GəLİn biRlƏŞƏk de: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allah’dan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allah’ı qoyub bir-birimizi ilahiləşdirməyək”



Yüklə 1,16 Mb.
səhifə13/16
tarix26.09.2017
ölçüsü1,16 Mb.
#2235
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   16

Ey kitab əhli! Dininizdə ifrata varmayın və Allah barəsində yalnız həqiqəti deyin. Məryəm oğlu İsa Məsih ancaq Allah'ın elçisi, Onun Məryəmə göndərdiyi (“Ol!”) kəlməsi və Onun tərəfindən (göndərilən) bir ruhdur... (Nisa surəsi, 171)

  • Ona İsa Məsih adı verilmişdir:

O zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlimə ilə müjdələyir... (Ali-İmran surəsi, 45)

  • Allah qatında seçilmiş mübarək insandır:

...O, bu dünyada və axirətdə şan-şöhrətli və (Allah'a) yaxınlaşdırılmışlardan olacaqdır. (Ali-İmran surəsi, 45)

  • Aləmlərə bir möcüzədir:

İsmətini qoruyan (Məryəmi də yada sal!) Biz Öz ruhumuzdan ona üfürdük, onu və onun oğlunu aləmlərə bir möcüzə etdik. (Ənbiya surəsi, 91)

  • Anası hz. Məryəm Allah'ın seçdiyi və aləmlərin qadınlarından üstün etdiyi insandır:

Bir zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib aləmlərin qadınlarından üstün etdi. (Ali-İmran surəsi, 42)

  • Hələ beşikdə ikən insanlarla danışmışdır:

O, (həm) beşikdə ikən, (həm də) yetkin çağında insanlarla danışacaqdır və salehlərdən olacaqdır. (Ali-İmran surəsi, 46)

  • Allah'ın izni ilə bir çox möcüzələr göstərmişdir:

(Allah onu) İsrail oğullarına bir elçi edəcəkdir. (O deyəcəkdir:) “Mən sizə Rəbbinizdən (elçi olduğumu təsdiqləyən) bir əlamət gətirdim. Mən sizin üçün palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürərəm, o da Allah'ın izni ilə quş olar. Allah'ın izni ilə anadangəlmə koru, cüzam xəstəliyinə tutulanı sağaldar və ölüləri dirildərəm. Evlərinizdə yediyiniz və saxladığınız şeyləri sizə xəbər verərəm. Əgər möminsinizsə, şübhəsiz ki, bunda sizin üçün dəlil vardır. (Ali-İmran surəsi, 49)

Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim. Sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə koru və cüzam xəstəliyinə tutulanı sağaldır və Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarının yanına açıq-aydın dəlillərlə gəldikdə Mən onları səndən dəf etmişdim. Onlardan kafir olanlar isə demişdilər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir”. (Maidə surəsi, 110)

  • Tövratı təsdiqləyən, yol göstərici və öyüd-nəsihət olan İncili təbliğ etmişdir: (Ancaq İncil sonradan insanlar tərəfindən təhrif edilmişdir)

Onların ardınca Məryəm oğlu İsanı özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içərisində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiqləyən, müttəqilər üçün doğru yol göstəricisi və öyüd-nəsihət olan İncili verdik. (Maidə surəsi, 46)

Sonra onların ardınca dalbadal elçilərimizi yolladıq. Sonra Məryəm oğlu İsanı göndərib ona İncil bəxş etdik. Onun ardınca gedənlərin qəlblərinə şəfqət və mərhəmət saldıq. Rahibliyi isə onlar özlərindən icad etdilər. Biz bunu onlara vacib buyurmamışdıq. Onlar bunu Allah'ın razılığını qazanmaq üçün etdilər, lakin ona lazımınca riayət etmədilər. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə fasiqlərdir. (Hədid surəsi, 27)

  • Müqəddəs ruhla dəstəklənmişdir:

Biz Musaya kitab verdik və ondan sonra bir-birinin ardınca elçilər göndərdik. Biz Məryəm oğlu İsaya da açıq-aydın dəlillər verdik və onu müqəddəs ruhla (Cəbrail ilə) qüvvətləndirdik. Məgər hər dəfə sizə elçi ürəyinizə yatmayan bir şey gətirəndə siz təkəbbür göstərmədinizmi? (Onların) bir qismini yalançı hesab edib, bir qismini də öldürmədinizmi? (Bəqərə surəsi, 87)

Biz o elçilərin bəzisini digərlərindən üstün etdik. Onlardan bəzisi ilə Allah danışmış, bəzisini isə dərəcələrə yüksəltmişdir. Biz Məryəm oğlu İsaya açıq-aydın dəlillər verdik və onu müqəddəs Ruh (Cəbrail) ilə qüvvətləndirdik. Əgər Allah istəsəydi, onlardan sonra gələnlər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra bir-biriləri ilə vuruşmazdılar. Lakin onlar ixtilaf etdilər. Onlardan kimisi iman gətirdi, kimisi də inkar etdi. Əgər Allah istəsəydi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah istədiyini edir. (Bəqərə surəsi, 253)

  • Həvarilər ona yardım etmişlər:

Ey iman gətirənlər! Allah'ın köməkçiləri olun. Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda kimlər mənə köməkçi olacaq?”– demiş, həvarilər də: “Bizik Allah'ın köməkçiləri!”– demişdilər. İsrail oğullarından bir zümrə iman gətirdi, digər bir zümrə isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar üstün gəldilər. (Səf surəsi, 14)

  • İsrail oğullarına nümunə edilmişdir:

O, yalnız və yalnız Bizim nemət verdiyimiz və İsrail oğullarına nümunə etdiyimiz bir quldur. (Züxruf surəsi, 59)

  • İnkarçılar onu öldürmək üçün hiylə qurmuşlar, amma Allah onların hiyləsini pozmuş, hz. İsanı (əs) Öz Qatına yüksəltmişdir:

Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır. O vaxt Allah dedi: “Ey İsa! Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracağam, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm. (Ali-İmran surəsi, 54-55)

Hz. İsanın (əs) tanınması



Hz. İsanın (əs) ikinci dəfə yer üzünə gəlişi ilə əlaqədar maraqlı bir mövzu isə hz. İsanın (əs) kim olduğunun necə aydın olacağı və onun hansı xüsusiyyətlərindən tanına biləcəyidir. Məlumat, ağıl, bədən və əxlaqi cəhətdən üstün edilmiş bir insan kimi hz. İsanın (əs) üzündə peyğəmbərlərə xas olan ifadə olacaq.

Sahib olduğu güclü Allah qorxusunun və dərin imanın nuru üzündə əks olunacaq və peyğəmbərlərə xas olan nurlu ifadə o dərəcədə açıq olacaq ki, onu görənlər digər insanlarla müqayisə edəndə çox üstün bir insanla qarşılaşdıqlarını dərhal anlayacaqlar.

Allah hz. İsanın (əs) həm dünyada, həm də axirətdə şan-şöhrətli və Allah'a yaxınlaşdırılmışlardan (Ali-İmran surəsi, 45) olduğunu bildirmişdir. Allah'ın ayəsinin bir təcəllisi olaraq bütün peyğəmbərlər kimi hz. İsa (əs) da ətrafındakı insanlar arasında möhtərəmliyi ilə, seçilmiş və şərəfli olması ilə tanınacaq. Görənlər onu baxan kimi tanıyacaq, ürəklərində bu mövzuda heç bir şübhə olmayacaq. Bu müqəddəs insanın gəlişini inkar edən insanlar da etdiklərinin məntiqsizliyini dərhal qavrayacaqlar.

Hz. İsa (əs) Quranda keçən peyğəmbər xüsusiyyətləri ilə tanınacaq. Ancaq bundan başqa, onu insanlara tanıdan başqa əlamətləri də olacaq. Şübhəsiz, bunlardan ən əhəmiyyətlilərindən biri hz. İsanın (əs) dünyada ailəsinin, heç bir qohumunun və tanışının olmamasıdır.

Hz. İsa (əs) gələndə onu əvvəldən tanıyan heç kim olmayacaq

Hz. İsanı (əs) necə tanıyacağıq? Əlbəttə, peyğəmbərlərin ortaq xüsusiyyətlərinə sahib olması onun ən diqqət çəkən əlaməti olacaq. Bununla yanaşı, onun gerçək İsa Məsih olduğunun əhəmiyyətli bir əlaməti vardır. Hz. İsanın (əs) ikinci gəlişində onu əvvəllər görən, tanıyan, keçmişini bildiyini söyləyən heç kim olmayacaq. Onun fiziki xüsusiyyətlərini, simasını, ya da səs tonunu bilən bir şəxs belə olmayacaq. Dünyada bir insan “mən onu tanıyıram, filan vaxt görmüşdüm, onun ailəsi və yaxınları bunlardır” kimi sözlər deyə bilməyəcək, olsa da, buna dəlil gətirə bilməyəcək. Çünki onu tanıyan bütün insanlar bundan təxminən 2000 il əvvəl yaşamış və ölmüşlər. Anası hz. Məryəm, hz. Zəkəriyyə (əs), onunla illərini keçirmiş həvariləri, dövrün öncül yəhudiləri və şəxsən hz. İsanın (əs) təbliğ etdiyi insanlar vəfat etmişlər. Bu səbəbdən, ikinci dəfə yer üzünə gəlişində onun doğulmasına, uşaqlığına, gəncliyinə və yetkinliyinə şahid olan kimsə olmayacaq və onun haqqında heç kim heç nə bilməyəcək.

Kitabın əvvəlki hissələrində də açıqladığımız kimi, hz. İsa (əs) Allah'ın: “Ol”, -əmri ilə atasız dünyaya gəlmişdir. Aradan əsrlər keçdikdən sonra isə heç bir qohumunun olmaması təbiidir. Allah hz. İsanın (əs) bu vəziyyətini Quranda hz. Adəmin (əs) yaradılışına bənzətmiş və belə buyurmuşdur:

Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir. (Allah) onu torpaqdan yaratdı, sonra isə ona “Ol!”– dedi, o da oldu. (Ali-İmran surəsi, 59)

Ayədə də bildirildiyi kimi, Allah hz. Adəmə (əs): “Ol”, -demişdir və hz. Adəm (əs) yaradılmışdır. Hz. İsanın (əs) ilk yaradılışı da Allah'ın: “Ol”, -deməsi ilə reallaşmışdır. Hz. Adəmin (əs) ata-anası yoxdur, hz. İsanın (əs) dünyaya ilk gəlişində isə yalnız anası hz. Məryəm vardı, lakin yer üzünə yenidən gələcəyi ikinci səfərdə onun anası da həyatda olmayacaq.

Şübhəsiz, bu vəziyyət arada bir ortaya çıxan “saxta Məsih” təhlükəsini də aradan qaldırır. Hz. İsanın (əs) yer üzünə yenidən gəlişində onun hz. İsa (əs) olduğuna şübhə yaradan bir vəziyyət meydana gəlməyəcək. Heç kim: “Bu şəxs hz. İsa (əs) ola bilməz”, - deyə bilməyəcək. Çünki hz. İsa (əs) dünyadakı bütün insanlardan fərqlənəcək, yəni yer üzündə onu tanıyan bir insan belə olmayacaq.

Bununla bərabər, Allah'ın seçilmiş qullarına xas olan gözəl əxlaq, ağıl, kübarlıq, hikmət, bəsirət, təvazökarlıq kimi üstün xüsusiyyətlərlə də hz. İsa (əs) bütün saxta Məsihlərdən fərqlənəcək, gerçək imana sahib insanlar imanın nuru ilə onu tanıyacaq və tabe olacaqlar.

Hz. İsa (əs) gəlişi ilə xristianlıqdakı yanlış inanc və üsulları aradan qaldıracaq, xristian dünyasını yanlış tətbiqlərdən qurtaracaq, bütün insanları haqq dini və üstün əxlaq modelini yaşamağa çağıracaq, hz. Mehdi (əs) ilə birlikdə İslam əxlaqının yer üzünə hakim olmasına vəsilə olacaq.

Hz. Muhəmmədin (səv) bir çox hədisində də hz. İsanın (əs) gəlişi müjdələnilmişdir. Bu hədislərdən bəziləri belədir:

Siz on əlaməti görmədikcə heç vaxt Qiyamət qopmaz... Biri də İsanın (əs) enməsi...38

Vallah, Məryəm oğlu (hz. İsa əleyhissalam), Fəccur-Ravhanam mövqeyində, həcc etmək və ya ümrə etmək, yaxud da hər ikisini də etmək üçün zühur edəcək.39

Qiyamət on əlamət görülmədikcə qopmaz: Tüstü, Dəccal, dəbbətül-ərz, Günəşin qərbdən doğulması, İsanın yer üzünə enməsi...40

Nəfsim qüdrət əlində olan Allah'a and içirəm ki, Məryəm oğlu İsanın ədalət sahibi olaraq enməsi yaxındır...41

Hədislərdə bildirilən əhəmiyyətli bir həqiqət də hz. İsanın (əs) yer üzünə qayıtmasından sonra Qızıl əsr adlandırılan bir dövrün başlayacağıdır. Qızıl əsr bolluq, rahatlıq, sülh, xoşbəxtlik, var-dövlət mühitinin hakim olacağı, sənət, tibb, istehsal, nəqliyyat və s. kimi həyatın bütün sahələrində dünya tarixində yaşanmamış hadisələrin baş verəcəyi, gözəl əxlaqın yaşanacağı bir əsr olacaq. Bu dövr hədislərdə belə təsvir edilmişdir:

Qab su ilə dolduğu kimi, yer üzü sülhlə dolacaq. Heç kim arasında düşmənçilik qalmayacaq. Bütün düşmənçiliklər, çəkişmələr, şübhəsiz, yox olub gedəcək.42

... Mal da o qədər çoxalacaq ki, heç kim mal qəbul etməyəcək.43

Qab su ilə dolduğu kimi, yer üzü din birliyi ilə dolacaq. Allah'dan başqasına ibadət edilməyəcək. Hərb, müharibə adına heç nə qalmayacaq… Yer üzü gümüş süfrəsi kimi olacaq. Bitkisini Adəmin zamanındakı kimi bitirəcək. Bir salxım üzümlə bir nəfər doyacaq. Bir qrup insan bir narla doyacaq. Bir öküzün qiyməti bu qədər olacaq, bir neçə dirhəmlə bir at satın alınacaq.44

Hz. İsanı (əs) gözləmək



Hz. İsanın (əs) yer üzünə yenidən gəlməsi müsəlmanlar üçün çox vacibdir. O, Allah`ın bir möcüzəsi ilə atasız doğulmuş, İsrail oğullarını doğru yola dəvət etmiş, onlara bir çox möcüzələr göstərmiş bir peyğəmbərdir. Məsihdir və Qurana görə Allah'ın sözüdür (Nisa surəsi, 171). Onun yenidən yer üzünə gəlməsi ilə birlikdə Allah'a inanan, eyni əxlaqi dəyərləri paylaşan və Qurana görə bir-birlərinə ən yaxın dost olan (Maidə surəsi, 82) xristianlar və müsəlmanlar arasındakı anlaşılmazlıqlar aradan qaldırılacaq və dünyanın bu ən böyük iki dini ittifaq quracaq. Yer üzündəki üçüncü İlahi dinin mənsubları, yəni yəhudilər də gerçək məsihləri olan hz. İsaya (əs) iman gətirərək hidayət tapacaqlar (Nisa surəsi, 159). Beləliklə, üç İlahi din birləşəcək, yer üzündə uca Allah'a iman və Onun peyğəmbəri hz. İsaya (əs) itaət üzərində qurulan bir din qalacaq. Bu din Allah'ı inkar edən fəlsəfələri və bütpərəst inancları fikirlə məğlub edəcək və dünya müharibələrdən, qarşıdurmalardan, irqçilikdən və etnik düşmənçiliklərdən, zülm və haqsızlıqlardan xilas olacaq, insanlar sülh, xoşbəxtlik və hüzurində Qızıl Əsrdə yaşayacaq.

Bu, şübhəsiz, dünya tarixinin ən böyük hadisələrindən biridir. Üç İlahi dinin birləşəcəyi bu mühit bütün Amerika qitəsinin, Avropanın, İslam dünyasının, Rusiyanın, İsrailin ortaq inancla ittifaq qurması deməkdir ki, belə birlik tarixdə heç vaxt olmayıb. Bu birliyin dünyaya gətirəcəyi sülh, hüzur, sabitlik, xoşbəxtlik heç bir dövrdə təmin edilməmiş, bunun bənzəri də görünməmişdir.

Üstəlik, hz. İsanın (əs) yer üzünə gəlməsi dünya tarixinin ən böyük möcüzələrindən biridir.

Allah'ın dilədiyi peyğəmbərlər, Allah'ın təqdiri ilə, müxtəlif möcüzələr göstərirlər. Hz. İsa (əs) Allah'ın lütfü ilə bundan 2000 il əvvəl Fələstin torpaqlarında ölülərin dirildilməsi, korların və cüzamlı xəstələrin sağaldılması, cansız maddələrə can verilməsi kimi (Maidə surəsi, 110) möcüzələr göstərmişdir.

Hz. İsanın (əs) 2000 ildən sonra yenidən dünyaya qayıtması, anasız və atasız olaraq yetkin yaşında həyata yenidən başlaması isə çox böyük möcüzə olacaq. Beləliklə, elmi və fəlsəfi səviyyədə çökən materialist fəlsəfə bütün dünya insanlarının gözü qarşısında tamamilə darmadağın ediləcək, insanlar Allah'ın varlığının və qüdrətinin açıq-aşkar dəlillərini görəcəklər.

Allah'ın Quranda bildirdiyi işarələr, Peyğəmbərimizin (səv) hədisləri və İslam alimlərinin izahları işığında biz bu müqəddəs dövrün çox yaxın olduğuna inanırıq. Biz müsəlman olaraq hz. İsanın (əs) yaxın zamanlarda gələcəyindən həyəcanlanır, özümüzü və dünyanı bu müqəddəs qonağa hazırlamaq üçün əlimizdən gələni edirik.

Xristianlara çağırışımız isə onların da bu mövzuda mümkün qədər həssas, şüurlu və şövqlü olmalarıdır.

Xristian dünyası hz. İsanın (əs) gəlişinə hazırdırmı?

Hz. İsa (əs) sevgisi xristianlara tarix boyu gözəl əxlaq qazandırmışdır. Allah Quranda xristianları dostluq baxımından iman gətirənlərə ən yaxın olanlar kimi təsvir edir və ayənin davamında belə buyurur:

...Çünki onların arasında keşişlər və rahiblər vardır və onlar təkəbbürlük göstərmirlər. (Maidə surəsi, 82)

Digər ayədə isə xristianların gözəl əxlaqı haqqında belə deyilir:



Sonra onların ardınca dalbadal elçilərimizi yolladıq. Sonra Məryəm oğlu İsanı göndərib ona İncil bəxş etdik. Onun ardınca gedənlərin qəlblərinə şəfqət və mərhəmət saldıq... (Hədid surəsi, 27)

Tarix boyu xristianlar müxtəlif zülmlərə dözmüş, dünya zövqlərindən əllərini çəkərək əziyyət dolu həyatı seçmiş, böyük fədakarlıqlar etmişlər. Bunlar səmimiyyətin göstəriciləridir. Ancaq hz. İsanın (əs) gəlişinin yaxın olduğu bu əsrdə bu səmimiyyəti daha da güclü göstərməlidirlər.

• Xristian mənbələrinə görə də hz. İsa (əs) yer üzünə qayıdacaq.

Əhdi-Cədiddə dəfələrlə hz. İsanın (əs) yer üzünə yenidən gələcəyi xəbər verilir. İbranilərə məktubda belə yazılır: “Məsih... ikinci dəfə... xilas etmək üçün Onu gözləyənlərə zühur edəcək” (9: 28). Əhdi-Cədidin bir çox yerində hz. İsanın (əs) yenidən gələcəyi müjdələnir. Bu vəd qəti olduğuna görə, bütün xristianlar bunu əsas fikrə çevirməli, ikinci gəlişi gözləməli və buna əsasən fəaliyyət göstərməlidirlər.

• Xristian qaynaqlarına görə də hz. İsanın (əs) gəlişi yaxındır.



Bir çox xristian ikinci gəlişin çox yaxın olduğunu düşünürlər. Çünki Əhdi-Cədiddə və Əhdi-Ətiqdə Məsihin gəlişi ilə əlaqədar məlumatların hamısı, demək olar ki, reallaşmışdır. Bütün dünyada din əxlaqının yayılması, ateist fəlsəfələrin çökməyə başlaması, insanların Allah inancına yönəlməsi də əhəmiyyətli bir əlamətdir. Vəziyyət belə ikən heç bir xristianın hz. İsanın (əs) ikinci gəlişi mövzusunda laqeyd qalması doğru deyil.

• Xristian mənbələrinə görə də hz. İsanın (əs) qayıdışı tarixin ən böyük hadisəsi olacaq.

İkinci gəliş xristian mənbələrinə görə də qəti və yaxın bir gerçək olduğundan bu, bütün xristianlıq aləmində ən əhəmiyyətli hadisə olmalıdır. Hz. İsa (əs) kimi Allah'ın üstün etdiyi müqəddəs peyğəmbər yaxında dünyaya gələcəyinə görə, onun üçün hazırlıq görülməli, bu mövzu daim gündəmdə tutulmalıdır.

• Hz. İsa (əs) gələndə bütün inananları birləşdirəcəyindən onsuz da yaxında heç bir mənası qalmayacaq xristianlararası mübahisələri, ayrılıq və ixtilafları bir kənara qoymaq lazımdır.

• Hz. İsa (əs) gələndə ona inanan bütün xristian və müsəlmanlar ortaq inancda birləşəcəyinə görə, xristian və müsəlmanlar arasındakı ön mühakimə və qarşıdurma mühitini aradan qaldırmaq üçün indidən çalışmaq lazımdır.

İncilin son hissəsi “Vəhy” kitabında belə yazılır: “...Rəbbimiz və Onun Məsihi dünya üzərində padşahlığa sahib oldu! O, əbədi olaraq padşahlıq edəcək!” (Vəhy,11:15)

Bütün xristianlar yaxınlaşan böyük müjdəyə görə həyəcanlı və şövqlü olmalıdırlar.

Bu həyəcan və şövqü yaşayan müsəlmanlar kimi xristianlara səslənirik:

Gəlin hz. İsanın (əs) yaxınlaşan gəlişinə birlikdə hazırlaşaq. Hz. İsanın (əs) bizə doğrunu öyrədəcəyini bilərək aramızdakı inanc fərqliliklərinə hörmət göstərək. Onun görmək istədiyi kimi dünyanı sülh, qardaşlıq, mərhəmət və sevgi ilə doldurmağa çalışaq. Ona düşmən olan, uca Rəbbimiz Allah’ı inkar edən fəlsəfə və ideologiyalara qarşı birlikdə fikri mübarizə aparaq.

Gəlin dünya tarixinin yaxınlaşan ən böyük möcüzələrindən və müjdələrindən birini birlikdə gözləyək.

Hz. Mehdinin (əs) çıxışı bütün müqəddəs kitablarda müjdələnir



Dünyanın sonundan əvvəlki dövr, yəni axırzaman Allah'ın bütün müqəddəs kitablarında bildirdiyi silsilə əlamətlərlə özünü büruzə verir. Fitnə və qarışıqlığın şiddətli şəkildə yaşandığı, din əxlaqının ortadan qalxdığı və degenerasiya həyatın ən üst səviyyəsinə çatdığı bu xüsusi dövrdə Rəbbimiz hidayət verici sifəti ilə hz. Mehdini (əs) göndərəcək. Allah'ın bu əhəmiyyətli vəzifə üçün göndərdiyi hz. Mehdi (əs) imanındakı səmimiyyət, güclü Allah sevgisi və qorxusu ilə bütün dünyanın hidayətinə vəsilə olacaq. Allah'ın diləməsi ilə hz. Mehdi (əs) qədərində yazılmış bu üstün vəzifədə mütləq müvəffəqiyyətli olacaq, Allah'a imanı və din əxlaqını bütün dünyada hakim edəcək.

Məhz bu səbəbdən, hz. Mehdinin (əs) zühuru dünya tarixinin ən böyük hadisəsidir və bu böyük hadisəyə bütün müqəddəs kitablarda işarə edilir. Hz. Mehdinin (əs) gəlişi yalnız Peyğəmbərimizin (səv) dövründən deyil, minlərlə ildən bəri bilinən və gözlənilən bir müjdədir. Peyğəmbərimizin (səv) hədislərində hz. Mehdinin (əs) zühurunun Allah'ın vəhyi olan bütün kitablarda xəbər verildiyi belə bildirilir:

Nuaym buyurdu ki:Mən hz. Mehdini (əs) Peyğəmbərlərin sühufunda (səhifələrdə: Adəm, Şit, İdris və İbrahim Peyğəmbərlərə endirilən səhifə şəklindəki kitablarda) belə tapıram: “Hz. Mehdinin (əs) əməlində nə zülm, nə də eyib vardır””. (Kitabül-bürhan fi əlamətil-Mehdiyyil-axırzaman, səh. 21)

Peyğəmbərlərə aid olan kitablarda “hz. Mehdinin (əs) işi zülm və pislik deyil” kimi işarə edilmişdir. l-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzər, səh. 49)

İbni-Münavi deyir ki: “Danyalın (əs) kitabında belə yazılmışdır: “...Hz. Mehdi (əs) çıxacaq və Allah-Təala əvvəl fəsada məruz qalanları və iman əhlini onunla qurtaracaq. Sünnələr onunla canlandırılacaq... (Bu hədis Kitabül-bürhan fi əlamətil-Mehdiyyil-axırzaman adlı kitabın Süleymaniyyə kitabxanasında olan əlyazmasında mövcuddur)

Bu hədislərdən aydın olur ki, Mehdiyyət mövzusu bütün haqq dinlərin kitablarında mövcuddur. Tövrat və İncildə də hz. Mehdinin (əs) gələcəyi, onun xüsusiyyətləri, fəaliyyətləri və vəsiləsi ilə Allah'a iman və din əxlaqının hakimiyyət dövrünün reallaşması minlərlə il əvvəldən bildirilmişdir. Hal-hazırda nə qədər təhrif olunsa da, Tövrat və İncilin təhrif olunmamasına hüsnü-zənn etdiyimiz hissələrində, Quran ayələrində və Peyğəmbərimizin (səv) hədislərində bu izahlar görünür.

Kitablarda minlərlə il əvvəldən hz. Mehdinin (əs) çıxışı ilə əlaqədar təsvirlərin olması bu hadisənin əhəmiyyətinin dəlilidir. Axırzamanda, qiyamətə yaxın bu dövrdə Allah'ın son xəbərdar edici və müjdə verici kimi göndərdiyi elçisi hz. Mehdinin (əs) xüsusiyyətlərini və fəaliyyətlərini bilmək çox əhəmiyyətlidir. Bu həyati mövzudan hər kəsi xəbərdar etmək və o mübarək şəxsə mənəvi cəhətdən dəstək olmaq bütün iman gətirənlərin üzərinə düşən əhəmiyyətli məsuliyyətdir.

Yəhudilərin “Məsih”, müsəlmanların “Mehdi” adı ilə gözlədiyi şəxs eyni mübarək şəxsdir



İlahi dinlərdə gözlənilən, xilaskar kimi də adlanan “Məsih” termini müsəlmanlarda Mehdi inancının təzahürüdür. İslamiyyətdəki Mehdiyyət yəhudilərin müqəddəs qəbul edilən qaynaqlarında Məsih dövrü kimi keçir. Yəhudilərin axırzamanda bəşəriyyətin qurtuluşu üçün zühurunu gözlədikləri Məsih müsəlmanların gözlədiyi hz. Mehdidir.

Ancaq xristianların Məsih kimi yer üzünə ikinci gəlişini gözlədikləri hz. İsa (əs) Mehdi (əs) deyil. Müsəlmanlar da hz. İsanın (əs) axırzamanda yenidən dünyaya gələcəyinə inanırlar, ancaq hz. İsa (əs) gələndə Mehdiyə (əs) tabe olacaq, Allah'ın izni ilə yeganə haqq din olan İslam əxlaqının yer üzünə hakim olmasına bu iki mübarək şəxs birlikdə vəsilə olacaqlar.

Peyğəmbərimizdən (səv) edilən səhih rəvayətlərə görə hz. İsa hz. Mehdinın arxasında namaz qılacaq. (Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzər, səh. 24)

Bu rəvayət digər hədislərdə belə xəbər verilir:

Hz. İsa (əs) səmadan nüzul edəcək və onun əmirliyini qəbul edəcək. Hz. İsaya (əs): “Bizə namaz qıldır”, - deyiləcək, ancaq o: “Əmir sizin içinizdədir”, - cavabını verərək: “Bu, Allah'ın Muhəmməd ümmətinə bir ikramıdır”, - deyəcək. El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 24)

Hz. Mehdi (əs) möminlərlə birlikdə Beytül Məqdisdə səhər namazı qılarkən, o anda nüzul edən hz. İsanı (əs) təqdim edəcək və hz. İsa (əs) əllərini onun çiyninə qoyaraq: “Namazın iqaməti (namaz üçün səslənilməsi) sənin üçün gətirildi, buna görə sən qıldır”, - deyəcək və nəhayət hz. Mehdi (əs) hz. İsa (əs) və möminlərə imam olaraq namaz qıldıracaq. (Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzər, səh. 25)

Peyğəmbərimizin (səv) səhih hədislərində hz. İsa (əs) və hz. Mehdinin (əs) eyni dövrdə ortaya çıxacağı və İslam əxlaqını bütün dünyaya hakim etmə məqsədi ilə birlikdə mübarizə aparacaqları bildirilmişdir. Bir çox səhih hədisdə olan bu məlumatlar hz. İsa (əs) ilə hz. Mehdinin (əs) axırzamanda bir yerə gələcəyini və mübarizələrini birlikdə davam etdirəcəklərini göstərir.

Yuxarıda qeyd etdiyimiz kimi, yəhudilərin gözlədiyi Məsih, əslində, hz. Mehdidir (əs). Yəhudi qaynaqlarında Məsih krallara və həmçinin yüksək rahiblərə aid edilir. Bu səbəbdən, Məsih anlayışı Allah'a xidmət vəzifəsi üçün seçilmiş və Ona yaxın şəxsləri xarakterizə edən bir sifət kimi istifadə edilir. Ancaq yəhudilərin gözlədiyi Məsih Allah tərəfindən axırzamanda yer üzünə göndərilən və yer üzünü hakimiyyəti altına alaraq insanları Allah'a, Onun doğru yoluna yönəldən bir elçi, bir dini liderdir ki, bu təsvir İslamda hz. Mehdiyə (əs) aiddir.

Tövrata və yəhudilərin digər müqəddəs mənbələrinə baxsaq, Məsih kimi təsvir edilən şəxsin hz. Mehdinin (əs) xüsusiyyətlərinə sahib olduğunu, hər iki mübarək şəxsin fəaliyyətlərinin və dünyada vəsilə olacaqları dəyişikliklərin eyni olduğunu görərik. Bu səbəbdən, yəhudilərin axırzamanda gözlədiyi Məsih, əslində, hz. Mehdidir (əs).

Peyğəmbərimizin (səv) hədislərində hz. Mehdinin (əs) Peyğəmbər nəsli olan İsrail oğullarına bənzədilməsi bu baxımdan mənalıdır. Hədislərdən bir qismi belədir:

Hz. Mehdi (əs) boyuna görə sanki Bəni-İsraildir. (Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzər, səh. 36-29)

Hz. Mehdinin (əs) vücudu İsrail bünyəsi kimidir. (Kitabül-bürhan fi əlamətil-Mehdiyyil-axırzaman, səh. 24)

Hz. Mehdi (əs) sanki Bəni İsraildən bir adamdır. (Rəftarı onlara bənzər, yəni heybətli və ağıllıdır) (Kitabül-bürhan fi əlamətil-Mehdiyyil-axırzaman, səh. 23-30)

Hz. Mehdinin (əs) bədəni israilidir. Hz. Mehdi (əs) sanki Bəni-İsrailin öndə gələnlərindəndir. (İbn Həcər əl-Məkki)

Hz. Mehdinin (əs) vücudu İsrail bünyəsi kimidir. (Məriy bin Yusif bin Əbubəkr bin Əhməd bin Yusif əl-Məqdisi “Fəvaidu-fəvaidil-fikr fil-İmam əl-Mehdi əl-Müntəzər”)

(Hz. Mehdinın (əs) xarici görünüşü) sanki İsrail oğullarından bir insana bənzəyir. (Ukaylı “Ən-Nəcmüs-saqib fi Bəyani ənnəl-Mehdi min evladi Əli bin Əbu Talib ələt-tamam vəl-kamal”)

Sanki o (hz. Mehdi (əs)) İsrail oğullarından bir şəxs kimidir. (Nuaym bin Həmmad, vr. 52a; Məriy bin Yusif bin Əbubəkr bin Əhməd bin Yusif əl-Məqdisi “Fəvaidu-fəvaidil-fikr fil-İmam əl-Mehdi əl-Müntəzər”)

Quranda Allah hz. İbrahimi (əs) və onun soyundan gələnləri seçdiyini və onları mübarək etdiyini bildirir (Bəqərə surəsi, 130; Ali-İmran surəsi, 33). Bu məlumat yəhudilərin müqəddəs kitabı Tövratda da var (Yaradılış, 22:17; 12:2). (Mövzu ilə əlaqədar ətraflı məlumat üçün baxın: Hz. Mehdi (əs) hz. İbrahimin (əs) soyundandır, Harun Yəhya)

Allah hz. İbrahimin (əs) nəslinə hakimiyyət vəd edir

Tövratda keçən bəni-İsrail, bəni-İshaq, bəni-İsmayıl hamısı bəni-İbrahimin nəslidir. Hamısı Allah'ın mübarək etdiyi nəsil olan hz. İbrahimin (əs) nəslidir. İbrahimi dinlərdə hidayət verən sifəti ilə axırzamanda gələn və din əxlaqının dünyaya hakimiyyətinə vəsilə olan mübarək şəxs də hz. İbrahimin (əs) nəslindəndir. Bu səbəbdən, hz. Mehdi (əs) hz. İbrahimin (əs) nəslindəndir. Allah hakimiyyətini reallaşdırmaq üçün hz. İbrahim (əs) nəslinin iki qolundan gələn nümayəndələri qorumuşdur. Axırzamanda əmrinin reallaşması üçün İmam əl-Mehdi (əs) və hz. İsanı (əs) bir yerə gətirəcək. Quranda və Peyğəmbərimizin (səv) hədislərində bildirilən bu hakimiyyət dövrü Tövratda hz. İbrahimin (əs) nəslindən gələn bir birliyə vəd edilir və belə bildirilir:

Mən sənə böyük xeyir-dua verəcəyəm, nəslini göydəki ulduzlar və dəniz kənarındakı qum qədər artırıb çoxaldacağam. Sənin nəslin öz düşmənlərinin şəhərlərinə sahib olacaq. Dünyanın bütün millətləri sənin nəslinin vasitəsi ilə xeyir-dua alacaq, çünki sən Mənim sözümə qulaq asdın. (Yaradılış, 22:17-18)

Rəbb İbrama dedi: “... Səndən böyük bir millət törədəcəyəm, sənə xeyir-dua verəcəyəm, adını ucaldacağam və bərəkət qaynağı olacaqsan. Sənə xeyir-dua verənlərə xeyir-dua verəcəyəm, sənə lənət edənləri lənətləyəcəyəm. Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaq”. (Yaradılış, 12:1-3)

Nəslini göydəki ulduzlar qədər çoxaldacağam və bütün bu ölkələri nəslinə verəcəyəm. Yer üzünün bütün millətləri sənin nəslinin vasitəsi ilə xeyir-dua alacaq. (Yaradılış, 26:4)

Sənin nəslin yerin tozu kimi çox olacaq; qərbə, şərqə, şimala və cənuba yayılacaq. Yer üzünün bütün qəbilələri sənin və nəslinin vasitəsilə xeyir-dua alacaq. (Yaradılış, 28:14)

Tövratda dünyanın son dövründə Allah'a könüldən iman gətirənlərin yer üzündə lider olacağını və din əxlaqının yer üzünə hakim olacağını izah edən hissələrdən bir qismi belədir:

Məzlumlar ölkəni mülk olaraq alacaq, əmin-amanlığın bolluğundan zövq tapacaq. Çünki pislərin qol-qanadı qırılacaq, Rəbb isə salehlərin dayağıdır.  Rəbbə kamillərin gündəlik qayğıları məlumdur, onların irsi əbədi qalacaq. (Məzmur, 37:11, 17-18)

Yer üzündə yaşayan bütün insanlar Rəbbi xatırlayacaq, Ona tərəf dönəcəklər. Bütün millətlərin nəsilləri Onun hüzurunda səcdə edəcək. Çünki hökmranlıq Rəbbindir... (Məzmur, 22:27-28)

Çünki şər insanlar məhv olacaq, Rəbbə ümid bağlayanlar ölkəni mülk olaraq alacaq. Bir az gözlə, pis yox olacaq, axtarsan belə, tapılmayacaq. Məzlumlar ölkəni mülk olaraq alacaq, əmin-amanlığın bolluğundan zövq alacaq. (Məzmur, 37:9-11)

Çünki pislərin qol-qanadı qırılacaq, Rəbb isə salehlərin dayağıdır... pislər həlak olacaq, Rəbbin düşmənləri çəmənin təravəti kimi solacaq, tüstü kimi çəkilərək yox olacaq. (Məzmur, 37:17-20)

Rəbbi gözlə, Onun yolunu tut... Pislərin məhv olacağı zamanı görəcəksən. Salehlərin qurtuluşu Rəbbdəndir... Rəbb onların imdadına çatır, onları qurtarıb pislərin əlindən alır, çünki onlar Rəbbə pənah aparır. (Məzmur, 37:34, 39-40)

Bu hissələrdən də aydın olur ki, Tövratda xəbər verilən hakimiyyət müəyyən qrupun və ya soyun digər cəmiyyətlər üzərində güc və iqtidar sahibi olması deyil, Allah'a səmimi imanın və bütün insanlara əmr etdiyi əsl din əxlaqının yer üzünə hakim olmasıdır. Bununla bərabər, Tövratda imanlı yəhudilərlə əlaqədar təsvirlər Tövratın endirildiyi dövrdə yaşayan səmimi möminlərə xəbər verilən müjdələrdir. Bu səbəbdən, Tövratda bəni-İsrailə vəd edilən hakimiyyətlə bağlı qisimlərin səmimi Allah inancını əsas götürmədən, yalnız müəyyən bir xalqın üstünlüyü kimi izah olunması doğru deyil.



Belə ki, İslamiyyətdə və yəhudilikdə mövcud olan din əxlaqının hakimiyyəti anlayışı yer üzündə din əxlaqının yaşanmamasından qaynaqlanan pislik və çətinliklərin din əxlaqının yaşanmağa başlanması ilə aradan qalxması və gözəl əxlaqın yayılmasıdır. Müsəlmanların xahişi odur ki, uca Rəbbimizin əmr etdiyi əxlaq, yəni yardımlaşma, ədalət, dürüstlük, sədaqət, təvazökarlıq, əfvedicilik, mərhəmət insanlar arasında geniş yayılsın, hər kəsin Allah'ın razılığını qazanmaq üçün ən gözəl əxlaqı göstərməklə yarışdığı mühit formalaşsın. Belə bir mühitin təmin edilməsi, şübhəsiz, bu dəyərlərin çatışmazlığından qaynaqlanan hər cür problemi aradan qaldırar. Bu anlayışa sahib olan müsəlmanların məqsədi güc və iqtidar sahibi olmaq deyil, Allah özlərinə belə bir nemət lütf etsə, bu neməti din əxlaqını daha çox yaymaq üçün ən yaxşı şəkildə istifadə etməkdir. Möminlərin gözəl xüsusiyyəti bir Quran ayəsində belə xəbər verilmişdir:

Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə