MuhaziRƏ 10. Temperatur, TƏzyiq, SƏciyyə, sixliq və tutumun öLÇÜLMƏSI. TƏrkibin kimyəvi əsasinin öLÇÜLMƏSI



Yüklə 66,7 Kb.
tarix28.03.2022
ölçüsü66,7 Kb.
#84810
ASEU TEACHERFILE WEB 1451389586371114476.docx 1543321073


MUHAZİRƏ 10.

TEMPERATUR, TƏZYIQ, SƏCIYYƏ, SIXLIQ VƏ TUTUMUN ÖLÇÜLMƏSI. TƏRKIBIN KIMYƏVI ƏSASININ ÖLÇÜLMƏSI



    1. Təzyiqin Və Seyrəkliyin Ölçülməsi

Ümumiyyətlə təzyiq dedikdə səthə təsir göstərən qüvvənin normal toplananının bu səthin sahəsinə olan nisbəti başa düşülür . Nəzarət olunan prosesin təbiətindən asılı olaraq mütləq təzyiq və izafi təzyiq anlayışından istifadə edilir. Mütləq təzyiq Pm dedikdə biz təzyiqin hesabat başlanğıcı kimi sıfır qəbul edirik . Əlbəttə Pm = 0 təzyiqini almaq praktiki olaraq mümkün deyildir . Qeyd edək ki, təbiətdə olan bütün varlıqlar daim atmosfer təzyiqinə məruz qalır . Bu təzyiq barometrik təzyiq adlanır və Pbar ilə işarə edilir . Buradan belə nəticə çıxır ki, izafi təzyiq , mütləq təzyiqlə barometrik təzyiqin fərqinə bərabərdir .

Pi = Pm – Pbar
Əgər mütləq təzyiq Pm barometrik təzyiq Pbardan kiçik olarsa , bu zaman mövcud izafi təzyiq seyrəklik adlanır .

      1. Təziyiqi Ölçən Cihazların Təsnifatı

İş prinsipinə görə:

  1. Mayeli təzyiq ölçən cihazlar (boruda təzyiqin maye sütunun səviyyəsi ilə tarazlaşdırılması prinsipinə əsaslanır);

  2. Porşenli təzyiq ölçənlər (burada ölculən təzyiq porşenə təsir edən xarici quvvə ilə tarazlaşdırılır);

  3. Yaylı təzyiq ölçənlər (burada təzyiq elastiki elementin deformasiyasnın qiymətinə ğörə ölçulur );

  4. Elektriki təzyiq ölçənlər (burada təzyiqin hər hansı bir elektriki kəmiyyətə çevrilməsi prensipindən istifadə edilir).

  1. Ölçulən təzyiqin növunə ğörə:

  1. Manometirlər (izafi təzyiq ölçülür);

  2. Vakummetrlər ( seyrəklik təzyiqi ölçülür);

  3. Mano-vakummetrlər (həmi izafi , həm də seyrəklik təzyiqi ölçülür;

  4. Diferensial monometrlər (təzyiqlər fərqi ölçülür);

  5. Barometrlər (barometrik təzyiq ölçülür).

MDB məkanında avtomatlaşdırma sistemlərində “Sapfir” firmasının istehsalı olan elektrik təzyiq ölüçənləri geniş istifadə olunur. Bu təzyiq ölüçənlər fasiləsiz olaraq ölçülən təzyiqi (izafi təzyiqi və ya seyrəkləşmə təzyiqini) unifikasiya edilmiş cərəyan siqanlına çevirir. Burada çıxış siqanlı ya 0-5 mA, ya da 0-20 mA həddində olur. Şəkil 2.11-də belə monometrin sxemi göstərilmişdir. Sxemdən göründüyü kimi, 3-membran tipli tenzo çevirici 9-gövdəsinin içərisində yerləşdirilmişdir. 3-membranının 4-iç hissəsi xüsusi maye ilə doldurulmuş və 6-membranı vasitəsilə təzyiqi ölçülən mühitdən ayrılmışdır. Ölçülən təzyiq 7-kamerasına verilir və 6-membranına təzyiq göstərərək 3-membranının daxilində olan maye vasitəsilə tenzo çeviriciyə təsir göstərir. Tenzo çevirici membranın deformasiyası nəticəsində onun tenzo rezistorlarının müqaviməti dəyişir. Müqavimətin dəyişməsi 2-çıxışları vsaitəsilə 1-ölçü blokuna ötürülür və təzyiqin ölçülməsi yerinəyetirilir.



Şəkil .Təzyiq çevricisinin sxemi
Yüklə 66,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə