GəLİn biRlƏŞƏk de: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allah’dan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allah’ı qoyub bir-birimizi ilahiləşdirməyək”


Siz kitab oxuyub insanlara xeyirxahlığı əmr etdiyiniz halda, özünüz (bunu) unudursunuz? Məgər anlamırsınız? (Bəqərə surəsi, 44)



Yüklə 1,16 Mb.
səhifə10/16
tarix26.09.2017
ölçüsü1,16 Mb.
#2235
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

Siz kitab oxuyub insanlara xeyirxahlığı əmr etdiyiniz halda, özünüz (bunu) unudursunuz? Məgər anlamırsınız? (Bəqərə surəsi, 44)

İncildə hz. Musanın (əs) ardınca getdiklərini iddia edən, ancaq onun öyrətdiyi əxlaqı yaşamayan şəxslər qınanmışdır. Onların bu xüsusiyyəti belə izah edilir:

... Söyləyərlər, amma riayət etməzlər. Ağır və çətin daşına bilən yükləri bağlayıb insanların çiyninə yükləyərlər, özləri isə bu yükləri daşımaq üçün barmaqlarını belə tərpətmək istəməzlər. (Matta, 23: 3-4)

Əgər insanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Çünki Qanun və peyğəmbərlərin söylədiyi budur. (Matta, 7: 12)

Sən nə üçün qardaşının gözündəki çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən? Öz gözündə tir ola-ola qardaşına necə deyə bilərsən ki, icazə ver, gözündəki çöpü çıxarım. Ey ikiüzlü, əvvəlcə öz gözündən tiri çıxar, sonra qardaşının gözündəki çöpü çıxarmaq üçün cəhd elə. (Matta, 7: 3-5)

Şükür etmək

Şükür etmək Allah'ın verdiyi nemətlərin qarşılığında, Ona olan dərin sevgi hisslərini dilə gətirməkdir. Hər cür nemətin Allah'dan gəldiyini ifadə etməkdir. İnsan diqqətli olsa, bu qədər saysız-hesabsız neməti ona verənin Allah olduğunu və O istədiyi üçün bunlara sahib olduğunu anlaya bilər. Əlinizdəki kitabı oxuduğunuz anda bədəninizdə yüz trilyon hüceyrənin hər birinin sizin üçün çalışması və vəzifələrini axsatmadan yerinə yetirməsi Allah'ın üzərinizdəki nemətlərinin çox kiçik hissəsidir.

İnananlar hansı vəziyyətdə olmalarından və hansı hadisəni yaşamalarından asılı olmayaraq, Allah'a şükür edirlər. İnkar edənlər isə şükür etməyi düşünmürlər belə. Şübhəsiz, bu, böyük nankorluqdur.

Şükür etmək Quranın müxtəlif ayələrində bildirilən və möminlərin həssaslıqla yerinə yetirməli olduğu bir ibadətdir. Bu mövzudakı bəzi ayələr belədir:

Sən yalnız Allah'a ibadət et və şükür edənlərdən ol! (Zümər surəsi, 66)

Allah'ın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allah'a ibadət edirsinizsə, Onun nemətinə şükür edin. (Nəhl surəsi,114)

Bununla yanaşı, Quranda şükür edənlərin daha çox nemətə qovuşacağı, nankorluq edənlərin isə Allah'ın şiddətli əzabına layiq olacağı xəbər verilmişdir:



O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”. (İbrahim surəsi, 7)

İncildə “hər vəziyyətdə şükür edin” yazılmışdır. (1 Saloniklilərə, 5: 18) Hz. İsanın (əs) həyatının təsvir edildiyi hissələrdə də müxtəlif vəsilələrlə onun Allah'a şükür etdiyi bildirilir. Əlbəttə, bu gözəl davranış inananlar üçün nümunədir.

İsa onlardan soruşdu: “Neçə çörəyiniz var?” Onlar dedilər: “Yeddi və bir neçə kiçik balığımız var”. Onda İsa camaata əmr etdi ki, yerdə otursunlar. Yeddi çörəklə balıqları götürdü və şükür duası edərək bölüb şagirdlərə verdi. Şagirdlər də camaata payladılar. Hamı yeyib-doydu. Artıq qalan tikələri yığdılar, yeddi səbət doldu. Yeyənlər isə qadınlar və uşaqlardan başqa, dörd min nəfər idi. (Matta, 15: 34-38)

Tövratda da inananlara şükür etmələri bildirilir. Bununla bağlı bəzi izahlar bu şəkildədir:



Ey Rəbbin möminləri, Onu tərənnüm edin, müqəddəsliyini yada salın, Ona şükürlər edin. Ona görə susmayacağam, Səni ucadan tərənnüm edəcəyəm. Ya Rəbb Allah'ım, Sənə daim şükür edəcəyəm! (Məzmur, 30: 4, 12)

Bütün ürəyimlə Rəbbə şükür edəcəyəm, bütün xariqələrini deyəcəyəm. Sənə görə fərəhimdən sevinib cuşa gələcəyəm, ey Haqq-Təala, adını tərənnüm edəcəyəm! (Məzmur, 9: 1-2)

Dərgahına şükürlərlə, həyətlərinə həmdlərlə gəlin. Ona şükür edin, adına alqış söyləyin. (Məzmur, 100: 4)

Rəbbə həmd edin! Ey Rəbbin qulları, həmd edin, Rəbbin adına həmd edin! (Məzmur, 113: 1)

...Sənə şükür və həmd olsun... (Daniel, 2: 23)



Ey Allah, biz Sənə şükür edirik... (Məzmur, 75: 1)

Rəbbə şükür edin, adları ilə Onu çağırın, əməllərini xalqlar arasında elan edin! Onu ən gözəl şəkildə tərənnüm edin, bütün xariqələrini bəyan edin! Onun müqəddəs adı ilə fəxr edin, ey Rəbbi axtaranlar, ürəkləriniz qoy sevinsin! (1 Salnamələr, 16: 8-10)

Ya Rəbb, bütün yaratdıqların Sənə şükür edəcək, möminlərin Sənə alqış edəcək. (Məzmur, 145: 10)

Qəzəbi boğmaq

Qəzəb insanın hadisələri sağlam şəkildə və ağılla qiymətləndirməsinə, düzgün və ədalətli qərar verməsinə mane olur. Qəzəb insanı Allah'ın istədiyi şəkildə davranmaqdan, anlayışlı və mərhəmətli olmaqdan çəkindirir. Məhz bu səbəbdən, mömin qəzəbini boğmalıdır. Beləliklə, qəzəb və hiddət hisslərinin səbəb olacağı xətalı davranışlardan və müxtəlif zərərlərdən də qorunurlar. Quranda qəzəblərini boğanların əxlaqı təriflənmişdir:

O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir. (Ali-İmran surəsi, 134)

İncildə qəzəbin pis xüsusiyyət olduğu, qardaşına qəzəblənənlərin mühakimə olunacaqları bildirilmişdir:



Qoy hər cür kinlə birlikdə, hiddət, qəzəb, böhtan büsbütün sizdən uzaq olsun. (Efeslilərə, 4: 31)

Mən isə sizə deyirəm ki, qardaşına və bacısına hirslənən hər kəs mühakimə olunacaq... (Matta, 5: 22)

Tövratda da inananlara qəzəblənməmək tövsiyə edilir:



Səfeh dərhal qəzəbini büruzə verər, uzaqgörən şərəfsizliyin üstünü örtər. (Süleymanın məsəlləri, 12: 16)

Hövsələsizlik ağılsızlıq gətirər... (Süleymanın məsəlləri, 14: 17)

...Səbirlə gözlə. Yolunda uğur qazanan hiyləgər insan üçün narahat olma. Qəzəbi at, hiddətdən çəkin, narahat olma, bunlar insanı şərə salar. (Məzmur, 37: 7-8)



Qəzəblənməyə tələsmə, çünki qəzəb ağılsızların ürəyində yuva salar. (Vaiz, 7: 9)

Dua etmək

İnsanlar müxtəlif səbəblərlə müxtəlif zamanlarda Allah'a dua edirlər. Duanın mənasını bilməyən insan yox kimidir. İnananların duası müşriklərin duasından tamamilə fərqlənir. İnananlar yalnız Allah'a yönələrək, içdən və daima dua edirlər. Ancaq insanın göstəriş etmək, mənfəət əldə etmək və ya bir problemlə qarşılaşdığı zamanlarda sıxıntıdan qurtulmaq üçün etdiyi dualar Allah qatında məqbul olmaya bilər.

Duanın izah edildiyi bəzi Quran ayələri belədir:



O, (əbədi) yaşayandır, Ondan başqa məbud yoxdur. Dini yalnız Ona məxsus edərək, dua edin... (Mömin surəsi, 65)

Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. (Əraf surəsi, 55)

Səhər və axşam çağı Rəbbinin Üzünü diləyərək Ona dua edənlərlə birlikdə özünü səbirli apar... (Kəhf surəsi, 28)

Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. (Bəqərə surəsi, 186)

Duanın vacibliyi və inananların etdikləri duaların nümunələri İncil və Tövratda da verilir. İncildə dua ilə bağlı izahlar belədir:



Hər cür dua və yalvarışla... Allah’a yaxınlaşın. Bu məqsəd uğrunda güclü və qətiyyətli olun və bütün müqəddəslər üçün dua edin. (Efeslilərə, 6: 18)

Dua etdiyiniz zaman ikiüzlülər kimi olmayın... (Matta, 6: 5)

Dua etdiyiniz zaman bütpərəstlər kimi boş sözlər söyləməyin... (Matta, 6: 7)



İmanla dua edərək hər nə istəsəniz, alacaqsınız. (Matta, 21: 22)

Özünüzü duaya həsr edin və duada şükür edin. (Koloselilərə, 4: 2)

İstəyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün, sizə açılacaq. Çünki hər istəyən alar, axtaran tapar, qapı döyənə açılar. (Matta, 7: 7-8)

Tövratda da duanın vacib bir ibadət olduğu, iman gətirənlərin duasının necə olacağı, Allah'ın dualara cavab verdiyi bildirilir:

Sənə sarı əllərimi açmışam, bir quraq torpaq kimi Sənin üçün susamışam. Ya Rəbb, mənə tez cavab ver... hər səhər məhəbbətini mənə hiss etdir, çünki Sənə güvənirəm. Gedəcəyim yolu mənə öyrət, çünki varlığımı Sənə verirəm. Ya Rəbb, məni düşmənlərdən qurtar, Sənə pənah gətirirəm. Mənə Sənin iradənə təslim olmağı öyrət, çünki mənim Allah'ım Sənsən... Doğru yolu mənə göstər... Salehliyin naminə canımı dardan qurtar. (Məzmur, 143: 6-11)

...Təvazökar olsa, dua edib Məni axtarsa və pis yollardan qayıtsa, o vaxt... onların günahını bağışlayacağam və torpaqlarını bərəkətləndirəcəyəm. (2 Salnamələr, 7: 14)

Ya Rəbb... Səni çağırıram... Ya Rəbb, ...Məni atma, tərk etmə, ey məni qurtaran Allah'ım!.. Ya Rəbb, yolunu mənə öyrət... Mənə düz yolda rəhbərlik et. (Məzmur, 27: 7-11)

Dua edəndə Allah ondan razı qalar, sevinərək Allah'ın üzünü görər, Allah onun vəziyyətini düzəldər. (Əyyub, 33: 26)

Tövbə etmək

Hər insan həyatı boyu müxtəlif xəta və səhvlər edə bilər. Ona görə də səhvini başa düşüb qəti şəkildə onu düzəltməyə qərar verməli və Allah'dan bağışlanma diləməlidir. İnsan dəfələrlə tövbə etsə də, bəzən tövbəsini poza bilir. Bu, bir daha tövbə etməyəcəyi demək deyil. Allah hər şeyi görür, eşidir və bilir. İnsanın qəlbində gizlədiklərini də bilir. Yəni Allah'ı aldatmağa çalışanlar (Allah'ı tənzih edirik), əslində, özlərini aldadırlar.

İnsan sonsuz şəfqət və mərhəmət sahibi olan Allah'ın mərhəmətinə sığınmalı və tövbəni gecikdirməməlidir. Çünki ölüm anındakı tövbəsi qəbul edilməyə bilər. İnsanların tövbə etməyə çağırılmaları bəzi Quran ayələrində belədir:



...Hamınız Allah'a tövbə edin ki, bəlkə nicat tapasınız. (Nur surəsi, 31)

Hər kim haqsızlıq etdikdən sonra tövbə edib (əməllərini) islah etsə, şübhəsiz ki, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir. (Maidə surəsi, 39)

Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah bağışlayandır, rəhm­­lidir! (Furqan surəsi, 70)

İncildə tövbəyə dair bəzi ifadələr belədir:



Mən salehləri deyil, günahkarları tövbəyə çağırmaq üçün gəlmişəm. (Luka, 5: 32)

Xeyr, Mən sizə deyirəm: tövbə etməsəniz, hamınız onlar kimi məhv olacaqsınız. (Luka, 13: 5)

...Allah'ın Səltənəti yaxınlaşıb. Tövbə edin və Müjdəyə inanın. (Mark, 1: 15)

Tövratda tövbə ilə bağlı belə bildirilir:

Tövbə edən sakinləri də salehliklə xilas olacaq. (Yeşaya, 1: 27)

Qulaqlarıma sorağın çatmışdı... Ona görə, özümdən zəhləm gedir, torpağın, külün içində tövbə edirəm. (Əyyub, 42: 5-6)

Sadəcə Allah'ın razılığını axtarmaq

İnsanlardan: “Allah üçün nə etmisən?” - deyə soruşanda müxtəlif cavablar verirlər. Bəziləri kasıbları doyurduğunu, bəziləri müxtəlif ibadətlər etdiyini, bəziləri də dua etdiyini söyləyir. Bunlar, şübhəsiz, gözəl davranışlardır. Ancaq insan yalnız müəyyən vaxtlarda Allah üçün gözəl davranışlar edib, digər vaxtlarında Allah'ın varlığından və hesab gününün yaxınlığından qafil olmamalıdır. İman gətirən insan Allah'ın onu əhatə etdiyini unutmur və həyatının hər anında Allah'ın razılığını və sonsuz Cənnəti qazanıb sonsuz Cəhənnəmdən xilas olmaq üçün əlindən gələni edir.

Quranda iman gətirənlərin ibadətlərinin, yaşayışlarının və ölümlərinin yalnız aləmlərin Rəbbi olan Allah üçün olduğu bildirilmişdir (Ənam surəsi, 162). Bu, möminin bütün həyatının yeganə məqsədə - Allah'ın razılığını qazanmağa yönəlməsi deməkdir. Allah Quranda Özünün razılığını qazanmağa çalışanların xilas olacağını bildirmişdir:



Binasını Allah qorxusu və (Onun) rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz. (Tövbə surəsi, 109)

Quranda hz. Süleymanın (əs) duasında Allah'dan Onun razılığını qazana biləcəyi işləri ona ilham etməsini istədiyi bildirilir. Hz. Süleymanın (əs) bu duası bütün möminlər üçün gözəl nümunədir:



...”Ey Rəbbim! Mənə həm mənim özümə, həm də valideynlərimə əta etdiyin nemətə şükür etmək üçün, Sənin razı qalacağın yaxşı əməl etmək üçün ilham ver və məni öz mərhəmətinlə əməlisaleh qullarına qovuşdur!” (Nəml surəsi, 19)

Tövratda da iman gətirənlərin Allah'a: “Mənə Sənin iradənə təslim olmağı öyrət”, - deyə dua etdikləri ifadə edilir:



Ya Rəbb, məni düşmənlərdən qurtar, Sənə pənah gətirirəm. Mənə Sənin iradənə təslim olmağı öyrət, çünki mənim Allah'ım Sənsən... (Məzmur, 143: 9-10)

Rəbb... təmiz düşüncələrdən razı qalar. (Süleymanın məsəlləri, 15: 26)

Rəbb… Həqiqəti yerinə yetirənlərdən razı qalar. (Süleymanın məsəlləri, 12: 22)

Rəbb… yolu kamil olanlardan razı qalar. (Süleymanın məsəlləri, 11: 20)

Dua edəndə Allah ondan razı qalar, sevinərək Allah'ın üzünü (rizasını) görər, Allah onun vəziyyətini düzəldər. (Əyyub, 33: 26)

Rəbb mənə dayaq oldu. O, məni genişliyə çıxardı, Məndən razı qalıb məni qurtardı. (Məzmur, 18: 18-19)

Rəbbi, Onun qüvvətini axtarın, daim hüzurunu (rizasını) axtarın. Yaratdığı xariqələri, möcüzələri və hökmləri xatırlayın... Allah'ımız Rəbb Odur, hökmü bütün yer üzərindədir. (Məzmur, 105: 4-7)

İncildə də hz. İsanın (əs) ona tabe olanları Allah'ın rizasını qazanmaq üçün çalışmağa çağırdığı bildirilir. Hz. İsanın (əs) hər zaman yalnız Allah'ın razı olacağı üstün əxlaq göstərdiyi ifadə olunmuş və bütün inananların hz. İsa (əs) kimi davranmaları əmr edilmişdir. İman gətirənlərin harada hansı işlə məşğul olmalarından asılı olmayaraq, gördükləri bütün işləri yalnız Allah üçün etmələrinin vacib olduğu İncildə belə bildirilir:



Beləliklə, nə yeyirsinizsə, nə içirsinizsə, nə edirsinizsə, hər şeyi Allah'ın İzzəti üçün edin. (1 Korinflilərə, 10: 31)

...İtaət edin. Bunu insanları razı salmaq üçün... deyil, səmimi qəlbdən, Allah'dan qorxaraq edin. Gördüyünüz hər işi insanlar üçün deyil, Rəbb üçün canla-başla edin. (Koloselilərə, 3: 22-24)

...Allah'ın iradəsinə təslim olan oraya (Cənnətə) girəcək. (Matta, 7: 21)

Səbirli olmaq

İnsan hövsələsiz yaradılmışdır, hər arzusunun tezliklə həyata keçməsini istəyir. Halbuki hər iş üçün Allah qatında müəyyən edilmiş bir zaman var. Heç kim bunu önə keçirməyə və ya təxirə salmağa qadir deyil. Yəni mömin səbir etməyi bacarmalıdır. İstər elçilər, istərsə də inananlar qarşılarına çıxan çətinliklərə ölənə qədər səbir ediblər.

Quranda “Rəbbin üçün səbir et” (Müddəssir surəsi, 7) hökmü bildirilmişdir. Yəni səbir etmək bir ibadətdir. Möminlərin səbri təmkinli səbirdir (Məaric surəsi, 5). Qısa dünya həyatında səbir edənlər belə müjdələnmişlər:



Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. (Bəqərə surəsi, 155)

Üstəlik, səbir möminlərə maddi və mənəvi qüvvət qazandıran gözəl əxlaq xüsusiyyətidir. Allah Quranda Peyğəmbərimizin (səv) dövründə cəhd edən möminlərdən 20 səbirli insanın 200 nəfəri məğlub edə biləcəyini bildirmişdir. 100 səbirli möminin isə 1000 insanı məğlub edə biləcəyini xəbər vermişdir. Bu müqayisə göstərir ki, səbir iman gətirənlərə böyük güc qazandırır:



...Əgər aranızda iyirmi səbirli kişi olsa, (kafirlərdən) iki yüzünə qalib gələr; əgər aranızda yüz (səbirli kişi) olsa, kafirlərdən mininə qalib gələr... (Ənfal surəsi, 65)

Tövratda da səbrin əhəmiyyəti vurğulanmış və səbir edənlərin üstün olduqları bildirilmişdir:



İgid olmaqdan səbirli olmaq yaxşıdır... (Süleymanın məsəlləri, 16: 32)

Ağıllı insan səbirlidir, başqasının günahını bağışlamaq ona şərəf gətirər. (Süleymanın məsəlləri, 19: 11)

Rəbbin hüzurunda sükut et, Onu səbirlə gözlə. Yolunda uğur qazanan hiyləgər insan üçün narahat olma. (Məzmur, 37: 7)

Kəmhövsələ dava yaradar, səbirli münaqişəni sovuşdurar.  (Süleymanın məsəlləri, 15: 18)

İncildə də inananların səbirli olmaları müxtəlif izahlarla bildirilmişdir. Bunlardan bəziləri belədir:



Rəbbin qulu davakar olmamalıdır. Əksinə, hamı ilə mülayim rəftar etməli, gözəl əxlaqı öyrətməyə qadir, səbirli olmalıdır. (2 Timoteyə, 2: 24)

...Tamamilə təvazökar və həlim, səbirli olub bir-birinizə məhəbbətlə... (Efeslilərə, 4: 2)

...Zəiflərə kömək edin, hamıya qarşı səbirli olun. (1 Saloniklilərə, 5: 14)

Amma sonadək səbir edən xilas olacaq. (Matta, 24, 13)

Düşünmək


Quranın bir çox ayələrində insanlar düşünməyə dəvət edilirlər. Allah Quranda insanlara Quran ayələri, insanın yaradılışı, təbiət hadisələri, verilən nemətlər, digər canlılar üzərində dərin düşünməyi tövsiyə etmişdir. Bu şəkildə, insanlar Allah'ın varlığının dəlillərini və yaradılış həqiqətlərini dərin şəkildə qavraya bilər. Bu həqiqət bir ayədə belə bildirilir:

Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-biri ilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə (yüklənmiş halda) dənizdə üzən gəmilərdə, Allah'ın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, (Onun) bütün heyvanatı (yer üzünə) yaymasında, küləklərin (istiqamətinin) dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda başa düşən insanlar üçün dəlillər vardır. (Bəqərə surəsi, 164)

Möminlərin dərin düşünən və düşündüklərindən nəticə çıxaran insanlar olduğu Quranda belə bildirilmişdir:



Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah'ı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür­ (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi odun əzabından qoru! (Ali-İmran surəsi, 190-191)

İnsan hara baxırsa-baxsın, hara gedirsə-getsin, Allah'ın sonsuz elminin, tayı-bərabəri olmayan sənətinin, sərhədsiz qüdrətinin, ucalığının və böyüklüyünün əsərləri ilə qarşılaşar. Ancaq insan bu həqiqəti qavramaq üçün ön mühakimələrdən qurtulmalı, əhatəsindəki varlıqları və hadisələri diqqətli şəkildə araşdırmalıdır. Səmimi düşünən insan qarşılaşdığı hadisələrdən məna çıxarar və ibrət alar. Beləliklə, Allah'ın gücünü və əzəmətini daha yaxşı təqdir edər, Ona olan sevgisi, hörməti və bağlılığı artar.

İncildə səmimi iman gətirənlərin düşünmələri və gördüklərindən ibrət almaları ifadə edilmişdir. Düşünməyə dəvət edən bəzi İncil ifadələri belədir:

... Hələ dərk etmirsinizmi, başa düşmürsünüzmü? Ürəyiniz hiss etmirmi? (Mark, 8: 17)



Qardaşlar, aldığınız çağırış barəsində düşünün... (1 Korinflilərə, 1: 26)

Dediklərimə fikir ver. Rəbb söylədiyim hər şeydə sənə anlayış verəcək. (2 Timoteyə, 2: 7)

Tövratda Allah'ın yaratma sənətini və qüdrətini düşünməyin vacib olduğu bildirilmiş, iman gətirənlər dərin düşünməyə dəvət edilmişlər. Tövratda dərin düşünmə ilə bağlı bəzi izahlar belədir:



Gecə-gündüz bu təlimatı dərin düşünər. (Məzmur, 1: 2)

Yatanda belə Səni xatırlayıram, gecə növbələrində Səni düşünürəm. (Məzmur, 63: 6)

Öyüdlərinin ardınca gedərkən sevinirəm, sanki, bolluca var-dövlətə qovuşmuşam. Qayda-qanunlarını dərindən düşünürəm, Sənin yollarından gözümü çəkmirəm. Qaydalarından zövq alıram, sözünü unutmuram. (Məzmur, 119: 13-16)

Sənin bütün işlərini dərindən düşünürəm, əməllərin barədə təfəkkür edirəm. (Məzmur, 77: 12)

Gözəl əxlaqa çağırmaq

Elçilər və inananlar tarix boyu insanları Allah'ın yoluna və gözəl əxlaqa dəvət etmişlər. Allah'ı, axirəti, Cənnət və Cəhənnəmi, gözəl əxlaqı izah edərək onları Allah'ın istədiyi kimi yaşamağa çağırmışlar. Bir Quran ayəsində: Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et (Nəhl surəsi, 125) -deyə əmr edilmişdir. Müxtəlif Quran ayələrində uca Allah'a çağıran və gözəl əxlaqın tətbiq olunmasına çalışanlar təriflənmiş və müjdələnmişlər:

Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır. (Ali-İmran surəsi, 104)

Tövbə edən, ibadət edən, həmd edən, oruc tutan, rüku və səcdə edən, yaxşı işlər görməyi buyurub pis əməlləri qadağan edən və Allah'ın hüdudlarını qoruyan o möminləri müjdələ. (Tövbə surəsi, 112)

“Ali-İmran” surəsinin 113-114-cü ayələrində kitab əhlinin, yəni Allah qatından kitab verilmiş yəhudi və xristianların içindəki topluluğa diqqət çəkilir. Gözəl əxlaqa dəvət edən səmimi, saleh yəhudi və xristianlardan ibarət olan bu topluluq ayələrdə belə təsvir edilir:



Hamısı eyni cür deyillər. Kitab əhli içərisində haqdan möhkəm yapışan bir camaat vardır ki, onlar gecələri səcdəyə qapanıb Allah'ın ayələrini oxuyurlar. Belələri Allah'a, axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər. (Ali-İmran surəsi, 113-114)

Həqiqətən, kitab əhlindən elələri də var ki, Allah'a müti olaraq həm Allah'a, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirir, Allah'ın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir. (Ali-İmran surəsi, 199)

Hz. İsanın (əs) və tələbələrinin həyatı buna gözəl nümunədir. Mövzu ilə bağlı İncildəki bəzi ifadələr belədir:



Biz isə özümüzü duaya və Allah kəlamını yaymağa həsr edək. (Həvarilərin işləri, 6: 4)

Qardaşlarım, əgər aranızdan biri yolunu həqiqətən azsa və kimsə onu doğru yola qaytarsa, qoy bilsin ki, günahkarı azdığı yolundan qaytaran onun canını ölümdən qurtarar və bir çox günahın üstünü örtər. (Yaqub, 5: 19-20)

Tövratda da insanlar gözəl əxlaqa belə dəvət edilirlər:



Qoy şərdən çəkinib yaxşılıq etsin, qoy sülhü axtarıb ardınca getsin! (Məzmur, 34: 14)

Dul qadına, yetimə, qəribə və yoxsula zülm etməyin. Ürəyinizdə bir-birinizə qarşı pis niyyətlər bəsləməyin. (Zəkəriyyə, 7: 10)

Pislikdən yaxşılığa qayıdın ki, sağ qalasınız! Beləcə, iddia etdiyiniz kimi, Rəbb həqiqətən, sizə yar olacaq. Pisliyə nifrət edin, yaxşılığı sevin... (Amos, 5: 14-15)

Möcüzə gözləməmək

Tarix boyu bütün insanlar iman gətirmək üçün onlara göndərilən elçilərdən möcüzələr istəmişlər. Hz. İsa (əs) bunu: “Siz əlamətlər və möcüzələr görməsəniz, iman gətirməyəcəksiniz” (Yəhya, 4: 48) -deyə ifadə etmişdir.

İnkarda israr edənlərin hz. Muhəmməddən (səv) də möcüzə istədikləri Quranda belə bildirilmişdir:



Onlar dedilər: “Bizə yerdən bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik və ya ortasından şırıl-şırıl çaylar axıdacağın xurma və üzüm bağın olmayınca; yaxud iddia etdiyin kimi, göyü parça-parça üstümüzə yağdırmayınca və ya Allah'ı və mələkləri qarşımıza gətirməyincə, yaxud qızıldan bir evin olmayınca və ya göyə qalxmayınca (biz sənə inanmayacağıq). Əgər bizə oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da inanmayacağıq”.

De: “Rəbbim pak və müqəddəsdir! Mən isə yalnız elçi (göndərilmiş) bir insanam”. (İsra surəsi, 90-93)

Halbuki ağıllı və vicdanlı insanlar Allah'a inanmaq üçün möcüzə görməyə ehtiyac duymurlar. Çünki ağıllı bir insan üçün hər şey Allah'ın dəlilidir. Atomlardan qalaktikalara qədər kainatın hər hissəsi Allah'ın varlığının və yaratmasının dəlilləri ilə doludur. İsrarla möcüzələr görmək istəyənlərin əsl niyyəti isə qaçmağa yol axtarmaqdır. Bu insanlar elçilərin Allah'ın lütfü ilə göstərdikləri möcüzələr qarşısında Allah'a iman gətirmək əvəzinə, onları günahlandırır, cadugərlik və ya təxribatçılıqda ittiham edirlər.

İncildəki “Əgər onlar Musaya və peyğəmbərlərə qulaq asmırlarsa, ölülərdən biri dirilsə belə, inanmazlar” (Luka, 16: 31) ifadəsi möcüzə istəyən inkarçıların səmimiyyətsizliyinə nümunədir.

Bu insanların möcüzə görsələr belə, iman gətirməyəcəkləri bir Quran ayəsində də belə izah edilir:



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə