Tərbiyə və şəxsiyyətin inkişafı İnsanın sosial, bioloji inkişafı və tərbiyəsi



Yüklə 30,11 Kb.
səhifə1/6
tarix26.06.2022
ölçüsü30,11 Kb.
#90117
  1   2   3   4   5   6
Tərbiyə və şəxsiyyətin inkişafı

Tərbiyə və şəxsiyyətin inkişafı

İnsanın sosial, bioloji inkişafı və tərbiyəsi



İnsan şəxsiyyətinin sosial mahiyyəti haqqında: Şəxsiyyət anlayışı fəlsəfə, sosiologiya, estetika, etika və s. Elmlərlə yanaşı pedaqogikanın da tədqiqat obyektinə daxildir. Bu problemi şəxs və fərd anlayışı ilə eyniləşdirmək olmaz. Şəxs bioloji və sosioloji xüsusiyyətlərin birliyidir. Şəxsiyyət isə adamın malik olduğu yalnız sosioloji keyfiyyətlərin məcmusudur.

Bəzən danışıqda, mühakimələrdə "şəxsiyyət" və "adam" ("insan") məfhumlarını bir-biri ilə qarışdırırlar. Əslində "adam" anlayışı daha geniş məfhumdur. Bütün şəxsiyyətlər adamdır, amma bütün adamlar şəxsiyyət deyil. Şexsiyyət ictimai şüura malik olan, ətraf aləmi dəyişdirmək və ondan məqsədəmüvafiq istifadə etmək üçün fəaliyyət göstərən adam dəməkdir. Anadan yenicə doğulmuş uşaq da adamdır, amma şəxsiyyət deyil. "Adam'" bioloji (orqanizmin xüsusi quruluşa malik olması, ayaq üstündə gəzmək, əllərə, ayaqlara malik olmaq və s.) və sosial amillərin vəhdətindən ibarət olan bir varlıqdır.

Uşaqlar fiziki inkişafı və sağlamlığına görə də ferqli xüsusiyyətlərə malik olurlar. Səmərəli yemək, yatmaq, oyaq qalmağın düzgün təşkil olunması, habelə, təmiz havadan, sudan, günəşdən istifadə edilməsi bütün ailələrdə eyni səviyyədə olmadığına görə, bəzi uşaqların səhhətində qüsurlar da nəzərə çarpır. Buna görə məktəbəqədər dövrdən uşaqların yeməyi düzgün təşkil olunmalıdır. Uşaqların fiziki və zehni inkişafında yuxunun da özünəməxsus ahəmiyyəti vardır. Erkən yaşlı uşaqların gec və çətin yatması onların narahatlığına səbəb olur. Bu çox zaman əlverişli olmayan xarici şəraitin və düzgün olmayan tərbiyənin nəticəsində baş verir. Şəxsiyyətin normal inkişafı üç mühüm faktorun təsiri ilə müəyyənləşdirilir. Bunlar aşağıdakılardır: tərbiyə, sosial, mühit və irsi əlamətlər.


Şəxsiyyətin formalaşmasında irsiyyətin mövqeyi: İrsiyyət nəzəriyyəsi orta əsrlərdə yaranmışdır. Bu dövrdə uşağın inkişafında irsiyyət əsas götürülür və belə hesab edilirdi ki, uşaq hər bir qabiliyyət və xasiyyəti hazır şəkildə ata və anasından irsən götürür. O dövrün ictimai quruluşunun məhsulu olan irsiyyət nəzəriyyəsinə əsasən uşağın exlaqlı və ya exlaqsız olmasının səbəbi onun ata-anasında, əcdadında, irsiyyətində axtarılırdı. Bu nəzəriyyə orta əsrlərdə hakim olan dini əqidələrlə əsaslandırılırdı. Dini ehkamlara əsaslanaraq sübut etməyə çalışırdılar ki, hər hansı bir insan anadan olarkən taleyi alnına yazılır. Məsələn “Yazılanı pozmaq olmaz", "Quyuya su tökməklə quyu sulu olmaz" və s. "İrsiyyət nəzəriyyəsi", "Qismət nəzəriyyəsi" ilə birləşərək, uşağı tərbiyə etmək işində tərbiyəçiyə və tərbiyə prosesinə imkan saxlamırdı. Bu ehkama görə "əgər olacağa çarə yoxdursa tərbiyəçi nə edə bilər" fikri formalaşırdı. Sonrakı illərdəə insan xarakterini irsi əlamətlərlə izah edən alimlər meydana gəldi. ABŞ-da E.Torndayk, Con Dyun va başqaları buna misal ola bilər. E.Torndayk yazır ki, orqanizmdəki genlər adamın həm fiziki, həm də əqli keyfiyyətlərini təyin edir. C.Dyunin əqidəsinə görə, uşağın inkişafı anadangəlmə instinkt və qabiliyyətlər əsasında mümkün olur.
XVIII əsrdə ingilis pedaqoqu Con Lokk irsiyyət nəzəriyyəsinə qarşı qətiyyətlə çıxır və “Ağ lövhə" nəzəriyyəsini irəli sürür. Lokka görə, uşaq doğularkən onun beyni ağ lövhə kimi tərtəmiz olur. Onda nə yazılırsa, həyatda elə də olar. Con Lokk bu ideyası ilə irsiyyəti tamamilə inkar edərək, tərbiyənin vəzifəsini həddindən artıq şişirdirdi.
İrsiyyətdən asılı olaraq uşaq beyni müəyyən təbii imkanlarla və xüsusi duyğu üzvləri ilə həyata gəlir ki, bunlar da onun gələcək həyatında həlledici əhəmiyyət kəsb edir. Rus mütəfəkkiri V.Q.Belinski C.Lokk nəzəriyyesinde irsiyyətin və təbii imkanların tam rədd edilməsinə qarşı çıxır və "Tərbiyə haqqında" məqaləsində qeyd edir ki, uşaq doğularkən onun beyni “ağ lövhə" deyil, orada təbii imkanlar mövcud olur. O, qeyd edir ki, körpənin beyni üzərində istənilən şeylər yazıla bilən "ağ lövhə" deyildir. "O elə bir toxumdur ki, ondan ağac ola bilər, o elə bir imkandır ki, ondan adam da ola bilər".
Şəxsiyyətin formalaşmasında mühitin rolu: Şəxsiyyətin inkişafında mühitin də xeyli rolu vardır. Əslində mühit məfhumu çox genişdir. Bu məfhum fərdin həyatı və inkişafın əlaqədar olduğu xarici şəraitin hamısını əhatə edir. Buraya təbii mühit də daxildir, lakin uşağı əhatə edən mühit təbii mühitlə məhdudlaşaraq qalmır. Heyvan balasından fərqli olaraq, uşaq ictimai mühitdə doğulur və burada yaşayır, böyüyüb boya-başa çatır. İctimai mühitdə aparıcı yeri insanlar tutur. İctimai mühit məfhumu insanların ictimai həyatını, cəmiyyətdəki ictimai münasibətləri, siyasi və mədəni həyatı və s. əhatə edir. Əlbəttə, uşaq bu mühitin təsirinə məruz qalır. Lakin uşaqlar fərdi xüsusiyyətlərdən asılı olaraq mühitin təsirinə müxtəlif formada məruz qalırlar. Yəni eyni mühit ayrı-ayrı uşaqlara müxtəlif şəkildə təsir edir. Bütün bunlardan belə bir nəticə çıxarmaq olar: madam ki, insan mühitin təsirinə məruz qalır, onda mühit elə qurulmalıdır ki, insan orada həqiqi insanlığını dərk etsin, oradakı nəcib keyfiyyətləri özündə cəmləşdirə bilsin. Qeyd etmək lazımdır ki, mühitin şəxsiyyətə təsiri haqqında məşhur pedaqoqların fikirlərində müəyyən fərqlər də vardır. Məsələn, ingilis pedaqoqu Con Lokk şəxsiyyətin formalaşmasını irsiyyətlə izah edənlərin əleyhinə çıxmış, mühitin və tərbiyənin başlıca rol oynadığını əsaslandırmağa çalışmışdır. O, "Tərbiyə haqqında fikirlər" adlı əsərində yazmışdır ki, xeyirxahlıq və ya bədxahlıq kimi keyfiyyətlər adamların aldığı tərbiyənin məhsuludur. Fransız pedaqoqu J.J.Russo da mühitin təsir gücünə müstəsna əhəmiyyət vermişdir. Onun fikrinə görə uşaqla uzun- uzadı söhbət aparmağın, onu öyüd nəsihətlə yormağın mənası yoxdur. İstənilən əxlaqi keyfiyyəti uşaqda görmək üçün onu müvafiq mühitə salmaq lazımdır. Həmin mühit özü istədiyini uşağa aşılayacaqdır.
Russo “azad tərbiyə”, “təbii tərbiyə”, anlayışlarının müəllifi kimi məşhur olmuşdur.O,bu nəzəriyyələri ilə mühitin təsirinə bir az da qabarıq vermiş,tərbiyənin mövqeyini kifayət qədər qiymətləndirməmişdir.
Azerbaycan filosofu Siracəddin Mahmud Əbubəkr oğlu Urməvi(1198-1283) sübut edirdi ki,insanın xasiyyəti irsi deyil,həyatda formalaşır.Qeyd edirdi ki, “Atası xristian olan uşağı müsəlman tərbiyə etsə,müsəlman olar.


Şəxsiyyətin inkişafında tərbiyənin rolu:Bəşər tarixi praktik olaraq sübut etmişdir ki, şəxsiyyətin inkişafında tərbiyənin rolu əvəzsizdir. Əvvəlcədən düşünülmüş, planlaşdırılmış, məqsədyönlü təşkil edilmiş tərbiyə işi güclü təsir qüvvəsinə malikdir. Tərbiyə işi tələb edir ki, əvvəlcə uşağın inkişafının konkret layihəsi (proqramı) hazırlansın, bütün təsirlər bu layihənin reallaşmasına doğru yönəlsin. Y.A.Ko- menski, K.A.Helvetsi, Robert Ouen və bir çox başqaları şəxsiyyətin inkişafında tərbiyəyə üstünlük verdikləri kimi, fransız materialistləri Helvetsi, Didro, J.J.Russo tərbiyənin təsirinə daha çox aludə olmuş, hətta onu həddən artıq şişirtmişlər. Helvetsiyə görə, tərbiyədə elə təsir qüvvəsi vardır ki, o hər şeyi yaradır. Tərbiyə hər şeydir. Onun həmvətəni Didro Helvetsiye nöqsan tutaraq qeyd etmişdir ki, tərbiyə hər şey deyil, çox şeydir. Məhəmməd Peyğəmbər Əleyhissəlam hədislərinin birində deyir: Heç bir ata övladına gözəl tərbiyədən qiymətli hədiyyə verə bilməz". Peyğəmbərimizin bu fikrində insan üçün tərbiyənin yüksək əhəmiyyət kəsb etdiyi izah olunur. Azerbaycan maarifçilərindən A.A.Bakıxanov, M.F.Axundov, S.Ə.Şirvani, M.Ə.Sabir və b. şəxsiyyətin inkişafında təlimə, xüsusən tərbiyəyə daha üstünlük vermişlər.
A.S.Makarenko yazırdı: “Mən,….tərbiyəvi işin hədsiz qüdrətinə sonsuz,tükənməz bir inam bəsləyirəm.Mən,heç elə bir hal bilmirəm ki,tam qiymətli xarakter,sağlam tərbiyəvi şərait olmadan törəsin və ya əksinə,pozulmuş xarakter düzgün tərbiyəvi iş aparılmasına baxmayaraq,əmələ gəlsin.

Yüklə 30,11 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə