Qrup: 302 Fənn: Mülki hüquq-2 Kafedra



Yüklə 107,84 Kb.
səhifə1/8
tarix31.12.2021
ölçüsü107,84 Kb.
#81494
  1   2   3   4   5   6   7   8
Mülki hüquq 2




İxtisas: 050212 HÜQUQŞÜNASLIQ

Qrup: 302

Fənn: Mülki hüquq-2

Kafedra: Hüquq və humanitar elmlər kafedrası

Sərbəst iş

Birtərəfli əqdlərdən əmələ gələn öhdəliklərin ümumi xarakteristikası

Tələbə: Fatimə Oruczadə

Müəllim: h.ü.f.d. Şükür Yusifov

Bakı – 2021



Giriş

Öhdəlik hüququ ilə nizamlanan çoxsaylı münasibətlər iqtisadi dövriyyəyə daxildir. Ümumiyyətlə, iqtisadi dövriyyədəki bütün münasibətlər bu və ya digər dərəcədə maddi nemətlərin - əmlak, pul, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi formasında yerini dəyişməsi ilə əlaqədardır. Məsələn, alqı-satqı müqaviləsi üzrə satıcının mülkiyyətində olan əmlak alıcının mülkiyyətinə keçir. Bundan başqa, təcrübədə daha çox bağlanılan müqavilələrdən biri kimi podrat müqaviləsinə əsasən podratçı üzərinə düşən işləri yerinə yetirməyi, sifarişçi isə buna görə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürür.

Öhdəliklər mülkiyyət hüquq münasibətləri bir-biri ilə sıx bağlıdır. Mülkiyyətçinin öz əmlakı üzərində sərəncam hüququnu həyata keçirməsi ilə öhdəlik hüquq münasibətləri əmələ gəlir. Öhdəliyin icrası isə bir çox hallarda mülkiyyət hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olur. Məsələn, mülkiyyətçi sərəncam hüququnu həyata keçirərək alqı-satqı müqaviləsi bağlayır ki, bunun da nəticəsində satıcı ilə alıcı arasında öhdəlik yaranır. Alıcı həmin müqavilədən əmələ gələn öhdəlik üzrə əmlakı qəbul edərək onun mülkiyyətçisinə və eyni zamanda mülkiyyət hüquq münasibətlərinin iştirakçısına çevrilir.Bir sözlə, öhdəlik dedikdə iqtisadi dövriyyənin iştirakçıları olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, bu zaman bir şəxs digər şəxsin tələbi ilə onun xeyrinə müəyyən hərəkətlər etməyə (əmlak və ya pul verməyə, iş yerinə yetirməyə, xidmətlər göstərməyə və s.) borclu olur. Öhdəliklər dövlət və yerli özünüidarə orqanlarının qəbul etdiyi aktlardan, ziyan vurmadan, əsassız varlanmadan və qanunvericilikdə nəzərdə tutulmuş digər hallardan əmələ gələ bilər.


Yüklə 107,84 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə