GəLİn biRlƏŞƏk de: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allah’dan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allah’ı qoyub bir-birimizi ilahiləşdirməyək”


VII HİSSƏ İLAHİ DİNLƏRDƏ MƏSİH (əs) VƏ MEHDİ (əs) İNANCI



Yüklə 1,16 Mb.
səhifə12/16
tarix26.09.2017
ölçüsü1,16 Mb.
#2235
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   16

VII HİSSƏ

İLAHİ DİNLƏRDƏ MƏSİH (əs) VƏ MEHDİ (əs) İNANCI

Axırzaman dünyanın son dövrlərini ifadə edən bir anlayışdır. İslam inancına görə, qiyamətdən əvvəlki dövrdə bəşəriyyət böyük bir pozulma və degenerasiya ilə qarşı-qarşıya qalacaq. Haqsızlığın, zülmün, aclıq və yoxsulluğun, əxlaqi çöküntünün, müharibə və qarşıdurmaların, qarışıqlıq və anarxiyanın artdığı bu qaranlıq dövr insanların Allah'a və din əxlaqına yönəlmələri ilə sona çatacaq. Yoxsulluğun yerini bolluq, haqsızlığın yerini ədalət, anarxiya və qarışıqlığın yerini isə rahatlıq və güvənlik mühiti alacaq. İnsanlar gözəllik və bərəkət içində yaşayacaqlar. Allah dünyanın nura və bərəkətə qovuşması üçün hz. İsanın (əs) yenidən dünyaya gəlişini və Mehdi (hidayətə çatmış, hidayət tapmış) sifətini daşıyan müqəddəs bir şəxsi vəsilə edəcək. Bütün bunlar bizə Peyğəmbərimiz (səv) tərəfindən müjdələnən, Quranda da işarə edilən çox qiymətli müjdələrdir.



Axırzamanın əlamətlərini, bu dövrdə gələcək hz. Mehdinin (əs) xüsusiyyətlərini, hz. Mehdi (əs) gəldikdən sonra yer üzündəki dəyişiklikləri və hz. İsanın (əs) yer üzünə gəlişini daha əvvəl nəşr etdiyimiz kitablarımızda ətraflı araşdırmışdıq. (Ətraflı məlumat üçün baxın: Hz. Mehdinin (əs) çıxış əlamətləri və xüsusiyyətləri, Hz. Mehdi (əs) və Qızıl əsr, Peyğəmbərimizin (səv) dilindən hz. Mehdi (əs), Qiyamət əlamətləri, Qızıl əsr, Axırzaman və dəbbətül-ərz, Hz. İsanın (əs) gəliş əlamətləri, Axırzamanı Bədiüzzaman ilə anlamaq, Hz. İsa (əs) və hz. Mehdi (əs) bu əsrdə gələcək)

Bu kitabımızda isə xristianların və müsəlmanların həyəcanla gözlədiyi hz. İsanın (əs) yer üzünə ikinci dəfə gəlişini, Tövrat və islami qaynaqlarla bənzərlik təşkil edən hz. Mehdinin (əs) zühurunu qısaca açıqlayacağıq.

Hz. İsa (əs) və hz. Mehdi (əs) bu əsrdə gələcək

Hər yüz ildə bir din əxlaqını bidətlərdən qurtarmaq və yeniləmək üçün Allah tərəfindən bir şəxsin göndərildiyi “Sünəni-Əbu Davud”, “Məktubati-Rəbbani” kimi böyük və mötəbər əhli-sünnə alimlərinin əsərlərində açıq şəkildə ifadə edilmişdir:

Əbu Hüreyrənin rəvayətinə görə, Rəsulullah (səv) belə buyurmuşdur: Həqiqətən Əziz və Cəlil olan Allah hər yüz ilin əvvəlində bu ümmətin dinini bidətdən (dinə sonradan qarışmış batil tətbiqlərdən) ayıran, yeniləyən (elm sahibi) bir şəxsi göndərər. (Sünəni-Əbu Davud, 5/100) Peyğəmbərimizdən (səv) rəvayət edilən hədislərdə axırzamanda zühur edəcəyi müjdələnən hz. Mehdinin (əs) çıxış zamanı isə hicri 1400-cü il verilmişdir:

“İnsanlar 1400-cü ildə hz. Mehdinin (əs) yanında toplanacaqlar”. (Risalətül-xürucul-Mehdi, səh. 108)

Bu əsrdə İslam əxlaqı müəyyən müddət ərzində bütün dünyaya hakim olacaq, din əxlaqına qarşı mübarizə aparan dəccaliyyət sistemi isə tamamilə ortadan qalxacaq. Ancaq təxminən 100 ilə qədər davam edən bu yüksəliş dövründən sonra, yəni hicri 1500-cü illərdə dünya yenidən böhran dövrünə girəcək. Əhli-sünnənin böyük hədis və fiqh alimlərindən biri olan İmam Əhməd İbni Hənbəl kimi bir çox alimin bir-birlərindən nəql etdikləri bir hədisdə Peyğəmbərimiz (səv) özünə qədər dünyada keçən zamanın 5600 il olduğunu bildirərək bəşər tarixinin başlanğıcı haqqında əhəmiyyətli bir məlumat vermişdir:

Əhməd İbni Hənbəl “İləl”ində nəql etdi. İsmayıl bin Əbdülkərim Əbdüssəməddən, O da Vəhbdən rəvayət etdi: DÜNYADAN BEŞ MİN ALTI YÜZ İL KEÇMİŞDİR. (Əli bin Hüsaməddin əl-Müttəqi, Kitabül-bürhan fi əlamətil-Mehdiyyil-axırzaman, səh. 89)

Digər tərəfdən, bir çox hədisdə isə dünyanın ömrünün 7000 il olduğuna dair açıq izahlar var:

Ənəs Malikdən nəql etdi. O dedi ki, Rəsulullah (səv) buyurdu: DÜNYANIN ÖMRÜ AXİRƏT GÜNLƏRİNDƏ YEDDİ GÜNDÜR. Allah-Təala buyurdu ki: RƏBBİN QATINDA BİR GÜN SİZİN SAYDIQLARINIZDAN MİN İL KİMİDİR. Kim bir din qardaşının Allah yolunda bir ehtiyacını ödəsə, Allah-Təala onun üçün gündüzlərini orucla, gecələrini də ibadətlə keçirmişcəsinə BU DÜNYANIN YEDDİ MİN İLLİK ÖMRÜ QƏDƏR SAVAB YAZAR. (Əli bin Hüsaməddin əl-Müttəqi, Kitabül-bürhan fi əlamətil-Mehdiyyil-axırzaman, səh. 88)

Dəqqaq bin Zeydi Cühənidən rəvayət etdilər: Mən gördüyüm bir yuxunu Rəsulullaha (səv) danışdım. Bu yuxuda Peyğəmbər (səv) yeddi pilləli bir minbərin ən üst pilləsində idi: O buyurdu ki, YEDDİ PİLLƏLİ GÖRDÜYÜN MİNBƏR BU DÜNYANIN ÖMRÜ OLAN YEDDİ MİN İLDİR. (Əli bin Hüsaməddin əl-Müttəqi, Kitabül-bürhan fi əlamətil-Mehdiyyil-axırzaman, səh. 89)

Hicri 1300-cü ilin və son min ilin ən böyük mücəddidi olan Ustad Səid Nursi isə İslam əxlaqının hakimiyyət dövrü üçün hicri 1500-cü illəri vermişdir. Ustad bu tarixlərə qədərki dövrün müsəlmanların açıq və aşkar qalibiyyət dövrləri olacağını ifadə etmişdir. Bundan sonrakı illərdə isə İslam əxlaqının dünyadakı yüksəliş dövrünün sona çatacağı və inkarçılar üçün qiyamətin qopmasının hicri 1545-ci ildən etibarən olacağını söyləmişdir (doğrusunu Allah bilir).

Ümmətimdən bir taifə Allah'ın əmri gələnə qədər (qiyamətə qədər) haqq üzərində olacaq”.

Ümmətimdən bir taifə...” hədisinin (hissəsinin) məqami-cifrisi (cifr hesabına görə olan nəticə, ədədi dəyər) 1542 (2117) edərək nəhayəti-davamına (varlığının sonuna) işarə edir. “Haqq üzərində olacaq” (şəddə ədədlər) hədisinin də məqami-cifrisi 1506 (2082), bu tarixə qədər zahir və aşkaranə (açıq və aşkar), bəlkə qalibanə, sonra da 1542-yə (2117) qədər gizli və məğlubiyyət içində vəzifeyi-tənviriyyəsinə (açıqlama vəzifəsinə) davam edəcəyinə rəmzə (işarəyə) yaxın eyham edir. “Allah'ın əmri gələnə qədər” (şəddə ədədlər) hədisinin də məqami-cifrisi 1545 (2120) kafirin başında QİYAMƏT QOPMASINA işarə edir. (Qastamonu əlavəsi, səh. 33)

Böyük əhli-sünnə alimi Bərzənci də dünyanın ömrünün hicri 1600-cü ilə çatmayacağını, yəni hicri 1500-cü illərdə qiyamətin qopmasının Allah'ın izni ilə gözlənildiyini bildirir. (Doğrusunu Allah bilir).

BU ÜMMƏTİN ÖMRÜ MİN İLİ KEÇƏCƏK, LAKİN MİN BEŞ YÜZ İLİ KEÇMƏYƏCƏK... (Qiyamət əlamətləri, Mədinəli Əllamə Muhəmməd bin Rəsul əl-Hüseyni əl-Bərzənci, Pamuk Nəşriyyatı, İstanbul, 2002, səh. 299)

Peyğəmbərimizdən (səv) rəvayət edilən hədisə əsaslanaraq Suyuti isə izahında belə deyir:

MƏNİM ÜMMƏTİMİN ÖMRÜ 1500 İLİ ÇOX KEÇMƏYƏCƏK”. (Suyuti, əl-Kəşfi ən mücavəzəti Həzihil-ümməti əl-Əlfu, əl-havi lil fətavi, Suyuti. 2/248, təfsiri Ruhül-bəyan. Bursəvi (ərəbcə) 4/262, Əhməd bin Hənbəl, Kitabül-İləl, səh. 89)

Bu anda hicri 1430-cu ildə olduğumuzu və hicri 1500-cü ilə qədər də hicri XIV əsrdə olduğumuzu nəzərə alsaq, o zaman hz. Mehdinin (əs) mütləq bu əsrdə zühur etməli olduğu ortaya çıxır. Çünki hz. Mehdinin (əs) çıxa biləcəyi başqa bir əsr qalmır.

Hicri 1400-cü ilin əvvəlindən etibarən Peyğəmbərimizin (səv) hədislərində bildirdiyi axırzaman əlamətlərinin hamısının ard-arda çıxması da axırzamanda olduğumuzu və hz. Mehdinin (əs) bu əsrdə zühur edəcəyini göstərir.

Xülasə, Peyğəmbərimizin (səv) hədislərindən və böyük İslam alimlərinin izahlarından aydın olduğu kimi, hicri 1400-cü illər hz. İsanın (əs) yenidən dünyaya gəlişi və hz. Mehdinin (əs) zühur çağıdır. Bu əsrdə hz. İsa (əs) yenidən yer üzünə gələcək, hz. Mehdi (əs) zühur edəcək və İslam əxlaqı yer üzünə hakim olacaq.

Quranda hz. İsanın (əs) yer üzünə ikinci dəfə gəlişi

Quranda hz. İsa (əs) ilə bağlı xəbər verilən məlumatlardan biri də onun (əs) ölmədiyi və öldürülmədiyi, Allah qatına yüksəldildiyi və Rəbbimizin təqdir etdiyi vaxtda yenidən dünyaya gələcəyidir. Bu hissədə mövzu ilə bağlı Quranda göstərilən dəlillər araşdırılacaq. (Ətraflı baxın: Harun Yəhya, Hz. Məsih müjdəsi)

Allah inkarçıların hz. İsanı (əs) öldürməsinə icazə verməmiş, onu Öz qatına yüksəltmiş və yenidən yer üzünə qayıdacağını insanlara xəbər vermişdir. Hz. İsanın (əs) yer üzünə qayıdışı ilə bağlı Quranda bu xəbər verilir:

1- İsa Peyğəmbəri (əs) öldürmək üçün tələ quran inkarçılar onu qətiyyən öldürməmişlər. Onların bu mövzudakı iddiaları yalnızca zəndən ibarətdir:

Bir də: “Həqiqətən, biz Allah'ın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!”– dediklərinə görə (lənətə düçar edildilər). Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq (İsanın) bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər. (Nisa surəsi, 157)

2- Hz. İsanın (əs) ölmədiyi, insanların yaşadığı zaman və məkan ölçüsündən alınaraq Allah qatına yüksəldildiyi bir ayədə belə bildirilir:



Əksinə, Allah onu Özünə tərəf qaldırmışdır. Allah qüdrətlidir, müdrikdir. (Nisa surəsi, 158)

3- Quranda hz. İsanın (əs) qiyamət saatı üçün bir əlamət olduğu bildirilir:



Şübhəsiz ki, o, (İsanın zühuru) qiyamət saatı üçün bir əlamətdir. Ona şəkk etməyin və Mənə tabe olun. Bu, doğru yoldur! (Züxruf surəsi, 61)

Bu ayənin hz. İsanın (əs) axırzamanda yer üzünə qayıtmasına açıq bir işarə olduğunu söyləyə bilərik. Çünki hz. İsa (əs) Quranın endirilməsindən təxminən 6 əsr əvvəl yaşamışdır. Dolayısilə, ilk həyatını qiyamət saatı üçün bir əlamət, yəni bir qiyamət əlaməti kimi anlaya bilmərik. Ayənin işarə etdiyi məna hz. İsanın (əs) axırzamanda, yəni qiyamətdən əvvəlki zamanda, yəni hal-hazırda olduğumuz dövrdə yenidən yer üzünə gələcəyi və bunun da bir qiyamət əlaməti olacağıdır.

4- “Ali-İmran” surəsinin 55-ci ayəsində hz. İsaya (əs) itaət edənlərin qiyamətə qədər inkar edənlərdən üstün olacağı xəbər verilir.

O vaxt Allah dedi: “Ey İsa! Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracağam, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm. (Ali-İmran surəsi, 55)

Allah qiyamətə qədər inkar edənlərə üstün gələn və hz. İsaya (əs) həqiqətən tabe olan bir qrupun varlığından danışır. Hz. İsa (əs) həyatda ikən ona itaət edənlərin sayı çox az idi. Onun Allah qatına qaldırılmasından sonra da haqq din təhrif edildi. Sonrakı iki əsr boyu da hz. İsaya (əs) iman gətirənlər (İsəvilər) şiddətli təzyiqə məruz qaldılar. Üstəlik, İsəvilərin heç bir siyasi gücü də yox idi. Bu vəziyyətdə keçmişdə yaşayan xristianların inkar edənlərə üstün gəldiklərini və bu ayənin onlara baxdığını söyləyə bilmərik.

Hal-hazırda isə xristianlığın özündən uzaqlaşdığını, hz. İsanın (əs) izah etdiyi haqq dindən fərqli bir dinə çevrildiyini görürük. Bu vəziyyətdəsənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəmifadəsi açıq bir işarədir. Hz. İsaya (əs) itaət edən və qiyamətə qədər yaşayan bir birlik olmalıdır. Belə bir birlik, şübhəsiz, hz. İsanın (əs) yer üzünə yenidən gəlişi ilə ortaya çıxacaq və bu gəliş əsnasında bu müqəddəs peyğəmbərə tabe olanlar Qiyamətə qədər inkar edənlərdən üstün olacaq.

5- Quranda verilən başqa bir məlumat da hz. İsanın (əs) ölümündən əvvəl bütün kitab əhlinin ona iman gətirəcəyidir:



Kitab əhlindən elə kimsə yoxdur ki, ölümündən əvvəl ona iman gətirməsin. Qiyamət günü isə (İsa) onların əleyhinə şahid olacaqdır. (Nisa surəsi, 159)

Bu ayədən aydın olur ki, hz. İsa (əs) ilə bağlı hələ reallaşmamış üç İlahi vəd vardır. Birincisi, İsa Peyğəmbərin (əs) hər insan kimi yaşadıqdan sonra öləcəyi bildirilir. İkinci vəd bütün kitab əhlinin ona o yaşayarkən itaət edəcəyidir. Şübhəsiz, bu iki xəbər də hz. İsanın (əs) Qiyamətdən əvvəlki gəlişi ilə reallaşan hadisələrdir. Ayədəki üçüncü xəbər isə hz. İsanın (əs) kitab əhli haqqındakı şahidliyinin Qiyamət günündə reallaşacağıdır.

6- Hz. İsanın (əs) yer üzünə ikinci dəfə gəlişinə işarə edən başqa bir ayə isə “Məryəm” surəsində keçir:



Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun! (Məryəm surəsi, 33)

Bu ayə “Ali-İmran” surəsinin 55-ci ayəsi ilə birlikdə araşdırılanda vacib bir həqiqətə işarə edir. “Ali-İmran” surəsindəki ayədə hz. İsanın (əs) Allah qatına yüksəldildiyi ifadə edilir. Bu ayədə ölmə, ya da öldürülmə ilə bağlı məlumat verilmir. Ancaq “Məryəm” surəsinin 33-cü ayəsində hz. İsanın (əs) öləcəyi gündən bəhs edilir. Bu ikinci ölüm isə ancaq hz. İsanın (əs) ikinci dəfə dünyaya gəlişi və bir müddət yaşadıqdan sonra vəfat etməsi ilə mümkün ola bilər.

7- Hz. İsanın (əs) yer üzünə gəlişinə işarə edən digər ayə belədir:

Allah ona kitabı, hikməti, Tövratı və İncili öyrədəcək. (Ali-İmran surəsi, 48)

Bu ayədə keçən “kitab” sözünün nəyi ifadə etdiyini anlamaq üçün digər Quran ayələrinə baxaq: Tövrat və İncillə birlikdə eyni ayədə kitab Quran mənasını daşıyır. “Ali-İmran” surəsinin 3-cü ayəsi buna nümunə ola bilər:



O, sənə Kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi. Tövratı və İncili də O nazil etdi. (Ali-İmran surəsi, 3)

Bir çox ayədə hz. Muhəmmədə (səv) Kitabın və hikmətin endirildiyi bildirilir. Bu ayələrdən biri belədir:



... Allah sənə Kitabı və hikməti nazil etdi və bilmədiyin şeyləri sənə öyrətdi. Allah'ın sənə olan lütfü böyükdür. (Nisa surəsi, 113)

Hz. Muhəmmədə (səv) endirilən kitabın Quran olduğunu hamı bilir. Buna görə də “Ali-İmran” surəsinin 48-ci ayəsində bildirilən hz. İsanın (əs) öyrənəcəyi kitab da ancaq Quran ola bilər. İsa Peyğəmbərin (əs) bundan təxminən 2000 il əvvəlki həyatında Tövrat və İncil barədə məlumatı var idi. Quranı öyrənməsinin isə yer üzünə yenidən gəlişində reallaşacağı aydındır.



8- “Ali-İmran” surəsinin 59-cu ayəsindəAllah yanında İsa da Adəm kimidir...” -deyə bildirilir. Bu ifadə ilə iki peyğəmbər arasındakı bəzi bənzərliklərə diqqət çəkilə bilər. Məlumdur ki, həm hz. Adəm (əs), həm də hz. İsa (əs) atasızdır. Həmçinin yuxarıdakı ayədə hz. Adəmin (əs) Cənnətdən yer üzünə endirilməsi hz. İsanın (əs) axırzamanda Allah qatından yer üzünə endirilməsinə də bənzədilə bilər.

9- Hz. İsanın (əs) yenidən dünyaya gələcəyi ilə əlaqədar başqa bir dəlil də “Maidə” surəsinin 110-cu ayəsində və “Ali-İmran” surəsinin 46-cı ayəsində keçən “kəhlən” sözüdür. Ayələrdə belə buyurulur:

Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin (kəhlən) çağında insanlarla danışırdın…” (Maidə surəsi, 110)

O, (həm) beşikdə ikən, (həm də) yetkin (kəhlən) çağında insanlarla danışacaqdır və salehlərdən olacaqdır. (Ali-imran surəsi, 46)

Hz. İsanın (əs) yetkin halını ifadə etmək üçün istifadə edilən “kəhlən” sözünün lüğəvi mənası “otuz ilə əlli yaşları arasında, gənclik dövrünü bitirib qocalığa ayaq basan, kamillik yaşına çatan kimsə” deməkdir. Bu söz İslam alimləri arasında 35 yaşdan sonrakı dövr kimi qəbul edilir.

Hz. İsanın (əs) isə otuz yaşında Allah qatına yüksəldildiyini, yer üzünə endikdən sonra qırx il qalacağını ifadə edən və İbn Abbasdan rəvayət edilən hədisə əsaslanan İslam alimləri hz. İsanın (əs) yaşlılıq dövrünün dünyaya yenidən gəlişindən sonra olacağını, bu səbəbdən, bu ayənin hz. İsanın (əs) gəlişinə dair bir dəlil olduğunu söyləyirlər.24

Bütün peyğəmbərlər insanlarla danışıb, onları dinə dəvət etmişlər. Hamısı da yetkin yaşlarında təbliğ vəzifəsini yerinə yetirmişlər. Ancaq Quranda heç bir peyğəmbər haqqında belə ifadə keçmir. Bu vəziyyət “kəhlən” ifadəsinin hz. İsanın (əs) yer üzünə möcüzəvi qayıdışına işarə edir. Çünki ayələrdə bir-birinin ardınca gələn “beşikdə” və “yetkin ikən” sözləri iki böyük möcüzəvi zamana diqqət çəkir.

Hz. İsanın (əs) beşikdə ikən danışması bir möcüzədir. Bu adi bir hadisə deyil və ayələrdə bu möcüzəvi hadisə dəfələrlə zikr edilir. O halda, bu sözdən sonra gələn “yetkin ikən də insanlarla danışması” şəklindəki ifadənin də bir möcüzə olduğu aydın olur. Əgər “yetkin ikən” ifadəsi hz. İsanın (əs) Allah qatına alınmadan əvvəlki həyatına işarə etsəydi, o zaman hz. İsanın (əs) danışması möcüzə olmayacaqdı. Ancaq ayədə iki böyük möcüzəvi zamana işarə edilir. Bunlardan birincisi beşikdə ikən danışması, ikincisi isə yetkin ikən danışmasıdır. Bu səbəbdən, möcüzəvi bir dövrə işarə edən “yetkin ikən” ifadəsi hz. İsanın (əs) möcüzəvi şəkildə yer üzünə qayıtdıqdan sonrakı dövrdə yetkin ikən insanlarla danışmasına aid ola bilər.

İncildə İsa Məsihin Yer üzünə qayıdışı

Hz. İsanın (əs) dünyaya ikinci gəlişi İncildə ətraflı şəkildə izah edilmişdir (Matta, 24: 36; Mark, 13: 32-33). Bu vaxtın gözlənilmədən gələcəyi, bu səbəbdən, inananların hazır və ayıq olmaları bildirilmişdir (Matta, 24: 44, 25: 13; Mark, 13: 35-37; Luka, 12: 40).

Bununla yanaşı, hz. İsanın (əs) dünyaya qayıdışından əvvəl ortaya çıxan əlamətlər ətraflı şəkildə araşdırılmışdır. Buna görə, dünyanın son dövrü kimi məlum olan bu dövrdə qarışıqlıq və anarxiya artacaq, müharibələr və qarşıdurmalar yaşanacaq, əxlaqi degenerasiya yayılacaq, insanlar arasında güvən və sevgi aradan qalxacaq, xəyanət, sədaqətsizlik, vəfasızlıq, mərhəmətsizlik yayılacaq, insanların əksəriyyəti din əxlaqından uzaqlaşacaqlar. Bu dövrün əhəmiyyətli xüsusiyyətlərindən biri də hz. İsadan (əs) əvvəl bir çox saxta məsihin ortaya çıxmasıdır. İncildə bu dövrün xüsusiyyətləri belə təsvir edilir:

İsa onlara cavab verib dedi: “Ehtiyatlı olun, qoy sizi heç kim tovlamasın. Çünki mənim adımla çox adam gəlib: “Məsih mənəm”, - deyərək çoxlarını tovlayacaq. Siz müharibələr və müharibə xəbərləri eşidəcəksiniz. Amma təlaşa düşməyin. Bunlar baş verməlidir, amma bu hələ son demək deyil. Çünki millət millətə, səltənət səltənətə qarşı çıxacaq. Yerbəyer aclıq və zəlzələlər olacaq. Bütün bunlar sanki doğuş ağrılarının başlanğıcıdır”.

...O zaman bir çoxu imandan büdrəyərək bir-birinə xəyanət edəcək və bir-birinə nifrət edəcək. Bir çox yalançı peyğəmbər törəyib bir çox insanı tovlayacaq. Pislik çoxalanda bir çoxunun sevgisi soyuyacaq. Amma axıracan səbir edən xilas olacaq.

Səmavi səltənətin bu müjdəsi bütün millətlərə şəhadət olmaq üçün bütün dünyada təbliğ ediləcək. O zaman son gələcək. (Matta, 24: 4-14)



İncildə axırzamanda İsa Məsihin gəlişindən əvvəl cəmiyyətlərin vəziyyəti belə təsvir edilmişdir:

Bunu bil ki, axırzaman çətin dövr olacaq. Çünki insanlar xudbin, pulpərəst, lovğa, təkəbbürlü, təhqir edən, valideynlərinə itaət etməyən, nankor, müqəddəs dəyərlərdən məhrum, şəfqətsiz, kinli, böhtançı, nəfsini saxlamayan, rəhmsiz, yaxşılığın düşməni, xain, ehtiyatsız, qürurlu olacaq, Allah’dan çox zövqü sevəcək. Allah yolunda olan kimi görünüb, bu yolun gücünü inkar edəcəklər. Bu cür insanlardan uzaq dur. (2 Timoteyə, 3: 1-5)



İncilə görə bu hadisələr yaşananda hz. İsanın (əs) gəlişi də yaxınlaşmışdır (Matta, 24: 33). İncildə bildirilən İsa Peyğəmbərin (əs) gəlişi ilə bağlı əlamətlər yuxarıdakılarla məhdudlaşmır. Məsihin gəlişinin bəzi insanlar tərəfindən inkar edilməsi də onun gəlişinin bir əlamətidir. İncildə belə bildirilir:

Hər şeydən əvvəl bunu bilməlisiniz ki, axırzamanda öz həvəslərinə görə hərəkət edən rişxəndçilər gələcək və rişxəndlə deyəcək: “Rəbbin vəd etdiyi gəlişi haradadır? Axı ata-babalarımız vəfat edəndən bəri, yaradılışın başlanğıcından da hər şey eyni cür olaraq qalır”. (2 Peter, 3: 3-4)



Hz. Muhəmmədin (səv) hədislərində bildirilən axırzaman (son dövr) xüsusiyyətləri də yuxarıda sadalananlarla bənzərlik təşkil edir. Peyğəmbərimiz (səv) də möminlərə dünyanın Qiyamətdən əvvəlki son dövründə olan hadisələri ətraflı təsvir etmiş və hz. İsa Peyğəmbərin (əs) bu dövrdə yer üzünə yenidən göndəriləcəyini bildirmişdir. Hz. Muhəmmədin (səv) hədislərində bildirilən bəzi axırzaman xüsusiyyətləri bunlardır:

Dünya hərc-mərc içində qalanda, fitnələr zühur edəndə, yollar kəsiləndə, bəziləri bəzilərinə hücum edəndə, böyük-kiçiyə mərhəmət etməyəndə, böyüyə təmkinlə davranmayanda...25

İnsan öz qardaşını öldürmədikcə Qiyamət qopmaz.26

Dünyanızda pisləriniz varis olmadıqca Qiyamət qopmaz.27

Qiyamətə çox yaxın anarxiya və qarışıqlıq günləri vardır.28

Haram olan şeylərin halal sayılması… Qiyamət əlamətlərindəndir.29

Böyük şəhərlər dünən sanki yoxmuş kimi dağılar.30

Axırzamanda elə adamlar peyda olacaq ki, dinlərini dünya mənfəətləri əvəzində satacaqlar. Onlar yumşaq görünmək üçün qoyun dərisinə bürünəcəklər, dilləri şəkərdən şirin, lakin ürəkləri qurd ürəyi kimi sərt olacaq.31

Qiyamətdən öncə iki böyük hadisə vardır… və sonra da zəlzələli illər.32

Aldadıcı illər gələcək. O illərdə… xainə etimad ediləcək, doğru insan xain sayılacaq.33

Böyüyə hörmət, kiçiyə mərhəmət olmayacaq. Zina uşaqları çoxalacaq. O qədər ki, kişilər küçənin ortasında qadınlarla zina edəcək.34

Aclıq və bahalıq çox yayılacaq.35

Yaxşılıq tərk ediləndə, pislik geniş yayılanda… Qiyamət yaxınlaşmış olacaq.36

Pislərin çoxaldıqca çoxalması, yalançıların doğru qəbul edilib, doğruların yalançı sayılması, xainlərin etibarlı, etibarlı insanların xain sayılması… Qiyamət əlamətlərindəndir.37



Diqqət yetirsək, bu əlamətlər hal-hazırda bir-birinin ardınca ortaya çıxmışdır. Dünyanın müxtəlif yerlərindən hər gün yeni bir qarşıdurma xəbəri gəlir, insanlar rüşvət, ədalətsizlik və haqsızlıq başda olmaqla, sosial gərginlikdən böyük narahatlıq keçirir, yalançılıq, fırıldaqçılıq, saxtakarlıq, fahişəlik, cinsi azğınlıqlar hər gün daha da artır. Əxlaqi dəyərlərə qiymət verilməməsi insanlar arasında gerçək sevgi və mərhəmətin yaşanmasına mane olur, hər kəsin narahatlıq və etibarsızlıq duyduğu mühit yayılır. Bununla yanaşı, böyük qıtlıqlar yaşanır, zəlzələlər artır, təbii fəlakətlər çoxalır, insanları heyrətə salan böyük hadisələr baş verir. Bir daha qeyd etmək lazımdır ki, keçmişdə, bəlkə də, bu hadisələrdən bəzisi yaşanmışdır və insanlar bu əlamətlərin bənzərləri ilə qarşılaşmışlar, amma tarixin heç bir dövründə bu əlamətlər bu qədər açıq və hamısı bir yerdə meydana gəlməmişdir. Bu vəziyyət hz. İsa Məsihin (əs) yer üzünə gəlişinin, Allah'ın izni ilə, bu dövrdə olduğunun açıq işarəsidir. Şübhəsiz, Allah'ın elçisinin yenidən dünyaya gəlməsi bütün iman gətirənlərin böyük həyəcan və sevinc duyacağı tarixi hadisədir.

Hz. İsanın (əs) Quranda bildirilən xüsusiyyətləri

Quranda hz. İsa (əs) haqqında bir çox məlumat verilir. Hz. İsa (əs) Allah'ın hz. Məryəmə göndərdiyi Cəbrayılın müjdələməsi ilə atasız dünyaya gəlmişdir. Doğulduqdan dərhal sonra isə insanlarla danışaraq Allah'ın ilhamı ilə körpə yaşında möcüzələr göstərmişdir. Həyatı boyu da Allah'ın nümunəvi bir qulu və elçisi olmuş, insanları Rəbbimizə səmimi qul olmağa dəvət etmişdir.

Hz. İsa (əs) peyğəmbər haqqındakı Quran ayələrində bildirilən xüsusiyyətlər bunlardır:

  • Hz. İsa (əs) Allah'ın elçisi və kəlməsidir:

Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə