Fuad İskəndərov


Milli hökumətin baş memarı -



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə3/90
tarix31.10.2018
ölçüsü2,84 Mb.
#76941
1   2   3   4   5   6   7   8   9   ...   90

Milli hökumətin baş memarı - 
Fətəli xan Xoyski 
Daha  çox  söz-sənət  dühalarının,  mədəniyyət  və  elm 
adamlannm  vətəni  kimi  tanınmış,  bəşəriyyətə  bir-birindən  nəhəng 
mütəfəkkirlər bəxş etmiş Azərbaycanın yetişdirdiyi qüdrətli dövlət 
və  ictimai  xadimlər  də  az  olmayıb.  Belə  şəxsiyyətlər  arasında  14 
yaşında ikən Səfəvilər kimi böyük bir dövlət yaratmağa girişmiş və 
qısa  müddətdə  buna  nail  olmuş,  yenilməz  sərkərdə,  uca  hökmdar 
Şah  İsmayıl  Xətainin  adını  çəkmək  kifayətdir.  Dövlətçilik 
ənənələrinin  kökü  eramızdan  əvvələ  gedib-çıxan,  bu  tarixi 
gələnəklərə  dayaqlanaraq  türk  Oğuz  elinin  mükəmməl  idarəçilik 
sistemini  yaratmış  və  onu  “Kitabi  Dədə  Qorqud”  kimi  bütün, 
zamanların  ən  yaşan  söz-sənət  abidələrindən  sayılan  bir  dastanda 
tərənnüm  etmiş  bu  günkü  Azərbaycan  xalqı  XX  əsrdə  Şərqdə  ilk 
demokratik  respublikanın  qurucusu  olmaqla  dövrünün  ruhuna 
uyğun,  müasir  dövlət  qurmaq  qüdrətini  bir  daha  təsdiq  etdi.  Bu 
baxımdan  Azərbaycan  Xalq  Cümhuriyyəti  neçə  min  illik 
mədəniyyətə, zəngin dövlətçilik ənənələrinə malik bir xalqın dünya 
sivilizasiyasına  bəxş  olunmuş-:ən  dəyərli  töhfəsi  idi  və  onun 
yaradılmasında yaxından iştirak etmiş şəxslər arasında zəmanəsinin 
sayılıb-seçilən siyasətçiləri, dövlət və ictimai xadimlərindən heç bir 
səviyyədə geri qalmayan, bəzən onlardan da yüksəkdə dayanan, hər 
bir millətin iftixar duyacağı nadir simalar 



 


sırasında  yer  tutur.  Fətəli  Xan  Azərbaycanda  hökumət  qurmağın, 
Nazirlər Şurasına rəbərlik etməyin nə demək olduğunu öz fəaliyyəti 
ilə  əyani  surətdə  göstərən,  bu  sahədə  praktik  işin  təməl  daşlarını 
qoyan  bir  dövlət  xadimidir.  Fətəli  Xan  Xoyski  1918-ci  ilin  28 
mayından 1919-cu ilin 14 aprelinə qədər dalbadal üç dəfə ona etibar 
olunmuş  ən  şərəfli  vəzifənin  öhdəsindən  layiqincə  gəlmiş,  son 
dərəcə mürəkkəb və ziddiyyətli şəraitlərdə Azərbaycan hökumətini 
təşkil  etmiş  və  onun  sədri  olmuşdur.  1920-  ci  ilin  mə  lum  aprel 
çevrilişinə  qədər  öz  müstəqilliyini  qoruyub  saxlamış  Azərbaycan 
dövlətinin 23 aylıq bir müddətdə siyasi, hərbi, iqtisadi, beynəlxalq 
sahələrdə  qazandığı  uğurlarda  onun  çox  böyük  zəhməti,  danılmaz 
xidmətləri vardır. 
Mən  Fətəli  Xan  haqqında  ilk  məlumata  mərhum  tədqiqatçı 
Mövsüm Əliyevin “Odlar yurdu” qəzetinin 1989-cu il 1-ci sayında 
dərc edilmiş məqaləsində rast gəlmişdim. Sonralar həmin məlumat 
“Azərbaycan  Demokratik  Respublikası.  Azərbaycan  hökuməti 
1918-1920”  (Bakı  “Gənclik”  1990)  kitabçasına  salınaraq  bir  daha 
geniş oxucu kütləsinə çatdırıldı. 
“Fətəli  xan  İskəndər  oğlu  Xoyski  1875-ci  il  dekabrın  7-də 
Şəki  şəhərində  anadan  olmuşdur.  Onun  atası  rus  ordusunun 
general-leytenantı 
idi.  Fətəli  xangilin  əsli-nəsli  Cənubi 
Azərbaycanın  Xoy  şəhərindəndir.  Xoy  xanı  olan  ulu  babası 
Cəfərqulu xan İran şahı Fətəli xan ilə müharibədə məğlub olduqdan 
sonra,  20000  nəfərlik  qoşunu  ilə  Üçkilsəyə  (Eçmiad-  zinə) 
sığınmışdı.  1803-1806-cı  illər  rus-İran  müharibələri  dövründə  rus 
qoşunlarına qoşulan Cəfərqulu xan imperator I Aleksandr tərəfindən 
bahalı brilyantla bəzədilmiş qızıl medal və lələklə təltif edilmişdir. 
O,  1807-ci  ildə  Şəki  xanı  təyin  edilmiş  və  general-leytenant 
rütbəsinə  layiq  görülmüşdür.  Cəfərqulu  xan  1810-cu  ildə  vəfat 
etdikdən  sonra  Şəki  xanlığını  onun  oğlu  İsmayıl  idarə  etmişdir. 
1819-cu  ildə  İsmayılın  vəfatı  ilə  Şəki  xanlığı  ləğv  olunmuş  və 
Rusiyanın  tərkibinə qatılmışdır. Bu nəsildən  görkəmli  sərkərdələr, 
dövlət xadimləri və çoxlu ali təhsilli ziyalı çıxmışdır. 
Fətəli  xan  Xoyski  Gəncə  klassik  gimnaziyasını  bitinniş, 
əvvəlcə Gəncədə, sonra isə Suxum və Batum dairə məhkəmələrində 
müxtəlif  vəzifələrdə  işləmiş  və  Kutaisidə  dairə  məhkəməsində 
böyük məhkəmə məmuru olmuşdur. 1900-cu il 
10 


martın 8-də Kutaisi qəza istintaq sahəsinin müdiri, 1907-ci ildə isə 
Yekaterinodar dairə məhkəməsində prokuror müavini təyin edilməsi 
Xoyskinin  ictimai  fəaliyyətində  yeni  mərhələ  olmuşdur.  O, 
Yelizavetpol  quberniyasından  (Gəncə)  2-ci  Dövlət  Dumasına 
nümayəndə seçilmişdir. Fevralın 2-də Peterburqun məşhur Tavriya 
sarayında  toplanan  Rusiya  parlamentinin  iclaslarında  çıxış  edən 
Fətəli  xan  çar  hökumətinin  Zaqafqaziyada  və  Azərbaycanda 
yeritdiyi müstəmləkəçilik siyasətini tənqid atəşinə tuturdu. O, kadet 
partiyasının  üzvü  olmasına  baxmayaraq,  Dumanın  müsəlman 
deputatları  fırqəsinə  daxil  idi.  F.Xoyski  Rusiyanın  müstəmləkə 
xalqlarına məhəlli muxtariyyət verilməsini hökumətdən tələb edirdi. 
Onun  da  iştirakı  ilə  hazırlanaraq  1907-ci  il  may  ayının  18-  də 
Dumaya  təqdim  olunan  qanun  layihəsində  Rusiyada  milli  və  dini 
fərqlərə  görə  vətəndaşların  siyasi  və  mülki  hüquqlarını 
məhdudlaşdıran qanunların ləğv olunması tələbləri səsləndirilmişdi. 
Demokratik  normalara  tam  cavab  verən  bu  qanunda  Rusiyanın 
bütün  vətəndaşlarının  hüquq  bərabərliyi,  daimi  yaşayış  üçün  yer 
seçmə azadlığı, şəxsiyyət toxunulmazlığı, mətbuat və söz azadlığı, 
təhsil hüququ və s. başlıca demokratik dəyərlər öz əksini tapmışdı. 
Ancaq ikinci Dövlət Duması vaxtından qabaq buraxıldığı üçün bu 
qanun layihəsinin qəbul edilməsi mümkün olmadı. Vətənə qayıdan 
Fətəli  Xan  Dairə  Məhkəməsinə  müraciət  edərək  Tiflis  Məhkəmə 
Palatasına  müraciət  edərək,  bu  Məhkəmə  Palatasına  andh  iclasçı 
qəbul  olunmasını  xahiş  etdi.  Bu  xahişi  nəzərə  alan  ədliyyə 
nazirliyinin  ikinci  departamenti  Fətəli  Xan  Xoyskini  Tiflis 
Məhkəmə  Palatasının  andh  iclasçıları  sırasına  qəbul  olunmasına 
icazə  verdi.  O,  sonralar  müxtəlif  illərdə  Bakı  və  Gəncə  dairə 
məlıkəmələrində  iş  kəsmək  üzrə  andçı-müvəkkil  vəzifəsini  icra 
etmişdir. Müstəmləkə siyasətinin rəmzi olan Yelizavetpol şəhəri və 
quberniyasının  yenidən  Gəncə  şəhəri  və  Gəncə  quberniyası 
adlandırılması,  Qaryagin  qəzasının  Cəbrayıl  qəzası  adı  ilə  əvəz 
edilməsi, 
çoxpartiyalı 
parlament 
sisteminin 
yaradılması, 
Azərbaycan Respublikasının pul və poçt markalarının buraxılması, 
ana dilində məktəb və seminariyaların açılması və digər mütərəqqi 
tədbirlər  Xoyskinin  rəhbərlik  etdiyi  hökumət  kabinələri  dövründə 
həyata keçirilməyə başlanmışdır”. 
11 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə