yanaşı, bunları yerinə yetirməli idiniz. (Matta, 23: 23)

İncildə başqa fəsillərdə də insanların ədalətli olmaları belə ifadə edilmişdir:



Zahirə görə hökm etməyin, ədalətlə hökm edin. (Yəhya, 7: 24)

Ey ağalar... qullarınıza ədalətli və insaflı olun. (Koloselilərə, 4: 1)

Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız... Hansı ölçü ilə ölçsəniz, eyni ölçü ilə də sizə ölçüləcək. (Matta, 7: 1-2)

Tövratda da ədalət gözəl əxlaqlı insanın əsas xüsusiyyəti kimi göstərilir və doğru insanın pisliklərdən uzaqlaşdığı, heç kimə haqsızlıq etmədiyi, yoxsulları qoruduğu ifadə edilir:



Ədalətli olanlar, hər zaman əməlisaleh olanlar necə xoşbəxt insanlardır! (Məzmur, 106: 3)

...Mən onu seçdim ki, öz oğluna və özündən sonrakı nəslinə saleh və ədalətli işlər görmək üçün Rəbbin yolu ilə getməyi tapşırsın... (Yaradılış, 18: 19)

Ordular Rəbbi belə deyir: “Düzgün və ədalətlə mühakimə edin. Hər kəs bir-birinə məhəbbət və mərhəmət göstərsin. (Zəkəriyyə, 7: 9)

...Bunların yerinə ədaləti ayırd etmək üçün dərrakə istədin. Mən istəyini yerinə yetirirəm... (1 Padşahlar, 3: 11-12)



Rəbb belə deyir: “Ədaləti qoruyun, salehliyə əməl edin...” (Yeşaya, 56: 1)

Ədalətsiz qanun qoyanların, yoxsullardan ədaləti əsirgəyənlərin, xalqımın kasıblarının haqqını əlindən alanların, dul qadınları soyanların, yetimlərin malını ələ keçirənlərin vay halına! (Yeşaya, 10: 1-2)

İftira və hücumlardan çəkinmək



Elçilər tarix boyu insanları doğru yola - Allah'ın dininə dəvət etmişlər, onları işıqlandıran və yol göstərən şəxslər olmuşlar. Ancaq hər dövrdə haqq dini izah etdikləri cəmiyyətdə bəzi insanlar Allah'ın elçilərinə qarşı çıxmışlar. Onların təbliğinə mane olmaq üçün bir çox yola baş vurmuşlar. Bu insanlar Allah'ın üstün əxlaqı ilə bütün insanlara nümunə və yol göstərici kimi göndərdiyi elçilərə bir çox böhtan ataraq onlara mane olacaqlarını zənn etmişlər, böhtanlarının istədikləri nəticəni vermədiyini görəndə isə peyğəmbərləri yurdlarından sürgün etməyə, həbs etməyə və hətta öldürməyə də cürət etmişlər.

Qurani-kərimdə keçmişdə yaşamış peyğəmbərlərin mübarizələri və qarşılaşdıqları böhtanlar ətraflı izah edilir. Peyğəmbərimiz hz. Muhəmmədin (səv) də Məkkəli müşriklərlə, münafiqlərlə və inkar edənlərlə mübarizəsi Quranda bildirilmişdir. Tarix boyu bütün peyğəmbərlər və iman gətirənlərin bir-birinə bənzər böhtanlarla qarşılaşdığı Quranda bildirilən həqiqətlərdən biridir. Başqa həqiqət də iman gətirənlərin bu böhtan və hücumlar qarşısında heç vaxt ruhdan düşüb zəifləməməsi və mübarizələrinə eyni şövq və əzmlə davam etməsidir.

Divanə (Hicr surəsi, 6), dəlilik (Qələm surəsi, 51), yalançı və sehrbaz (Sad surəsi, 4) kimi böhtanlar Quranda bildirilən və peyğəmbərlərə atılan böhtanlardandır. Bu və buna bənzər böhtanlardan inkarçılar üstün əxlaqlı hz. Muhəmmədə (səv) qarşı da istifadə etmişlər və Peyğəmbərimizi (səv) həbs etmək, öldürmək və ya yurdundan qovmaq üçün ona tələ qurmuşlar. (Ənfal surəsi, 30)

Elçilərin yaşadıqlarının bənzərlərini onlarla birlikdə olan və onların yolu ilə gedənlərin də yaşayacağı Quranda belə bildirilmişdir:

Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allah'ın köməyi nə vaxt (gələcək)?”– dedilər. Həqiqətən, Allah'ın köməyi yaxındır. (Bəqərə surəsi, 214)

İncildə isə hz. İsanın (əs) cinlənməklə (Yəhya, 7/20, 8/48, 8/52), dəliliklə (Yəhya, 10/20), cəmiyyəti yoldan sapdırmaqla (Luka, 23/2), ata-babaların adət-ənənəsinə əməl etməməklə (Mark, 7/5) ittiham edildiyi bildirilir. İncilin müxtəlif hissələrində inanmayanların hz. İsaya (əs) lağ etməyə cürət etdikləri, onun ağır təhqirlərə və hücumlara məruz qaldığı geniş şəkildə izah edilmişdir.

Şübhəsiz, inkar edənlərin çirkin böhtanları onların ağılsızlığının və azğın inanclarının məhsullarıdır. Allah bütün peyğəmbərləri insanlara nümunə olan üstün ağıl, fərasət və əxlaqla yaratmışdır.

Yalnız elçilər deyil, onlarla birlikdə olan inananlar da müxtəlif böhtan, təhqir və hücumlarla qarşılaşmışlar. Bununla belə, nə zəifləmiş, nə də ümidsizliyə qapılmışlar. Bu həqiqət Quranın “Ali-İmran” surəsinin 146-cı ayəsində belə bildirilir:

Neçə-neçə peyğəmbər (olmuşdur ki,) bir çox dindarlarla birlikdə vuruşmuşlar. Onlar Allah yolunda başlarına gələnlərə görə nə ruhdan düşmüş, nə zəifləmiş, nə də (düşmənə) boyun əymişlər. Allah səbir edənləri sevir. (Ali-İmran surəsi, 146)

Elçilər inananları bu istiqamətdə məlumatlandırmış və müjdələmişlər. Peyğəmbərimizlə (səv) birlikdə olan möminlərin başlarına gələn çətinliklər qarşısında: “Bu, Allah'ın və Onun Elçisinin bizə olan vədidir. Allah və Onun Elçisi doğru söyləmişlər!” (Əhzab surəsi, 22) - dedikləri Quranda bildirilir. Rəbbimiz qətiyyət və üstün əxlaq göstərənlərin imanını və itaətini artıracağını müjdələmişdir.

Peyğəmbərlərin mübarizələri və müxtəlif çətinliklərlə qarşılaşdıqları Tövratda da ətraflı şəkildə bəhs edilir. İncildə isə inananların müxtəlif çətinliklərlə qarşılaşacaqları, ancaq səmimi olaraq iman gətirənlər üçün bunun bir sevinc vəsiləsi olacağı izah edilir:

Salehlik uğrunda əziyyət görənlər necə də xoşbəxtdirlər!.. İnsanlar Mənə görə sizi təhqir edib təqib edəndə, yalan söyləyib sizə hər cür böhtan atanda siz, əslində, xoşbəxt olursunuz. Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür. Sizdən qabaq peyğəmbərləri də belə təqib ediblər. (Matta, 5: 10-12)

İncildə hz. İsanın (ə.s.), şagirdlərini başlarına gələn zülmlərə qarşı xəbərdar etdiyi və müjdələdiyi bildirilir:



(Hz. İsaya) görə insanlar sizə nifrət edəndə, sizi cəmiyyətdən qovub təhqir edəndə, adınızı bədnam edəndə Siz nə bəxtiyarsınız! O gün sevinin və sevincdən atılıb-düşün. Budur, göylərdə mükafatınız böyükdür. Onların ataları da peyğəmbərlərlə belə davranıb. (Luka, 6: 22-23)

Dar qapıdan girin. Çünki məhvə aparan qapı geniş və yolu enlidir. Bu qapıdan girənlər çoxdur. Amma həyata aparan qapı dar və yolu ensizdir, onu tapanlar azdır. (Matta, 7: 13-14)

Mənim adıma görə hamı sizə nifrət edəcək. Amma axıra qədər səbir edən xilas olacaq. (Matta, 10: 22)

Qorxmamaq və kədərlənməmək



Onlar Allah'ın risalətini təbliğ edir, Ondan qorxur və Allah'dan başqa heç kəsdən qorxmurdular. Allah Özü haqq-hesab çəkməyə kifayətdir. (Əhzab surəsi, 39)

Onlar dedilər: “Ey Rəbbimiz! Biz onun bizə şiddətli cəza verməsindən və ya həddini aşmasından qorxuruq”. (Allah) buyurdu: “Qorxmayın, çünki Mən sizinləyəm, eşidirəm və görürəm! (Taha surəsi, 45-46)

(Bəzi) adamlar onlara: “Camaat sizə qarşı (ordu) toplayıbdır, onlardan qorxun!”– dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O, nə gözəl qoruyandır!”– dedilər. Onlar özlərinə heç bir pislik toxunmadan, Allah'ın neməti və mərhəməti sayəsində geri döndülər və Allah'ın razılığına tabe oldular. Allah böyük lütf sahibidir. O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun! (Ali-İmran surəsi, 173-175)

İncil

Amma əgər salehlik uğrunda əzab çəksəniz belə, siz bəxtiyarsınız. İnsanların hədə-qorxu gəlməsindən qorxmayın və ürkməyin. (1 Peter, 3:14)

Beləliklə, onlardan qorxmayın. Çünki (Allah üçün) elə gizli bir şey yoxdur ki, aşkara çıxmasın və elə sirli bir şey yoxdur ki, bilinməsin... Bədəni öldürüb canı öldürə bilməyənlərdən qorxmayın. Həm canı, həm bədəni Cəhənnəmdə məhv edə bilən Allah'dan qorxun. (Matta, 10: 26-28)

Tövrat

Cəsarətli və möhkəm olun! Onlardan qorxub çəkinməyin! Çünki Allah'ınız Rəbb sizinlə gedir. O, sizi atmaz, tərk etməz!... Başının üstündə Rəbb gedəcək. O, səninlədir, səni atmaz və tərk etməz. Qorxub çəkinmə! (Qanunun təkrarı, 31: 6-8)

Cəsarətli və möhkəm olun. Aşşur padşahından və onun yanında olan çoxlu qoşundan qorxmayın, ruhdan düşməyin, çünki bizimlə olan onunla olandan böyükdür. (2 Salnamələr, 32: 7)

... Kədərlənməyin, çünki Rəbbin verdiyi sevinc sizin qüvvətinizdir. (Nehemya, 8: 10)

... Mənə tərəf dönüb rahatlıq tapanda xilas olarsınız, sakitləşib inanmaqla qüdrətli olarsınız... (Yeşaya, 30: 15)

Sənə cəsarətli və möhkəm olmağı əmr edən Mən deyiləmmi? Qorxma və ruhdan düşmə, çünki Allah'ın Rəbb gedəcəyin hər yerdə səninlədir. (Yeşua, 1: 9)

Gecələr hiylə quranlar



Onlar: “İtaət edirik!”– deyirlər. Sənin yanından çıxıb getdikdə isə onların bir qismi gecələr sənin dediyinin əksinə tədbir görürlər. Allah onların gecələr nə etdiklərini yazır. Onlardan üz döndər və Allah'a təvəkkül et! Qoruyan olaraq Allah yetər. (Nisa surəsi, 81)

Tövrat

Öz niyyətlərini Rəbdən gizlətməyə çalışanların vay halına! Qaranlıqda iş görən bu insanlar: “Bizi kim görür, kim tanıyır?” - deyirlər. (Yeşaya, 29: 15)

Ataların batil dininə itaət etməmək

Allah Quranda bəzi cəmiyyətdə kök salan batil inancları, din adına ortaya qoyulan bəzi anlayışları, vərdişə çevrilmiş bəzi hərəkətləri bəhanə edərək peyğəmbərlərin gətirdiyi haqq dinə qarşı çıxdıqlarını bildirmişdir. Quranda “ataların yolu” kimi bildirilən bu azğın inanc və həeəkətlər İncil və Tövratda “ataların adət-ənənəsi” adlandırılır. Halbuki Allah qatında haqq olan din elçilər tərəfindən təbliğ edilən dindir. İnananlar batil inanclardan və ənənələrdən deyil, Allah'ın kitabından məsul tutulacaqlar. Kor-koranə atalarından öyrəndikləri batil anlayışları tətbiq edən və bu inancları səbəbindən haqq dindən üz çevirən insanların vəziyyəti Quranda belə bildirilmişdir:

Onlara: “Allah'ın nazil etdiyinə itaət edin!”– deyildikdə, onlar: “Yox! Biz əcdadımızın getdiyi yolu tutub gedəcəyik!”– deyərlər. Əgər şeytan onları (Cəhənnəm) odunun əzabına doğru sürükləyirsə necə olsun? (Loğman surəsi, 21)

Onlara: “Allah'ın nazil etdiyinə və Elçiyə tərəf gəlin”, –deyildikdə: “Atalarımızın tutduğu yol bizə bəsdir”, –deyirlər. Əgər ataları bir şey bilməyib, doğru yola yönəlməyiblərsə necə olsun? (Maidə surəsi, 104)

Tövratda da insanlara haqq dinin izah edilməsinə baxmayaraq, atalarından öyrəndikləri adət-ənənələrə yönəldikləri və onun böyük pislik olduğu başa düşülür. Peyğəmbərlərə itaət etmək istəməyən insanların batil inanclarına qayıtmaları və buna görə alacaqları əvəzin necə olacağı belə izah edilir:



Sözlərimə qulaq asmaq istəməyən əcdadlarının günahlarına qayıtdılar, başqa ilahların tərəfdarı olub onlara qulluq etdilər... Mən onların üzərinə bəla gətirəcəyəm və onun içindən çıxa bilməyəcəklər... (Yeremya, 11: 10-11)

İncildə hz. İsanın (əs) və ona tabe olanların atalarının adət-ənənəsindən ayrılmaqla ittiham edildikləri izah edilir. Halbuki doğru olan bu insanların müdafiə etdikləri batil ənənə deyil, hz. İsanın (əs) gətirdiyi din əxlaqına itaət etməkdir. Səmimi olaraq iman gətirənlərin hz. İsanın (əs) gətirdiyi dinə və ona itaət etmələrinin vacib olduğu isə açıq-aşkardır.

Matta İncilində hz. İsanın (əs) təbliğ etdiyi dinə itaət etməməkdə israr edənlərin hz. İsanın (əs) şagirdlərini atalarının ənənələrindən uzaqlaşdıqları üçün qınadıqları belə ifadə edilir:

Onda Yerusəlimdən fariseylər və ilahiyyatçılar İsanın yanına gəlib dedilər: “Nə üçün şagirdlərin ata-babaların adət-ənənəsini pozur?”... (Matta, 15: 1-2)

Mark İncilində isə hz. İsanın (əs) tələbələrini atalarının ənənələrinə itaət etmədikləri üçün qınayanlara belə cavab verilir:



Fariseylər və ilahiyyatçılar İsadan soruşdular: “Nə üçün sənin şagirdlərin ata-babaların dini adət-ənənəsinə əməl etmirlər?..” Siz Allah'ın əmrini atıb insan adət-ənənəsini tutursunuz. Sonra İsa onlara dedi: “Öz adət-ənənələriniz üçün Allah'ın əmrlərini kənara atmağı necə də yaxşı bacarırsınız!” (Mark, 7: 5-9)

İsa cavabında onlara dedi: “Bəs siz nə üçün öz adət-ənənəniz naminə Allah'ın əmrini pozursunuz?” (Matta, 15: 3)

Göstəriş və riyakarlıqdan çəkinmək

İnananların ortaq əxlaq xüsusiyyətlərindən biri də səmimiyyətdir. Mömin Allah'ın hər şeydən xəbərdar olduğunu, axirətdə bütün düşüncələrinin, söhbətlərinin və davranışlarının hesabını verəcəyini bilir. Bu səbəbdən, həyatı boyu yalnız Allah'ın rizasını əldə etmək üçün çalışır, səmimiyyətsizlikdən çəkinir. Etdiklərinin əvəzini Allah'dan gözlədiyi üçün kiçik mənfəətlərin ardınca qaçmır, insanların sevgisini qazanmaq üçün səmimiyyətsiz davranmır.

Quranda peyğəmbərlərin ixlaslı davranışları möminlərə nümunə göstərilmişdir. Allah'ın Tağuta ibadət etməkdən çəkinib Allah'a üz tutanlara müjdə vardır. Qullarımı müjdələ!(Zumər surəsi, 17) ayəsində bildirildiyi kimi, səmimi qullar üçün müjdə vardır. İbadətlərini göstəriş məqsədilə edənlər haqqında bəzi ayələr belədir:



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə